Məhkəmə qərarları › İş №2(102)-3734/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3734/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3734/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzxxxxağa oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil2, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1, onun vəkili Vəkil1 və Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-nə və “xxxx” ASC-nə qarşı “zərərçəkmişin istehsalatda bədbəxt hadisə nəticəsində ölməsinə görə sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 24 fevral 2020-ci il tarixli 2(103)-1512/2019 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” ASC və Cavabdeh2 MMC-nə qarşı iddia ərxxxxəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərxxxxə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nə məxsus 805 nömrəli drezində maşinist işləmiş xxx oğlunun 5 oktyabr 2017-ci il tarixdə, saat 10:10 radələrində Keşlə-Biləcəri mənzilinin 2652-ci km piket 4-də baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində həyatını itirməsinə görə 25661,37 manat sığorta məbləğinin zərərçəkmiş şəxsin hüquqi varisinə, yəni ona ödənilməsi vəzifəsinin “xxxx” ASC-nin və Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsin i xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 05 oktyabr 2017-ci il tarixdə, saat 10:10 radələrində Keşlə-Biləcəri mənzilinin 2652-ci km piket 4-də X3 idarə etdiyi X5 Rayonuna məxsus 1786 nömrəli ADM Drezini ilə hərəkətdə olan zaman Cavabdeh2 MMC-nə məxsus 805 nömrəli drezində maşinist işləyən, həmin vaxtı iş başında olan, 1954-cü il təvəllüdlü xxx oğlunu vuraraq ona “qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qabırğaların çoxsaylı sınığı, sağ tərəfli hemopnevmatoroks” xəsarətləri yetirmiş, xxxxxx aldığı xəsarətlər nəticəsində 15 noyabr 2017-ci il tarixdə müalicə aldığı X8 vəfat etmişdir. Fakt üzrə Binəqədi rayon Prokurorluğunun 15 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ilə cinayət işi başlanmış, həmçi nin, Binəqədi rayon Prokurorluğunun 28 noyabr 2017-ci il tarixli qərarı ilə o, zərərçəkmiş xxx oğlunun hüquqi varisi qismində tanınmışdır. xxx oğlu Cavabdeh2 MMC-də işləyərkən, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Bu səbəbdən “xxxx” ASC-yə ərxxxxə ilə müraciət edərək, xxx oğlunun istehsalatda bədbəxt hadisə nəticəsində ölməsinə görə sığorta ödənişi məbləğinin ödənilməsi xahiş etmiş, lakin “xxxx” ASC özünün PHS**********8 saylı, 12 mart 2019-cu il tarixli məktubu ilə sığorta ödənişinin verilməsindən imtina edərək bildirmişdir ki, Cavabdeh2 MMC ilə “xxxx” ASC arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ic bari sığorta” müqaviləsinə əsasən xxx oğlu sığorta təminatına daxil edilsə də sığorta müqaviləsinin şərtlərinə əsasən sığorta haqqı tam ödənilmədiyindən baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirilə bilməz. “xxxx” ASC-nin yuxarıda göstərilən əsasla sığorta ödənişinin həyata keçirilməsindən imtina etməsi həm sığorta qanunvericiliyinin, həm də mülki qanunvericiliyin tələblərinə ziddir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 04 oktyabr 2019-cu il tarixli 2(006)-4055/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 25661 manat 37 qəpik sığorta məbləğinin zərərçəkmiş şəxsin hüquqi varisi olan İddiaçı xeyrinə tutulması, cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərxxxxəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının (hakimlər Vahid Sadıqov-sədrlik edən və məruzəçi, Abiddin Hüseynov və Azad İmanov) 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən, cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti tam təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4055/2019 saylı iş üzrə 04 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC-dən 23.830,27 manat sığorta məbləği zərərçəkmiş şəxsin ailə üzvü olan İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.02.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı “xxxx” AS C-nə qarşı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.02.2020-ci il tarixli qətnaməsinin qismən- iddia tələblərinin Cavabdeh2 MMC-nə münasibətdə təmin olunmaması hissəsində ləğv edilməsi və iddia tələblərinin Cavabdeh2 MMCnə münasibətdə də təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətlərinin və onlara dair etirazların dəlilləri: Cavabdeh “xxxx” ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki,“xxxx” ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsasının sığorta müqaviləsinə xitam verilməsi deyil, “xxxx” Şirkətinin sığorta haqqını ödəmək öhdəliyini icbari sığorta qanunda və müv afiq icbari müqaviləsi ilə müəyyən edilən qaydada icra etməməsi və bunun nəticəsində sığorta şirkətinə böyük məbləğdə sığorta haqqı borcunun yaranması təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnamənin əvvəlində bu faktı bir neçə dəfə vurğulayıb təsdiqləsə də, sonda “xxxx” ASC-nin imtinasının əsassızlığı ilə əlaqədar belə bir nəticəyə gəlir ki, sonradan (20.02.2019-cu il tarixdə) tərəflər arasında olan icbari sığorta müqaviləsinə xitam verilməsi müqavilənin qüvvədə olduğu dövrdə (05.10.2017-ci il tarixdə) baş vermiş sığorta hadisəsi üzrə sığortaçını sığorta ödənişini etməkdən azad etmir. Halbuki “xxxx” ASC tərəfindən göndərilən sığorta ödənişindən imtina məktubunda imtinanın əsasını yuxarıda qeyd etdikləri kimi sığorta haqqının tam şəkildə və vaxtında ödənilməməsi çıxış etmişdir, heç b ir yerdə müqaviləyə xitam verilməsinin imtina üçün əsas olduğu qeyd edilməmişdir. Məhkəmə qətnamədə sığorta hadisəsi baş verdiyi dövrdə sığortaçı ilə “xxxx” Şirkəti arasında müqavilə münasibətlərinin olmasını əsas gətirərək sığorta ödənişinin edilməli olduğunu vurğulamış və bu zaman imtinanın hüquqi əsası olan Mülki Məcəllənin 935.1.9-cu maddəsini nəzərə almamış, bununla da, maddi və prosessual normaların pozulmasına yol vermişdir. “xxxx” Şirkəti sığorta haqqını ödəməyərək icbari sığorta müqaviləsi və qanunu ilə nəzərdə tutulan vəzifəsini birmənalı səkildə pozsa da, apelyasiya məhkəməsi naməlum səbəbdən sığorta ödənişinin öz vəzifəsini yerinə yetirməyən “xxxx” Şirkətindən deyil, “xxxx” ASC-nin ödəməli olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Sığorta şirkəti qanunvericiliyin tələbin ə uyğun davranaraq rəsmi elektron bildiriş vasitəsilə debitor sığorta haqqının ödənilməsi, ödəniş həyata keçirilməyəcəyi təqdirdə isə icbari müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini “xxxx” Şirkətinin diqqətinə çatdırmışdır. “xxxx” Şirkətinin sığortalı kimi həm icbari qanuna, həm də icbari müqavilənin şərtlərinə görə sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığortaçıya məlumat vermək kimi vəzifəsi olsa da, o bu vəzifəsini də pozaraq 05 oktyabr 2017-ci il tarixində baş vermiş hadisə barədə sığorta şirkətinə məlumat verməmişdir. İcbari qanun icbari sığorta müqaviləsinə icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazıl ı razılaşma şəklində anlayış verir. Anlayışdan göründüyü kimi sığortalının sığorta haqqını tam ödəmək və sığortaçının isə sığorta hadisəsi nəticəsində sığorta ödənişi həyata keçirmək kimi qarşılıqlı öhdəlikləri vardır. Lakin sığorta şirkəti rəsmi elektron məktubla “xxxx” Şirkətim xəbərdar etməsinə baxmayaraq sığorta haqqı ödənilməmişdir. Qanunvericilik (MM-935,1.9 maddə) Sığortalının bu öhdəliyini yerinə yetirmədiyi halda sığortaçıya sığorta ödənişini verməkdən imtina edə bilmək hüququ tanımışdır. Buna görə də sığorta haqqının ödənilməməsindən yaranmış debitor borc səbəbindən “xxxx” Şirkəti ilə bağlanmış 08 fevral 2016-cı il tarixli icbari müqaviləyə AR Mülki Məcəlləsinin 919.1.7-ci maddəsinə uyğun olaraq 20 fevral 2019-cu il tarixində birtərəfli qaydada xitam verilmişdir. Məhkəmənin maddi hüquq normalarını pozaraq gəldiyi yanlış nəticədən fərqli olaraq, sığortaçının sığorta ödənişi verməkdən imtina etməsinin əsası icbari müqavilənin xitamı yox, sığortalı tərəfindən sığorta haqqının vaxtında və tam ödənilməməsi olmuşdur. Bundan başqa, apelyasiya məhkəməsi icbari sığorta müqaviləsinin 3 saylı əlavəsi üzrə iddiaçının atası xxxxxxə münasibətdə müəyyən olunmuş 23.830.27 manat sığorta məbləğinin birdəfəlik sığorta ödənişi şəklində iddiaçının xeyrinə tutulması bağlı gəldiyi nəticə üçün maddi hüquq normasının tətbiqində kobud səhv buraxmışdır. Belə ki, “İcbari” Qanunun 5.3-cü maddəsinə görə bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər. Apelyasiya məhkəməsi bu maddəyə istinad edərək, sığorta şirkətindən iddiaçının xeyrinə 23.830.27 manat sığorta məbləğinin tutulmasına dair nəticəyə gəlir. Lakin məhkəmə bu nəticəyə gələrkən “İcbari” Qanunun 17.4 və 17.7-ci maddələrini yaddan çıxardaraq maddi hüququn tətbiqində növbəti kobud səhvə yol vermişdir. Belə ki, Qanunun 17.4-cü maddəsində bildirilir ki, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada (bu qayda AR NK-nin 29 oktyabr 2010-cıı il tarixli, 192 №-li qərarı ilə təsdiq edilmişdir) hesablanır. İcbari Qanunun 17.7-ci maddəsində göstərilir ki, bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş halda, birdəfəlik sığorta ödənişi sığorta olunanın bu Qanunun 17.2-ci maddəsinə uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. Yəni istənilən halda birdəfəlik sığorta ödənişinin məbləği ya 192 №-li qərarın tələblərinə (5.1.2-ci maddəyə əsasən faydalanan şəxs olsa), ya da 17.7-ci maddəyə əsasən (bxxxxim hal - 5.3-cü maddə) müəyyənləşdirilməlidir. Beləliklə hətta sığorta şirkəti sığorta ödənişi həyata keçirməli olsaydı belə, bu iddiaçının atası zərərçəkmiş xxxxxxin orta aylıq əmək haqqının 12 (on iki) misli məbləğində hesablanıb onun ailə üzvlərinə veriləcəkdi 03 saylı əlavədə göstərilən 23.830.27 manat isə sığorta məbləğidir, icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir. (İcbari Qanun 2.0.15). Göründüyü kimi məhkəmə öz qətnaməsində İcbari Qanunun sığorta ödənişinin verilməsini tənzimləyən normalarını nəzərə almamış, həmin Qanunun 17.4 və 17.7-ci maddələrini tamamilə yaddan çıxarmış və sığorta məbləği həcmi ndə sığorta ödənişinin verilməsi ilə bağlı gəldiyi nəticə ilə maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC-yə məxsus 805 nömrəli drezində maşinist işləmiş xxx oğlunun 05 oktyabr 2017-ci il tarixdə, saat 10:10 radələrində Keşlə-Biləcəri mənzilinin 2652-ci km piket 4-də baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində həyatını itirməsi sığorta hadisəsidir və bu sığorta hadisəsinə görə sığorta ödənişi həyata keçirilməlidir. Lakin apelyasiya instansiya məhkəməsi bu sığorta ödənişinin ödənilməsində Cavabdeh2 MMC-ni məsuliyyətdən azad etmişdir. Cavabdeh2 MMC işəgötürən, “xxxx” ASC isə sığortaçıdır və onlar iddiaçı (istehsalatda bədbəxt hadisə nəticəsində zərər çəkmiş şəxsin hüquqi varisi) qarşısında hər ikisi məsuliyyət daşıyır. Yəni, apelyasiya instansiyası sığorta məbləğinin “xxxx” ASC-dən tutulması nəticəsinə gələrkən haqlı olsa da iddianı müştərək qaydada borclu kimi Cavabdeh2 MMC-yə də yönəltməli idi. Cavabdeh2 MMC və “xxxx” ASC iddiaçıya hüquqi varisi olduğu atası xxx oğlunun həyatını itirməsi nəticəsində dəymiş zərərin ödənilməsini müştərək qaydada təmin etməli, öz aralarında olan müqavilə münasibətləri ilə bağlı isə, ayrıca iddia qaydasında məhkəmədə iş qaldırmalıdırlar və yaxud bir-biri ilə müəyyən razılıq əldə etməlidirlər. İddiaçı cavabdeh “xxxx” ASC kassasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, xxx oğlu hələ 2017-ci ildə vəfat etmişdir. İşəgötürən Cavabdeh2 MMC və sığortaçı “xxxx" ASC isə bu günə qədər (artıq 2020-ci ildir - 3 il keçmişdir) günahı bir-birinin üstünə atmaqla zərərçəkənl ərə heç bir kompensasiya ödəməmişlər. Cavabdeh kassasiya şikayətinin cavabdehdən iddiaçının xeyrinə 23.830,27 manat məbləğində sığorta ödənişinin tutulmasını təmin edərkən maddi hüquq pozuntusuna yol verməsi ilə bağlı dəlilini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü və 17.7-ci maddələri ilə əsaslandırmışdır. Lakin cavabdeh “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ödənilməli sığorta məbləği hissəsində mübahisələndirməsi əsassızdır. Belə ki, hazırkı iş üzrə cavabdehin kassasiya şikayətində istinad etdiyi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqınd a” Azərbaycan Respublikası Qanununun 17.7-ci maddəsi deyil, 5.3-cü maddəsinin tələbləri tətbiq edilir. Ona görə ki, istehsalatda bədbəxt hadisə nəticəsində zərər çəkmiş şəxs olan mərhum xxx oğlunun öhdəliyində onun ailə üzvləri olmuşdur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən Bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər. Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayətinin əsası yoxdur, hazırkı halda sığorta məbləği Qanunun 17.7-ci maddəsində göstərilmiş qaydada müəyyən edilməli deyil və apelyasiya instansiyası məhkəməsi düzgün olaraq, Qanunun 5.3 -cü maddəsinə müvafiq qaydada sığorta məbləğini müəyyən etmişdir. Cavabdeh sığorta şirkəti işə birinci instansiya məhkəməsində baxılmağa başladığı vaxtdan, məhkəmə iclaslarında iştirak etmişdir və bütün məhkəmə araşdırmasının getdiyi dövr ərzində-nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyası məhkəməsində sığorta məbləğini mübahisələndirməmişdir. Tərəflərindən verilmiş iddiada iddia məbləği müqaviləyə əlavədə öz əksini tapmışdır və apelyasiya instansiyası məhkəməsi məhz həmin sənədə istinad edərək iddia məbləğini həmin hissədə təmin etmişdir. Cavabdehlər nəinki iddia məbləğini mübahisələndirməmişlər, həmçinin ümumiyyətlə iddia tələbinin haqlı olduğu ilə razılaşmış, yeganə həmin məbləğin özünün yox, digər cavabdehin ödəməli olduğunu müdafiə ediblər. Cavabdeh “xxxx” ASC və Cavabdeh2 MMC birinci instansiyada və apelyasiya instansiyasında baş tutmuş məhkəmə iclaslarında tələb olunan sığorta məbləği ilə bağlı hər hansı bir etiraz və ya dəlil irəli sürməmişlər. İş materiallarında sığorta məbləğini təsdiq edən sığorta müqaviləsinin 3 saylı qoşması mövcuddur ki, həmin qoşma sənədlə də ödənilməsi qət edilmiş sığorta məbləği sübut olunmuşdur. Cavabdeh “xxxx” ASC isə, bunun əksini təsdiq edən hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir. Digər tərəfdən, prosessual qanunvericiliyin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Bu hal, Mülki Prosessual Məcəllənin 416-cı maddəsi ilə təsbit olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili Vəkil2 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafi ə edərək, cavabdeh “xxxx” ASC-nin kassasiya şikayətini isə qəbul etməyərək, iddiaçının kassasiya şikayətinin təmin edilməsi, cavabdehin kassasiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 və vəkili Vəkil1 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh2 MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında vəkilsxxxx iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun xxxxahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məl umat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qətnamədən həm iddiaçı, həm də cavabdeh “xxxx” ASC kassasiya şikayəti verdiyindən qətnamə kassasiya şikayətlərinin dəliləri əsasında tam həcmdə yoxlanılır. Apelyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi “xxxx” ASC ilə “xxxx” MMC arasında 08 fevral 2016-cı il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin ayrılmaz hissəsi sayılan 08 fevral 2017-ci il tarixli 0 3 nömrəli Əlavəyə görə ümumilikdə 1339 işçi (o cümlədən 1104 sıra nömrəsi ilə qeyd olunmuş xxx oğlu) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmışdır. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30.03.2018-ci il tarixli Qərarına əsasən istintaq nəticəsində müəyyən olunmuşdur ki, 05.10.2017-ci il tarixdə saat 10 radələrində KeşləBiləcəri mənzilinin 2652-ci km-də 4-cü piketdə xxx oğlu digər yolda drezinin hərəkət etməsini xxxxləmədən, həmin drezindən verilən səs siqnalına və iş yoldaşlarının qışqırıqlarına əhəmiyyət vermədən öz drezinindən düşmüş və almış olduğu xəsarətlərdən “qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qabırğaların çoxsaylı sınığı, sağ tərəfli hemopnevmatoroks” diaqnozu ilə X10 yerləşdirilmiş, 15.11.2017-ci il tarixdə isə ölmüşdür. xxx oğlunun göstərilən səbəbdən ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 262.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata cinayət tərkibi olmadığına görə xitam verilmişdir. xxx oğlunun 05.10.2017-ci il tarixdə xəsarət alması və sonradan 15.11.2017-ci il tarixdə saat 09:15 radələrində ölümü ilə nəticələnmiş bədbəxt hadisəyə dair 02.11.2018-ci il tarixli Təhqiqat aktından və istehsalatda baş vermiş bədbəxt hadisə haqqında “xxxx” formalı aktdan görünür ki, MMC-nin İdarə heyətinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Drezin sürücüsünün vəzifə təlimatı”nın “Vəzifə borcu” bölməsinin 6-cı abzasının tələblərinin pozulması səbəbindən 05.10.2017-ci il tarixdə bədbəxt hadisə baş vermiş, 15.11.2017-ci il tarixdə isə al dığı xəsarətlərdən İ.Quliyev ölmüşdür. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər yoxdur. İddiaçı “xxxx” ASC-yə ərxxxxə ilə müraciət edərək, atası xxx oğlunun istehsalatda bədbəxt hadisə nəticəsində ölməsinə görə sığorta ödənişi məbləğinin ödənilməsini xahiş etmiş, lakin “xxxx” ASC özünün PHS**********8 saylı, 12 mart 2019-cu il tarixli məktubu ilə sığorta ödənişinin verilməsindən imtina edərək bildirmişdir ki, Cavabdeh2 MMC ilə “xxxx” ASC arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə əsasən xxx oğlu sığorta təminatına daxil edilsə də, sığorta müqaviləsinin şərtlərinə əsasən sığorta haqqı tam ödənilmədiyindən baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirilə bilməz. Tərəflər arasında bağlanmış müqaviləyə 3 saylı Əlavəyə əsasən 2017-ci il üçün işçilərə görə ödəniləcək ümumi sığorta haqqı 49.354,76 manat təşkil etmiş, xxx oğluna görə sığorta məbləği 23.830,27 manat, sığorta haqqı 44,06 manat müəyyən olunmuşdur. “xxxx” MMC icbari müqavilənin 03 saylı əlavəsi üzrə sığortaçıya ödəməli olduğu ümumi sığorta haqqı olan 49354,76 manat məbləğin 2979,34 manatını 25.08.2017-ci ildə, 3000 manatını isə sığorta hadisəsindən 1 gün sonra, yəni, 06.10.2017-ci il tarixdə ödəmişdir. “xxxx” ASC “xxxx” MMC ilə müqavilə münasibətlərini davam etdirmiş, 04.01.2019-cu il və 14.01.2019-cu il tarixlərdə elektron məktublarda müqavilə üzrə sığorta haqqının ödənilməsilə bağlı xatırlatma etmişdir. “xxxx” ASC tərəfindən 20 fevral 2019-cu il tarixdə müqaviləyə vaxtından əvvəl xitam verilmiş və bu barədə ünvanlanmış yazılı bildirişdə qeyd edilmişdir ki, 08.02.2016-cə il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrə əsasən müəyyənləşdirilmiş sığorta haqqı 165.180,72 manat təşkil etmiş, lakin müəyyənləşdirilmiş sığorta haqqının bir hissəsi – 82.752,52 manat müqavilədə müəyyən edilən qaydada Şirkətə ödənilməmişdir. Bu hal müqavilənin 7.3.4-cü bəndinə və Mülki Məcəllənin 919.1.7-ci maddəsinə əsasən sığorta müqaviləsinə xitam verilməsi üçün əsaslardan biridir. İddiaçı “xxxx” ASC-nin yuxarıda göstərilən əsasla sığorta ödənişinin həyata keçirilməsindən imtina etməsinin həm sığorta qanunvericiliyinin, həm də mülki qanunvericiliyin tələblərinə zidd olduğuna istinad edərək, zərərçəkmiş şəxsin hüquqi varisi – oğlu İddiaçı atasının istehsalatda bədbəxt hadisə nəticəsində həyatını itirməsinə görə 25661,37 manat sığorta məbləğinin ona ödənilməsi vəzifəsinin “xxxx” ASC-nin və Cavabdeh2 MMC-nin üzərinə qoyulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi xxx oğluna ziyanın həqiqətən vurulduğu, təqsirkarın, yəni MMCnin hərəkətsxxxxliyinin (işçi heyətinin lazımi qaydada təlimatlandırılmaması, avadanlıqlara nəzarətin zəruri səviyyədə olmaması və s.) qanuna zidd olması və təqsirkar MMC-nin qanunazidd əməli ilə bu əməlin nəticəsi, yəni xxx oğlunun xəsarət alması ilə arasında səbəbli əlaqənin olmasının sübuta yetirilməsinə əsaslanaraq Cavabdeh2 MMC-dən sığorta məbləğinin tutulması qənaətinə gəlmiş, digər cavabdehə qarşı iddianı təmin etməmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 903.1, 919.1, 920, 935.1.9, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 11.7, 11.8, 14, 20-ci maddələrinə istinadən gəldiyi nəticələrdən görünür ki, sığortaçı olan “xxxx” ASC sığorta haqqının tam ödənilməməsi əsası ilə sığorta müqaviləsinə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsinə əsaslanır. Lakin MMC tərəfindən 2017-ci il üçün nəzərdə tutulan sığorta haqqı tam ödənilməsə də, “xxxx” ASC həmin vaxt bununla bağlı rəsmi xəbərdarlıq etməmiş, bununla da sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermə ilə bağlı xəbərdar etmə qaydasına riayət olunmamışdır. “xxxx” ASC, ödənişlərin düzgün edilməməsinə baxmayaraq, 20.02.2019-cu il tarixə qədər MMC ilə müqaviləyə xitam verməmiş, m üqavilə münasibətlərini davam etdirmişdir. Aralarında həmin ödənişlər barədə danışıqlar olmuş və yalnız 20.02.2019-cu il tarixdə qanunvericiliyə əsaslanaraq müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermişdir. Sözügedən hadisə isə 05.10.2017-ci il tarixdə baş vermiş və xxxxxx aldığı xəsarətlər nəticəsində 15.11.2017-ci il tarixdə vəfat etmişdir. Həmin dövrdə sığorta ödənişi ilə bağlı “xxxx” ASC ilə “xxxx” MMC arasında hər hansı ixtilafların olması müəyyən olunmur, əksinə, ASC həmin hadisədən sonra da sığorta ödənişlərini qəbul etmiş, bununla da müqavilə münasibətlərində qaldığını göstərmişdir. Xeyrinə sığorta müqaviləsi bağlanmış işçilər (o cümlədən mərhum İ.Quliyev) istehsalat risklərindən sığortalandıqlarına güvənmişlər. Hadisə baş verən vaxt sığortaçı olan “xxxx” ASC sığortalı “xxxx” MMC ilə müqavilə münasibətlərində olmuş, 08.02.2016-cı il tarixli müqavilə və onun ayrılmaz hissəsi olan 08.02.2017-ci il tarixli 3 saylı Əlavəsi qüvvədə olmuşdur. Qanunvericiliyin tələbinə əsasən “xxxx” ASC-nin imtinası əsassız olmuşdur, sonradan (20.02.2019-cu il tarixdə) tərəflər arasında olan icbari sığorta müqaviləsinə xitam verilməsi müqavilənin qüvvədə olduğu dövrdə (05.10.2017-ci il tarixdə) baş vermiş sığorta hadisəsi üzrə sığortaçını sığorta ödənişini ödəməkdən azad etmir. Ödənilməli olan sığorta ödənişinin məbləğinə gəldikdə isə apelyasiya instansiya məhkəməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü, 16.3-cü, 5.3-cü maddələrinə isti nad etməklə hesab etmişdir ki, 08.02.2016-cı il tarixli İcbari sığorta müqaviləsinin 08.02.2017-ci il tarixli 3 saylı Əlavəsinə əsasən 2017-ci il üçün xxx oğlunun sığorta məbləği 23.830,27 manat təşkil etmişdir. Buna görə də, iddia həmin məbləğdə “xxxx” ASC tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə, yəni iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə gəlinmiş nəticələri mülki və prosessual qanunvericiliyin, eləcə də, sığorta ödənişinin verilməsini tənzimləyən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət edilmədən qəbul edildiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, Azərbaycan R espublikasının Mülki Məcəllənin: - 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. 903.6-cı maddəyə görə hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci m addəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta had isəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. - 7.2.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. - 11.8-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinə xitam verilməsi sığortaçını faydalanan şəxsə həmin müqavilənin qüvvədə olduğu dövr ərzində baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişini vermək öhdəliyindən azad etmir. - 14-cü maddəsinə əsasən sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir (14.1). Sı ğorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir (14.2). - 20-ci maddəsinə əsasən sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina edir: sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda (20.0.1); sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə (20.0.2); Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda (20.0.3). Tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsinin 5-ci bəndinə əsasən Qanunun 13cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, habelə sığirta haqqının müqavilə üzrə bir illik ümumi məbləği müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan əlavədə göstərildiyi kimi razılaşdırılır. (5.1 bəndi) Müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləği müqavilənin bağlandığı tarixdən 1 ay ərzində birdəfəlik ödənilir.