Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3700/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “ömürlük renta müqaviləsinin ləğv edilməsi” tələbinə, iddiaçı Cavabdehlər X3 və X10 qarşı “nikahın və ömürlük renta müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və cavabdehlərin mənzildən istifadə hüququ olmayan şəxs hesab edilmələri” tələbinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh, X21 və X3 qarşı “renta müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi” tələblərinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: renta müqaviləsi, müqavilənin etibarsızl ığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının prosessual varisi (qarşılıqlı iddia üzrə cavabdeh) X2, Cavabdeh vəkili X6, Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 və vəkili X11, X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10084/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X13, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli ömürlük renta müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(005)298/2015 nömrəli qiyabi qətnaməsi ilə (hakim S.M.Quliyeva) iddia təmin edilmişdir. Lakin cavabdehin müraciət əsasında həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı Cavabdehlər X3 və X10 qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2016-cı il tarixdə X8 və İddiaçı arasında qeydə alınmış nikahın və xx xxxxxxx 2016-cı il tarixdə X8 və İddiaçı arasında bağlanmış renta müqaviləsinin etibarsız hesab edilməsi, X2 adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, cavabdehlərin qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən istifadə hüququ olmayan şəxslər hesab edilmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddialar bir icraata birləşdirilmiş, Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə isə İddiaçı ölməsi ilə bağlı ona münasibətdə işin icraatına xitam verilmiş, iş üzrə digər cavabdeh statusuna malik olan mərhumun sonuncu nikahda olmuş arvadı X8 prosessual hüquq varisi kimi işə cəlb olunmuşdur. Mübahi sə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər Cavabdeh, X21 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2016-cı il tarixdə X8 və İddiaçı arasında bağlanmış renta müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, cavabdeh qismində İddiaçı qanun üzrə birinci növbədə vərəsələri olan X27 və Cavabdeh ilə əvəz edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1-də yerləşən 4 nömrəli mənzilin onun mülkiyyətinə qaytarılması, yəni tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılması, xx xxxxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində cavabdeh X2 adına qeydə alınmış yazıların ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)1254/2019 nömrəli q ətnaməsi ilə (hakim G.A.Əsədova) İddiaçı iddiası rədd edilmiş, iddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddiaları qismən təmin edilməklə, xx xxxxxxx 2016-cı il tarixdə X8 ilə İddiaçı arasında 2 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində 4Ə-2162 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş renta müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X2 adına ünvan 1 nömrəli evin 4 nömrəli mənzilinə verilmiş xx xxxxxxx 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləgv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, cavabdehlər X2 və X9 ünvan 1 nömrəli evin 4 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxslər hesab edilməsi, bu qətnamənin cavabdehlə r X2 və X9 ünvan 1 nömrəli evin 4 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması, iddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddialarının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13512/2019 nömrəli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli - sədrlik edən və məruzəçi, İ.K.Xəlilov və Ş.Ə.Məhərrəmova) X2 və X9 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)1254/2019 nömrəli qətnaməsinin qismən, yəni “İddiaçı Cavabdeh qarşı ömürlük renta müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddiaları qismən təmin edilsin. xx xxxxxxx 20 16-cı il tarixdə X8 ilə İddiaçı arasında 2 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində 4Ə-2162 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş renta müqaviləsi etibarsız hesab edilsin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X2 adına ünvan 13 nömrəli evin 4 nömrəli mənzilinə verilmiş xx xxxxxxx 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarış ləgv edilsin. Tərəflər əvvəlki vəziyyətə qaytarılsınlar. Cavabdehlər X8 və X14 ünvan 13 nömrəli evin 4 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxslər hesab edilsinlər. Bu qətnamə cavabdehlər X2 və X9 ünvan 13 nömrəli evin 4 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır.” hissəsində ləğv edilməsi, İddiaçı iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh ar asında bağlanmış xx xxxxx 2012-ci il tarixli ömürlük renta müqaviləsinin ləğv edilməsi, iddiaçı Cavabdehlər X3 və X10 qarşı “ömürlük renta müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərin mənzildən istifadə hüququ olmayan şəxs hesab edilmələri” tələbinə dair iddiasının, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh, X21 və X3 qarşı “renta müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Cavabdeh və vəkili X13, kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10084/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin müstəqil tələb irəli s ürən üçüncü şəxs X12 və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10084/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, onun tərəfindən renta müqaviləsi üzrə öhdəliklərinin icra olunması təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış, əksinə X8 ilə bağlanmış renta müqaviləsinin icrası sübut olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini təhrif etmiş, əsassız olaraq b irinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxsin kassasiya şikayəti işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, işin halları tam araşdırılmamış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X13, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 və vəkili xxx oğlu ayrı-ayrılıqda kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçının prosessual varisi (qarşılıqlı iddia üzrə cavabdeh) X8 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmamışdır. Kassasiya şikayətlərinə ya zılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidi r. İddia tələbinə hüquqi qiymət verən apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı və X12 əvvəlcə faktiki, xx xxxxxx 1976-cı ildə isə rəsmi nikaha daxil olub ailə qurmuş, həmin nikahdan xx xxxxxx 1976-cı il təvəllüdlü xxx və xx xxxx 1978-ci il təvəllüdlü xxx adlı övladları doğulmuşlar. Həmin nikah xx xxxxxxxx 1982-ci il tarixdə pozulmuşdur. Daha sonra onlar xx xxxx 2009-cu il tarixdə yenidən nikaha daxil olmuş, xx xxxxxx 2015-ci il tarixdə məhkəmə qaydasında yenidən nikahları pozulmuşdur. İddiaçı xx xxxxxx 2004-cü ildə ünvan 1-də yerləşən 4 nömrəli mənzili alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, xx xxxxxx 2005-ci il tarixdə onun adına qeydiyyat vəsiqəsi, xx xxxx 2011-ci il tarixdə isə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilmişdir. Evə dair kommunal xidm ətlərin haqqı 2005-2015-ci illərdə İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı və Cavabdeh (onun adından müvafiq etibarnamə əsasında çıxış edən X12) arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli ömürlük renta müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 nömrəli evin 4 nömrəli iki otaqlı mənzilini yaşamaq hüququnu saxlamaqla X4 mülkiyyətinə vermiş, Cavabdeh həmin mənzili mülkiyyətinə qəbul edərək, İddiaçı ölənə kimi saxlayacağını, maddi cəhətdən təmin edəcəyini, səhhətinin qayğısına qalacağını, vəfat etdikdə dəfnini təşkil edəcəyini və həmin evin kommunal xərclərini ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı 2014-cü ilin sentyabr ayında renta müqaviləsinin ləğvi barədə Bakı şəhəri 52 saylı notariat kontoruna ərizə ilə müraciət etmiş, müqavilənin ləğvi barədə ərizə birtərəfli qaydada verildiyindən ona bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən xx xxxxx 2015-ci ildə renta müqaviləsi ləğv edilmiş və həmin qətnamə icra olunmuşdur. Bundan sonra İddiaçı və X8 arasında xx xxxxxxxx 2016-cı il tarixdə nikah, xx xxxxxxx 2016-cı il tarixdə isə yeni renta müqaviləsi bağlanılmaqla, İddiaçı (“renta alan”) müvafiq çıxarışa əsasən mülkiyyətində olan ünvan 1nömrəli evin ümumi sahəsi 43 kv.metr, yaşayış sahəsi 28,3 kv.metr, köməkçi sahəsi 14,7 kv.metr olan 4 nömrəli iki otaqlı mənzilini “renta ödəyicisi” X2 mülkiyyətinə vermiş, “renta ödəyicisi” isə alınmış əmlakın müqabilində “renta alan”ın ömür boyu ona razılaşdırılmış pul məbləği dəyərində gündəlik madd i və qulluq ehtiyaclarını təmin etmək şəklində renta ödəməyi öhdəsinə götürmüşdür. “Renta alan”ın ömrünün sonuna qədər, onun minimal maddi ehtiyaclarına cavab verəcək hər ay 150 manat dəyərindən az olmamaqla qida məhsulları, həkim xidməti, dərman, lazım olan qulluq və digər zəruri ehtiyacla “renta ödəyicisi” tərəfindən təmin edilməsini müəyyən edilmişdir. Rentanın satınalma qiyməti 50000 manat müəyyən edilmişdir. xx xxxxxxx 2016-cı il tarixdə evə mülkiyyət hüququ X2 adına qeydə alınmış, İddiaçı isə xx xxxxxxxx 2017-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 864-cü maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. Həmin Məcəllənin 867.2-ci maddəsinə əsasən renta müqaviləsində əmlakın haqq müqabilində verilməsinin nəzərdə tutulduğu halda əmlakın verilməsi və ödənilməsi üzrə tərəflərin münasibətlərinə alqı-satqı haqqında qaydalar, belə əmlakın pulsuz verildiyi halda isə bağışlama müqaviləsi haqqında qaydalar tətbiq edilir, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin qaydaları ilə ayrı hal müəyyənləşdirilməsin və bu, renta müqaviləsinin mahiyyətinə zidd olmasın. Məcəllənin 879.1-ci maddəsinə əsasən renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyic isindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, İddiaçı və oğlu Cavabdeh arasında bağlanmış renta müqaviləsinə əsasən renta alan mənzilini renta ödəyicisinin qarşısında onu ölənə kimi saxlayacağı, maddi cəhətdən təmin edəcəyini öhdəlik götürməsi müqabilində renta ödəyicisinin mülkiyyətinə vermək öhdəliyi götürmüşdür. Lakin xx xxxx 1978-ci il təvəllüdlü Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx xxxx 2015-ci il tarixli arayışına əsasən, Cavabdeh sonuncu dəfə xx xxx 2004-cü il tarixdə Azərbaycan Respublikasından çıxış etmiş, geri qayıtmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Abşeron rayon Mənzil-İstismar Hissəsinin 2 saylı Evlər İdarəsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli 18 saylı arayışa əsasən ünvan 1nömrəli evin 4 nömrəli mənzilinə dair 2005-ci ildən 2015ci ilədək kommunal xidmətləri və mənzil puluna dair xərclər İddiaçı tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsinin xx xxxx 2015-ci il tarixli iclasında şahid qismində dindirilmiş İddiaçı xalası qızı X15 və qonşusu X5 ifadələrində Cavabdeh Rusiyada yaşadığını, İddiaçı tək yaşamaqla xxxin ona qulluq etmədiyini göstərmişlər. Apelyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, İddiaçı vəfat edərkən Cavabdeh Azərbaycan Respublikasında olmamış, atasının dəfn və hüzr mərasimlərində iştirak etməmişdir. Beləliklə, Cavabdeh xx xxxxx 2012-ci il tarixli ömürlük renta müqaviləsi üzrə öhdəliklərinin heç birini (İddiaçı ölənə kimi saxlamaq, maddi cəh ətdən təmin etmək, səhhətinin qayğısına qalmaq, vəfat etdikdə dəfnini təşkil etmək və həmin evin kommunal xərclərini ödəmək) yerinə yetirməmişdir. Buna görə də İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 879.1-ci maddəsinə əsasən həmin müqavilənin ləğv edilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. İddiaçı və Cavabdeh arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli ömürlük renta müqaviləsi Cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan, müqavilə üzrə heç bir öhdəlik icra edilmədiyindən həmin müqavilə ləğv edilməlidir. Daha sonra apelyasiya instansiyası məhkəməsi Cavabdeh və X4 iddia tələblərinə hüquqi qiymət verərək göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(005)-298/2015 nömrəli qiyabi qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı r enta müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edildikdən və məhkəmə qətnaməsinə əsasən xx xxxxx 2015-ci ildə renta müqaviləsinin ləğvi faktı notarius tərəfindən qeydə alındıqdan sonra xx xxxxxxx 2016-cı il tarixdə İddiaçı və X8 arasında renta müqaviləsi bağlanmışdır. xxx həmin mənzilin İddiaçıla birgə vəsaitləri hesabına əldə edildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə müəyyən olunmuşdur ki, ünvan 1nömrəli evin 4 saylı mənzili onların rəsmi nikahda olmadıqları müddətdə alınmışdır. xxx iddia ərizəsində İddiaçı 2015-ci ildə onu boşamasından məlumatının olmamasını, aralarında normal münasibətlərin davam etməsini göstərsə də, iş materiallarından görünür ki, tərəflər arasında münasibətlər heç də normal olmamış, xx xxxxxx 2015-ci ildə nikah p ozulduqdan sonra İddiaçı xxxnın ünvan 13 nömrəli evin 4 nömrəli mənzilindən istifadə hüququnun itirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Nəhayət apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi X20 xxxla ailə qurmaq niyyəti olmadan saxta nikaha girib mənzili ələ keçirmək məqsədilə renta müqaviləsi bağlamasını, həmin mənzildə qeydiyyatda olsa da, orada heç vaxt yaşamamasını və İddiaçı qulluq etməməsini göstərsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə iclasında şahid qismində dindirilmiş mərhum İddiaçı bacısı X16 ifadəsində göstərmişdir ki, qardaşı İddiaçı xxx ilə evlənməsi barədə ona telefonla məlumat vermiş, o aradabir gəlib qardaşına baş çəkmişdir. X18q etmiş, xxx evdə olma yanda xxx tək qoymamaq üçün qardaşı gəlib ona baxmışdır. Qardaşı xxxn yas mərasiminin bütün əziyyətini xxx çəkmiş, nə xxxnın, nə də oğlanlarının xxxn ölümündən xəbərləri olmamış və yas mərasiminə gəlməmişlər. İddiaçı ünvan 1 qəbiristanlığında dəfn olunmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh və xxx tərəfindən etibarlılığı mübahisələndirilən İddiaçı ilə X8 arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli renta müqaviləsi müqavilə tərəflərinin iradə ifadəsi əsasında bağlanmış, İddiaçı müqavilə bağlandığı gündən vəfat etdiyi günə qədər müqaviləni mübahisələndirilməmişdir. Müqavilənin predmeti olan mənzil xxx ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri əmlak olmadığından həmin müqavilənin bağlanması zamanı xxxnın razılığının alınmasına zərurət olm amışdır. Həmin mənzildə qeydiyyatda olan şəxs kimi xxxnın renta müqaviləsinin bağlanmasına razılığının alınmaması həmin müqavilənin etibarsız hesab edilməsinə əsas ola bilməz. Həmin renta müqaviləsinin etibarsız hesab edilməsi barədə Cavabdeh və xxxnın iddia tələbləri əsassızdır və müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqim olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh və X4 iddia tələblərinə düzgün hüquqi qiymət verilmiş və həmin iddialarda irəli sürülmüş dəlillər İddiaçı və X8 arasında bağlanmış renta müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri ilə bağ lı qeyd olunmalıdır ki, həm iddiaçı Cavabdeh, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işin bütün faktiki hallarının araşdırmamasına və sübutlara düzgün hüquqi qiymət verilməməsinə istinad etsələr də, Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Beləliklə də, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə müəyyən olunan işin faktiki hallarına uyğun olaraq tərəflər ara sındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili X13, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 və vəkili xxx oğlu tərəfindən ayrı-ay rılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10084/2019 nömrəli qətnaməsi verilmiş dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3700/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3700/2020
08.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver