Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3701/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Sadiqov Əli Həsən oğlunun, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun vəkili Abbasov Rəfail Arif oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı istehsalat qəzası nəticəsində həyatını itirmiş X1 əmək haqqının onun ailəsinə ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 2(103)-14520/2019 saylı, 27 dekabr 2019cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Sadiqov Əli Həsən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2284/2019 saylı, 04 sentyabr 2019- cu il tarixli qətnaməsi ilə (hаkim İ.Ş.Rüstəmli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı istehsalat qəzası nəticəsində həyatını itirmiş X1 əmək haqqının onun ailəsinə ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14520/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov, F.F.Babayev) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şə həri Səbail Rayon Məhkəməsinin 2(009)-2284/2019 saylı, 04 sentyabr 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “istehsalat qəzası nəticəsində həyatını itirmiş X1 əmək haqqının onun ailəsinə ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 istehsalat qəzası nəticəsində vəfatı ilə əlaqədar ödənilməli olan ödəncin cavabdehdən tutularaq onun ailə üzvlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşı X3 2014-cü ilin oktyabr ayında prokurorluq orqanlarında işə qəbul olunaraq İmişli rayon prokurorluğunda müstəntiq vəzifəsinə təyin edilmiş, stajorluq müddəti bitdikdən sonra isə həmin prokurorluğun böy ük müstəntiqi vəzifəsinə təyin edilmişdir. Baş Prokurorun əmrinə əsasən 04.01.2018-ci il tarixdən Tovuz rayon prokurorluğuna ezam edilmişdir. Tovuz rayon prokurorluğundan 15.02.2018-ci il tarixdə icraatında olan cinayət işləri və materiallarla bağlı Baş Prokurorluğa ezam edilmiş və 18.02.2018-ci il tarixdə ezamiyyətdən iş yerinə qayıdarkən Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuşdur. Baş Prokurorun “Prokurorluq işçilərinin xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı həlak olması, xəsarət alması hadisələri ilə əlaqədar məsələlərə baxılması Qaydaları” barədə 16.02.2012-ci il tarixli, 10/21 saylı əmrinə əsasən yaradılmış komissiya tərəfindən iddiaçının əri Oruc Hümbətzadənin vəfat etməsi xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan hal kimi qiymətləndirilmişdir. İddiaçı tərəfindən Baş Prokurorluğa mərhum Oruc Hümbətzadənin ailə üzvlərinə zərərin əvəzinin ödənilməsi ilə əlaqədar müraciət edilmiş, lakin məsələ öz qanuni həllini tapmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Sadiqov Əli Həsən oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və q eyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Baş vermiş istehsalat qəzası məhz Baş prokurorluğun təqsiri üzündən baş vermişdir.”İşçilərin ezamiyyə qaydaları” nın 4-cü maddəsinə əsasən “işçilərin ezamiyyət müddəti dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri tərəfindən təyin edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla bu müddət 40 gündən yuxarı ola bilməz”. Hazırkı vəziyyətdə həmin müddət 46 gün təşkil edir. Bu isə baş vermiş hadisədə Baş Prokurorluğun qanuna ziddi əməli ilə əməlin nəticəsi arasında səbəbli əlaqənin olmasını göstərir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan mad di və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Sadiqov Əli Həsən oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun vəkili Abbasov Rəfail Arif oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili S adiqov Əli Həsən oğlunun, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun vəkili Abbasov Rəfail Arif oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qey d etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X4 ilə X5 23.06.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Azərbaycan Respublikası Baş Prokurorunun 11/03-K nömrəli, 04.01.2018-ci il tarixli əmrinin surətindən görünür ki, X4 xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilmişdir. Ezamiyyət vəsiqəsinin surətindən görünür ki, X4 ekspertizalarla bağlı Bakı şəhəri nə ezam edilmiş və 14.02.2018-ci il tarixdən 18.02.2018-ci il tarixədək Bakı şəhərində ezamiyyətdə olmuşdur. 18.02.2018-ci il tarixdə ezamiyyətdən qayıdarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 vəfat etmiş və bu fakt Baş Prokurorluqda fəaliyyət göstərən Komissiya tərəfindən xidməti vəzifələrinin icrası ilə bağlı olan hal kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 11/127-K nömrəli, 05.04.2018-ci il tarixli əmrinə əsasən X4 vəfatı ilə əlaqədar prokurorluq işçilərinin siyahısından çıxarılmışdır. 02.07.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 18.02.2018-ci il tarixdə ölmüş X2 vərəsələri onun arvadı İddiaçı və qızı X6r. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbini təmin etməməklə bi rinci instansiya məhkəməsi haqlı olmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunla nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məblə ğdə birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” haqqında 09.01.2003-cü il tarixli 3 nömrəli qərarının 2-ci bəndinin 3-cü abzasına əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi he sabına daxil edilmir). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1 və 239.2-ci maddələrinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada də ymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki: «Qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibə tləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Əmək Məcəlləsinin 239-cu maddəsinin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsi rli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239.5-ci maddəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliklə istehsalatda baş vermiş bədbəxt hadisədə məhz iş əgötürənin təqsiri nəticəsində işçiyə xəsarət yetirilməsi nəticəsində dəymiş zərərin ödənilməsi vəzifəsi müəyyən olunsa da, lakin hazırkı işdə X2 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsində işəgötürənin hər hansı təqsiri müəyyən edilməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. İş materiallarına əsasən müəyyən edilir ki, Oruc Hümbətzadə həlak olduqdan sonra onun ailə üzvlərinə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında“ Qanunun yuxarıda qeyd olunan 20.5 və 20.6-cı maddələrinə əsasən birdəfəli k müavinət olaraq sığorta ödənişi verilmişdir. İddia tələbinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsi maddi hüquq norması kimi Əmək Məcəlləsinin yuxarıda qeyd olunan 239-cu maddəsinin 5-ci hissəsinə düzgün istinad etmişdir. Həmin maddəyə görə “Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur”. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansi yası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14520/2019 saylı, 27 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3701/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3701/2020
21.07.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver