Məhkəmə qərarları › İş №2(102)-3720/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3720/2020

28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3720/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Abbasov Zaur Vahid oğlunun, Cavabdeh və vəkili Həsənov Eldəniz Əkbər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13507/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məh kəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıməhkəmədə iddia qaldıraraq, Cavabdeh birgə nikahdan olan övladları, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq məvacibinin 1/4 hissəsi miqdarında aliment, uşağın 3 yaşına çatanadək özü üçün 200 manat aliment və əlavə xərclər olaraq çəkilmiş və gələcəkdə çəkilməsi zəruri olan xərcin, yəni 16275,22 pulun və xx.xx.2017-ci tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 154 manat olmaqla, yaranmış borc olaraq 770 manat pulun birdəfəlik olaraq tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1370/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün x x.xx.2019-cu il tarixdən başlayaraq, İddiaçı xeyrinə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında və xx xxxx 2017-ci il təvəllüdlü təvəllüdlü X1 3 yaşına çatanadək baxılması ilə əlaqədar olaraq hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 683 (altı yüz səksən üç) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.(hakim Rəşad Həsənov) Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin 683 manat pul vəsaitinin tutulması hissəsində ləğv, iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində aliment məbləği hissəsində qətnamənin dəyişdirilərək, uşaq üçün alimentin hər ay 160 manat, uşaq üç yaşına çatanadək özü üçün alimentin 200 manat sabit pul məbləğində müəyyən edilməsi, əlavə xərclərə dair iddiasının rədd edilən hissəsində qətnamənin ləğv edilib, həmin hissədə iddiasının tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13507/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1370/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından (başqa gəlirlərinin) ¼ hissəsində, eyni zamanda hər ay 50 manat s abit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X2 müalicəsinə ümumilikdə çəkilmiş 8038 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənildiyindən, həmin məbləğin yarısının, yəni 4019 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin əvvəlki dövr üçün 683 manat pul vəsaitinin Cavabdeh tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.(hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Fuad Babayev) Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etmişdir. Apelyasiya məhkəməsi uşaq üçün alimentin məbləğini artırarkən yalnız cavabdehin müntəzəm gəlirlərinin olmasına istinad etməklə Ailə Məcəlləsinin 76 və 78-ci maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrə görə alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti və diqqətəlayiq hallar nəzərə alınmalıdır. Lakin məhkəmə bunu nəzərə almamışdır. Halbuki iddiaçı 3000 manat əmək haqqı alır. Uşaq üç yaşına çatandək cavabdehdən 70 manat pul tutulması barədə iddia tələbinə isə birinci instansiya məhkəməsi, ümumiyyətlə, qiymət verməmiş, apelyasi ya məhkəməsi də buna münasibət bildirməmişdir. Həmçinin birgə nikahdan olan uşağın müalicə xərclərinin çox hissəsini sığorta Şirkəti ödəmiş, bir çox xərclər cavabdehlə iddiaçının birgə yaşadıqları dövrdə ailə büdcəsi hesabına ödənilmişdir. “X9” tibb mərkəzi tərəfindən bir-birinə zidd, tam fərqli məbləğ göstərilərək verilmiş adi arayışlar məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməzdi. Çünki pul məbləğlərinin mədaxili arayışla deyil, mədaxil qəbzləri və s. mühasibatlıq sənədləri ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Həsənov Eldəniz Əkbər oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Abbasov Zaur Vahid oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edil məməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, tərəflər rəsmi olaraq xx xxxxxx 2019-cu ildə boşansalar da, faktiki olaraq uşaqlarının doğulduğu vaxtdan ayrılmış, iddiaçı doğum evindən birbaşa atasıgilə gəlmiş və uşağın bütün müalicə xərclərini təkbaşına qarşılamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbində birgə nikahdan olan uşağın saxlanması üçün aliment, həmin uşağın üç yaşına çatana qədər özü üçün aliment, həmçinin tibbi xərclərin cavabdeh tətəfindən ödənilməsini tələb edir. Kassasiya şikayətində hər üç tələb üzrə iddianın təmin edilən hissəsi mübahisələndirildiyi üçün məhkəmə kollegiyası həmin hissələr ayrı-ayrılıqda qiymət verməyi zəruri hesab edir. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsində, eyni zamanda hər ay 50 manat sabit pul məbləğində aliment tutulmasını qət edərkən cavabdehin aylıq əmək haqqının 400 manat olmasına, onun bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməli olmasına, uşağın qanunla qorunan mənafelərini, eləcə də, əvvə lki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına, uşağın xəstə olmasına, cavabdehin müntəzəm gəlirlərinin mövcudluğuna istinad etmiş və bu hissədə gəldiyi nəticəni Ailə Məcəlləsinin 76.1.1, 78.1 və 78.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası uşaq üçün tutulan alimentin məbləği ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab edir. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çat mayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəy yən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması baxımından mübahisəyə Ailə Məcəlləsinin qeyd edilən normalarını düzgün tətbiq etmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 76 və 78-ci maddələrinin tələblərinin pozulması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Həmçinin iddiaçının aylıq əmək haqqının yüksək məbləğdə olması barədə dəlil də əsassızdır, çünki aliment uşağın saxlanması üçün öd ənilir, uşaqdan ayrı yaşayan valideynin də uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün aliment ödəmək vəzifəsi vardır və alimentin məbləği də bu meyarlarla müəyyən edilir. Bu zaman yanında uşaq yaşayan valideynin aylıq qazancının miqdarının çox və ya az olması əsas meyar deyil. Uşağın müalicəsi üçün ümumilikdə çəkilmiş 8038 manat məbləğində pul vəsaitinin yarısının, yəni 4019 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması hissəsində də apelyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun düzgün nəticəyə gəlmişdir. «X10»nın xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli arayışlarına əsasən işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallına görə tərəflərin birgə nikahından olan xx xxxx 2017-ci il təvəllüdlü X5 yeni doğulmuş dönəmdə traxeoezafaqu l fıstula səbəbi ilə əməliyyat edilmiş, uşaq qastroezafaqual reflü səbəbi ilə medikal müalicə almışdır. Müalicə sonrasında əgər şikayətləri davam edərsə və ya reflü davam edərsə, cərrahi əməliyyat planlanmaqdadır. Hazırda medikal müalicənin 3-cü ayındadır, şikayətləri olmazsa 6-cı ayına qədər müalicənin davam etdirilməsi planlanır. Nissen fundoplikasyon əməliyyatı planlanır. Əməliyyat qiyməti olaraq 5500 manatdır. (əməliyyat məsrəfləri, 5-7 günlük əməliyyat sonrasında yatış daxil deyil (təqribi qiymət 2500-3000 manat). Fidan Məmmədova xx.xx.2017-ci ildə klinikada keysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirmiş, 889 manat məbləğində məsrəfləri sığortalandığı “A-Group” sığorta şirkəti qarşılamış, əlavə analizlərə görə klinikaya 220 manat özü tərəfindən ödənilmişdir. Övladı X4 doğulduqdan sonra xx.xx.2017-ci ildən xx.xx.2017-ci il tarixə kimi klinikanın Neonatologiya şöbəsində müalicə almış, 12199 manat manat məbləğində xərclər “A-Group” sığorta şirkəti tərəfindən qarşılanmışdır. Eyni zamanda xx.xx.2017-ci il tarixdə “Traxeoezafaqul fistula” səbəbilə əməliyyat olunmuş və bunun müqabilində 7818 manat vəsait xəstənin anası Fətuilayeva/X3 tərəfindən plastik kart vasitəsi ilə və nağd şəkildə ödənilmişdir. Apelyasiya məhkəməsi tərəflərin birgə nikahından olan uşağın müalicəsinə ümumilikdə 8038 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsini müəyyən edərək, həmin məbləğin yarısının, yəni 4019 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmiş və bu hissədə gəldiyi nəticəni Ailə Məcəlləsinin 81-ci maddəsi ilə əsaslnadırmışd ır. Ailə Məcəlləsinin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə validey nləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd edilən maddi hüquq normasının tələblərindən də görünür ki, xəstəliklə əlaqədar yaranmış xərclərin ödənilməsi məqsədilə valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Birgə nikahdan olan uşağın müalicəsinə ümumilikdə 8038 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsini apelyasiya məhkəməsi müəyyən etdiyi üçün cavabdehi həmin xərclərin ödənilməsinə cəlb edilməsi işin hallarına və tətbiq edilən qanunvericilik normasına əsasən düzgün olmuşdur. Məhkəmə kollegiyası bu hissədə kassasiya şikayətinin dəlilini – bir çox xərclərin cavabdehlə iddiaçının birgə yaşadıqları dövrdə ailə büdcəsi hesabına ödənilməsi – əsassız sayır. Çünki bi rgə nikahdan olan uşağın müalicəsi zamanı tərəflərin bir ailə kimi yaşaması, xərclərin ailə büdcəsi hesabına ödənilməsi apelyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Uşağın üç yaşına çatandək cavabdehdən 70 manat pul tutulması barədə iddia tələbinə apelyasiya məhkəməsi tərəfindən qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə apelyasiya qaydasında mübahisələndirməmiş, həmin hissədə qətnamədən razı qalmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ondan 683 manat pul tutulması hissəsindən apelyasiya şikayəti vermişdir.Belə olan halda, apelyasiya şikayətində irəli sürmədiyi dəlillərin apelyasiya instansiyası tərəfindən araşdırılmaması, həmin h issədə qətnamə ilə razı olmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Həmçinin uşağın üç yaşına çatandək cavabdehdən 70 manat pul tutulması apelyasiya baxışının predmeti olmadığı üçün hazırki kassasiya baxışının da predmeti ola bilməz. Apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bununla da müəyyən edilir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13507/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar