Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3740/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübaiz qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli, 2(103)-8222/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X.B.Məhərrəmova) 08 may 2018-ci il tarixli, 2(004)-3260/2018 saylı qətnaməsi ilə ilkin iddia üzr ə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı *** qarşı alimentin azaldılması tələbinə dair ilkin iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddianın təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli, 2(074)-1538/2016 saylı, qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 10.06.2010-cu il təvəllüdlü X4 və 11.11.2012-ci il təvəllüdlü X2 üçün İddiaçı hər ay hər uşağa 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) 18.09.2018-ci il tarixli, 2(103)-8222/2018 nömrəli qətnaməsi ilə İddiaçı ape llyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili X9 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı cavabdeh *** qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 19.01.2017-ci il tarixli 2(105)-2983/2017 saylı qətnaməsi ilə 10.06.2010cu il təvəllüdlü X4 və 11.11.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin miqdarının azaldılması, 10.06.2010-cu il təvəllüdlü X4 və 11.11.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanma sı üçün hər ay pensiyanın 1/2 hissəsi miqdarında aliment tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 19.01.2017-ci il tarixli 2(105)-2983/2017 saylı qətnaməsinə əsasən Şamaxı Rayon Məhkəməsinin 08.07.2016-cı il tarixli 2(074)-1538/2016 saylı qətnaməsini qüvvədə saxlanmış və İddiaçı 10.06.2010-cu il təvəllüdlü X4 və 11.11.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı onun əlillik dərəcəsi nəzərə alınmamışdır. İddiaçı DSMF-nin Şamaxı rayon vasitəsi ilə pensiya alır. Məhkəmə ona aliment təyin edən zaman onun xəstəliyi indiki qədərə ağırlaşmamışdı. O vaxt İddiaçı az da olsa işləyə bilirdi. Lakin hal-hazırda onun xəstəliyi ağırlaşıb və o, heç bir yerdə işləyə bilmir. Bundan əlavə İddiaçı yenidən ailə qurmuş, həmin nikahdan 12.11.2014-cü il təvəllüdlü X10 və 01.04.2016-cı il təvəllüdlü X6 adlı iki uşağı anadan olmuşdur. Hazırda İddiaçı heç bir yerdə işləmir, alimenti vermək iqtidarında deyil. Cavabdeh Mustafayeva (Əliyeva) Gültəkin Leysan qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəlki məhkəmə qətnaməsi ilə 10.06.2010-cu il təvəllüdlü X4 və 11.11.2012-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-1538/2016 saylı, 08.07.2016-cı il tarixli qətnaməsi ilə 10.06.2010-cu il təvəllüdlü X4 və 11.11.2012-ci il təvəllüdlü X1 üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində tutulan alimentin azaldılmasını xahiş etmişdir. Hal-hazırda cavabdehin ödədiyi alimentin miqdarı uşaqların gündəlik ehtiyaclarını ödəməyə çatmır. Cavabdeh fərdi sənətkarlıqla, eyni zamanda xırda ticarətlə məşğuldur. Həyətyanı sahəsində xırda buynuzlu heyvanlar saxlamaqla kifayət qədər imkanı var. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X9 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ondan tutulan alimentin ümumi miqdarı onun qazancının çox hissəsini təşkil edir və qanunda nəzərdə tutulan hissədən artıq olur. Belə ki, o, İİ-ci qrup əlildir və 140 manat təqaüd alır. Sağ böyrəyin pielonefriti xroniki böyrək çatışmamazlığı İİ dərəcə diaqnoz qoyulmuşdur. Onun bundan başqa qazancı və gəliri yoxdir. Yenidən ailə qurmuşdur və həmin nikahdan 3 övladı var. Ailəsinin təminatını çətinliklə ödəyir. Xəstədir, işləyə bilmir, işzizdir. Onun bundan başqa qazancı və gəliri yoxdur. Məhkəmə bu kimi halları nəzərə almadan ədalətsiz və qanunsuz qə tnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə AR MPM-nin 67-cki maddəsinə əsasən işə onların izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 18.09.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından gör ündüyü kimi, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 08.07.2016-cı il tarixli, 2(074)-1538/2016 saylı qətnaməsinə əsasən, cavabdeh İddiaçı 10 iyun 2016-cı il tarixdən başlayaraq 10.06.2010-cu il təvəllüdlü X4 və 11.11.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı sonradan 03.04.2014-cü il tarixdə X7 ilə nikaha daxil olmuşdur və nikahlarından 2 uşağı X10 12.11.2014-cü il tarixdə, X8 01.04.2016-cı il tarixdə doğulmuşdur. İddiaçı ümumi xəstəlikdən ikinci qrup əlildir, əmək qabiliyyətlidir, yeganə sağ böyrəyin xroniki pielonefriti, xroniki böyrək çatışmamazlığı İİ dərəcə diaqnoz qoyulmuşdur, Şamaxı rayon Məşğulluq Mə rkəzində işaxtaran kimi qeydiyyatdadır və son altı ay ərzində müavinəti almamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəvişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi mi qdarında; - sabit pul məbləğində. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfındən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miq darı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki vəziyyətdə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması çətinlik törədir və alimentin qazancdan tutulması tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozan hal kimi qiymətləndirilməlidir. Belə ki, alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayə t deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə kollegiyası bu vəziyyətin həm də cavabdehin qazancının 1/3 hissəsi məbləğində aliment tutulması halına da şamil edir. Çünki, cavabdehin qazancının 1/3 hissəsində aliment tutulması əvvəlki qətnamə ilə eyni nəticəyə gətirib çıxarır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırki iş üzrə cavabdehdən tutulan alimentin miqdarının tənzimlənməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə hər şeydən əvvəl uşaqların mənafeyi nəzərə alınmalı, buna əsasən müvafiq aliment məbləği tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşa nmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2018-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 154 m anat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etməklə hesab etmişdir ki, iddiaçının işləməməsi, əlillik dərəcəsinin olması, himayəsində digər uşaqlarının olması xeyrinə aliment tutulmuş uşaqların artan təlabatının ödənilməsinin qarşısını ala bilməz. Nəzərə alınmalıdır ki, o atadır və uşaqları qarşısında öhdəlikləri vardır. Buna görə də həmin əsaslar müəyyən olunmuş alimentin məbləğinin azaldılmasına əsas olmadığı kimi, aliment məbəğinin artırılmasına da mane olmamalıdır. Kassasiya kollegiytası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi hüquq normasının tətbiqində səhvə yol verməklə gəlindiyindən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən maddi hüquq normasından göründüyü kimi, alimentin məbləğinin artırılması üçün tərəflərin maddi və ailə vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməlidir. İşdən göründüyü kimi iddiaçı alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət edərkən İİ qrup əlilliyinə əsas olmuş xəstəliyinin ağırlaşmasına və əvvəlki vaxtla müqayisədə artıq işləyə bilməməsinə və nəticədə müəyyən edil miş alimenti ödəyə bilməməsini habelə yeni ailəsini də saxlamağa imkanının olmadığına istinad etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə tutulan alimetin məbləğinin uşaqlarının saxlanmasına yetmədiyinə və qarşı tərəfin sənətkarlıqla və əlavə olaraq da, heyvandarlıqla məşqul olmaqla maddi vəziyyətinin yaxşı olmasına istinad etmişdir. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr bu iddialara baxarkən tərəflərin ailə və maddi vəziyyətlərində məhz əhəmiyyətli dəyişikliklərin olub-olmamasına, uşaqların yaşayış minimumu dərəcəsinin artmasına əsasən avtomatik şəkildə deyil, məhz tərəflərin iddia tələblərinin faktiki əsasları kimi istinad etdikləri halların mövcudluğu baxımından qiymət verməlidirlər. Bu qiymətləndirilmənin aparılması zamanı qeyd edilənlərlə yanaşı, yalnız aliment tutulan şəxsi n deyil, eyni zamanda qarşı tərəfin də işləyib-işləməməsi, işləyirsə aldığı məvacibin həddi, alimetin tutulmasında sonrakı dövrdə tərəflərin əmlak vəziyyətlərindəki, yaşayış şəraitlərindəki habelə maddi vəziyyətlərini xarakterizə edə bilən digər əhəmiyyətli dəyişikliklərin mövcudluğu aydınlaşdırılmalıdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları araşdırmadan, yalnız alimentin tutulmasına dair qətnamənin qəbulundan ötən dövrlə müqayisədə hazırda uşaqların saxlanması üçün qanunla müəyyən edilmiş yaşayış minimumunun həddində olan dəyişikliyə istinad etməklə alimentin məbləğinin artırılması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, uşaqlar üçün yaşayış minimumunun artması yalnız aliment alan qadının maddi vəziyyətinə deyil, eyn i zamanda ikinci nikahdan 2 uşağı olan aliment ödəyən şəxsin də maddi vəziyyətinə təsir etmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normasının tətbiqində səhvə yol verməsi əsası ilə ləğv edilməlidir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün tərəflərin maddi vəziyyətlərində əhəmiyyətli dəyişikliyin olub-olmamasının müəyyənləşdirilməsi ilə bağlı işin faktiki hallarının araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstə rişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli, 2(103)8222/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3740/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3740/2019
27.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver