Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3750/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC, "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh5, Cavabdeh1, İsmayıllı rayon İcra Şöbəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3122/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı 9710,87 ABŞ dolları məbləğində əsas borc, 120,21 ABŞ dolları məbləğində faiz borcu və 1,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 9832,48 ABŞ dollarının və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan «Chevrolet Aveo» minik markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilə hərrac vasitəsi ilə satılmaqla yönəldilməsi qət edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmiş, iddianı qismən qəbul etmiş, adıçəkilən avtomobilin qəzaya uğraması barədə məlumat vermişdir;
3. Sab unçu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə icraat başlanılmış, eyni tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, xx.xx.2017-ci il tarixli qərarla avtomobilin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmişdir; 4. "xxxx" MMC tərəfindən adıçəkilən avtomobilə xx.xx.2017-ci il tarixdə baxış keçirilməklə, xx.xx.2017-ci il tarixli, 309 №-li əmlakın qiymətləndirməsi barədə hesabat tərtib edilmiş və əmlak 4*** manat məbləğində qiymətləndirilmişdir. Həmin hesabatdan görünür ki, avtomobilə baxış keçirilmiş, avtomobilin istifadəyə qismən yararlı olduğu, bəzi hissələrinin yerində aşkar olunmadığı, bəzi hissələrində cızıqların, batıqların, boyasının solmuş vəziyyətdə, istifadəyə tam yararlı olması üçün təmirə ehtiyacının olduğu müəyyən edilmişdir; 5. "x xxx" MMC tərəfindən xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixlərdə iki dəfə hərrac keçirilmişdir;
6. Həmin hərracın keçirilməsinə dair 01/1867 və 01/2008 №-li bildirişlərdən görünür ki, hərracın keçirilməsi ilə bağlı elanlar «Birja yenilikləri» qəzetində dərc edilmiş, bildirişlər iddiaçıya ünvanınmış (İsmayıllı rayonu, Kürdmaşı kəndi), hərrac qovluğu iddiaçı tərəfindən təqdim edilmədiyindən bildirişlərin iddiaçıya çatıb-çatmamasını müəyyən etmək olmamış, lakin iddiaçı da həmin bildirişlərin ona çatdırılmamasını iddia etməmişdir;
7. Əmlakın ilkin satış qiyməti 4*** manat müəyyən edilməsinə baxmayaraq, avtomobil ikinci hərracdan xx.xx.2017-ci il tarixdə alıcı Cavabdeh5 tərəfindən 6400 manata alınmışdır;
8. Cavabdeh1, "xxxx" MMC və Cavabdeh5 tərəfindən «Açıq hərracının nəticələri haqqında xx.xx.2017-ci il tarixli 3702 №-li Protokol» imzalanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz əmlakların Satışı X1» MMC, "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh5, Cavabdeh1, İsmayıllı rayon İcra Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq və iddia tələbinə dəqiqləşdirilmə təqdim edərək, «Chevrolet Aveo» markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli, 309 №-li əmlakın qiymətləndirməsi barədə hesabatının və "xxxx"nin hərrac nəticələri haqqında xx.xx.2017-ci il tarixli 3702 №-li yekun protokolunun etibarsız hesab olunması, avtomobilin qalib alıcısı Cavabdeh5 geri alınması, təkrar hərrac keçirilməklə avtomobilin satılması, bağlanmış alğı-satqı müqaviləsinin ləğ v edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, qiymətləndirici təşkilat olan "xxxx" MMC öz qiymətləndirmə rəyində yalnız avtomobilin texniki sənədlərində əks olunmuş texniki göstəriciləri qeyd etmiş və qiymətləndirmə zamanı istifadə edilən metodları sadalamış, sonda isə nəticəsini yazmışdır. Lakin avtomobilin qiymətinin niyə məhz bu qədər olduğunu öz qiymətləndirmə aktında bu metodlara əsasən təhlil etməyib. Bundan əlavə, qiymətləndirmənin fakt üzrə aparıldığını və qiymətləndirmə fəaliyyətində nəzərdə tutulmuş qaydada avtomobilə heç bir baxış keçirilməmiş və qiymətləndirici təşkilat sadəcə avtomobili kənardan və yalnız texniki sənədləri əsasında rəy hazırlamışdır. “Qiymət ləndirmə fəaliyyəti haqqında” AR Qanunun (25.6.1998, 510 nömrəli) 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2***-ci il tarixli 107 №-li Qaydaların 1 hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Mübahisələndirilən hesabatda yalnız avtomobilin texniki göstəriciləri, mühəndis avadanlıqları və texniki xarakterizəsi qeyd edilmiş, daha sonra isə metodlar sadalanmışdır. Nəticə etibarilə hazırki hesabat qanunla müəyyən edilmiş qaydada hazırlanmamaqla bərabər icra vərəqəsinin predmeti olan maşına dair real vəziyyəti ək s etdirmir. Hesab edirlər ki, hərrac bir sıra pozuntularla müşayiət edilərək keçirilib. İcraçı tərəfindən hərracın keçirilməsinə dair sifariş verilməyib. İpoteka haqqında Qanunun 41.3cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Lakin əmlakın ilkin qiyməti 4*** manat hesablanıb. Belə olan halda qanunvericiliyə görə ilkin əmlak ilkin hərracda satıla bilməz. Çünki ilkin hərracda əmlakın ilkin satış qiymətinin 70 faizindən aşağı məbləğ təklif edilə bilməz. Baxmayaraq ki, protokolda qeyd edilib ki, təkrar hərracda əmlak enmiş faizlər əsasında satılıb, hazırki hərrac üzrə təkrar hərracın keçirilməsi qanunvericiliyin tələblərinə zidd olu b. Belə ki, təkrar hərracın keçirilməsi qaydası AR Mülki Məcəlləsinin 319.5-ci maddəsinə və “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən təkrar hərrac birinci hərrac formasında keçirilməlidir. Beləliklə, xx.xx.2017-ci il tarixli 3702 №-li hərrac qanunvericiliyin tələblərinə, xüsusilə Mülki Məcəllədə nəzərdə tutulmuş hərracın keçirilməsinə dair qaydalara uyğun olmayan formada keçirilib.
11. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli 37/02 nömrəli protokoldan görünür ki, İddiaçı mülkiyyətində olan “Chevrolet Aveo” 99DL306 dövlət qeydiyyat nömrəli avtomobili hərrac vasitəsilə 6400 manata fiziki şəxs almışdır (bu təqribən 3700 ABŞ dollar təşkil edir). Hərrac nəticəsində isə borclunun borc u qismən ödənilmiş və icra vərəqi üzrə borcdan həmin məbləği çıxıldıqdan sonra (sadə riyazi hesablamalarla) borclunun Banka təqribən 6100 ABŞ dollar borcu qalmışdır. Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2(037)-348/2014 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Qərardan şikayət verilmiş və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(037)38/2023 №-li qərardadı ilə Bankın şikayəti təmin edilmiş və icra tədbirləri davam etdirilməsinə dair qərar qəbul edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana v ə ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. İddiaçı 2014-cü il tarixdən məhkəmə prosesləri barədə məlumatlanmış, dəfələrlə məhkəmə bildirişləri almış və bu günə qədər bildirişlərin çatmaması barədə öz iradını nə poçt nümayəndələrinə, nə də məhkəməyə bildirməmişdir. İddiaçının tələbinin rədd edilməsinin ən vacib əsası odur ki, qanunvericiliyə əsasən Bank vicdanlı əldə edən hesab olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Az ərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2018-ci il tarixli qərarına əsasən, mülki hüququn ən mühüm sahələrindən biri olan əşya hüququ maddi nemətlərin fiziki və hüquqi şəxslərə, dövlət və bələdiyyəyə məxsusluğu ilə bağlı yaranan münasibətləri tənzimləyən hüquq normalarının məcmusundan ibarət olmaqla, özündə mülkiyyət, sahiblik və məhdud əşya hüquq institutlarını birləşdirir. Mülkiyyət hüququ əşyanın mülkiyyətçiyə məxsus olması ilə əlaqədar yaranan münasibətləri nizamlayan normaların məcmusudur. Sahiblik hüququ özündə şəxsin əşyaya faktiki sahiblik etməsini tənzimləyən normaları birləşdirir. Mülkiyyətçi ilə yanaşı, digər şəxslərin əşyadan istifadəsi ilə bağlı qaydalar isə məhdud əşya hüquq institutu ilə müəyyən edilir və bu institut a girov, ipoteka, servitut hüququ və s. kimi yarıminstitutlar daxildir. Əşya hüquqları mütləq xarakterli hüquqlar olub əşya üzərində birbaşa hakimiyyəti təmin edən və hər kəsə qarşı irəli sürülə bilən əmlak xarakterli haqlardır. Yəni əşyanın mülkiyyətçisi, qanuni sahibi və ya məhdud əşya hüququnun sahibi hər kəsdən həmin əşyaya dair hüquqlarını pozmamağı tələb etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24 iyul 2019-cu il tarixli Plenum qərarında qeyd olunur ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqın da” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Ümumiyyətlə, Bank onunla bağlanılmış hər bir müqavilə üzrə əvvəllər baş vermiş qanuna zidd hərəkətlər ilə bağlı risklərin öncədən qarşısını almaq iqtidarında deyil və müqavilə münasibətlərində sabitliyi təmin etmək müvafiq dövlət qurumlarının üzərinə düşür ki, bu hüquqların qorunması nə Bankın səlahiyyətinə, nə də ki, vəzifəsinə aiddir. Ona görə də başqa şəxslərin qanuna zidd hərəkətlərinə görə məsuliyyət vicdanlı olan Bankın üzərinə qoyulmamalıdır. Bank hərracın təşkilatçısı olmadığından ona aid prosedurlara nəzarət etmək vəzifəsi yoxdur və vicdanlı satınalan şəxs olaraq, iddiaçının hansı hüququnu pozub ki, hərrac mərkəzi ilə onun arasında bağlanmış müqavilə etibarsız hesab olunsun. Belə bir əsas olmadığı üçün etibarsızlığa rəvac verə biləcək əsas da mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarix li qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Göründüyü kimi, hərracın təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların S atışı X1” MMC tərəfindən, qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirilmiş, heç bir qanun pozuntusuna yol verilməmiş və hərracın nəticələrinin ləğv edilməsi üçün tutarlı əsas mövcud deyil. Bütün göstərilənlər iddia ərizəsinin tam əsassız olduğunu sübut edir, odur ki, təmin olunmamalıdır. Belə olduğu halda, hesab edirlər ki, süni iddialarla iddiaçı Bankın pozulmuş hüquqlarının və dəymiş ziyanın bərpasına mane olmaqla həmçinin məhkəməni yanlış istiqamətə yönəldir və bu səbəbdən hesab edirlər ki, iddia tələbi rədd edilməlidir.
12. Eyni zamanda "xxxx" ASC iddia müddətinin tətbiqi barədə ərizə verərək, ərizəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən hal, iddiaçının istinad etdiyi və onun mövqeyinə əsasən hüquqlarını pozan və iddia ərizəsinə əsasən müqavilənin etibarsızlığını ş ərtləndirən hal ona ən gec 2014-cü ilin sentyabr ayında artıq məlum olmuşdur. İddiaçı yaranmış hal üzrə mülki hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbini yalnız yuxarıda göstərilmiş halının ona məlum olmasında təqribən 6 il sonra irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia mü ddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi iddiaçı əqdin mübahisələndirilməsinə dair iddianı verərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini buraxmışdır. Belə ki, iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən bir il ərzində irəli sürülə bilən əqdin etibarsızlığına dair ümumi müddətə nisbətən qısaldılmış xüsusi iddia müddətləri tətbiq edilən iddiası 1 illik iddia müddətinə riayət edilmədən verilmişdir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-575/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Tahirə Əsədova).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirdiyi sənədləri tam şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən hərraç sənədlərinin qovluğunun məhkəməyə təqdim edilməsi tapşırılsa da, iddiaçı bunu etməmişdir. Avtomobilə baxış keçirilmiş və avtomobilin real vəziyyəti (istismara qismən yararlı olduğu) tam şəkildə təfsir edilmişdir. İddiaçı özü də İsmayıllı Rayon Məhkəməsində avtomobilin qəzaya düşməsini bildirmişdir.
15. Bundan başqa, avtomobil ikinci hərracda qiymətləndirici şirkət tərəfindən qoyulmuş qiymətdən xeyli yüksək qiymətə satılmışdır. Odur ki, iddianın avtomobilin qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli, 309 №-li əmlakın qiymətləndirməsi barədə hesabatının etibarsız hesab e dilməsi barədə hissəsi rədd edilməlidir. Hərracın keçirilməsində hansı pozuntuların baş verməsinə dair iddiaçı tərəfindən məlumat verilməmiş, ümumiyyətlə qiymətləndirmə hesabatının və hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsinin hüquqi əsasları göstərilməmişdir. Məhkəmə araşdırması zamanı avtomobilin artıq başqa bir mülkiyyətçisinin olduğu müəyyən edilmiş, Cavabdeh5 olmayan əmlakın ondan hansı qaydada geri alınması və həmin əmlaka dair yeni hərracın hansı qaydada keçirilməsinə dair iddiaçı tərəfindən hər hansı bir məlumat verilməmişdir. Bank tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. Lakin, məhkəmə iddia tələblərinin heç birinin Banka yönəlmədiyini nəzərə alaraq həmin ərizəni ümumiyyətlə müzakirəyə çıxartmamışdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərb aycan Respublikası Konstitusiyasının 29-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 185.5, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(008)-575/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işini itirdiyi üçün vəziyyətində problemlər yaranmışdır, imkanı olmadığına görə banka olan borcunu ödəyə bilməmişdir. 2012-ci ilin avtomobili 2007-ci il kimi yazılaraq saxtakarlıq etmişdir. Daha son ra qiymətləndirmə düzgün aparılmamış, sənədlərə müdaxilə olunmuşdur, göstərilən avtomobil onun deyildir. Başqa avtomobil qoyulmuşdur. Avtomobil yeni olduğu halda və real bazar qiyməti 16*** manat olduğu halda 4*** manata satılmışdır. Buna razılığı olmamışdır. Avtomobilin yağını dəyişdirdiyi zaman əlindən alınmışdır. Halbuki ilkin ödəniş etmişdir. Onun ilkin ödənişi verilsin, ya da maşını qaytarılsın. Bank tərəfindən faizlər və cərimələr həddindən artıq şişirdilmişdir, hazırkı vəziyyəti nəzərə alınmamışdır. Məhkəmə həmin yanlışlıqları aradan qaldırmaq üçün heç olmasa işi ekspertizaya göndərərək mütəxəssis rəyi almalı olduğu halda, bunu etməmiş, təkcə bir cavabdehin nümayəndəsinin dediklərinə və yalan-doğru təqdim etdiyi sənədlərə formal mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır. Məhkəm ənin hüquq normasına istinad etmədən qərar qəbul etməsi qanunsuz və əsassızdır, boş mülahizələrə istinad edilən sözügedən qətnamə ləğv edilməlidir. Eyni zamanda, əmlakın ilkin satış qiyməti 4*** manat müəyyən edilməsinə baxmayaraq, avtomobil ikinci hərracdan xx.xx.2017-ci il tarixdə alıcı Cavabdeh5 tərəfindən 6400 manata alınmışdır. Cavabdeh1, "xxxx" MMC və Cavabdeh5 tərəfindən «Açıq hərracının nəticələri haqqında xx.xx.2017-ci il tarixli 3702 No-li Protokol» imzalanmışdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixli qərarına əsasən ismayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2(037)- 348/2014 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə əsas cavabdehlərin məhkəmədə iştirakının təmin olunması üçün tədbir görməmiş, cavabdehlərin iştirakı olmadan məhkəmə prosesi ni aparmışdır və bununla da onların sübutlarının təqdim olunması, hərracın aparılmasından, saxtakarlıqların ortaya çıxması, bank borcunun hansı səbəbdən bu qədər yığılıb qalması və s. halların araşdırılması imkanından məhrum etmişdir. Məhkəmənin iş üzrə cavabdehlərin məhkəmə prosesində iştirakının təmin etməməsi prosessual hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Mübahisə predmeti olan avtomobilin hərrac vasitəsi ilə realizə edilməsi üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X1" MMC-yə sifariş verilməsi və hərracın baş tutulmaqla əmlakın satışının həyata keçirilməsindən iddiaçının məlumatı olmamışdır, “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla keçirilmiş hərracdan məlumatı yalnız cavabdehə ismayıllı rayon məhkəməsinə Bank tərəfindən verilən id diadan sonra olmuşdur. Həmin ərizə ilə bank borcunu iddiaçı tərəfindən ödənilməsini tələb etmişdir. Yalnız bundan sonra cavabdeh Bank tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, hərrac “İpoteka haqqında Qanunun“ tələblərinə zidd olaraq keçirilmiş, alıcı tərəfindən ipoteka saxlayana ödəniş tam həyata keçirilməmişdir. Göründüyü kimi, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Yuxarıda sadalananlardan da göründüyü kimi, əsas öhdəliyə xitam verilmədiyindən ipoteka predmetinin girovdan azad olunması mümkün deyil. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd etdikləri bu halların heç birini nəzərə almamış və iddia tələbini rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Buna görə də həmin qətnamə qanu ni və əsaslı sayıla bilməz. Mülki Prosessual Məcəllədə məhkəmə qətnaməsi üçün ən əsas tələb onun qanuni və əsaslı olmasıdır. Lakin qeyd etdikləri dəlillərə əsasən cavabdehə münasibətdə mübahisələdirilən qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsini n səbəbləri aydın göstərilməlidir.
19. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, aşağıdakı əsaslara görə şikayətin dəlilləri əsassızdır və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(008)- 575/2024 saylı qətnaməsi baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktları əks etdirir, iş üzrə müəyyən edilən faktlar və qətnamədə göstərilən hallar işin materiallarına tam uyğundur və qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şikayətçi Bank tərəfindən təqdim etmiş hesabatda yanlışlıqların olduğunu iddia edir. Bununla əlaqədar qeyd edilməlidir ki, şikayətdə göstərilən bu dəlil uydurma və yalandır. Belə ki, qoşmada əlavə olunan xx.xx.2017-ci il tarixli 184-1 saylı "xxxx " MMC-dən olan məktubdan müəyyən etmək olur ki, hətta həmin dövrdə hesabatda olan texniki səhvə dair qiymətləndirici müəssisə İcra şöbəsinə müraciət etmişdir, məktubda qeyd edilir ki, texniki səhv nəticəsində avtomobilin istehsal tarixi 2012-ci il əvəzinə 2007-ci il kimi qeyd edilmişdir. Göründüyü kimi şikayətçinin bu dəlili uydurma və yalandır, Bank tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət edilmişdir. Şikayətçi məhkəmə prosesindən xəbəri olmamasını iddia edir. Borclu öhdəliklərinin icra etməməsi səbəbindən Bank məcbur olub məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətində göstərdiyi bu dəlil də heç bir hüquqi əsası yoxdur, uydurma və yalandan ibarətdir. Belə ki, xx.xx.2014-cü il tarixli 2(037)348/2014 saylı İsmayıllı Rayon Məhkəməsinin qətnaməsindən müəyyən etmək olur ki, i ş üzrə məhkəmə proseslərində cavabdeh İddiaçı iştirak etmiş, iddianı qismən qəbul edərək, izahatlarında “onun tərəfindən avtomobilin təmirinə, həyat yoldaşının müalicəsinə xeyli miqdarda xərci çıxdığından hadisə baş verəndən sonra krediti ödəyə bilməmişdir. İmkanı daxilində krediti hissə-hissə ödəməyi öhdəsinə götürür” (qətnamə iş materiallarına əlavə olunub). Sonradan cavabdeh tərəfindən qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-573/2016 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir (qətnamə iş materiallarına əlavə olunub). Göründüyü kimi şikayətçinin bu dəlilləri də uydurmadır, artıq 10 ilə yaxın müddət keçmişdir və qanunvericilikdə nəzərdə tutulan bütün müddətlə r ötürülmüşdür. Bu səbəbdən də hazırkı apellyasiya şikayəti təmin edilə bilməz. İş materiallarından da aydın olduğu kimi, tam həcmdə fəaliyyət qabiliyyəti olan İddiaçı müqavilə azadlığı əsasında imzaladığı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə özü üçün öhdəliklər və mülki vəzifələr yaratmışdır. Bundan başqa, hazırda qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli 2(037)-348/2014-cü il tarixli qətnamə üzrə İddiaçı Banka borcu mövcuddur. Beləliklə yuxarıda qeyd olunanlardan və eləcə də işin faktiki hallarından göründüyü kimi apellyasiya şikayətində irəli sürülən dəlillərin nə hüquqi, nə də faktiki əsası yoxdur və elə bu səbəbdən də birinci instansiya məhkəməsinin qanuni, əsaslı və eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsaslar yoxdur, apellyasiya şikayəti rə dd edilməlidir. Odur ki, şərh edilənlərə əsasən və qüvvədə olan qanunvericiliyin tələblərinə istinadən apellyasiya şikayəti təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-575/2024 saylı qətnaməsi qüvvədə saxlanılmasını xahiş etmişdir. 20. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 1002-16340/8 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna və İsmayıllı rayon Məhkəməsinin 2(037)-348 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti» MMC tərəfindən tərtib olunmuş 309 saylı xx.xx.2017-ci il tarixli İddiaçı məxsus “Chevrolet Aveo” markalı **-DL-*** dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabatında texniki səhvə yol ver ilmişdir. Chevrolet Aveo” markalı **-DL-*** nömrə nişanlı avtomobilin buraxılış ili 2007-ci il kimi göstərilmişdir. Chevrolet Aveo” markalı **-DL-*** nömrə nişanlı avtomobilin buraxılış ilinin 2012-ci il kimi qəbul edilməsini xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3122/2024, 10 iyun 2024cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-575/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov).
22. Məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbi üzrə hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması və onlara m ünasibətdə mülki hüquq pozuntusunun nədən ibarət olduğunu müfəssəl əks etdirməmişdir. Məhkəmə qərarlarının icrası məcburiliyi və sui-istifadənin yolverilməzliyi üzrə yüksək qanunvericiliyin göstərişləri iddiaçının, məsuliyyət həddindən kənar səbəblərdən öncə, öz ehtimal edilən hüquqlarına müvafiq cavabdehlərdən - kim tərəfindən vəzifələrinin vicdanla yerinə yetirilməməsini sübut etməli, onun hansı hüquqlarının pozulmasını təsbit etməlidir. İddiaçı mübahisənin əsası kimi ipoteka predmeti qiymətinin qiymətləndirici tərəfindən düzgün qoyulmadığını göstərsə də, iş materiallarında olan qərardan görünür ki, məhkəmədə iştirak edən iddiaçı ipoteka predmetinin qəzaya uğradığını bildirmişdir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka predmeti qiymətləndirildiyindən baha satılmışdır. İddi anın əsasını ipoteka predmetinin satışından sonra qalıq qalmış borcun bank tərəfindən tələb edilməsdir.
23. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı qiymətləndirmə barədə hesabatı illər keçdikdən sonra mübahisələndirsə də, onun əsaslarına dair təkzibedilməz dəlillər irəli sürməmiş, icra icraatı prosesində iştirak etmək hüququna rəğmən qiymətləndirmə proseduruna etiraz etməmiş və mahiyyəti üzrə hərracın keçirilməsində ona münasibətdə qanunvericilik tələblərinə müvafiq pozuntunun baş verdiyini sübut etmədiyindən, apellyasiya şikayəti əsassızdır və hüquqlardan sui-istifadəyə xidmət edir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-158, 269, 294, 415, 416-cı maddələrinə; “İpoteka haqqında” Qanunun 39, 41- 46,48-cü maddələrinə; “İcra haqqında” Qanunun 3, 28, 51.1, 53.2, 61, 62-cı maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 15, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3122/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin mövqeyini olduğu kimi təkrar etmiş, heç-bir araşdırma aparmamış, öz qətnaməsində qanunların müddəalarını sadalamaqla kifayətlənmışdir. İşin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən ekspertizanın təyin edilməsi barədə vəsatətini təmin edilməmiş və hesab edir ki, işin ədalətli həllinə nail olmaq qeyri mümkündür.
27. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.1, 415.2, 416.1, 416.2-ci, Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3, 217.4-cü maddələrinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
30. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla im tina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.
31. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
32. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələ ri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
33. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
34. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, mübahisələndirilən hərrcanın nəticələrinin etibarsız sayılması üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmələrin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası iş üzrə gəlinən nəticə və əsaslandırma ilə razılaşır.
45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərə findən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3122/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.