Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3703/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı AAAAAAAAAA oğlunun cavabdeh “xxxx” ASC -nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı AAAAAAAAAA oğlunun iştirakı ilə, İddiaçı AAAAAAAAAA oğlunun cavabdeh “xxxx” ASC-nə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1737/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı AAA AAAAAAA oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış 01.09.2015-ci il tarixli, 4-g1-1-0-517-15 saylı kredit müqaviləsinə əsasən “xxxx” İKB (indiki adı xxxx) ASC-dən kredit götürülmüşdür. Bankla iddiaçı arasında bağlanmış 01.09.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 50 saylı mənzil ipoteka edilmişdir. Bankla arasında ipoteka müqaviləsi bağlanarkən mənzilin ipoteka edilməsinə mənzilə istifadə hüququ olan bütün yetkinlik yaşına çatmış ailə üzvləri notariat qaydada razılıq ərizəsi vermişlər. 24.04.1979- cu il təvəllüdlü oğlu Ağayev Anar Məhəmmədəli oğlu da mənzilin banka ipoteka edi lməsinə razı olduğunu bildirən notariat qaydasında təsdiqlənən ərizə vermişdir. Bankın tələbi ilə həmin mənzilə tutma yönəldilmişdir. İddiaçı mənzilə hüququ olan şəsxəlrdən birinin razılığının etibarsız olması əsası ilə hazırkı iddianı irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı AAAAAAAAAA oğlu cavabdeh “xxxx” ASC-nə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla “xxxx” İKB arasında bağlanmış 01.05.2015-ci il tarixli, 4-G1-1-0517 saylı kredit müqaviləsi üzrə bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır: iddiaçının oğlu Ağayev Anar Məhəmmədəli oğlu 1998-ci ildən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, davamlı halliisinator paranoid sindromu” diaqnozu ilə ruhi xəstəlikdən əziyyət çəkir. 1998-ci ildən poliklinikada qeydiyyatda olmaqla mütəmadi müalicə alır. O, açıq-aşkar hərəkətlərinin mənasını dərk etmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir. O, bu vəziyyətdə yaşadığı mənzilin ipoteka edilməsinə razılıq vermişdir. O, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 08.07.2019-cu il tarixli, 179 №li sərəncamı ilə fəaliyyət qabiliyyətsiz oğluna qəyyum təyin edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: N.Tağıyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337-ci maddələrinə istinad e tmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-A.Tanrıverdiyev (sərlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 05 fevral 2021-cu il tarixli, 2(103)-1737/21 nömrəli qətnaməsi ilə İddiaçı AAAAAAAAAA oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2838/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
8. İddiaçı AAAAAAAAAA oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı AAAAAAAAAA oğlu kassasiya şikayəti verərək qətnamənin l əğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı AAAAAAAAAA oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir.
12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə. 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
14. Maddə. 324.2 Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
15. Maddə. 324.4 Büqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
16. Maddə.
337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əq dlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. İddiaçı ipoteka müqavilə bağlanarkən onun oğlu Anar Ağayevin fəaliyyət qabiliyyətsiz olmasını əsas gətirərək, ipoteka müqaviləsinin ləğv edilməsini tələb edir. Məhkəmə baxışı zamanı bu hal öz təsdiqini tapmamışdır.
21. Beləki, məhkəmələr müəyyən etmişlər ki, iddiaçı mübahisələndirdiyi müqavilənin ləğvini onun bağlanması zamanı oğlunun anlaqsız vəziyyətd ə olması ilə əlaqələndirsə də, şəxsin müqavilənin bağlanması zamanı anlaqsız olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bu hal təsdiqini tapmamışdır.
22. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 08.07.2019-cu il tarixli, 179 saylı sərəncamı ilə fəaliyyət qabiliyyətsiz oğluna qəyyum təyin edilmişdir. Mübahisələndirilən əqd isə (ipoteka müqaviləsi) 01.09.2015-ci il tarixdə bağlanmışdır.
23. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının oğlu müqavilə bağlayarkən anlaqsız olsaydı belə, bu hal müqavilənin ləğvi üçün əsas deyil. Fəaliyyət qabiliyyəti olmayan şəxsin əqd bağlaması müqavilənin etibarsız olması üçün əsasdır (Mülki Məcəllənin 342-ci maddəsi).
24. Müqavilə bağlandıqdan sonra iddiaçının oğlu fəaliyyət qabi liyyətini itirmişdirsə, bu hal müqavilənin ləğvinə əsas ola bilməz.
25. Eyni zamanda bir məsələni də qeyd etmək lazımdır ki, ipoteka müqaviləsinin etibarlı müqavilə olması üçün əmlakın mülkiyyətçisinin əqdi bağlaması, həmin əqdə iradə ifadəsini bildirməsi kifayətdir. Mənzilin mülkiyyətçisi əqd bağlanarkən iddiaçı olmuşdur. Ona görə həmin əqd hər bir halda etibarlı əqddir.
26. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı AAAAAAAAAA oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1737/20 21 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.