(5.2-ci bəndi.) Sığorta olunanların siyahısında, kateqoriyasında, peşə riskinin dərəcəsində, sığortalının əmək haqqı fondunda dəyişkliklərin baş verdiyi tarixdən 15 iş günü müddətində ümumi sığorta haqq ı məbləği müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmaqla müqaviləyə əlavə və dəyişikliklər edilməli və bununla əlaqədar ümumi sığorta haqqı məbləğində yaranan fərq həmin əlavə və dəyişikliklərin edildiyi tarixdən 3 iş günü müddətində Sığortaçıya ödənilməlidir.(5.3-cü bəndi) Həmin müqavilənin 13.1.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətlərinin dəlillərini araşdıraraq ilk növbədə qeyd edir ki, “xxxx” ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsin dən imtina olunmasının əsasını onun tərəfindən sığorta haqqının tam ödənilməməsinə görə tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsinə xitam verilməsi əsası deyil, “xxxx” Şirkətinin 2017-ci il üzrə sığorta haqqını ödəmək öhdəliyini icbari sığorta qanununda və müvafiq icbari sığorta müqaviləsi ilə müəyyən edilən qaydada icra etməməsi və bunun nəticəsində sığorta şirkətinə böyük məbləğdə sığorta haqqı borcunun yaranması təşkil etmişdir. “xxxx” ASC tərəfindən göndərilən sığorta ödənişindən imtina məktubunda imtinanın əsasını yuxarıda qeyd edildiyi kimi sığorta haqqının tam şəkildə və vaxtında ödənilməməsi çıxış etmişdir, heç bir yerdə müqaviləyə xitam verilməsinin imtina üçün əsas olduğu qeyd edilməmişdir. Apelyasiya məhkəməsi isə sığorta hadisəsi baş verdiyi dövrdə sığortaçı ilə “xx xx” Şirkəti arasında müqavilə münasibətlərinin davam etdiyini, müqaviləyə düzgün xitam verilməməsi və müqaviləyə xitam verilsə də, bundan əvvəl baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin verilməli olmasını əsas gətirərək, iddianı sığorta şirkətinə münasibətdə təmin etmiş, lakin bu zaman mübahisəyə imtinanın hüquqi əsası olan Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmiş, bu əsasın qanuniliyini işin faktiki hallarına münasibətdə yoxlamamışdır. Buna görə də, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qətnamədə sığortalı (Şirkət) tərəfindən 2017-ci il üçün nəzərdə tutulan 49354,17 manat sığorta haqqının tam ödənilmədiyini müəyyən etməsinə baxmayaraq, “xxxx” ASC-nin həmin vaxt bununla bağlı rəsmi xəbərdarlıq etmədiyini, hadisədən so nra müəyyən miqdarda sığorta haqqı ödənişini qəbul etdiyini, müqavilənin həmin vaxt qüvvədə olduğunu əsas gətirərək, bu halların sığorta ödənişindən imtinaya əsas vermədiyi barədə gəldiyi qənaət ilə razılaşmır. Kollegiyanın qənaətinə görə qanunvericiliyin tələblərinə əsasən icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının qanunla və müqavilə ilə nəzərdə tutulmuş vəzifəsidir. Sığorta müqaviləsində və Mülki Məcəllədə sığorta haqqının ödənilməsi vaxtı və qaydası dəqiq göstərilmişdir. (Mülki Məcəllənin 903.6-cı maddəsi, müqavilənin 5-ci bəndi) Mülki Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçının onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsini n tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilməsi barədə müddəa isə sığortaçının vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən hazırki iş üzrə müqavilə və ona əlavədə nəzərdə tutulmuş sığorta haqqının tam ödənilməməsinin Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtinaya əsas verib-verməməsi yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla, tərəflər arasında bağlanmış müqavilənin şərtləri nəzərə alınmaqla yenidən qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apelyasiya instansiyası məhkəməsi icbari sığorta müqaviləsinin 3 saylı əlavəsi üzrə iddiaçının atası xxxxxxə münasibətdə müəyyən olunmuş 23.830.27 manat sığorta məbləğinin birdəfəlik sığorta ödənişi şəklində iddiaçının xeyrinə tutulması bağlı gəldiyi nəticə üzrə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 5.3-cü maddəsinə istinad etməklə sığorta şirkətindən iddiaçının xeyrinə ödənilməli olan 23.830.27 manat sığorta ödənişinin məbləğini müəyyən edərkən sözügedən Qanunun 17.4 və 17.7-ci maddələrinin tələblərini nəzərə almamışdır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: - 5.3-cü maddəsinə görə bu Qanu nun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər. - 16.3-cü maddəsinə əsasən faydalanan şəxsə birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir (16.3): sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə (16.3.1); sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda (16.3.2). - 17.4-cü maddəsinə əsasən Bu Qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır. (bu qayda Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 29 oktyabr 2010-cıı il tarixli, 192 №-li qərarı ilə təsdiq edilmişdir) -17.7-ci maddəsinə əsasən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş halda, birdəfəlik sığorta ödənişi sığorta olunanın bu Qanunun 17.2-ci maddəsinə uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. - 18.3-cü maddəsinə əsasən birdəfəlik sığorta ödənişi icbari sığorta müqaviləsi üzrə faydalanan şəxslə sığortaçı arasında razılaşmaya əsasən bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq verilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması” qaydası Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 29 oktyabr 2010-cıı il tarixli, 192 №-li qərarı ilə təsdiq edilmişdir. Sadalanan maddi hüquq normalarının tələblərində görünür ki, istənilən halda hazırki iş üzrə birdəfəlik sığorta ödənişinin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.10.2010-cu il tarixli 192 №-li qərarının tələblərinə uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının 12 misli miqdarından ibarət olmalıdır. 03 saylı əlavədə göstərilən 23.830.27 manat isə icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir. (Qeyd edilən Qanunun 2.0.15-ci maddəsi) Məhkəmə kollegiyası İddiaçı kassasiya şikayətinin dəlillərinə də qiymət verərək qeyd edir ki, kassator bu şikayətində, apelyasiya şikayətində olduğu kimi Cavabdeh2 MMC-nin işəgötürən, “xxxx” ASC-nin isə sığor taçı olmaqla hər ikisinin məsuliyyət daşıdığını və bununla da sığorta məbləğinin hər iki cavabdehdən tutulmalı olmasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 897.3-cü maddəsinə əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə qanunvericiliklə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Oxşar müddəa “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlik ləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 7.3-cü maddəsində də nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişinin verilməsindən sığorta şirkətinin imtinasının qanuniliyi müəyyən edilərsə, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən Cavabdeh2 MMC icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi daşıyan şəxs kimi sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıdığından qətnamə Cavabdeh2 MMC münasibətdə iddianın rədd edilməsi hissəsində də ləğv edilməli və həmin hissədə də qətnamə yeni baxışa g öndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və qeyd edilən maddi normaların tələbləri baxımından səhv hüquqi nəticəyə gəlməklə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsxxxx məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsxxxx vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsxxxx, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki işə baxarkən həqiqətə nail o lmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, hər iki kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli 2(103)1512/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar