Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3752/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı “alqı-satqı və beh müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, ikitərəfli müqavilə üzrə öhdəliklərin qarşılıqlı icrası, ləngitmə hüququ, kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, S umqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(105)486/2022 nömrəli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 10 iyun 2017-ci il tarixli beh müqaviləsi ilə İddiaçı və Cavabdeh 12 iyun 2018-ci il tarixə kimi ünvan 1 ünvanında yerləşən mənzili 30000 manat məbləğə satılması barədə alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Cavabdeh gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin təminatı kimi İddiaçı 10000 manat məbləğində pul vəsaiti ödəmiş, qalan 20000 manat məbləğində pul vəsaitini alqı-satqı müqaviləsi rəsm iləşdirilərkən satıcıya ödəməsini öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 19 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m, yaşayış sahəsi 15 kv.m olan 1 otaqlı mənzilini 40000 manata Cavabdeh satmış, alıcı müqavilənin şərtlərinə görə 10000 manat beh müqaviləsi bağlanarkən və alqı-satqı müqaviləsi zamanı 7000 manat olmaqla ümumilikdə 17000 manat məbləğində pulu İddiaçı vermiş, qalan 23000 manat məbləğində pulu isə 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 nömrəli evin 10 nömrəli mə nzilin İddiaçı, onun ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması və mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin təmin edilən - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 nömrəli evin 10 nömrəli mənzilin cavabdeh İddiaçı ailə üzvləri və digər şəxslər tərəfindən boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə və apellyatora münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kolle giyasının 24 dekabr 2019cu il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı Cavabdeh 27 mart 2020-ci il tarixli pretenziya məktubu göndərərək, 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirmədiyinə, yəni mənzilin pulu tam şəkildə ödənilmədiyinə görə alqısatqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət olunacağını bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 50 saylı Notariat Ofi sinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 19 nömrəli evin 10 nömrəli mənzili ilə bağlı cavabdehlə iddiaçı arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış 12 iyun 2017-ci il tarixli beh müqaviləsinin və 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırmışdır ki, 19 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, yəni mənzilin pulu tam şəkildə ona ödənilməmişdir. Bu səbəbdən də sözügedən, mübahisəli alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
9. Quba Rayon Məhkəməs inin 27 avqust 2020-ci il tarixli, 2(027)-1178/2020 nömrəli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə satılmış mənzillə bağlı cavabdehin ona 11500 manat məbləğində pulu borclu olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
11. Məhkəmə z mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1, 492.1, 567, 646.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(027)-1178/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(105)-573/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(027)-1178/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdehin mənzilin dəyərindən 10000 manat borclu qalmasını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili izahatında mənzilin pulundan 3000-3500 manat borc qalmasını, lakin iddiaçı nın mənzili 15 aprel 2018-ci il tarixdə boşaldaraq təhvil verməli olduğu halda təhvil vermədiyindən qalıq borcun ödənilmədiyini bildirmişdir. Müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, iddiaçı satdığı mənzildən çıxmamış, buna görə cavabdeh iddiaçıya qarşı məhkəmədə iddia qaldıraraq mənzildən çıxarılmasını xahiş etmiş, onun iddiası təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(105)-573/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(102)-5398/2021 nömrəli qərarı ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(105)-573/2021 nömrəli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməmiş, tərəflər arasında bağlandığı, məbləği və ödəniş müddəti mübahisə edilməyən alqı-satqı müqaviləsi üzrə alqı-satqı dəyərinin tam ödənilmədiyini sübut etmək yükünü qanunsuz olaraq iddiaçının üzərinə qoymuşdur. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən mövcud vəziyyətdə alqı-satqı dəyərinin tam ödənildiyini, yaxud ödənilməməsinə qanuni əsas olduğunu sübut etmək yükü cavabdehin üzərində olmuşdur.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı tələbin qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin müddəaya əsasən iddianın təmin olunması üçün müqavilə şərtləri alıcı tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş olmalı, yəni satıcı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmalı və bu əsasla həmin müqavilənin ləğvini tələb etməlidir.
19. İddiaçı hesab edir ki, cavabdeh müqavilədə müəyyən olunmuş müddət ərzində alqı-satqı müqaviləsinin dəyərini təşkil edən məbləğin 11500 manat hissəsini öd əmədiyi üçün müqavilə ləğv olunmalıdır.
20. İşə baxan birinci instansiya məhkəməsi iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə satılmış mənzillə bağlı cavabdehin ona 11500 manat məbləğində pul borclu olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
21. Göründüyü kimi məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməmiş, tərəflər arasında bağlandığı, məbləği və ödəniş müddəti mübahisə edilməyən alqı-satqı müqaviləsi üzrə alqı-satqı dəyərinin tam ödənilmədiyini sübut etmək yükünü qanunsuz olaraq iddiaçının üzərinə qoymuşdur.
22. Həmçinin birinci instansiya məhkəməsi eyni tərəflər arasında alqı-satqı müqaviləsinin predmeti olan mübahisəli mənzilin boşaldılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarını işə əlavə etsə də, həmin məhkəmə aktlarında hazırkı iş üzrə preyudisiallıq kəsb edən hər hansı halların müəyyən edilib-edilmədiyinə qiymət verməmişdir. Halbuki tərəflərin müqavilə üzrə öhdəliklərini yerinə-yetirib yetirmədiyi barədə məsələlər həmin iş üzrə də məhkəmə araşdırmasının predmetini təşkil etmiş və MPM-in 82.3-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmuşdur.
23. İşə iddiaçının apellyasiya şikayəti əsasında baxmış apellyasiya instansiyası məhkəməsi də eyni prosessual pozuntulara yol verərək, qətnaməni dəyişdirilmədən saxlamış və öz mövqeyini eyni qaydada əsaslandırmışdır.
24. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsi üzrə iddiaçıya heç bir borcunun olmadığı barədə izahat versə də, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin alqı-satqı müqaviləsi üzrə 10000 manat deyil, 3000 manat qalıq borcunun olduğunu bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin məsələyə də hüquqi qiymət verməmiş, sonuncu izahata MPM-in 106.3cü maddəsinin tətbiqi mümkünlüyünü müzakirə etməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(105)-486/2022 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(027)-1178/2020 nömrəli qətnaməsi ləğv edilm iş, iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış 12 iyun 2017-ci il tarixli beh müqaviləsinin və 19 oktyabr 2017-ci il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, aşağı instansiya məhkəməsi tərəflər arasında sübutetmə yükünü düzgün müəyyən etməmiş, tərəflər arasında bağlandığı, məbləği və ödəniş müddəti mübahisə edilməyən alqı-satqı müqaviləsi üzrə alqı-satqı dəyərinin tam ödənilmədiyini sübut etmək yükünü qanunsuz olaraq iddiaçının üzərinə qoymuşdur.
27. Cavabdeh birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsi üzrə iddiaçıya heç bir borcunun olmadığı barədə izahat versə də, təkrar apellyasiya baxışı zamanında cavabdehin nümayəndəsi təms il etdiyi şəxsin alqı-satqı müqaviləsi üzrə 10000 manat deyil, 3000 manat qalıq borcunun olduğunu etiraf etmişdir.
28. Həmçinin eyni tərəflər arasında alqı-satqı müqaviləsinin predmeti olan mübahisəli mənzilin boşladılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, tərəflər satılmış mənzillə bağlı 40000 manata razılaşmış, müqavilədə nəzərdə tutulan qiymətdən 10000 manatını 10 iyun 2017-ci il tarixdə bağlanmış beh müqaviləsi əsasında, 7000 manat məbləği satıcı İddiaçı notarius bankda depozit hesabı vasitəsi ilə, qalan 23000 manatı isə 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin alıcısı Cavabdeh müqavilə üzrə sonuncu 11500 manat ödənişi isə 05 iyun 2018ci il tarixdə aparmış, qalan 3500 manat məbləğində pulu cavabdeh mənzili boşaltdıqdan sonra ödəməli o lduğu göstərilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, cavabdehin əri tərəfindən iddiaçıya 27 mart 2018-ci il tarixdə kupçanın alınması məqsədilə 1000 manat, 07 dekabr 2017-ci il tarixdə 6500 manat, 03 iyun 2017-ci il tarixdə 500 manat ödənilmişdir.
29. Qanuni qüvvədə olan 08 fevral 2022-ci il tarixli hökmdə də mənzilə görə hazırki iş üzrə cavabdehin əri X3 tərəfindən iddiaçıya çatası 6500 manat pulun onun xahişi ilə İlqar Əliyevə verilməsi müəyyən edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 421.2ci maddəsinin tələbi baxımından tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş, bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mən zilin alqı-satqı müqaviləsi üzrə alıcı kimi cavabdeh iddiaçıya pulu tam olaraq ödəməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
31. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(105)-486/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 421, 425.1, 562.1-ci maddələrinin tələbləri pozulmuşdur.
33. Belə ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının alqı-satqı müqaviləsi üzrə evi 19 yanvar 2018-ci il tarixdən cavabdehin faktiki sahibliyinə vermək barədə öhdəliyini icra etməməsindən irəli gələrək cavabdeh Mülki Məcəllənin 562.1-ci maddəsində nəzərdə tutulan ləngitmə hüququndan istifadə etmiş, 18 aprel 2018-ci il tarixədək icra etməli olduğu ödənişin bir hissəsini icra etməkdən imtina etmiş və iddiaçıya alqı-satqı müqaviləsinin predmeti olan mənzili ona təhvil verən kimi ödənişi etməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında da iddiaçıya bu təklif dəfələrlə edilmiş, lakin sonuncu əsassız olaraq borcun 10000 manat olmasını bildirməklə, bu təkliflərdən imtina etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan öhdəliklərin icra müddətini nəzərə almamış, ümumiyyətlə qətnamədə tərəflərin alqı-satqı müqaviləsi üzrə kimin hansı öhdəliyi nə vaxt icra etməsin i, kimin ilk öncə müqavilə şərtini pozmasına, müqavilə tərəflərinin hərəkətlərinin mülki qanunvericiliyin tələbləri baxımdan əsaslı olub-olmamasına münasibət bildirməmiş, sadəcə olaraq mülki işin Ali Məhkəmədən geri qayıtmasını əsas götürərək, mübahisənin tərəflərin həqiqi qarşılıqlı münasibətlərinə və qanuna uyğun araşdırılmasından və mübahisənin qanuni həllindən yayınaraq işin asan həlli yolunu seçmişdir. Cavabdehə evi təhvil verdikdən sonra qalıq 3500 pulun ödənilməsi barədə təkliflə yanaşı, məhkəmə tərəfindən aldığı 36500 manat pulun cavabdehə qaytarmaq təklifini də iddiaçı qəbul etməmiş və bildirmişdir ki, hazırda imkanı yoxdur, o həmin pulu 1 ildən sonra qaytara bilər.
34. İşə baxan apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan Mülki Məcəllənin 562-ci maddəsini tətbiq etməy ərək müqavilə üzrə iddiaçının ilkin olaraq xx.xx.2018-ci il tarixdə evi cavabdehin faktiki sahibliyinə verməyi öhdəsinə götürməsini nəzərə almamış, cavabdehin ləngitmə hüququndan istifadə etməsini müqavilənin əhəmiyyətli pozuntusu kimi saymış, iddiaçının isə ilkin olaraq icra etməli olduğu öhdəliyi icra etməməsini isə haqlı davranış kimi qəbul edib, müqavilənin tək tərəfli pozuntusunu tələb etmək hüququna malik olan subyekt kimi qiymətləndirmişdir.
35. Kassator hesab etmişdir ki, iş materialları ilə 40000 manat pulun 36500 manatının cavabdeh tərəfindən ödənilməsi tam olaraq sübuta yetirildiyindən, cavabdehin 3500 manat pulu evin ona müqavilədə nəzərdə tutulan müddətdə onun faktiki sahibliyinə verilməməsi səbəbindən ödəməməsi müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirilə bilməz. Çünki iddiaçıya ödənilməli məbləğ müqavilənin əhəmiyyətli dərəcəsini təşkil etməmişdir. İddiaçı özü müqavilənin şərtini birinci pozduğuna görə o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olan subyekt kimi qiymətləndirilə bilməz.
36. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
37. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlə bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
40. Azərbaycan Respu blikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəl lədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmi n müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsa sən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci mad dəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən gös tərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və m ötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
45. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya məhkəməsi tərəfindən əvvəlki qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktiki halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmasına dair göstərişləri tam və lazımınca yerinə yetirilməmişdir.
46. Belə ki, kassasiya məhkəməsinin əvvəlki icraatında qeyd etdiyi kimi, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir ki, həmin normaya əsasən satıcının tələbi ilə alqı-satqı müqaviləsi yalnız alıcının müqaviləni əhəmiyyətli dərəcədə pozması halında ləğv edilə bilər.
47. Mülki Məcə llənin 567-ci maddəsinin məzmunundan müəyyən edilir ki, alqı-satqı müqaviləsi, o cümlədən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ikitərəfli müqavilə olmaqla, hər iki tərəf üçün müəyyən öhdəliklər yaradır: satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməlidir. Həmin öhdəliklərin tam və ya qismən müxtəlif vaxtlarda icra olunmasının razılaşdırılması qanunla istisna olunmur (Mülki Məcəllənin 569.1, 598.1, 600.1-ci maddələri).
48. Hazırki mübahisənin predmetini təşkil edən alqı-satqı müqaviləsinin məzmunundan müəyyən olunur ki, satıcı olan İddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 19, 10 saylı mənzili Cavabdeh mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4 və 5-ci bəndlərinə əsasən daşınmaz əmlakın dəyəri 40000 manat məbləğində müəyyən edilmiş, alıcı həmin qiymətin 10000 manat hissəsini 10 iyun 2017-ci il tarixli beh müqaviləsi ilə, 7000 manatı müqavilə bağlanarkən notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 23000 manat məbləği isə 18 aprel 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 11-ci bəndinə əsasən isə satıcı daşınmaz əmlakı 19 yanvar 2018-ci il tarixədək alıcının faktiki sahibliyinə verilməsini öhdəsinə götürmüşdür.
49. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi 19 oktyabr 2017-ci il tarixdə bağlansa da, hər iki tərəf öhdəliklərini müəyyən müddət sonra, lakin müxtəlif vaxtlarda icra edəcəklərini razılaşmışlar.
50. İddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini əsas gətirərək müqavilənin ləğv edilməsini xah iş etmişdir. Kassasiya məhkəməsi əvvəlki icraatdakı qərarında, alıcının öhdəliyini icra edib-etməməsini, alıcının satıcıya müqavilə bağlandığı tarixdən sonrakı müddətdə hansı məbləğdə ödəniş etdiyini və hansı hissədə öhdəliyinin icra olunmamış qaldığının müəyyən edilmədiyini qeyd etməklə, həmin məsələnin araşdırılmasını yenidən işə baxacaq apellyasiya məhkəməsinə tapşırmışdır.
51. Lakin apellyasiya məhkəməsi təkrar baxışda ödənişlə bağlı işdə olan sübutları (cavabdehin nümayəndəsinin izahatını, tərəflər arasında əvvəllər olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, iş materiallarında olan qəbzləri və qanuni qüvvəyə minmiş hökmü) sadalasa da, Mülki Prosessual Məcəllənin 218.1 və 420-ci maddələrinin tələblərini pozaraq qeyd olunan sübutlar əsasında iş üçün əhəmiyyətli olan halı: cavab dehin müqavilə üzrə öhdəliyini hansı hissədə icra etməməsini müəyyən etməmişdir.
52. Halbuki, həmin hal iddianın təmini üçün xüsusi əhəmiyyətə malikdir. İlk olaraq bu səbəbdən ki, müqavilənin ləğvi üçün öhdəliyin istənilən pozuntusu deyil, əhəmiyyətli pozuntusu əsas ola bilər.
53. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, cavabdehin nümayəndəsi təkrar apellyasiya baxışı zamanı verdiyi izahatında cavabdehin iddiaçıya 3000-3500 manat məbləğində borcunun qaldığını, lakin iddiaçının öhdəliyini ilk icra etməli olduğu halda, onun öhdəliyini pozmasını, mənzili müqavilədə müəyyən edilmiş vaxtda təhvil vermədiyini göstərməklə, həmin məbləği iddiaçıya ödəməyə hazır olduğunu göstərmişdir.
54. Lakin, apellyasiya məhkəməsi alqı-satqı müqaviləsində qarşılıqlı olaraq öhdəliklərin hansı tarixl ərdə icra edilməli olmasını, tərəflərdən hansının birinci öz öhdəliyini pozmasını araşdırmadan, cavabdehin iddiaçıya borcunun qalıq məbləğini, həmin borcun ödənilməməsinin səbəbini araşdırmadan, o cümlədən cavabdehin göstərdiyi kimi onun Mülki Məcəllənin 562.1-ci maddəsində nəzərdə tutulmuş ləngitmə hüququndan istifadə etməsinə əsasların olmasını və belə əsaslar olmasa da belə, öhdəliyinin icra olunmamış hissəsinin alqı-satqı müqaviləsinin əhəmiyyətli pozuntusu olmasına hüquqi qiymət vermədən iddianı təmin etməklə, yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarını pozmuşdur.
55. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli he sab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
57. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
58. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
59. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görm əli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(105)-486/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.