Məhkəmə qərarları › İş №2(102)-3710/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3710/2021

21.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3710/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı (“xxxx” MMC və Yasamal Rayon İcra və Probasiya Şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Cavabdeh2 QSC BOKT-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi və ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-974/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.05.2013-cü il tarixli, 2(005)1014/2013 saylı qətnaməsi ilə cavabdeh X1 iddiaçı xxxxı ASC-nin xeyrinə 198000 manat əsas kredit borcu, 22432 manat faiz borcu, 1000 manat dəbbə pulu, cəmi 221432 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipotekaya qoyulmuş ünvan 89 ünvanında yerləşən 194,9 kvadrat metr ümumi sahəsi olan qeyriyaşayış sahəsinə yönəldilməsi və həmin əmlak ın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına cavabdeh X3 banka olan kredit borcunun ödənilməsi, cavabdehlər İddiaçı və X2 ünvan 89 ünvanında yerləşən 194,9 kvadrat metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. “xxxx” MMC-nin 19.12.2013-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatında qeyd edilmişdir ki, ünvan 89 ünvanında yerləşən 194,9 kvadrat metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi 175000 manat məbləğində qiymətləndirilmişdir. Yasamal rayon icra və probasiya şöbəsinin Nəsimi Rayon Məhkəməsinə ünvanladığı 17/72-2376/17-22429 saylı, 08.08.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, əmlakın açıq hərracdan satılması üçün hərrac təşkilatına müraciət edilsə də, əmlak satılmamışdır. Yasamal rayon icra və probasiya şöbə si tərəfindən əmlakın qiymətləndirilməsi üçün 03.07.2017-ci il tarixdə «xxxx» MMC-yə müraciət olunmuş və qiymətləndiricisi tərəfindən qeyri-yaşayış sahəsi 599300 manat məbləğində qiymətləndirilmişdir. 27.07.2017-ci il tarixdə əmlakın hərracdan satışının təmin edilməsi üçün «X4» MMC-yə müraciət edilmiş, lakin əmlak hərraca çıxarılsa da, sifarişçi olmadığından hərrac baş tutmamış və hərrac təşkilatı tərəfindən «X7 Edilməsi Ağentliyi»nə ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə alması təklif edilmişdir. Təklifə münasibət barədə Yasamal rayon icra və probasiya şöbəsinə məlumat daxil olmamışdır. «X4» MMCnin 13.12.2017-ci il tarixli məktubu ilə Cavabdeh1 MMC-yə ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə alması təklif edilmişdir. Cavabdeh1 MMC- tərəfindən «X4» MMC-yə ünvanlanmış 26.12.2017-ci il tarixli məktub ilə icra hərəkətlərinin dayandırılması xahiş edilmişdir. Sonradan Sabunçu Rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli, 2(008)-670/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, “xxxx” MMC tərəfindən 12 iyul 2017-ci il tarixli, QR-129 nömrəli qiymətləndirmənin nəticələri haqqında hesabatm ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89-da yerləşən qeyri-yaşayış sahəsi 23.10.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 370000 manat müəyyən edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ("xxxx” MMC və Yasamal Rayon İcra və Probasiya Şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) Cavabdeh2 QSC BOKT-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 28.11.2011-ci il tarixli, 64 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və həmin ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ona məxsus olan və ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra əmlak satış üçün hərraca çıxarılmış, lakin sifarişçi olmadığından hərrac baş tutmamış və əmlak satılmamışdır. Belə olan halda, «Cavabdeh1nə» ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı olmaqla əmlakın alınması təklif edilmiş, lakin bank tərəfindən həmin əmlak alınm amışdır. Yasamal Rayon İcra və probasiya Şöbəsinin 08 avqust 2018-ci il tarixli məktubundan da görünür ki, əmlakın alınmasına dair X7 Edilməsi Ağenti tərəfindən Yasamal Rayon İcra və Probasiya Şöbəsinə məlumat daxil olmamışdır. Sözügedən əmlak hal-hazıradək ipoteka saxlayan tərəfindən əldə edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) 2(009)3126/2019 nömrəli iş üzrə 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra həmin əmlak iki dəfə hərraca çıxarılmış, lakin satılmamışdır. Bundan sonra «X7 Edilməsi Ağentliyi»nə həmin əmlakın alınması təklif edilmiş, lakin bank tərəfindən həmin təklifə münasibət bi ldirilməmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə və Konstitusiya Məhkəməsinin Plünumunun 28.10.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Beləliklə, ipoteka saxlayan («X7 Edilməsi Ağentliyi») hərraca çıxarılmış, lakin satılmamış əmlakları ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etmədiyindən, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi haqqında tələbi “İpoteka haqqında” Qanunun və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğundur. Cavabdeh qətnamədən apellyasi ya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xumar Mərdanova sədrlik edən və məruzəçi, Fuad Babayev, Elnur Həsənov) 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinə dair 04.12.2017-ci il tarixdə hərracının keçirilməsi barədə bildirişlərin cavabdehə təqdim edilməsi barədə poçt qəbzləri müəyyən edilmir. Hərracın keçirilməsi barədə «X4» MMC tərəfindən Cavabdeh1 MMC-yə məlumat v erilmədiyindən ipotekaya xitam verilməsi üçün əsaslar da yaranmamışdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, cavabdeh ipoteka predmetinin dəyəri barədə məlumatlı olduqdan sonra həmin məbləği mübahisələndirmişdir. Sabunçu Rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli, 2(008)-670/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, “xxxx” MMC tərəfindən 12 iyul 2017-ci il tarixli, QR-129 nömrəli qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi, İddiaçı mülkiyyətində olan Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89-da yerləşən qeyri-yaşayış sahəsi 23.10.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 370000 manat müəyyən edilməsi qət edilmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbin in təmin eidlməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki cavabdeh özü sübut etməli idi ki, ona həqiqətən də hərracın keçirilməsi barədə bildiriş göndərilməyib. Apellyasiya məhkəməsinin qətnaməsində isə hərracın keçirilməsi barədə bildirişlərin cavabdehə göndərilməməsi sadəcə söz olaraq qeyd olunmuş, bununla bağlı heç bir sübut göstərilməmişdir. Cavabdehə bildiriş göndərilib-göndərilmədiyini öyrənmək məqsədi ilə “X4” MMC-yə sorğu göndərilə biləcəyi halda, məhkəmə bunu etməmişdir. Cavabdeh də öz tələbini sübut etməyə borclu olduğu halda hərəkətsiz qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kas sasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavadehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmas ını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 42.1 Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir (normanın 28.12.2018ci il tarixədək qüvvədə olan mətni). Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracd akı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli "İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsi: “...yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış e lan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəli li ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probati on (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Sadalananlara əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək cavabdehin deyil, iddiaçının üzərinə düşür. Lakin iddiaçı hərracın keçirilməsi barədə Cavabdeh1 MMC-nin məlumatlı olmasına dair, birinci instans iya və apellyasiya instansiyası məhkəmələrinə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə apellyasiya instansiyasında baxan məhkəmə haqlı olaraq ipoteka predmeti olan Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 89-da yerləşən qeyri-yaşayış sahəsinin 23.10.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiymətinə dair “xxxx” MMC tərəfindən verilmiş 12 iyul 2017-ci il tarixli, QR-129 nömrəli hesabatın hazırkı iş üzrə cavabdehin iddiası üzrə Sabunçu Rayon Məhkəməsinin 01.11.2019-cu il tarixli, 2(008)-670/2019 saylı qətnaməsi ilə ləğv olunmasını da nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxa rıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-974/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar