Məhkəmə qərarları › İş №2(102)-3697/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3697/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3697/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-3697/2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1703/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZ-İİ seriyalı, 457739 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə X5 26 avqust 2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3668 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Əzimova Məmmədova” soyadı verilmişdir.

2. İddiaçı2 ilə X3 arasında 02 avqust 2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə1409 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alğısatqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləyə əsasən, İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilini X2 124000 satmışdır.

3. İpo teka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan X4 və mülkiyyətçi Cavabdeh arasında bağlanılmış 10 mart 2021-ci il tarixli 862İK-SAB/2021 saylı alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən mənzilini alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 130000 manatdır, mənzilin dəyərinin 70000 manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 60000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən xx.xx.2021-ci il tarixli 862İK-SAB/2021 saylı Kredit müqaviləsinə əsasən Alıcı İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.

4. Cavabdeh, İddiaçı1 və Əzimova Ləman tərəfindən imza edilmiş 1 səhifəlik əlyazmada qeyd edilir ki, “13 avqust 2021- ci ildə mən, kürəkənim İddiaçı1 34000 manat məbləğində pul alıb Razin qəsəbəsində yerləşən Beynəlxalq Ban kın filialında öz adıma olan hesaba qoymuşam, məqsəd qızım Ləman Əzimova və kürəkənim İddiaçı1, ümumi ev almaqdır. Bununla mən onlara pul yığmağa kömək edirəm. Mənim bu pulları xərcləmək hüququm yoxdur. Yalnız hesablanan faizi götürürəm”. 5. 3 səhifəlik əlyazmada qeyd edilir ki, “Mən, Cavabdeh, Azadlıq prospekti 127/131 ünvanında yerləşən 4 otaqlı mənzilimi 130000 manata satdım və oğlum Əzimov Nərimana Bakıxanovda 60000 manata mənzil aldım. Bundan sonra mən bağımızda hovuz tikdirdim, oğluma toy elədim və qalan 30000 manatı qızım Ləmana verdim. Bu iltizamı ona görə yazıram ki, qızım əmin olsun ki, mən onun 30000 manatını əlindən almıram, əksinə onu qızım üçün artırmaq istəyirəm, belə ki, bəzi insanlar qızımı inandırmağa çalışırlar ki, anan sənə pulu qaytarmayacaq. Qızımın nişanlısı İddiaçı1 həmçinin bu 30000 manatı artırmağa mənə kömək edir və bu məbləğin üzərinə 4000 manat əlavə edib, lakin bu pulu evində saxlayır. Bu qədər məbləği evdə saxlamaq təhlükəli olduğuna görə, mən pulu banka qoymağı təklif etdim. 13 avqust 2021 ci ildə kürəkənim İddiaçı1 qızım Ləman Əzimova və kürəkənim İddiaçı1 üçün ev almaq məqsədilə 34000 manat pul aldım və bu pulu Razindəki Beynəlxalq banka öz adıma qoydum. Mən onlara ev almağa kömək edirəm, mən bu pulu xərcləməyə hüququm yoxdur, yalnız faizləri alıram”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh qızı X5 ilə xx.xx.2021-ci il tari xdə rəsmi nikaha daxil olmuşdur. Nikahdan uşaqları yoxdur. İlkin zamanlarda onların ailə-nikah münasibətləri normal şəraitdə keçmişdir. Lakin bir müddət keçdikdən sonra onların arasında xasiyyətlərinin uyğun gəlməməsi aşkar olunmuşdur. Bununla əlaqədar, bu ilin may ayında ailə münasibətləri tam pozulmuşdur. Həmin vaxtdan iddiaçı Tağı X1 ilə ayrı-ayrı yaşayır. Hal-hazırda məhkəmədə onların nikahının pozulması prosesi gedir. Cavabdeh qızı Ləman Əzimova ilə İddiaçı1 nikahda olduğu müddətdə İddiaçı1 anası İddiaçı2 mülkiyyət hüququ üzrə məxsus olan mənzil satılmışdır. Mənzilin alğı-satqısı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanılmışdır. 10 gün sonra, xx.xx.2021-ci il tarixdə, mənzilin satışından əldə olunan gəlir məbləğindən cavabdehin kürəkəni İddiaçı1 cavabdehə 34000 manat vermişdir. Həmin gün Cavabdeh öz adına bank hesabı açmışdır və 34000 manat məbləğində pulu həmin bank hesabına qoymuşdur. Bununla əlaqədar Cavabdeh öz əli ilə iltizam tərtib etmişdir. İltizamdada qeyd etmişdir ki, o, kürəkən İddiaçı1 xx.xx.2021-ci il tarixdə 34000 manat məbləğində pul almışdır. Həmin pulu Azərbaycan Beynəlxalq Bankının Bakıxanov filialında öz adına qoymuşdur, bunun məqsədi o idi ki, pul yığaraq qızı Ləman Əzimovaya və kürəkəni İddiaçı1 ev alsın. İltizamdada qeyd etmişdir ki, onun bu pulları xərcləməyə heç ihtiyarı yoxdur və həmin puldan yalnız faiz götürür. Ləman Əzimova ilə ailə münasibətləri kəsildiyi üçün İddiaçı1 cavabdehdən pulunu geri tələb etmişdir. Bununla bağlı yazılı təkliflə ona müraciət etmişdir. Lakin heç bir cavab cavabdehdən almamışdır. Bununl a əlaqədar iddiaçılar Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Hazırda onlara məxsus olan 34000 manat məbləğində pulun tutulmasını cavabdehdən tələb etməyə məcburdurlar. Qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus 34000 (otuz dörd min) manat məbləğində pulun Cavabdeh tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “34000 (otuz dörd min) manat məbləğində pulun tutularaq ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar məhkəməyə Cavabdeh, İddiaçı1 və Əzimova Ləman tərəfindən tərtib edilmiş bir vərəqdən ibarət sənəd təqdim edərək, cavabdehin İddiaçı1 34000 manat məbləğində pulu alaraq, Razin qəsəbəsində yerləşən Beynəlxalq Bankın filialında yerləşdiyini bildirmişdir. Cavabdeh isə məhkəməyə iltizam təqdim edərək, iddiaçılar tətəfindən təqdim edilmiş sənədin tam olmadığını, sənədin ilk iki səhifəsinin məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iltizam ilə müəyyən edilir ki, o, evinin satışından əldə edilən pulun 30000 manatını qızı Ləmana, qızı isə İddiaçı1 vermişdir. Daha sonra isə həmin pulu təhlükəsiz şəraitdə saxlamaq üçün bank hesabına yerləşdirmişdir.

10. Göründüyü kimi, hazırda iddiaçıların tələblərini əsaslandırdığı dəlillərə qarşı cavabdeh tərəf öz dəlillərini irəli sürmüş və məhkəm ədə iddiaçının təqdim etdiyi sübutların mötəbərliyi mübahisələndirilmişdir. İddiaçılar adı çəkilən sənədin əslini məhkəməyə təqdim etmiş, cavabdeh isə həmin sənədin 3 vərəqdən ibarət olduğunu və əslinin iddiaçılarda olduğundan təqdim edə bilmədiyini göstərmişdir. Qeyd edilməlidir ki, İddiaçı1 məhkəmədə vermiş olduğu izahatında sənədin əslinin onda, surətinin isə cavabdehdə olduğunu özü də təsdiq etmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən pulun formalaşdırmasına və bank hesabına yerləşdirilməsi ilə bağlı iltizam təqdim edilməsi ilə iddiaçı tərəfin iddia tələbini əsaslandırdığı sübutlar arasında ziddiyyətlər akşarlanmışdır. Həmçinin, həm İddiaçı2, həm də Cavabdeh mülkiyyətlərindən olan əmlakları satmış və pul vəsaiti əldə etmişlər. Nəticədə, hər iki tərəfin mübahisələndirilən pulu form alaşdırmaq üçün vəsaiti olmuşdur.

11. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş 1 vərəqdən ibarət olan sənədin (qəbzin) tədqiqi zamanı onun özü-özlüyündə yarımçıq və hansısa sənədin davamı olması vizual olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırda məhkəməyə təqdim edilmiş sübutların tətqiqi zamanı iddiaçı tərəfin məhz özlərinə məxsus olan pul vəsaitini cavabdehə məxsus olan bank hesabına yerləşdirilməsi, həmin pulun cavabdehə məxsus olmaması, cavabdehin onları pullarından məhrum etməsi halı öz təsdiqini tapmamışdır.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh mübahisələndirilən məbləğin 30000 manatının ona məxsus olduğunu qeyd etmişdir. Qalan 4000 manatın isə qızı və kürəkəni İddiaçı1 məxsus olduğunu etiraf etsə, həmin vəsaitinin id diaçının yoxsa cavabdehin qızının birgə formalaşdırdıqları, ya da hansısa birinə məxsus əmlak olması, hansı formada və nə vaxt əldə edilməsini müəyyən etmək mümkün olmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.5, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələri, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2., 88, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

14. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, onun ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar lap əvvəldən məhkəməyə etibarlı sübutlar təqdim etmişlər ki, cavabdeh Əzimova İddiaçı1 şəxsi pulunu saxlamaq üçün götürmüşdür. Bu barədə cavabdeh Əzimova qəbz tərtib etmişdir və bu qəbz iddiaçılar tərəfindən məhkəməyə təqdim edilib. Qəbz bir vərəqdən ibarət olub və bankda tərtib edilmişdir. Məhkəmə gedişində, yəni dördüncü məhkəmə iclasında cavabdeh tərəf əlavə qəbz vərəqələrinin surətlərini təqdim etmişdir və cavabdehin nümayəndəsi izah etdi ki, əslində qəbz üç vərəqdən ibarət olub, İddiaçı1 əslini gizlədib. Cavabdeh tərəfin nümayəndəsi bu arqumentləri əsaslandıra bilməmişdir. Məhkəmədə o, qəbzin iki saxta vərəqəsinin surətini təqdim etmişdir. Həmin vərəqlər məhkəmə zamanı Cavabdeh tərəfindən əlavə olaraq tərtib edilmiş və nümayəndə vasitəsilə məhkəməyə təqdim edilmişdir. Bunu aşağıdakı faktlar təsdiq edir: İddiaçı1 nü mayəndəsi məhkəməyə müraciət etməzdən əvvəl İddiaçı1 məxsus olan 34.000 manat məbləğində şəxsi pulunun qaytarılması barədə yazılı təkliflə Cavabdeh müraciət etmişdir. Bu yazılı təklif iki dəfə göndərilmişdir. Lakin Əzimova bu təklifə cavab verməmişdir. Təklifə Əzimovanın özünün tərtib etdiyi bir vərəqdən ibarət olan qəbzin surəti əlavə edilmişdir. Lakin Əzimova buna cavab olaraq qəbzin əslində üç vərəqdən ibarət olması ilə bağlı heç bir etiraz göndərməmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi qəbzin əlavə vərəqlərini təqdim etməmişdir. Yalnız dördüncü məhkəmə iclasında qəbzin əlavə iki vərəqəsinin surəti təqdim edilib. Bununla izah etmək olar ki, cavabdeh işin məhkəmədə aparılması zamanı bu iki əlavə vərəqi özü tərtib etmişdir. Əslində cavabdehin təqdim etdiyi əlavə qəbz vərəqlə rinin əsli heç vaxt olmamışdır və buna görə də heç bir tərəf vərəqlərin əslini məhkəməyə təqdim edə bilməmişdir. Əslində, qəbz əvvəldən bir nüsxədə tərtib edilmişdir. Cavabdeh pulu öz hesabına köçürməzdən əvvəl bankın binasında bir vərəqdə tərtib etmişdir. Məhkəmə işdə sübut kimi cavabdehin təqdim etdiyi qəbzlərin sadə surətlərini qəbul edib. Eyni zamanda, o, iddiaçının təqdim etdiyi qəbzin əslini sübut kimi tamamilə əsassız olaraq rədd etmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçıların özlərinə məxsus olan pulu məhz cavabdehə məxsus olan bank hesabına yerləşdirmələri, həmçinin cavabdehin də iddiaçılara məxsus olan puldan faiz gəliri əldə etməsi ağlabatan hesab edilmir. İddiaçı tərəf məhkəmənin bu istiqamətdə verdiyi sualları qohumluq və ailə münasibətləri ilə əsas landırmağa çalışsa da, bu mülahizələr məhkəmədə daxili inamı formalaşdırmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbini əsaslandırarkən qeyd etmişlər ki, İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilini xx.xx.2021-ci il tarixdə 124000 manata satmış və əldə edilən pulun bir qismini oğluna ev almaq üçün ayırmışdır. Bu məqsədlə əldə edilən pulun 34000 manatını cavabdehə verilmiş və cavabdeh tərəfindən buna dair sənəd də tərtib edilmişdir. İddiaçılar mənzilin alqı-satqı müqaviləsini məhkəməyə təqdim ediblər. Bu müqavilədən də görünür ki, 2 avqust 2021-ci il tarixdə İddiaçı2 ona məxsus mənzilini satmışdır. O, satışdan əldə etdiyi gəlirin 34 min manatını oğlu İddiaçı1 mənzil almaq üçün vermişdir. Cavabdeh 13 avqust 2021-ci il tarixdə bu pulu saxlamaq üçün banka öz adına qoyması barədə qəbz tərtib etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı1 və cavabdehin qızı Ləman Əzimova rəsmi nikaha daxil olmuşlar. Lakin məhkəmə tərəfindən işin xronoloji xarakter daşıyan bu halları nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə Cavabdeh təqdim etdiyi alqı-satqı müqaviləsini nəzərə almışdır. Lakin bu alqı-satqı müqaviləsi Cavabdeh tərəfindən 2021-ci ilin mart ayında bağlanılmışdır. Bu müddət ərzində İddiaçı1 və Ləman Əzimova bir-birini tanımayıb. Buna görə də Cavabdeh bağladığı mənzilin alqı-satqı müqaviləsi ilə cavabdehlə iddiaçılar arasında yaranmış hüquqi münasibətlər arasında heç bir əlaqə yoxdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1703/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (G.Axundova (sədrliyi və məru zəsi ilə), hakimlər F.Babayev və R.Eyvazov) İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2752/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı1 xeyrinə 34000 (otuz dörd min) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 98 (doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı1 xeyrinə tutulması qət edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən, cavabdeh tərəfindən təqdim edilən əlavə iki səhifəlik qəbzdə imza yoxdur və iddiaçı tərəf həmin 2 səhifənin mövcudluğunu mübahisələndirərək bildirir ki, qəbz yalnız 1 səhifədən ibarət olmuşdur. Həmin səhifənin əsli o ndadır və həmin səhifədə 3 nəfərin imzası vardır.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən əlavə iki səhifədə imza olmadığından onun məzmununda qeyd edilən halları cavabdeh sübut etməlidir. Çünki imza olan 1 səhifəlik yazıdan müəyyən olunur ki, 34000 manat pulu cavabdeh iddiaçıdan almış və öz adına hesaba qoyaraq məqsəd Tağı və Ləmana ümumi ev almaq üçün pulun yığılmasına kömək etmək olmuşdur. Lakin cavabdehin təqdim etdiyi əlavə 2 səhifəlik yazıda imza yoxdur və həmin yazının məzmununa görə 30000 manat pulu Cavabdeh öz qızı Ləmana vermiş, Ləman isə nişanlısı Tağıya vermişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, yalnız vizual görünüşə əsaslanmaqla, imza olmayan və mübahisələndirilən əlavə 2 səhifəlik yazıya istinad etməklə iddianı rədd etməkdə məh kəmə haqlı olmamışdır. İddiaya qarşı cavabdehin etirazının dəlillərini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşdüyündən Cavabdeh Tağıdan alaraq bank hesabına qoyduğu pulun məhz ona məxsus olmasını sübut etməli idi. Cavabdeh bildirir ki, 2021-ci ili mart ayında mənzilini satmışdır.

20. Məhkəmə hesab etmişdir ki, bu hal Tağıdan aldığı pulun ona məxsus olmasını sübut etmək üçün yetərli deyil. Çünki, Tağının anası olan digər İddiaçı2 mənzilini 2021-ci ilin avqust ayının 2-i satmış, pulun verilməsinə dair qəbz 13 avqustda yazılmış, Tağı ilə Ləman 2021-ci ilin 26 avqustunda nikaha girmişlər. Tərəflər təsdiq edir ki, nikahdan sonra Tağı Ləmana məxsus mənzildə yaşamışdır. Cavabdeh İddiaçı1 xeyrinə 34000 manat pulun tutulması tələbinin təmin edilməsi üçün qanuni əsas vardır. Belə ki, imza edilmiş qəbzdən müəyyən edildiyi kimi, Tağıdan 34000 manatı alıb hesaba qoymaqda məqsəd Tağı və Ləman üçün ümumi ev almaq üçün pulun yığılmasına kömək etmək olmuşdur. Lakin hazırda Tağı ilə Ləmanın nikahı pozulmuş, onların ev alıb birlikdə yaşamaq niyyəti yoxdur.

21. Göründüyü kimi pulun verilməsinə əsas olmuş hal aradan qalxmışdır. Buna baxmayaraq cavabdeh pulu qaytarmayaraq əsassız varlanmışdır. Pul Tağıdan alındığına görə Tağıya da qaytarılmalıdır. Ona görə də İddiaçı2 xeyrinə pulun tutulması hissəsində iddia təmin edilməməlidir.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh kassasiya şika yəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən təqdim edilmiş sənəd tam deyildir, sənədin ilk iki səhifəsi məhkəməyə təqdim edilməmişdir. İltizamın ilk iki səhifəsində qeyd edilmişdir ki, mən, Cavabdeh, Azadlıq prospekti 127/131 ünvanında yerləşən 4 otaqlı mənzilimi 130000 manata satdım və oğlum Əzimov Nərimana Bakıxanovda 60000 manata mənzil aldım. Bundan sonra mən bağımızda hovuz tikdirdim, oğluma toy elədim və qalan 30000 manatı qızım Ləmana verdim. Bu iltizamı ona görə yazıram ki, qızım əmin olsun ki, mən onun 30000 manatını əlindən almıram, əksinə onu qızım üçün artırmaq istəyirəm, belə ki, bəzi insanlar qızımı inandırmağa çalışırlar ki, anan sənə pulu qaytarmayacaq. Qızımın nişanlısı İddiaçı1 həmçinin bu 30000 manatı artırmağa mənə kömək edir və bu məbləğin üzərinə 4000 manat əlavə edib, lakin bu pulu evində saxlayır. Bu qədər məbləği evdə saxlamaq təhlükəli olduğuna görə, pulu banka qoymağı təklif etdim. İltizamdan da göründüyü kimi cavabdeh iltizamda pulun mənbəyini, nə məqsədlə qızına verildiyini və pulun həqiqətən özünə məxsus olduğunu etiraf edir. Lakin iddiaçılar məhkəməyə təqdim etdikləri yarımçıq olan iltizam ilə sadəcə öz xeyirlərinə olan tərəfi məhkəmənin diqqətinə çatdırıblar. Belə bir sual yaranır: Əgər 30000 manat İddiaçı1 məxsus olsaydı, o bu qədər vəsaiti niyə öz anasının deyil, gələcək qayınanasının hesabına yatırır? O bu qədər vəsaiti niyə notarial təsdiq edilmiş müqavilə və ya qəbz əsasında verməyib? Bu əsaslar sübut edir ki, iddiaçıların əsassız varlanmaq istəyərək cavabdehin mülkiyyətində olan pulun hesabına öz imkanlarını artırmaq məqsədləri vardır. Qəbzin 3-cü səhifəsi natamamdır. Məhkəmədə kifayət qədər sübutlar toplanmadan iddiaçıların apellyasiya şikayəti təmin olunmuşdur. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən əlavə iki səhifəlik qəbzdə imza yoxdur və iddiaçı tərəf həmin 2 səhifənin mövcudluğunu mübahisələndirərək bildirir ki, qəbz yalnız 1 səhifədən ibarət olmuşdur. Həmin səhifənin əsli ondadır və həmin səhifədə 3 nəfərin imzası vardır, cavabdeh tərəfindən təqdim edilən əlavə iki səhifədə imza olmadığından onun məzmununda qeyd edilən halları cavabdeh sübut etməlidir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, ilk ik i vərəqdə imzanın olmaması hələ iddiaçının iddiasının əsaslı olması demək deyildir. İltizamın açıq-aşkar yarımçıq olması məzmunundan və formasından da görünür. Bunu təyin etmək üçün məhkəməyə xüsusi biliyi olan ekspert, mütəxəssis dəvət edilməli idi. Lakin bunlar olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəy yən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

28. Maddə 1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 1091.2 əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. Maddə 1092.1 varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (Maddə 1092.2)

31. Maddə 1092.3 varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadı ğını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası, apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən və iddiaçı tərəfindən mübahisələndirilən əlavə iki səhifədə imza olmadığından onun məzmununda qeyd edilən halları sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, cavabdeh tərəfindən t əqdim edilən əlavə iki səhifəlik qəbzdə imza mövcud olmamışdır. Bundan başqa, apelyasiya məhkəməsinin, birinci instansiya məhkəməsinin vizual görüntüyə əsaslanmalı olmaması ilə bağlı qənaəti də düzgün olmuşdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsasına, cavabdehin isə iddiaya olan etirazında istinad etdiyi hallara düzgün və müfəssəl hüquqi qiymət verərək, qeyd edilən maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etmişdir.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin g əldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1703/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar