Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3753/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: cehiz əşyalarının qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi ), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlak” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4177/2024 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 21 aprel 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 24 iyul 2013-cü il tarixdə X3 və 9 dekabr 2014-cü il tarixdə X2 doğulmuşdur. Tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6050/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin ½ hissədə bölünməsi tələbi təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh 03 dekabr 2021-ci il tarixli alqısatqı müqaviləsi əsasında həmin mənzili Cavabdeh2 satmış, mənzilə mülkiyyət hüququ 07 dekabr 2021-ci il tarixdə sonuncunun adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus olan və Bakı şəhəri, Xətai rayonu, 1131 məhəllə, Babək prospekti, ev 10 C, mənzil 24-də yerləşən cehiz əşyalarının cavabdehlərdən alınıb ona qaytarılması, həmin cehiz əmlaklar olmadıqda və istifadəyə yararsız olduğu halda bazar dəyərinin tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi bununla əsaslandırılmışdır ki, ailə qurduğu vaxt özünə məxsus cehiz və şəxsi əşyalarını Bakı şəhəri, Xətai rayonu, 1131 məhəllə, Babək prospekti, ev 10 C, mənzil 24-də yerləşdirməklə həmin mənzildə əri və uşaqları ilə birlikdə yaşamışdır. Tərəflər arasınd a ailə mübahisələri başlandığı vaxtdan Cavabdeh1 iddiaçının iradəsi ziddinə onu yaşadığı mənzilə buraxmamış, cehiz əşyalarını qaytarmaqdan imtina etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3506/22 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia qismən edilmiş, Cavabdeh1 iddiaçıya məxsus böyük bakal-14 ədəd- 875 manat, boşqab 3 ölçüdə-36 ədəd, boşqab 3 ölçüdə 48 ədəd, qaşıq-12 ədəd, stəkan- 10 ədəd-1250 manat, şam qabı (qızılı zərli)-2 ədəd-500 manat, saat (qara)-1 ədəd-600 manat, süfrələr- 3 ədəd, vaza güllü (Versace)-2 ədəd 2500 manat, buludlar (Versace)-3 ədəd-1900 manat, kül qabı (Versace)-2 ədəd1800 manat, vaza qara (Versace)-1 ədəd-800 manat olan cehiz əşyalarının alınaraq iddiaçıya verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə və digər Cavabdeh2 münasibətdə təmin edilməmiş, ödənilmiş 75 manat dövlət rüsumunun 40 manatının Cavabdeh1 alınaraq iddiaçıya verilməsi, qalan 35 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddia ərizəsində göstərilən əmlakın bir qisminin Cavabdeh1 saxlancında olması faktı öz təsdiqini tapmışdır. İddiaçı qalan cehiz əşyalarının cavabdehlərdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Qətnamədən İ ddiaçı apellyasiya şikayəti verərək, onun qismən, yəni iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə də tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mənzildə olan iri avadanlıqlar və mebel əşyaları satılmışdır və hal-hazırda mövcud deyildir. Mənzildəki xırda avadanlıqlar isə Qaradağ rayonunda yerləşən anbarda saxlanılır.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3028/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsinin Cavabdeh1 qarşı iddianın təmin ol unmayan hissəsində qismən – bir ədəd kombi, üç ədəd kondisioner, üç ədəd televizor, bir ədəd musiqi mərkəzi, iki ədəd soyuducu, bir ədəd qaz peçi, bir ədəd aspirator, bir ədəd qabyuyan, bir ədəd mikrodalgalı soba, bir ədəd ütüaltı, bir ədəd ətçəkən maşının, yaxud onların dəyərinin tələb olunması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin olunması, iddiaçıya məxsus 1 ədəd dəyəri 400 manat olan İtaliya istehsalı, Funditar 31 markalı kombi, 1 ədəd dəyəri 450 manat olan Yaponiya istehsalı, BTU, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 1 ədəd dəyəri 200 manat olan Yaponiya istehsalı, Sony markalı musiqi mərkəzi, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 2 ədəd hər birinin dəyəri 500 manat, cəmi dəyəri 1000 manat olan İtaliya istehsalı, Ariston markalı soyuducu, 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı qaz peçi (PHQ4İMSTVGH), 1 ədəd dəyəri 200 manat olan aspirator (HKQVQK/HA), 1 ədəd dəyəri 850 manat olan Yaponiya istehsalı kondisioner (BTU), 1 ədəd dəyəri 300 manat olan İtaliya istehsalı qabyuyayn maşın (LFT-M-28), 1 ədəd dəyəri 100 manat olan İtaliya istehsalı mikrodalğalı soba (SMV242XA), 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı soba (duxovka), 1 ədəd dəyəri 100 manat olan Türkiyə istehsalı ütüaltı, 1 ədəd dəyəri 60 manat olan İtaliya istehsalı, National markalı ətçəkən maşın, 1 ədəd dəyəri 400 manat olan Yaponiya istehsalı, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, həmin əşyalar olmadıqıda onların dəyərini təşkil edən 5600 (beş min altı yüz) manat pulun Cavabdeh1 alınıb İddiaçı verilməsi, qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı işə baxılarkən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2023-cü il tarixli, 9/6962 saylı rəyi ilə iddia ərizəsində qeyd edilən əmlaklardan yalnız markası, modeli, texniki göstəriciləri və s. dəqiq göstərilmiş 15 adda əşyaların istifadədə olması nəzərə alınmaqla hal-hazırkı tarixə orta bazar qiyməti ilə ümumi dəyərin in nəzəri qaydada təxminən 5600 manat olduğu müəyyən olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilməyən, iddia ərizəsində qeyd edilən 75 adda əşyalar ekspert baxışına təqdim edilmədiyinə, eləcə də həmin malların markası, modeli, texniki göstəriciləri, ölçüləri, orijinal olub-olmaması və s. müəyyən edilmədiyinə görə bu mallar üzrə tədqiqat və qiymətləndirmə aparmaq mümkün olmamışdır. Rəy verilərkən respublikada yerləşən ticarət obyektlərində, internet saytlarında mövcud olan qiymətlərdən və sadalanan əşyaların istifadədə olunduğu nəzərə alınmışdır.
