Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3679/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X12 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X12 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-415/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsindən İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 08 yanvar 1985-ci il tarixdə verilmiş qeydəalma vəsiqəsinin surətinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. 2. 27 fevral 2015-ci il tarixli, reyestrdə 4Ə-123 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan Cavabdeh1 bağışlamışdır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülki yyətindədir.
4. İddiaçı 20 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 ünvanladığı bağışlamaqdan imtinaya dair bildirişinə əsasən İddiaçı həmin bildirişində onunla kobud rəftar edildiyini, onunla maraqlanmadığını, xalqımızın milli mentalitetindən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozduğunu, onu qayğısız qoyduğunu əsas gətirərək bağışlamadan imtina etdiyini göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və X12 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən Cavabdeh1 bağışlanması barədə Şəki rayon 2 saylı Notariat Kontorunda təsdiq edi lmiş 27 fevral 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının oğludur. Belə ki, iddiaçının birinci evlilikdən üç övladı olmuş, sonrakı ailəlikdən isə övladı olmamışdır. xda onun birinci evliliyindən olan 3 övladından biridir. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 82,7 kv.m olan fərdi yaşayış evi ona məxsus olmuşdur. O, Cavabdeh1 və onun həyat yoldaşı X3 uzun illər səmimi münasibətlərdə yaşamışlar. Cavabdeh və onun həyat yoldaşı ona qarşı mehriban olmuşlar. Münasibətləri yaxşı olduğundan o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh1 bağışlamaq qərarına gəlmişdir. Digər övladları da evin x-ınadına sənədləşdirilməsinə eti raz etməmişlər. Bu səbəblə 27 fevral 2015-ci ildə Şəki rayon 2 saylı notariat kontoruna gedərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 bağışlanması barədə müqavilə imzalamış və müqavilə notarial qaydada təsdiq edilmişdir. Sonradan küçə adındakı dəyişiklik səbəbindən həmin ünvan Novruz küçəsi döngə 1 ev 5 adlandırılmışdır. Bağışlama 5. müqaviləsi imzalanarkən notariatdan müqavilənin məzmununa müəyyən şərtlərin və öhdəliklərin daxil edilməsini təklif etsələr də o, bununla razılaşmamışdır.
7. Həmçinin bağışlama müqaviləsi imzalanmamışdan cavabdeh onun qarşısında öhdəlik götürmüşdür ki, onu evdən çıxartmayacaq və ömrünün axırınadək ona baxacaqdır. Həmçinin o, bağışladığı evin həyətində torpaq sahəsi alıb 10-12 il müddətində yeni fərdi yaşayış evi inşa etdirmiş və həmin evin də inşası 2017-ci ildə başa çatmaqla 2017-ci ildən ailəliklə yeni inşa edilmiş evdə yaşamışlar. Bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra, yəni 2021-ci ilin yanvar ayından sonra Cavabdeh1 və onun həyat yoldaşının ona qarşı münasibətləri tamamilə dəyişmişdir.
8. Belə ki, iddiaçı xəstəliyi ilə bağlı cərrahi əməliyyata məruz qalmışdır. Onun bu xəstə halında cavabdeh və onun həyat yoldaşı onunla çox kobud rəftar etməyə başlamışlar. Cavabdeh1 onun xəstəliyi ilə, səhhəti ilə maraqlanmamışdır. Cavabdehin və onun həyat yoldaşının onunla çox kobud, nəzakətsiz rəftar etmələri nəticəsində aralarında gərgin və dözülməz psixoloji vəziyyət yaranmışdır. Cavabdeh və onun həyat yoldaşı onu yaşadığı evdən çıxıb gedincəyə qədər rahat və sakit yaşamağa qoymayacaqları ilə, hər gün yersiz dava-dalaş, səs-küy salaraq, qohum-qonşu arasında onu biabır edəcəkləri ilə hədələmişlər və müxtəlif vaxtlarda da bu hədələrini real olaraq həyata keçirmişlər. O, cavabdeh və onun həyat yoldaşından nəyə görə ona qarşı bu hərəkətləri etdiklərini soruşduqda isə onlar həmin evi institut tələbələrinə kirayə verməklə pul qazanmaq istədiklərini bildirmişlər. O, dəfələrlə onlara xəstə olmaqla ikinci dərəcəli əlil olduğunu, yaşamağa başqa yerinin olmadığını desə də nə cavabdeh, nə də onun həyat yoldaşı bu yaşlı, diqqət və qayğıya daha çox ehtiyac duyduğu vaxtında onun dediklərini nəzərə almamışlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hətta işə məhkəmədə baxıldığı ərəfədə məhkəmə binasında cavabdeh ona hədə qorxu gəlmiş, cavabdehin həmin danışıqlarını qeydə də almışdır.
9. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur və o, ünvan 4 ünvanında qardaşı cninevində yaşayır. Cavabdehi isə birinci dəfədir ki, görür. İddiaçı isə 15 ildir ki, tanıyır. Qardaşı cevi ilə y-in yaşadığı ev arasında 100 metrlik məsafə vardır. O, y-in həyətlərində olmuş və son 5-6 aydır ki, yevində tək yaşayır. Ona kimi y həyat yoldaşı z-layaşamışdır. yhər dəfə ona baxılmamasından ona gileylənmişdir. O, y-iyaşadığı evinə dəvət etmiş, ona yemək vermişdir. Hazırda da y baxımsızdır. O, y-in yaşadığı həyətdə hər hansı bir səs-küy, söz-söhbət eşitməmişdir. O, y-iyaxşı insan kimi tanıyır. y-in təmizliyi və qidalanması ilə yözü məşğul olur.
10. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadəsində gö stərmişdir ki, onun iddiaçı ilə 30 ilə yaxındır ki, dostluq, qonşuluq münasibətləri vardır. İddiaçı təxminən iki il bundan əvvəl xəstəxanada yatmış və cərrahi əməliyyat olunmuşdur. Həmin dövrdə o, daim y-inyanına gedib-gəlmiş, ona yemək aparmış, xəstəxanadan buraxıldıqda isə y-i evinə gətirmişdir. Xəstəxanada müalicə aldığı dövrdə y-in yanına ondan başqa daha kimin getməsindən məlumatı yoxdur. y hazırda tək yaşayır və arvadı ilə münasibəti yoxdur. y hazırda paltarını özü yuyur və yeməyini də özü hazırlayır.
11. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, İddiaçı əmisi oğludur. Məntiqgilə ara-sıra get-gəli olur. Yolda rastlaşanda, yaxud da telefonda y-ləhal-əhval tutur. O, bir dəfə turba açmaq məqsədi ilə Məntiqgilə getmiş və həmin vaxt y-inəsəbi olduğunu görmüşdür. Səbəbini soruşduqda yona evdə söz-söhbətin olduğunu demişdir. Lakin o, özü söz-söhbətin şahidi olmamışdır. yhəmişə sözün düzünü deyən bir şəxsdir. Uşaqları böyüyəndən sonra yhəmişə gileylənmişdir. y-inoğlu x-ınarvadı və analığı çox danışan və söz-söhbət yaradan şəxslərdirlər. Yaşadığı evdə y-inyeməyini özü bişirir və evində qalan institut tələbələri ona yemək gətirir
12. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 arvadıdır. Belə ki, o, 2010-cu ildə Cavabdeh1 ilə ailə qurub ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin gəlmişdir. Cavabdeh İddiaçı isə onun qayınatasıdır. O, ailə qurub x-ınailə üzvləri ilə birlikdə yaşadıqları evə gəlin köçdükdən sonra həmişə səmimi ailə münasibət lərində yaşamışlar. Bu səbəbli y2015-ci ildə oğlu x-ı notariata dəvət edib evi x-abağışlamışdır. Evdə yaşayan digər şəxslər də buna dair razılıq ərizələrini vermişlər. Həmin vaxt x-ın yqarşısında heç bir öhdəliyi olmamışdır. x-la atası y-in münasibətləri 2021-ci ilin mart ayının 22-nə kimi yaxşı olmuşdur. Lakin 2021-ci ilin mart ayının 22-dən sonra y-lə x-ınmünasibətləri yaxşı deyildir. Belə ki, həmin gün y-in ad günü mərasimi keçirilmiş, yboşanma iddiası qaldırdığından y-ləx-ınaralarında olan münasibətlərində soyuqluq yaranmışdır. Belə ki, 2019-cu ildə yanalığını evdə qoyub başqa qadınla ailə qurub getmişdir. 2020-ci ilin noyabr ayının 18-də isə yhəmin evə geri qayıtmışdır. Hazırda da yoğlu x-abağışladığı evdə 4 tələbə ilə birlikdə yaşayır. y 2020-ci ilin noyabr ayında yaşadıqları evə ger i qayıtdıqda o, y-ə təklif etmişdir ki, onun yeməyini versin, paltarını yusun. Lakin y bununla razılaşmamışdır. y-inkeçmiş arvadı, yəni analığı onun xalasıdır. yanalığını boşadığına görə x-laaralarında olan münasibətləri pisləşmişdir. O, y-lə aralarında barışığın tərəfdarıdır.
13. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 analığıdır. Belə ki, o, 2006-cı ildə İddiaçı ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. x isə y-in ondan əvvəlki evlilikdən olan övladıdır. O, y-lə ailə qurduqdan sonra y-insonradan oğlu x-a bağışladığı evə gəlin gəlmişdir. 2015-ci ildə yevi oğlu x-a bağışlamaq istədikdə o, y-ə evi bağışlamamasını təklif etmiş, lakin y ona baxan övladının xolduğunu bildirərək evi x-a bağışlamışdır. y -lə x 2021-ci ilin mart ayının 22-dək səmimi ailə münasibətlərində yaşamışlar. Həmin tarixdə y-in ad günündə yeyib içdikdən sonra y bir qədər kobudluq etdiyindən x-la münasibətləri soyumuşdur. Buna baxmayaraq x y-lə maraqlanır və ona maddi cəhətdən köməklik göstərir.
14. Şəki Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 14 dekabr 2021-ci il tarixli 2(075)-2337/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddianın rədd edilməsi qət edilmişdir.
15. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia əsaslı deyildir. Belə ki, iddiaçı qeyd edilən əmlakını cavabdehə bağışlayarkən həmin müqavilədə oğlu cavabdehin ona baxması ilə bağlı hər hansı qeyd-şərt irəli sürməmiş və belə bir bənd müqaviləyə əlavə edilməmişdir. Hətta belə bir bənd nəzərdə tutulmasa da müqavilənin bağlanmasından sonra ötən 6 il müddətində yəni 27 fevral 2015-ci il tarixdən 22 mart 2021-ci il tarixədək olan dövrdə tərəflərin səmimi ailə münasibətlərində yaşamaları işin mübahisəsiz halıdır.
16. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehin onunla kobud rəftar etdiyini, xalqımızın milli mentalitetindən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozduğunu göstərsə də iddia ərizəsinin verildiyi tarixədək olan müddətdə cavabdehin iddiaçıya qarşı bu qəbildən olan davranışlara yol verməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.
17. İddiaçı iddia tələbində göstərilən cavabdeh tərəfindən qayğısız saxlanılmasının təsdiqi kimi məhkəməyə üç nəfər şahid dəvət etsə də həmin şahidlər tərəflərlə bir ünvanda yaşamamaqla həmin ailə üzvləri ilə davanlı ünsiyyətdə olan şəxslər deyillər. Bu baxımdan həmin şahidlərin iddiaçı ilə qarşılaşdıqda iddiaçının dilindən hansısa bir fikirləri eşitmələri, sonradan həmin fikirləri məhkəmədə şahid ifadəsi qismində təqdim etmələri iddia tələbinin əsaslılığı qənaətini yaradan amil kimi qəbul edilə bilməz.
18. Məhkəmə iclasında tərəflərin özlərinin verdiyi izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda da 27 fevral 2015-ci il tarixdə oğluna bağışladığı evdə yaşamaqdadır.
19. Bundan əlavə mübahisə predmeti olan əmlakın bağışlanmasından sonra uzun müddət səmimi ailə münasibətlərində yaşayan tərəflərin sonradan aralarında ailə münasibətləri zəminində hansısa anlaşılmazlığın yaranması mülki qanunvericilikdə bağışlama müqaviləsinin ləğvi əsası kimi nəzərdə tutulmamışdır. Göründüyü ki mi 27 fevral 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi üçün əsas ola biləcək hər hansı bir halın olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən də İddiaçı tələbində haqlı deyildir.
20. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 152.2, 152.5, 324.1, 324.2, 324.4, 324.5, 389.1, 397.2, 421, 423, 666.1, 666.2 və 668.1.1-ci ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.
21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya m əhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunverici hədiyyə alanın hədiyyə verən və ya onun yaxın qohumları qarşısında ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirməməsini bağışlama müqaviləsinin ləğvi əsaslarından bir kimi təsbit edir. Burada sözügedən vəzifələrin yerinə yetirilə bilməməsi deyil, yerinə yetirilməməsi nəzərdə tutulur və hədiyyə alanın özündən asılı olmayan səbəblərə görə vəzifələrini icra edə bilməməsi halları istisna təşkil edir.
23. Həmçinin, məhkəmə iddiaçının 2-ci qrup əlil olmasını görməzdən gəlmiş və yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Qeyd edilən maddələrin tələblərinə görə, əmə k qabiliyyəti olan yetkinlik yaşma çatmış övladlar maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Cavabdeh iddiaçını saxlamağa və ona qayğı göstərməyə borcludur.
24. Həmin vəzifənin isə, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində xüsusi öhdəlik və ya müqavilə şərti kimi ayrıca olaraq müəyyən edilməsinə zərurət yoxdur, çünki bu yuxarıda qeyd edildiyi kimi cavabdehin konstitusion vəzifəsidir. Hazırki mübahisənin həlli də məhz cavabdehin hədiyyəni qəbul etdikdən sonra iddiaçı qarşısında vəzifələrini yerinə yetirməsinin sübut edilməsindən asılıdır.
25. Məhkəmə yalnız cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazında göstərilənləri əsas hesab edərək, yuxarıda qeyd edilən maddələrin dispozisiyası baxımından heç bi r araşdırma aparmadan tələbin təmin olunmaması haqqında qətnamə qəbul etmişdir.
26. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-415/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi) M.Əsədli, A.Mahmudov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgüdür və işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.
28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
29. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı qeyd edilən əmlakını cavabdehə bağışlayarkən həmin müqavilədə oğlunu ona baxması ilə bağlı hər hansı qeyd-şərt irəli sürməmiş və belə bir bənd müqaviləyə əlavə edilməmişdir. Hətta belə bir bənd nəzərdə tutlmasa da müqavilənin bağlanmasından sonra ötən 6 il müddətində yəni 27 fevral 2015ci il tarixdən 22 mart 2021-ci il tarixədək olan dövrdə tərəflərin səmimi ailə münasibətlərində yaşamaları işin mübahisəsiz halıdır. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehin onunla kobud rəftar etdiyini, xalqımızın milli mentalitetindən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozduğunu göstərsə də iddia ərizəsinin verildiyi tarixədək olan müddətdə cavabdehin iddiaçıya qarşı bu qəbildən olan davranışlara yol verməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, mübahisə predmeti olan əmlakın bağışlanmasından sonra uzun müddət səmimi ailə münasibətlərində yaşayan tərəflərin sonradan aralarında ailə münasibətləri zəminində hansısa anlaşılmazlığın yaranması mülki qanunvericilikdə bağışlama müqaviləsinin ləğvi əsası kimi nəzərdə tutulmamışdır.
30. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 152.2, 152.5, 324.1, 324.2, 324.4, 324.5, 389.1, 397.2, 421, 423, 666.1, 666.2 və 668.1.1-ci ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının 2-ci qrup əlil olmasını görməzdən gəlmiş və yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir.
33. Kassator şikayətini nəticəni Azərbay can Respublikası Konstitusiyanın 12, 17, 34, 38, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666, 673.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 88, 217.1, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh1 kassasiya şikayətinə qarşı etirazında Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2022-ci il tarixli, 2(107)-415/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş emişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
36. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülk iyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
6. Mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni 37. təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir.
38. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əş yaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 152.2. Mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir.
40. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
41. Maddəl ər 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
42. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
43. Maddə 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, hə min müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır.
44. Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
45. Maddə
423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Mə cəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
46. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyəni n qəbul olunduğu ehtimal olunur.
47. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
48. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Kassasiya baxışının hədləri
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Belə ki, hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinasının 3 əsasını müəyyən edir:
1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi,
2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya
3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması.
60. İddiaçı məhz ikinci əsasa istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Mövqeyini bel ə əsaslandırmışdır ki, cavabdeh bağışlanmış əmlakın müqabilində atası olan iddiaçıya qayğı göstərməsinə dair öhdəliklərini yerinə yetirməmiş, yaşlı olan iddiaçını köməksiz qoymuş, maraqlanmamış və kobud rəftar etmişdir.
61. Lakin işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi hədiyyə alan olan cavabdehin hədiyyə verən iddiaçıya münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrinin kobud pozulması hallarını müəyyən etməmişdir.
62. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tə tbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2022-ci il tarixli, 2(107)-415/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.