Məhkəmə qərarları › İş №2(102)-3711/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3711/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3711/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)xxx/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim V.Quliyev) xx.xx.2019-cu il tarixli 2(005)-xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı2 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2-yə (Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsi, Lənkəran rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı2 məxsus, tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmış Lənkəran rayonu, Şilavar kəndində istifadədə olan 0.2489 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 168.7 kv.m fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2-yə qarşı “ipo teka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 məxsus daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 7803 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri,ünvan 1də istifadədə olan, 0.03145 ha torpaq sahəsində yerləşən 19 nömrəli binanın 1-ci girişində yerləşən 1 nömrəli mənzilinin ipotekasına xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov, A.Hüseynov, A.İmanov) xx.xx.2020-ci il tarixli 2(103)-xxx/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmas ı qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-xxx/2020 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı2 və X4 cavabdehlər “Daşınar və “xxxx” MMC-yə və Cavabdeh2-yə (Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsi, Lənkəran rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 tam mülkiyyət hüququ üzrə məxsus Lənkəran rayonu, Şilavar kəndində istifadədə olan 0.2489 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 168.7 kv.m fərdi yaşayış evinin ipotekasına xitam verilməsi və X8 məxsus Bakı şəhər i, ünvan 1-də yerləşən 19 nömrəli binanın 1 nömrəli mənzilinin ipotekasına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2-yə qarşı qarşı “ipotekaya xitam verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri ünvan 1-də yerləşən binanın 1 nömrəli mənzilinin ipotekasına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2-nin nümayəndəsi X9 və ASC-nin vəkili Cabbarlı Kənan Qurban oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, hərracın təşkilatçısı ipoteka saxlayan Cavabdeh2-yə həmin vaxt qüvvədə o lan qanunvericiliyin tələblərinə uyğun bildiriş göndərməmişdir. Bildirişin Cavabdeh2-yə göndərilməsi barədə iş materiallarında sübut yoxdur. Halbuki hərracın təşkilatçısı həmin vaxt qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq bunu etməli idi. ASC-nin hərracın keçirilməsindən, hərracın alıcı olmaması səbəbindən baş tutmamasından, evlərin ASC-yə təklif edilməsindən məlumatı olmamışdır, məlumatı olmuş olsa idi, həmin evləri hərracdan əldə edərdi. Hər iki instansiya məhkəməsinin istinad etdiyi iş materiallarında olan sənədlərin surətinə gəldikdə isə qeyd edilməlidir ki, sübut kimi iş materiallarına əlavə edilmiş sənədlər aidiyyəti üzrə həmin sənədi vermiş orqanlardan götürülmüşdür. Bu hal isə belə deməyə əsas verir ki, heç iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şə xsin də hərraclardan məlumatı olmamışdır. Əgər olsa idi, onlara göndərilən sənədlərin əslləri məhkəməyə təqdim edilərdi. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsinin tələblərini nəzərə almayaraq Cavabdeh2-ni hərəkətsiz qalmaqda, apelyasiya şikayətində göstərilənlərə dair isə əsassız və inandırıcı görünməməsi nəticəsinə gəlmişdir. “İpoteka Haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyi halda ipotekaya xitam verilir. Bu hal isə baş verməmişdir. Yəni ASC evlərin əldə edilməsindən imtina etməmişdir. İddiaçılar da Cavabdeh2-nin həmin evləri almaqdan imtina etməsini sübut edə bilməmişlər. Yekun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq norması olan “İpoteka Haqqında” Qanunun 42.1-c i maddəsinin tələblərini nəzərə almamış, həmin Qanunun 43.8-ci maddəsini səhv tətbiq etmiş, prosessual hüquq norması olan Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərini və həmin Məcəllənin 385.2, 384.0.1-ci maddələrini tətbiq edərək səhv nəticəyə gəlmiş və qanunsuz və əsasız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı2, Cavabdeh2-nin vəkili Cabbarlı Kənan Qurban oğlu, digər cavabdeh “xxxx” MMC-nin, mü bahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinin və Lənkəran rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndələri və mübahisə predmeti barəsində müstəqil tələbirəli sürən üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(049)-xxx/2009 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı1 194300 manatın tutularaq, «xxxx» SB Lənkəran filialına verilməsi, cavabdehin maliyyə vəsaiti olmadığından həmin məbləğ onun ipoteka ilə yüklü etdiyi tam mülkiyyət hüququ üzrə X7 məxsus Bakı şəhəri, ünvan 1-də istifadədə olan 0,03145 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 78,76 kv.m yaşayış s ahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzilinə və tam mülkiyyət hüququ üzrə İddiaçı2 məxsus Lənkəran rayonu, Şilavar kəndində istifadədə olan **********42-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0,2489 ha torpaq sahəsində yerləşən 168,7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1066/2009 nömrəli xx.xx.2010-cu il tarixli icra vərəqəsi icra edilməsi üçün göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 8(049)-xxx/2010 nömrəli qərardadının surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(049)xxx/2009 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə cavabdeh İddiaçı1 ərizəsi qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(049)- xxx/2009 nömr əli qətnaməsinin icrasına xx.xx.2010-cu il tarixədək möhlət verilmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən Lənkəran rayon Məhkəmə icraçıları bölməsinə ünvanlanmış xx.xx.2010-cu il tarixli 8(049)-xxx/2010 nömrəli məktubun surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 8(049)-xxx/2010 nömrəli xx.xx.2010-cu il tarixli icra vərəqəsi icra edilməsi üçün göndərilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qətnamə ilə hər iki ipoteka predmetinə tutma yönəldilməsi müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-xxx/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X3, X5, X2 və X6 tam mülkiyyət hüququ üzrə X8 məxsus Bakı şəhəri, ünvan 1-də yerləşən 19 nömrəli evin, 1 nömrəli mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin m ənzildən çıxarılması qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. İddiaçı2 məxsus Lənkəran rayonu, Şila-var kəndində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsi üçün Lənkəran rayon İcra şöbəsi tərəfindən qiymətləndirici dəvət edilmiş və “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2010-cu il tarixli 473 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə” ekspert rəyi ilə ev 60000 manat dəyərində qiymətləndirilmiş və hərrac təşkilatına sifariş verilmişdir. X8 məxsus Bakı şəhəri, ünvan 1də yerləşən 19 nömrəli binanın 1 nömrəli mənzilinin qiyməti isə Xətai Rayon İcra şöbəsinin sifariş məktubuna əsasən 80000 manat müəyyən edilmişdir. Müvafiq olaraq Lənkəran rayon İcra bölməsi tərəfindən Lənkəran rayonunda yerləşən birinci yaşayış evinin ilkin satış qiyməti 60000 manat olmaqla hərracın keçirilməsi üçün və Xətai rayon İcra şöbəsi tərəfindən Xətai ikinci mənzilin ilkin satış qiyməti 80000 manat olmaqla hərracın keçirilməsi üçün sifariş verilmişdir. Daşınar və daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC tərəfindən İddiaçı1, İddiaçı2 və “xxxx” ASC-nin Lənkəran filialına (*****) ünvanlanmış xx.xx.2011-ci il tarixli 01 nömrəli, xx.xx.2011-ci il tarixli 01/2 nömrəli, xx.xx.2011-ci il tarixli 02 nömrəli və xx.xx.2011ci il tarixli 03 nömrəli bildirişlərin surətindən görünür ki, İddiaçı2 mülkiyyətindəki Lənkəran rayonu, Şila-var kəndində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılması ilə bağlı xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il tarixlərdə hərracların keçirilməsi barədə məlumat verilmişdir. İş materiallarından müəyyən edilir ki, İcra şöbələrinin si fariş məktubu əsasında Daşınar və daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC tərəfindən hər iki ipoteka predmetinin açıq hərracdan satılması üçün hərracın keçirilməsi təşkil edilmiş, müvafiq bildirişlər tərəflərə göndərilmiş və onlara məlumat verilmişdir. Daşınar və daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC tərəfindən “xxxx” ASC-nin Lənkəran filialına (*****) ünvanlanmış xx.xx.2011-ci il tarixli 01/2008 nömrəli təklifin təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayon İcra bölməsinin 93 saylı xx.xx.2011-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı2 məxsus ipoteka ilə yüklənmiş Lənkəran rayonu, Şilavar kəndində yerləşən fərdi yaşayış evini təklif daxil olan tarixdən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 38250 manata ala biləcəyi tələbkar “xxxx” ASC-nin Lənkəran filialına təklif edilmişdir. Həmçinin Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə “xxxx” MMC tərəfindən Cavabdeh2-yə (ünvan 4 ünvanlanmış xx.xx.2012-ci il tarixli təklifin təsdiq olunmuş surətindən görünür ki, Xətai rayon İcra şöbəsinin xx/xx-8588/6 nömrəli xx.xx.2012-ci il tarixli sifariş məktubuna əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 62-ci maddəsinə müvafiq olaraq keçirilən hərracın yekunlaşdırılması ilə əlaqədar Banka bildirilmişdir ki, ipoteka ilə yüklü edilmiş Xətai rayonu, Tağızadə küçəsi, 19 saylı evin 1 saylı mənzili təklif daxil olan tarixdən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsa sən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 51000 manat olmaqla ala bilər. Lənkəran rayon İcra və probasiya şöbəsinin sorğuya cavab məktubunda göstərilmişdir ki, hərrac təşkiları tərəfindən keçirilmiş hərraclar zamanı qeyd olunan əmlak satılmamış, hərrac təşkilatı tərəfindən tələbkar təşkilat “xxxx” ASC-nin Lənkəran filialına təklif olunmuş, fərdi yaşayış evi “xxxx” ASC-nin Lənkəran filialı tərəfindən qəbul edilməmişdir. İcra sənədi tələbkarın hərəkətsizliyi ilə Lənkəran İcra və probasiya şöbəsinin “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixli qərarı ilə məhkəməyə qaytarılmışdır. İcra işinin materiallarından görünür ki, Bakı şəhəri ünvan 1-də yerləşən 19 saylı evin 1 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yeni 38250 manat olmaqla ala biləcəkləri barədə tələbkar “xxxx” ASC-nin Lənkəran filialına ünvanlanmış xx.xx.2011-ci il tarixli 01/2008 nömrəli təklifin surəti İcra bölməsinə də məlumat üçün göndərilmişdir. Xətai rayon İcra və probasiya şöbəsinin icra işinin materiallarından görünür ki, əmlakın təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 51000 manat olmaqla ala biləcəkləri barədə tələbkar Cavabdeh2-yə (bankın baş ofisinə) ünvanlanmış xx.xx.2012-ci il tarixli təklifin surəti Xətai rayon İcra şöbəsinə də məlumat üçün göndərilmişdir. Qanunvericilikdə yalnız iki hərracın (ilkin və təkrar) keçirilməsi nəzərdə tutulmuşdur. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İp oteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5, 43.7 və 43.8-ci maddələrində müəyyən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Cavabdeh2-nin hərracın keçirilməsi barədə ümumiyyətlə onlara məlumat verilmədiyi, ipoteka predmetinin onlara təklif olunmadığı, təklif olunduğu halda ipoteka predmetlərini əldə edəcəkləri barədə dəlili ilə bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, Bankın bu dəlilləri kifayət qədər inandırıcı görünmür. Belə ki, əvvəla Bankın öz tələbi əsasında qəbul edilmiş Lənkəran Rayon Məhkəməsinin qətnaməsi əsasında ipoteka predmetlərinə tutma yönəldildiyi halda, 2009-cu ildən hazırki vaxtadək məhkəmə qətnaməsinin icrası ilə maraqlanmaması, həmçinin Xətai Rayon Məhkəməsinin qətnaməsi əsasında X3, X5, X2 və X6 tam mülkiyyət hüququ üzrə X8 məxsus Bakı şəhəri, ünvan 1-də yerləşən 19 nömrəli evin, 1 nömrəli mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması müəyyən edildiyi halda, yenə də hərəkətsizlik göstərərək əmlakı əldə etməməsi inandırıcı görünmür. Borclunun icra edilməmiş öhdəliklərinin təminatı olduğu üçün Bank ipoteka predmetlərinin əldə edilməsində maraqlı olan tərəfdir, qüvvədə olan qətnamə olduğu halda, onun icraya yönəld ilməsi, hərracın keçirilməsi, ipoteka predmetinin taleyinin necə olması, əldə edilməsində maraqlı olan Bankın hərəkətsiz qalması, ümumiyyətlə məlumatlı olmaması barədə qeyd etdikləri əsassızdır və qəbuledilən hesab edilə bilməz. X10 və İddiaçı1 mütəmadi olaraq “xxxx” ASC-yə köçürdüyü borc məbləğlərinə dair qəbzlərdən də görünür ki, cavabdeh bank hərrac təşkilatı vasitəsilə təklif edilən əmlaklarla bağlı məlumatlı olduğu halda, həmin əmlakları əldə etməməsində marağı hər iki mənzili ipoteka predmeti kimi əldə saxlamaqla yanaşı borc məbləğinin ödənilməsini təmin etmək olmuşdur. Həmçinin birinci instansiya məhkəməsində “xxxx” MMC-nin nümayəndəsi bütün hərrac sənədləri 5 ildən artıq saxlandıqdan sonra onlar barədə məlumat verilməsi imkanları xaricində olduğunu bildirməklə keçirilən bütün hərra clarla bağlı Cavabdeh2-yə poçtla məlumat verildiyini, Cavabdeh2-yə mübahisəli hazırki ipoteka prdemetlərini əldə etmək təklif edildiyini, habelə bankın nümayəndəsinin bu və digər işlərlə bağlı mütəmadi olaraq xxxxlə əlaqə saxladığını və bu barədə bankın məlumatlı olduğunu bildirmişdir. Hərracın keçirilməsi barədə bildirişlər Cavabdeh2-yə göndərilmişdir və həmin bildirişlərin sonuncuya çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşımamalıdır. Cavabdeh banka ipoteka predmeti olan əmlaklar təklif edilmişdir. Göstərilnlərə əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il Qərarına əsasən“İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunda ipotek a saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və mara qlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətində qeyd edilmiş dəlillər apellyasiya şikayətinin də dəlilləri olmuş, apelyasiya kollegiyası həmin dəlillər üzrə araşdırma aparmış, yuxarıda qeyd edilmiş sübutlar əsasında cavabdeh bankın ipoteka predmetlərinin əldə edilməsi ilə bağlı hərək ətsizliyini düzgün olaraq müəyyən etmişdir. Bu zaman hər hansı maddi hüquq normasının pozuntusuna yol verilməmişdir. Kasasiya şikayətinin prosessual hüquq normalarının pozulması, xüsusən iddiaçılar tərəfindən cavabdeh bankın ipoteka predmetlərinin hərracdan satılması proseduru barədə məlumatlı olmasını sübutla yetirə bilməmələri ilə əlaqədar qeyd edilməlidir ki, prosessual qanunvericiliyin tələbinə uyğun olaraq sübutların əldə edilməsi məhkəmənin təşəbbüsü ilə də həyata keçirilə bilər. Bu üsulla əldə edilmiş sübutlarla da cavabdeh bankın hərraclar barədə məlumatlı olması müəyyən edilmişdir. Odur ki, cavabdehin bankın prosessual pozuntularla bağlı dəlilləri də əsaslı hesab edilə bilməz. Nəticə olaraq apelyasiya kollegiyası qətnamə qəbul edərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin ha nsı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-xxx/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar