Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3678/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının vəkili ƏƏnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsi mi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Ə.Səmədov, iş 2(006)-4933/2018) İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına qarşı mənzilin ipoteka qeydiyyatının ləğvi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 dekabr 2018-ci il tarixli, 2(103)12797/2018 saylı qətnaməsi ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), hakimlər A.N.İmanov və V.N.Sadıqov) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4933/2018 saylı iş üzrə 20 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ÜNVANndə istifadədə olan 0,055 ha torpaq sahəsində yerləşən 61 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 59,7 kv.m. ümumi, 46,7 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 43 nömrəli mənzilin (bundan sonra – ipoteka predmeti olan mənzil) ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının vəkili ƏƏ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ipoteka predmeti olan mənzil 16.08.2006-cı il tarixdən iddiaçının mülkiyyətindədir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30.12.2011-ci il tarixli, 2(103)-5852/2011 saylı qətnaməsi ilə bankın cavabdehlər İddiaçı və qeyrilərinə qarşı iddiası qismən təmin edilmiş; digər tələlərlə yanaşı X1 08.10.2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 78656,66 manat əsas borc, 19643,68 manat faiz borcu, 52795,57 manat cərimə borcu olmaqla, cəmi 151095,91 manat pulun iddiaçının xeyrinə tutulması, bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, ÜNVAN1, 5/6 saylı bağ sahəsinə və ipoteka predmeti olan mənzilə yönəldilməsi, bağ sahəsinin və mənzilin açıq hərracdan satılması, bağ sahəsinin ilkin satış qi ymətinin 37250 manat, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 36800 manat müəyyən edilməsi, açıq hərracdan əldə edilən vəsaitin, həmçinin depozitdə birinci ipoteka müqaviləsi üzrə saxlanılacağı təqdirdə həmin pulun vəsaiti hesabına ümumi borc məbləğinin banka ödənilməsi, bağ sahəsi və mənzil satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və 24.10.2012ci il tarixdə icraya yönəldilmişdir. İş materiallarından məlum olur ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi 23.11.2012ci il tarixdə icra sənədi üzrə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə sifariş göndərmişdir. 11.12.2012-ci il tarixdən 25.12.2017-ci il tarixədək iddiaçı tərəfindən Banka hissəhissə olmaqla ümumilikdə 36800 manat pul ödənilmişdir. İddiaçının müraciətinə cava b olaraq Fondun 04.07.2018-ci il tarixli məktubu ilə 2(005)-28/2011 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.09.2011-ci il tarixli qətnaməsinə əsasən qət edilən məbləğ tam icra edilmədiyi üçün ipoteka predmeti olan mənzilin ipotekadan azad olunmasından imtina edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 269, 273, 324.2 və 385.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2, 42.3, 46.1ci maddələrini tətbiq edərək, belə qənaətə gəlmişdir ki, iddiaçı ipoteka predmeti olan mənzilin açıq hərraca çıxarılmasına qədər Bankla razılaşmış və mənzilin ilkin dəyəri olan 36800 manat məbləğində pulu hissə-hissə Banka ödəmişdir. Ona görə də ipoteka pred meti olan mənzilə tutma yönəldilməsinə və onun satışına xitam verilməlidir. Lakin mənzilin ilkin satış dəyərinin ödənilməsinə baxmayaraq ipotekanın dövlət qeydiyyatının ləğv edilməməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311-ci maddəsinə müvafiq olaraq əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipo tekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, mülki və ipoteka haqqında qanunvericilik borclu olmayan ipoteka qoyanın kreditoru təmin etmək imkanını n əzərdə tutur və bu hal ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsi üçün əsasdır. Qanun bunun üçün ipoteka saxlayanın əsas bütün tələbinin ödənilməsini nəzərdə tutsa da, ipoteka haqqında qanunvericilik həmin tələb ödənilmədən də tərəflərin razılığı əsasında ipotekaya xitam verilməsini mümkün hesab edir. “İpoteka haqqında” Qanunun 48.1.1-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi əsasları sırasında digər hallarla (o cümlədən əsas öhdəliyə xitam verilməsi) yanaşı, ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsini də nəzərdə tutur. Qanunun mənasına görə tərəflər belə razılığın şərtlərini müəyyən etməkdə sərbəstdirlər və borcun qismən, o cümlədən, ipoteka predmetinin dəyərinin ödənilməsi ilə ipotekaya xitam verilməsi barədə razılığa gələ bilərlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddia tələbinin əsası ondan ibarətdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra iddiaçı ilə bank məhkəmə aktında göstərilmiş ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin iddiaçı tərəfindən banka ödənilməsi və bunun əvəzində ipotekaya xitam verilməsi barədə şifahi razılığa gəliblər. Apellyasiya instansiyası məhkəməsi işin halları baxımından hesab etmişdir ki, həqiqətən də məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra tərəflər arasında belə bir razılıq olub. İş materiallarından məlum olur ki, iddiaçı ilə bank arasında belə bir razılığın olduğunu birbaşa mübahisələndirməyib, etirazını (şikayətini) yalnız məhkəmə aktı ilə müəyyən edilmiş borcun tam ödənilmədiyi ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi barədə məhkəmə qətnaməsi 24.10.2012-ci il tarixdə icraya yönəldilib və 23.11.2012-ci il tarixdə icra məmuru tərəfindən hərrac mərkəzinə hərracın keçirilməsi ilə bağlı sifariş göndərilir. Lakin ötən altı ilə yaxın müddət ərzində ipoteka predmeti olan mənzili hərraca çıxarılmayıb. Apellyasiya baxışı zamanı bankın nümayəndəsi bu məsələyə hər hansı ağlabatan izah verə bilməyib və bu barədə məlumatsız olduğunu bildirib. Eyni zamanda bank həmin müddət ərzində icra sənədi üzrə iddiaçının hissə-hissə etdiyi bütün ödənişləri qəbul edib. İddiaçı ilə bank arasında istinad olunan razılıq əldə edilmədən iddiaçının qeyd olunan məbləği banka ödəməsi ağlabatan deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının bankla əldə edilmiş şifahi razılığın şərtlərini vicdanla yerinə yetirdiyi, ipoteka predmeti olan mənzilin qətnamə ilə müəyyən edilmiş dəyərini banka hissə-hissə ödədiyi, lakin bankın həmin razılığın şərtini pozaraq ipotekaya xitam verməkdən imtina etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hal lara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3678/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3678/2019
29.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver