Məhkəmə qərarları › İş №2(102)-3707/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3707/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3707/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə iş üzrə QƏRARİ Açar sözlər: aliment ödəməkdən azad etmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-231/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 15 fevral 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahından 31 mart 2011-ci il tarixdə X4 anadan olmuşdur. Tərəflərin nikahı 21 may 2012-ci il tarixdə pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-189/2015 nömrəli iş üzrə 14 yanvar 2015-ci il tarixli qiyabi qətnaməsinə əsasən, iddiaçı, Mingəçevir Şəhər Məhkəməsinin 15 fevral 2012-ci il tarixli 2(051)-283/2012 nömrəli qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş hər ay 50 manat alimenti ödəməkdən və həmin qətnamə üzrə yaranmış 980 manat aliment borcundan azad olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1563/2019 nömrəli iş üzrə 19 avqust 2019cu il tarixli qətn aməsinə əsasən, hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı valideynlik hüququndan məhrum etmə tələbinə dair iddiası rədd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2211/2019 nömrəli iş üzrə 29 oktyabr 2019cu il tarixli qətnaməsinə əsasən, 31 mart 2011-ci il təvəllüdlü xxxxxxxxxxyetkinlik yaşına çatana kimi saxlanması üçün 120 manat sabit pul məbləğində alimentin hər ay hazırkı iş üzrə iddiaçıdan tutularaq, cavabdehə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 21.05.2020-ci il tarixli məktuba əsasən, X1 Federasiyası pasportu ilə sonuncu dəfə 07.09.2019-cu il tarixdə Rusiya istiqamətində dövlət sərhəddindən buraxılmışdır. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin 27.07.2020-ci il tarixli arayışına əsasən, iddiaçının Mingəçevir Şəhər Mə hkəməsinin 2(051)-2211/2019 nömrəli, 29.10.2019-cu il tarixli icra sənədi üzrə 1200 manat aliment borcu yaranmışdır. İddiaçının X3 ilə birgə nikahından 17 dekabr 2015-ci il təvəllüdlü xxxxxvə 28 noyabr 2019-cu il təvəllüdlü xxxxxx adlı uşaqları doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Mingəçevir Şəhər Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(051)-2211/2019 nömrəli qətnaməsi üzrə yaranmış 1200 manat aliment borcunun ödənilməsindən və azyaşlı oğlu xxxxxxx yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin olunmuş 120 manat miqdarında aliment ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yenidə n ailə qurmuş və ikinci nikahından 2 uşağı doğulmuşdur. Lakin buna baxmayaraq məhkəmə qətnaməsinə əsasən oğlu xxxxxxyetkinlik yaşına çatana kimi saxlanması üçün 120 manat sabit pul məbləğində alimentin hər ay tutulub cavabdehə ödənilməsi qət edilmişdir. O, uşağı ilə heç bir əlaqə qura bilmir. Cavabdeh buna mane olur. Uşağın faktiki halından xəbərdar deyil və onda olan məlumata görə, cavabdeh Rusiya Federasiyasında ailə qurmuşdur. Uşağa ödənilməli olan alimentin həqiqətən də uşağa xərclənməsi ona məlum deyil. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-1371/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonr a – Ailə Məcəlləsi) 107.2-ci maddəsinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı həmin maddədə nəzərdə tutulan hallar müəyyən edilməmişdir və iddiaçı məhkəməyə bu barədə mötəbər sübutları təqdim etməmişdir. İddiaçı tələbini uşağın Rusiya Federasiyasında olması ilə əsaslandırmışdır. Halbuki uşağın hansı ölkədə olmasından asılı olmayaraq uşağı saxlamaq valideynin borcudur. Məhkəmə öz mövqeyini həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 3, 5, 8, 13cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işin faktiki hallarını düzgün təhlil etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş heç bir sübuta qiymət verməmişdir. Məhkəmə qətnamə qəbul etdikdən sonra iddiaçı övladının saxlanılması üçün aliment ödəmək istəmiş, lakin övladı Rusiya Federasiyasında olduğu üçün bu mümkün olmamışdır. İşə baxan məhkəmə bu halları nəzərə almamış, alimentin uşağa ödənilməli olmasına qiymət verməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-231/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nə ticə ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli şəxsin ailə vəziyyəti və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Qanunun mənasına görə aliment üzrə borcları ödəməkdən azad edilmə üçün bu halların hamısı mövcud olmalıdır. Qanunvericilik bu halların müəyyən edilməsini məhkəmənin səlahiyyətinə aid edir. Bu zaman ilk növbədə xeyrinə aliment tutulan uşağın mənafeyinə üstünlük verilməlidir. Lakin hazırkı vəziyyətdə qeyd olunan hаllаr müəyyən edilmədiyindən və iddiаçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, borcun üzrlü səbəbdən əmələ gəlməsi sübuta yetirilməmişdir. Digə r tərəfdən, iddiaçı aliment ödəməkdən azad edilməsini uşağın Rusiya Federasiyasında olması ilə əsaslandırmışdır. Lakin uşağın hansı ölkədə olmasından asılı olmayaraq, valideyn uşağı saxlamağa borcludur. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 75.1, 78.2, 107.2-ci, “Uşaq hüquqları haqqında” Qanunun 3, 5, 8, 13-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Ka ssasiya şikayəti iddianın və apelyasiya şikayətinin dəlillərinə uyğun, Ailə Məcəlləsinin 75.1, 75.4, 107.2, 112.1-ci, MPM-in 8.1, 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Kassator məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələ nə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Valide ynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazanc ın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Məhkəmə аliment ödəməli şəxsin iddiаsı üzrə аliment borcunun şəxsin xəstəliyi və yа digər üzrlü səbəblərə görə əmələ gəldiyini, аilə və mаddi vəziyyətinin bu borclаrı ödəməyə imkаn vermədiyini müəyyən edərsə, onu həmin borclаrı ödəməkdən tаmаmilə və yа qismən аzаd edə bilər (maddə 107.2). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). MPM Hər bir tərəf öz tələblər inin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəli lləri əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-231/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar