Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3750/2020 17.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1 və XXX İddia tələbi: bələdiyyə qərarının ləğv edilməsi, qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması Açar sözlər: tələb inzibati məhkəməyə aiddir, iş üzrə icraata hissəvi xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçının və onun vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-705/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxx x 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları XXXnin xx xxxx 2011-ci il tarixli, 09 saylı iclas protokolu ilə XXX bələdiyyəsinin mülkiyyətində olan 0.015 hektar torpaq sahəsinin XXX rayonu XXX kənd sakini Cavabdeh1 satılması qərara alınmış, sonuncu tərəfindən XXX Bələdiyyəsinə bununla bağlı 105 manat pul ödənimişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1747/2018 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli qərarı ilə XXXnin xx xxxx 2011-ci il tarixli 09 nömrəli qərarına əsasən satılmış 0.015 hektar həyətyanı torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Döv lət Reyestr Xidmətinin XXXİdarəsinin üzərinə qoyulmuşdur. XXX rayonu XXX qəsəbəsində yerləşən 0.0115 hektar torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXXİdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və XXXnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinə dair xx xxxx 2011-ci il tarixli qərarın ləğv edilməsi, qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, XXX rayonu, XXX qəsəbəsi, N.Hüseynov küçəsi, 47 ünvanında onun atasının və dayısı Məşədi Mütəllimin dükanları vardır. XXX qəsəbəsi tarix-mədəniyyət qoruğu olduğundan orada yerləşən torpaqlar dövlət torpaqları olmaqla XXX bələdiyyəsinin mülkiyyətində olan torpaqlara aid deyildir. Buna baxmayaraq XXX bələdiyyəsi səlahiyyətlərindən istifadə edərək tamah məqsədi ilə dövlət torpaqlarını hərrac yolu ilə satışa çıxararaq ayrı-ayrı şəxslərə satmışdır. XXX bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli qərarı ilə ona məxsus 150 kv.metr torpaq sahəsi qanunsuz olaraq Cavabdeh1 satılmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etməmiş, bildirmişdir ki, mübahisəli torpaq sahəsini XXX bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli 09 saylı p rotokoluna əsasən 01 saylı qərarı ilə satın almışdır. XXX bələdiyyəsinin dövlət bələdiyyə fondu torpaqları siyahısında həmin ərazinin iddiaçıya məxsus olması barədə heç bir sənəd aşkar edilməmişdir. Həmin torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada onun mülkiyyətinə verilmişdir. Bu barədə qanuni qüvvədə olan məhkəmə qərarı da var. Digər cavabdeh XXXnin nümayəndəsi iddia tələbini qəbul etməmiş, göstərmişdir ki, Cavabdeh1 satılmış torpaq sahəsinin iddiaçıya məxsus olması barədə XXX bələdiyyəsinin dövlət bələdiyyə fondu torpaqlarının siyahısında heç bir sənəd aşkar edilməmişdir. İddiaçının müraciətləri əsasında XXX rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi və XXXRegional Ədliyyə İdarəsi tərəfindən mübahisəli ərazidə araşdırma aparılmış və araşdırma zamanı heç bir qanuna zidd məsə lə aşkar edilməmişdir. Bələdiyyə ərazisində olan istənilən torpaq sahəsinin satılması proseduru XXX rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin yerində baxış keçirilməklə verdiyi rəyə müvafiq olaraq bələdiyyənin iclasında qəbul edilmiş kollegial qərara əsasən həyata keçirilir və bütün sənədlər XXXRegional Ədliyyə İdarəsinə göndərilir. XXX qəsəbəsinin XXX Dövlət TarixMədəniyyət qoruğu abidələri dövlət tərəfindən qorunur və həmin abidələrin yerləşdiyi ərazi XXX bələdiyyəsinə məxsusdur. XXX qəsəbəsi ərazisində tikintilər Turizm Agentliyi və XXX rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən alınmış layihə əsasında inşa edilir. XXX Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(037)730/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (ha kim R.Şirinov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 577.1, 646.1, 648.1-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6-cı maddəsinə istinadla hesab etmişdir ki, XXXnin mülkiyyətində olan 0.015 hektar torpaq sahəsi həmin Bələdiyyənin xx xxxx 2011-ci il tarixli, 09 saylı iclas protokolunun qərarı əsasında Cavabdeh1 satılarkən və onun adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXXİdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli, RX ******* nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkə məsi) 2(107)-705/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mirbahəddin Hüseynov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Gündüz Abbasov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandır ılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan ba xılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadı n ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahi ş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi «İnzibati icraat haqqında» Qanunun 72-ci maddəsində inzibati orqanların qəbul etdiyi inzibati aktlardan inzibati şikayətin inzibati qaydada və ya məhkəmə qaydasında verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatına” əsasən bələdiyyələr inzibati orqanlardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hü quqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Baxılan iş üzrə iddiaçının iddia tələbinin birinci hissəsi XXXnin mülkiyyətində olan 0.015 hektar torpaq sahəsinin Cavabdeh1 satılması barədə həmin Bələdiyyənin xx xxxx 2011-ci il tarixli, 09 saylı qərarının ləğvi ilə bağlıdır. İddiaçı həmin qərarın qanunsuz qəbul olunduğunu hesab edir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin şəxsin mülkiyyətinə və ya istifadəsinə ayrılması barədə yerli özünüidarəetmə orqanının qəbul etdiyi qərar inzibati aktdır və həmin qərarın qəbul edilməsi vəzifəsinin inzibati orqanın üzərinə qoyulması tələbinə inzibati icraat qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxx 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul e tmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (2 və 3.1-ci bəndlər). Beləliklə iddia tələbinin bələdiyyə qərarının ləğvi hissəsi inzibati mübahisə olduğu üçün inzibati məhkəməyə aiddir. Eyni zamanda baxılan iş üzrə ilkin olaraq birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbi ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin qərardad ləğv edilməklə işin mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılması mübahisəyə məhkəmə aidiyyə ti qaydasının pozulması ilə baxılmasına haqq qazandıra və buna əsas ola bilməz. Belə ki, MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə dü şür. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almadan və hazırkı mübahisənin bir hissəsinin inzibati mübahisə olmasına baxmayaraq həmin tələbə mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmışdır. MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına bələdiyyə qərarının ləğv olunması tələbinə aid hissədə xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin M PM-in 262.3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, həmin tələbə dair müvafiq iddia ərizəsi ilə inzibati orqanın qəbul etdiyi aktdan aidiyyəti üzrə inzibati məhkəməyə şikayət verə bilər. İddia tələbinin qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması tələbinə aid hissədə nəzərə alınmalıdır ki, işə baxmış məhkəmələr mübahisəli torpaq sahəsinin Cavabdeh1 xüsusi mülkiyyətində olduğunu müəyyən etmişlər. Apelyasiya instansiya məhkəməsi, həmçinin müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının ata-babasına məxsus olması barədə mülahizələrinin heç bir hüquqi və faktiki əsası yoxdur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İk inci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsəl ə ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olduğunu, yaxud mübahisəli torpaq sahəsində inşa edilən tikililərin onun qanunla qorunan hüquqlarını pozduğunu sübuta yetirməlidir. Lakin işə baxmış məhkəmələr iddiaçının həmin tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı hal müəyyən etməmişlər. Bu baxımdan iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin hissədə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-705/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tar ixli qətnaməsi ləğv edilsin. Mülki işin icraatına XXXnin xx xxxx 2011-ci il tarixli qərarın ləğv edilməsi tələbinə aid hissədə xitam verilsin. Qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması tələblərinə aid hissədə iş üzrə yeni qərar qəbul edilsin. Həmin hissədə iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3750/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3750/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver