Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3685/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbləri ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3685/2024 (Açar sözlər: fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 2(107)-632/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Şəki şəhər XDS İcraiyyə Komitəsinin 20 avqust 1973-cü il tarixli 9 nömrəli qərarı ilə vətəndaş İddiaçı1 ünvan 1 (əvvəlki Oktyabr küçəsi) 600 kv.m. torpaq sahəsində yeni ev tikilməsinə icazə verilmişdir. İddiaçı1 adına 02 avqust 1987-ci il tarixdə Texniki Pasport verilmişdir.
2. İddiaçı1 oğlu, digər İddiaçı2 qardaşı X10 ilə Cavabdeh1 arasında 24 dekabr 2021ci il tarixdə nikah bağlanmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR X 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1 yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə İddiaçı1 və İddiaçı2 adına qeydə alınmış, reyestr kitabında 57 nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. 4. “Yaramallı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli 198 nömrəli arayışda qeyd olunmuşdur ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 şəhəri, Məzahir Abbasov küçəsi, döngə 1, ev 4 ünvanında ünvanda qeydiyyatdadırlar. Cavabdeh1 göstərilən ünvanda ərə gələn gündən yaşayır.
5. Şəki Rayon Məhkəməsinin 2(075)-668/2021 nömrəli 29 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən X10 ilə X8 arasında 24 dekabr 2021-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansi ya məhkəməsində icraat.
6. İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) nümayəndəsi və vəkili Nümayəndə Kanov oğlu, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə ünvan 3 ünvanında yerləşən, iddiaçıların paylı mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması və həyətyanı torpaq sahəsinin sahibliklərinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Şəki şəhəri döngə 1/14 də yerləşən ev iddiaçıların payl ı mülkiyyətindədir. Evin iki otağı 0,0285 ha torpaq sahəsi İddiaçı1, bir otaq və 0,0285 ha torpaq sahəsi isə İddiaçı2 mülkiyyətidir. İddiaçı1 oğlu X10 təxminən 2000-2001-ci illərdə qeyri-rəsmi Cavabdeh1 ilə ailə qurmuş xx.xx.2002-ci ildə Aytən xx.xx.2004-cü il tarixdə Günel adlı qızları doğulub, xx.xx.2005-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onların ailə münasibətlərinə 01 noyabr 2021-ci il tarixdə xitam verilmişdir. Cavabdeh Sevda iddia edir ki, o, bu evə 2000-ci ilin aprel ayında gəlin köçüb. Bunu təsdiq edən heç bir sübutu yoxdur. O, mübahisəli evə ailə üzvü kimi köçməyib. Müvafiq dövrdə Ali Məhkəmənin qərarında bununla bağlı müəyyən edilmiş qaydada dedikdə pasport qeydiyyatına düşməklə köçürmə başa düşülür. Se vda bu evə 2005-ci ildən sonra yəni nikah bağlanandan sonra qeydiyyata düşüb. Cavabdehlə ailə üzvləri münasibətləri 2005-ci ildə nikah bağlanandan sonra yarandığına görə bu işə 2000-ci ildən sonra yaranan mənzil mübahisələri ilə bağlı normalar tətbiq olunmalıdır. Cavabdehlə evdən torpaq sahəsində istifadə ilə bağlı dəfələrlə aralarında mübahisə yaranıb. Onlara öz mülkiyyətlərindən sərbəst istifadə etməyə imkan vermir. Özünü bu evin mülkiyyətçisi kimi aparır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh1 məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi göndərərək bildirmişdir ki, 2000-ci ilin aprel ayında Sadəddin Aslanovla qohum-qonşunun iştirakı ilə toy məclisi qurulmaqla ailə qurmuşdur. 18 yaşı tamam olmadığından nikahlarını rəsmiləşdirə bilməmişlər. Ail ə qurduqdan 1 ay sonra 18 yaşı ər evində tamam olmuşdur. Yaşı tamam olduqdan sonra nikah bağlamaq istədikdə məlum olmuşdur ki, Sadəddinin digər nikahı rəsmi qaydada pozulmamışdır. Bundan sonra məhkəməyə müraciət edilmiş əvvəlki nikah 2004-cü ildə pozulduqdan sonra 03 sentyabr 2005-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Ancaq nikahları rəsmiləşdirənədək xx xxxxxx 2002-ci il tarixdə Cavabdeh3, 25 avqust 2004-cü il tarixdə Cavabdeh2, nikahlarını rəsmiləşdirdikdən də sonra 23 may 2011cü il tarixdə Mələkxanım Aslanova anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da Sadəddin Aslanov ailəsinə baxmadığından aliment almaq üçün Şəki Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə qətnaməsi ilə cavabdeh Sadəddin Aslanovdan övladları xx xxxxxx 2002-ci il tarixdə Cavabdeh3, 25 avqust 2004-cü il tarixdə Cavabdeh2 və 23 may 2011-cü il tarixdə isə Mələkxanım Aslanovanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub verilməsi qət edilmişdir. Bütün bunlardan sonra da Sadəddin Aslanov məhkəməyə nikahlarının pozulmasına dair iddia ərizəsi vermiş və xx.xx.2021-ci il tarixdə rəsmi olaraq nikahları pozulmuşdur. ünvan 4 ünvanında yerləşən sözü gedən 3 otaqlı ev qayınatası İddiaçı1 mülkiyyətində olub. O, gəlin gəldiyi gündən 3 otaqlı evin 1 otağına cehiz əşyalarını yerləşdirib və evin o otağında gəlin olaraq yaşamışdır. Sonra baldızı İddiaçı2 ərindən boşanıb ata evinə qayıtdığından qayınatası İddiaçı1 evin 1 otağını və 0,0286 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixdə rəsmi qaydada qızı İddiaçı2 ver ib, qonşu divarı da çəkərək Solmaza düşən payı tam ayırmışdır. Həmin evin 2 otağı və 0,0286 ha torpaq sahəsi qayınatası İddiaçı1 mülkiyyətində qalmışdır. Bundan sonrada qayınatası İddiaçı1 mülkiyyətində olan 2 otaq və 0.0286 ha torpaq sahəsində yerləşən otağın 1 otağında qayınanası və qayınatası yaşayıbdır. Digər 1 otağında isə 2000-ci ilin aprel ayından gəlin gəldiyi gündən bəri o, yaşamışdır. 3 övladı da sözü gedən evdə anadan olub və onlar da həmin evdə onunla bərabər yaşayıblar. Nikahları pozulsa da o, 2000-ci ilin aprel ayından gəlin gəldiyi evdə yenə 3 qızı ilə qeydiyyatda olmaqla həmin evdə bərabər yaşamışlar. İddiaçılardan İddiaçı2 yaşadığı ev onların yaşadığı evlə tiraltı olsa da, onun bütün kommunal xidmət xətləri qaz, su, işıq xətləri və sayğacları ayrı quraşdırılıb. Həyəti və y aşadığı evin darvazası belə tam ayrıdır. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 o, və qızları Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. Şəki Rayon Məhkəməsinin (bunan sonra birinci instansiya məhkəməsi) 2(075)157/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı1 gəlini olmaqla ailə üzvü kimi həmin evə 2000-ci ilin aprel ayında gəlin köçməsi zamanı, uzun müddət orada yaşamaqla və hazırda da övladla rı Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə yaşamaqla qeyd edilən evdən istifadə hüququ əldə etmişlər. Digər tərəfdən, iddiaçı iddia ərizəsində mülkiyyətində evdə cavabdehlərin istifadələrinə maneə etmələrini bildirərək, cavabdehlərin evdən çıxarılmalarını tələb etmiş olsa da, cavabdehlərin iddiaçıya məxsus evdən istifadə etməsinə hər hansı maneənin yaradılmasına, bundan başqa onların özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri, onların yaşamaq üçün ona məxsus evə ehtiyaclarının aradan qalxmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən İddiaçı2 və Cavabdeh1 izahatlarında bildirmişlər ki, cavabdehlər bu günədək iddiaçıya məxsus evdə yaşayır və onların başqa yaşayış yerləri yoxdur.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabde h1 2000-ci ilin aprel ayından və onun övladları olan digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 bu günədək iddiaçıya məxsus evdə yaşaması müəyyən olunduğundan, eləcə də cavabdehlərin özlərinə daimi olaraq başqa yaşayış yeri seçmələri və yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, bunun əksinə cavabdehlərin hal-hazıradək iddiaçıya məxsus evdə yaşadığından, onlar mübahisəli evdən çıxarıla bilməzlər.
12. Məhkəmə yekun olaraq qeyd etmişdir ki, Cavabdeh1 ünvan 1 olan evin qayınatası İddiaçı1 mülkiyyətində olduğu tarixdən mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçərək oradan istifadə hüququ əldə etdiyini və hazırda məhkəmə tərəfindən onların istifadə hüquqlarının hələ də mövcud olduğu müəyyən edildiyindən, onların həmin evdən çıxarılmalarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.
14. Qətnamədən iddiaçılar (vəkil Nümayəndə) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
15. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ev paylı mülkiyyətdə olan evdir. Ev İddiaçı1 mülkiyyətində olub, sonradan 1 otağı və 285 kv.m. torpaq sahəsini İddiaçı2 qanuni yolla verib. Mübahisənin düzgün və ədalətli həlli üçün məhkəmə ilk növbədə mübahisəli hüquq münasibətin yarandığı günü, ayı və ili müəyyən etməli idi. Məhkəmənin müəyyən etdiyi il, ay, gün heç bir rəsmi sənədlə və faktla müəyyən edilməyən fərziyyədir. Qətnamənin əsaslandırıcı hissəsində cavabdehin 2000-ci ilin aprel ayında, hətta 26 apreldə bu evə gəlin köçdüyü qeyd edilmiş, lakin bu hal sübuta yetirilməmişdir. Daha sonra Sevda fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı1 gəlini olmaqla ailə üzvü kimi onunla birlikdə həmin evə köçməsi zamanı qeyd edilən evdən istifadə hüququnu əldə etdiyi göstərilmiş, lakin bu hal sübuta yetirilməmişdir. Gəlini olmasını müəyyən etmək üçün Sevdanın Sadəddinlə nikahı olmalıdır, lakin yoxdur. Daha sonra məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin evdən istifadəyə maneələr yaratdığını qeyd etsə də, onların bu evdən istifadəyə maneələrin olmasını, onların bu evdən istifadəyə eh tiyaclarının aradan qalxmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə özbaşına mübahisəli hüquq münasibətin 2000-ci ilin aprelində yaranmasına əsaslana bilməz sənəd, sübut və qanunla əsaslanmalıdır. Bununla bağlı, məhkəmə birincisi bu evdən istifadə hüququnun yaranmasını sənədlə, faktla, qanunla sübut etməli idi. İkincisi, gəlin ailə üzvü o halda sayılardı ki, Sadəddinlə Sevdanın 2000-ci ilin aprelində aralarında dövlət qeydiyyatından keçmiş nikahı olardı. Üçüncüsü, bu evin mülkiyyətçisi məhkəmə deyil. Cavabdehlər bu evdən istifadə hüququnun yaranmasını sübut etmək əvəzinə məhkəmə heç bir sənədə və qanuna əsaslanmadan qeyd etmişdir ki, onlar bu evə mülkiyyətçi ilə birlikdə köçüb. Nəyə əsasən bu nəticəyə gəlinməsi müəyyən edilmir. Bu evin mülkiyyətçisi onlardır. Onlar da b u ev üzərində sərəncam vermək hüququna malikdirlər. Cavabdehlərin həmin ayda, gündə, ildə bu evə gəlin düşməsini təsdiq edən sübutu cavabdehdən, məhkəmədən tələb edir. Cavabdeh bu evə həmin ayda, ildə necə gəlin düşə bilərdi ki hələ iddiaçının oğlu Sadəddin əvvəlki arvadından boşanmamışdır. Həm də 2000-ci ilin sentyabrın 1-ə qədər qüvvədə olan Cinayət Məcəlləsində 130-cu maddəsində göstərilirdi ki “İki arvadlıq” Nikahın qeydə alınıbalınmamasından asılı olmayaraq ümumi təsərrüfat aparmaqla iki və ya daha çox qadınla faktiki yaşama 3 ilədək azadlıqdan məhrumetmə cəzası vardır. Məhkəmə qeyd edir ki, toyla bu evə gəlin köçüb iddiaçı tərəf məhkəmədə dəfələrlə qeyd etdi ki, bizim məhəllədə toy olmayıb toy cavabdeh tərəfdə olub və əvvəlki arvad boşanmamış toyun olması qeyri mümkün idi. Toyun di ski, şəkil heç olmasa dini nikah, mehr kağızı, molla tərəfindən tərtib olunan hansı qızıl əşyaların verilməsi barədə sənəd olurdu və qız tərəfə verilirdi. Həmin sənəd hanı, niyə iddia ərizəsində etirazda qeyd edilmir? Məhkəmə bu halları araşdırmaqda maraqlı olmadı, hətta məhəllə nümayəndəsindən məhəllə sakinlərin qeydiyyatı kitabından Sevdanın həmin evə hansı ildə hansı tarixdə ayda qeydiyyata düşməsi ilə maraqlanmadı. Adam boşanandan sonra ailə qurmağa adam axtarır. Boşanmadan kim o dövrdə evə gəlin gətirə bilərdi? Məhkəmə əks tərəfin verdiyi ifadəni sübut kimi, onların ifadəsini fərziyyə kimi qəbul edir. Bu, məhkəmənin bir tərəfli yanaşmasını müəyyən edən haldır. İddiaçı tərəf məhkəmə iclasında dəfələrlə qeyd etdi ki, bizim məhəllədə toy olmayıb. Məhkəmə obyektiv araşdırma aparmaq istəsə ydi, toy kasetini, şəkilləri, digər sübutların məhkəməyə gətirilməsini tələb edərdi. Əvvəlki arvadın boşanma qətnaməsini tələb edərdi. Mübahisəli hüququ münasibətin yarandığı ayı, günü və əvvəlki arvadla ailə münasibətlərinə xitam verildiyi vaxtı müəyyən edərdi. Bunlar qanuni qətnaməni qəbul etmək üçün əhəmiyyətli rol oynayan məsələlər, hallar idi. Məhkəmə heç bir sübuta əsaslanmadan bir başa öz fərziyyəsi ilə müəyyən edir ki, bu iş üzrə 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. İddiaçı nikahın bağlanmaması səbəbi kimi gah yaşını az olmasını, gah da əvvəlki arvadla nikahın pozulmamasını əsas göstərir. Məhkəmə bu halı da araşdırmamış bundan əlavə həmin evə nə vaxt qeydiyyata düşməsi halı müəyyənləşdirilsə bilinərdi ki, həmin evdə hansı gündən aydan və ild ən hansı tarixdən qeydiyyata düşüb. Onlar dəqiq bilmir o, hansı ildə bu evə köçüb. Buna görə də məhkəmə tərəfindən forma 2 arayışı Asan xidmətdən tələb olunmalı idi. Onlarda olan məlumata əsasən Sevda həmin evə 2022-ci ildə, qızları Aytən və Günel isə 2023-cü ildə qeydiyyata düşüblər. Qızlar ailə qurmaqla həmin ünvanda yaşamırlar. Məhkəmə isə bu nəticəyə gəlib ki, həmin ünvanda yaşayırlar.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-632/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin X2 qızına aid təmin edilməmiş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməsi, Cavabdeh3-Mustafayevanın ünvan 1 yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən çıxarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi, mübahisəli hüquq münasibətinin nə vaxt yarandığının aydınlaşdırılması baxımından önəm kəsb etdiyindən həmin məsələyə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, xx xxxxxx 2002ci ildə Cavabdeh3, 25 avqust 2004-cü ildə Cavabdeh2 və 23 may 2011-ci ildə Mələkxanım Aslanova anadan olmuşlar. Hər üç uşağın atası Sadəddin Aslanov və anası Sevda Aslanova olmuşlar. Belə olan halda, Cavabdeh1 mübahisə li evə 2005-ci ildə köçməsi əsaslı deyildir. Bu hal Cavabdeh1 kollegiyaya göndərdiyi Şəki Rayon Məhkəməsinin 2(075)-668/2021 nömrəli işi üzrə X12 Məmmədrəhimovaya qarşı nikahın pozulmasına dair iddia tələbindən və kollegiya tərəfindən Şəki Rayon Məhkəməsindən istənilərək alınmış 2(075)-668/2021 nömrəli iş materiallarından da görünür. Həmin sənədlərdə X15 Məmmədrəhimova ilə 2000-ci ildə qeyri-rəsmi qaydada ailə həyatı qurduqlarını göstərmişdir. O cümlədən, iddiaçıların nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, cavabdehlərdən Cavabdeh3 nişan və toy mərasimləri həmin mübahisəli evdə keçirilmiş, elə el adəti ilə toy edərək həmin evdən gəlin köçmüşdür.
18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli evə 2000-ci ilin aprel ayında köçdüyünü bildirməs i, onunla Sadəddin Aslanov arasında faktiki ailə münasibətlərinin 2000-ci ildə qurulmasının təsdiq olunması və iddiaçıların cavabdehin mübahisəli evə köçməsinin 2000-ci ilin aprel ayında deyil, başqa ayda baş verməsini sübut edəcək hər hansı dəlil təqdim etməməsi nəzərə alındıqda, müəyyən edilir ki, Cavabdeh1 mübahisəli evə 2000-ci ilin aprel ayında mülkiyyətçinin faktiki ailə üzvü olaraq köçmüş və mübahisəli hüquq münasibətləri 2000-ci ilin aprel ayında yaranmışdır. Cavabdeh1 mübahisəli evə daha sonrakı tarixdə köçməsini sübut etmə yükü iddiaçıların üzərinə düşdüyü halda, sonuncular bunu təsdiq edəcək heç bir sübut və ya dəlili məhkəməyə təqdim etməmişlər. Ona görə də, birinci instansiya məhkəməsi mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etməkdə haqlı olmuşdur.
19. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 yaşayış evinin mülkiyyətçisi İddiaçı1 gəlini olmaqla ailə üzvü kimi həmin evə köçməsi zamanı, Cavabdeh3 və Cavabdeh2 isə mülkiyyətçinin ailə üzvü olaraq həmin evdə doğulmaqla qeyd edilən evdən istifadə hüququ əldə etmişlər. Bununla belə, işin hallarından görünür ki, Cavabdeh3 hal-hazırda X9 ilə evli olmaqla, daimi əsaslarla yaşamaq üçün mübahisəli evdən köçmüşdür.
20. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh3 evlənməklə mübahisəli fərdi yaşayış evini daimi əsaslarla tərk etmiş və beləliklə, həmin andan həmin evdən istifadə hüququnu itirmişdir. Lakin hal-hazırda həmin evə fasilələrlə gəlib getməklə, mülkiyyətçinin hüquqlarını pozur. Ona görə də, hazırkı iddia tələbi Cavabdeh3-Mus tafayevanın Şəki şəhəri Sarabski küçəsi 4 ünvanında yerləşən paylı mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.2, 228.5-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 9, 14.2, 76, 77.1, 80, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçıl ar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər.
23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, bu iş üzrə hüquq münasibətləri 2005-ci ildə yarandığına görə iş üzrə Mülki Məcəllənin 227 və 228-ci maddələri tətbiq olumalı idi. Hazırki iş materiallarında iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar olduğu halda işə baxan məhkəmələr dolayısı ilə iddianın təmin edilməməsi üçün özlərindən sübutlar formalaşdırmışlar. Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
24. Cavabdeh Sevda Məhərrəmovanın nümayəndəsi və vəkili Vəkil2 tərəfindən kassasiya şikayətinə qarşı yazılı et iraz verilmiş, etirazda kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
26. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlər i (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi.
27. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri o nunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
28. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz a rvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3-cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
29. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaql arını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı. 30. 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123 -cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad et diyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən iddianın təmin edilməməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qi smən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumil ikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci mad dəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
50. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-632/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.