12. MPM-ə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (maddə 101.7).
13. Kollegiya Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli, 9/6962 saylı ekspert rəyinin mötəbərliyini, rəy verilərkən respublikada yerləşən ticarət obyektlərində, internet saytlarında mövcud qiymətlərin və sadalanan əşyaların istifadə olunduğunun nəzərə alındığını rəhbər tutaraq belə qənaətə gəlir ki, ekspert rəyi ilə müəyyən edilmiş qiymət əmlakların real dəyəridir və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə kollegiyası iddiaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş və apellyasiya baxışı zamanı təqdim olunmuş xx.xx.2023-cü il tarixli ekspert rəyinin mötəbərliyini qəbul etmir. Belə ki, qiymətləndirilən əşyalar ekspert baxışına təqdim edilməməklə yanaşı onların markası, modeli, texniki göstəriciləri, ölçüləri, orijinal olubolmaması və s. də ekspertə məlum olmamışdır. Belə olan vəziyyətdə həmin rəyin mötəbər sübut kimi qəbul edilməsi mümkün deyil.
15. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
16. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Ədliyyə Nazirliyi Məhkəm ə Ekspertiza Mərkəzinin14 noyabr 2023-cü il tarixli, 9/6962 saylı ekspert rəyi ilə qiymətləndirilməsi mümkün olmuş 15 adda əmlaklara aid hissədə ləğv olunmalı və iddia tələbi həmin əmlakların, onlar mövcud olmadıqda isə dəyərinin Cavabdeh1 tutulub iddiaçıya ödənilməsi hissəsində təmin olunmalıdır.
17. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı apellyasiya qaydasında mübahisələndirdiyi qalan hissədə tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə qənaətini Mülki Məcəllənin 152.1, 157.2, 225.2, Ailə Məcəlləsinin 34cü, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Qətnamədən İddia çı (vəkili Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1446/2024 saylı, 14 may 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3028/2023 nömrəli, 20 dekabr 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, baxılan iş üzrə iddiaçı keçmiş əri olan Cavabdeh1 və əvvəllər birgə yaşadıqları mənzilin hazırkı mülkiyyətçisi Cavabdeh2 cehiz əşyalarının və ya onların dəyə rinin tutulmasını xahiş edir.
22. İşə baxmış məhkəmələr iddianın təmin olunmayan hissəsində öz mövqelərini onunla əsaslandırmışdır ki, iddiaçı həmin hissədə öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
23. Halbuki iddiaçı mübahisəli əşyaların böyük hissəsinin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə saxlandığı və özünün həmin mənzilə buraxılmadığı ilə əsaslandırmışdır.
24. İddiaçı qeyd olunan dəlillərini təsdiq edən sübut qismində məhkəməyə mənzildə olan əşyaları götürməsi barədə Cavabdeh1 ona göndərdiyi yazılı bildirişləri, fotoşəkilləri, WhatsApp mobil tətbiqi üzərindən sonuncu ilə apardığı yazışmalardan çıxarış təqdim etmiş və birinci instansiya məhkəməsi həmin sübutları iş materiallarına əlavə etmişdir.
25. İşə baxılarkən iddiaçının ərizəsi əsasında müvəqqəti təminat tədbiri qismində Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə saxlanıldığı iddia edilən əşyaların siyahıya alınması barədə qərardad qəbul edilmiş, lakin mənzilin giriş qapısını açan olmadığı üçün həmin qərardadın icrası mümkün olmamışdır. Sonradan icra məmuru mənzilin giriş qapısının məcburi açılması barədə təqdimat vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Təqdimata baxılması zamanı cavabdehin nümayəndəsi Vahid Zeynalov izahatında bildirmişdir ki, mənzildə olan iri avadanlıqlar və mebel əşyalarının götürülməsi barədə iddiaçıya məlumat verilmiş, o, gəlib əşyaları götürməmiş, bundan sonra həmin avadanlıqlar satılmışdır. İstinad olunan qərardadın surəti mü lki iş materiallarına əlavə edilmişdir.
26. Sonrakı məhkəmə baxışında iddiaçının nümayəndəsi öz dəlillərini əsaslandırmaq üçün, həmçinin yuxarıda qeyd olunan izahata istinad etmişdir.
27. İddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin əsas dəlilləri də məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və işdə olan, iddiaçının qənaətinə görə onun tələblərini təsdiq edən sübutlara prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət verilmədiyi ilə bağlı olmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən tələb olunan əşyaların dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, ekspert tərəfindən tədqiqat obyektlərinə tərəflərin iştirakı ilə baxış keçirilməsi istənilsə də, mənzilin qapısı bağlı olduğu üçün baxış baş tutmamış, bu səbəbdə n ekspertiza tədqiqatına təqdim edilməyən, iddia ərizəsində qeyd olunan 75 adda əşya üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.
29. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi üzrə bəzi əlavə əşyaların və ya onların dəyərinin tutulması hissəsində iddianı əsaslı hesab etsə də, iddianın təmin olunmayan hissəsində gəldiyi nəticəni yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamış, apellyasiya şikayətinin bununla bağlı dəlillərinə qiymət verməmişdir. Halbuki, MPM-in 392.2- ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur.
30. Qeyd olunanlarla yanaşı, iş üzrə mübahisəli əşyaların yerləşdiyi iddia edilən, əvvəllər Cavabdeh1, hazırda isə Cavabdeh2 mülkiyyətində olan mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmələr sübutetmə yükünün iddiaçının üzərində olduğuna əsaslanaraq, bu halı iddiaçının ziyanına həll etmişdir. Halbuki prosessual qanunvericilik mübahisə halında iş üzrə tədqiq edilməsi zəruri olan sübutları təqdim etmək vəzifəsini sübutların onda olduğu şəxsin üzərinə qoyur və hətta tələb olunan sübutu təqdim etmək vəzifəsini üzrsüz səbəbdən yerinə yetirilməyən işdə iştirak edən şəxsin cərimə olunması imkanını da nəzərdə tutur (MPM-in 78.3 və 78.4cü maddələri). MPM-in 106.2-ci maddəsinə əsasən isə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflə rin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Lakin məhkəmələr işə baxarkən sadalanan prosessual hüquq normalarının mübahisəyə tətbiq edilməsi məsələsini də müzakirə etməmişdir. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2024-cü il tarixli, 2(103)-4177/2024 nömrəli qətnaməsi ilə (hakim E.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Şirinov və N.Cəfərovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3506/22 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni hazırkı apellyasiya icraatının predmeti olan iddianın təmin edilməyən hissəsində ləğv edilmiş və həmin hissədə də id dia təmin edilmişdir. Aşağıdakı əşyaların: Balkon: 1 ədəd Rusiya istehsalı soyuducu - 228,57 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı qaz peçi - 200 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı cam balkon - 685,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı kamot – 3.428,57 manat dəyərində, Qonaq otağı: Mebel dəsti 1 ədəd Televizor altı – 2.285,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı stol (masa) – 6.600 manat dəyərində, 6 ədəd stul və 2 ədəd stul kreslo – 4.200 manat dəyərində, 3 ədəd İtaliya istehsalı divan - 8.000 manat dəyərində, 1 ədəd İtaliya istehsalı kreslo- 2.671,43 manat dəyərində, 1 ədəd İtaliya istehsalı jurnal masası – 1.142,86 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka 132,00 manat dəyərində, 1 ədəd vitrin-kamot - 3.428,57 manat dəyərində, 1 ədəd Kofeyni istehsalı y an jurnal – 1.142,86 manat dəyərində, İtaliya istehsalı pərdələr – 3.714,29 manat dəyərində, 3 ədəd İtaliya istehsalı plafonlar qızılı - 400 manat dəyərində, 1 ədəd İtaliya istehsalı çil-çıraq – 12.571,43 manat dəyərində, 1 ədəd torşer 2 457,14 manat dəyərində, 1 ədəd Honkonq istehsalı – 1.428,57 manat dəyərində, İtaliya istehsalı jurnal üçün tumboçka - 771,43 manat dəyərində, Mətbəx: İtaliya istehsalı pərdə - 1.257,14 manat dəyərində, Çin istehsalı stol (masa) - 428,57 manat dəyərində, 6 ədəd Çin istehsalı stul - 857,14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı təkərli araba - 1.057,14 manat dəyərində, Pərdələr - 857,14 manat dəyərində, İtaliya istehsalı smistitel+moyka - 440 manat dəyərində, Yataq otağı: İtaliya istehsalı şifoner - 1.428,57 manat dəyərində, İtaliya istehsalı çarpayı – 2. 000 manat dəyərində, İtaliya istehsalı ataman - 857,14 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka - 942,86 manat dəyərində, 1 ədəd İtaliya istehsalı turmo – 1.428,57 manat dəyərində, İtaliya istehsalı pərdə - 1.028,57 manat dəyərində, İtaliya istehsalı aksessuarlar - 457,14 manat dəyərində, İtaliya istehsalı tərəzi - 102,86 manat dəyərində, İtaliya istehsalı çilçıraq – 3.142,86 manat dəyərində, İtaliya istehsalı veşilka - 200 manat dəyərində, Qarderob: Mebel - 4.285,71 manat dəyərində, Yazı masası - 371,43 manat dəyərində, Ataman 1.171,43 manat dəyərində, Paltarlar, blok şkaf – 1.200,00 manat dəyərində, Dəhliz: 1 ədəd İtaliya istehsalı çilçıraq - 542,86 manat dəyərində, Türkiyə istehsalı Mebel şkaf – 1.428,57 manat dəyərində, Aksessuarlar - 857,14 manat dəyərində, Güzgü Türkiyə - 2 57,14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı paltar yuyan maşın - 62,86 manat dəyərində, 1 ədəd kamera UK – 1.028,57 manat dəyərində, Tumbo - 342,86 manat dəyərində, Uşaq yataq otağı: Çin istehsalı çarpayı - 428,57 manat dəyərində, Çin istehsalı kamot - 191,43 manat dəyərində, Çin istehsalı masa - 125,71 manat dəyərində, Çin istehsalı stul - 44,57 manat dəyərində, Çin istehsalı çilçıraq - 94,86 manat dəyərində, Çin istehsalı pərdələr - 485,71 manat dəyərində, 1 ədəd Çin istehsalı azyaşlı uşaq çarpayısı - 628,57 manat dəyərində; Cavabdeh1 alınaraq İddiaçı verilmiş, əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83.522,69 (səksən üç min beş yüz iyirmi iki manat, altmış doqquz qəpik) manatın Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi m övqeyini belə əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı keçmiş əri olan Cavabdeh1 və əvvəllər birgə yaşadıqları mənzilin hazırkı mülkiyyətçisi Cavabdeh2 cehiz əşyalarının və ya onların dəyərinin tutulmasını xahiş edib. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edib, təmin olunmayan hissədə isə mövqeyini onunla əsaslandırıb ki, iddiaçı həmin hissədə öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
33. Ancaq iddiaçı tələb etdiyi mübahisəli əşyaların böyük hissəsinin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə saxlandığı və özünün həmin mənzilə buraxılmadığı ilə əsaslandırıb. Qeyd olunan dəlillərini təsdiq edən sübut qismində məhkəməyə mənzildə olan əşyaları götürməsi barədə Cavabdeh1 ona göndərdiyi yazılı bildirişləri, fotoşəkilləri, WhatsApp mobil tətbiqi üzərindən sonuncu ilə apardığı yazışmalardan çıxarış təqdim edib və birinci instansiya məhkəməsi həmin sübutları iş materiallarına əlavə etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi təqdim edilən bu sübutlara ümumiyyətlə qiymət verməmişdir.
34. Eyni zamanda işdən görünür ki, iddiaçının ərizəsi əsasında müvəqqəti təminat tədbiri qismində Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə saxlanıldığı iddia edilən əşyaların siyahıya alınması barədə qərardad qəbul edilmiş, lakin mənzilin giriş qapısını açan olmadığı üçün həmin qərardadın icrası mümkün olmamışdır. Sonradan icra məmuru mənzilin giriş qapısının məcburi açılması barədə təqdimat vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə təqdimat təmi n edilməmişdir. Təqdimata baxılması zamanı cavabdehin nümayəndəsi Vahid Zeynalov izahatında bildirmişdir ki, mənzildə olan iri avadanlıqlar və mebel əşyalarının götürülməsi barədə iddiaçıya məlumat verilmiş, o, gəlib əşyaları götürməmiş, bundan sonra həmin avadanlıqlar satılmışdır. Göründüyü kimi, cavabdeh tərəfin izahatında verdiyi bu məlumatlar da iddianın təmin edilməyən hissəsi üzrə də təmin edilməsi üçün əsas olmalı idi. Çünki bu məlumatlar da iddia tələblərini təsdiq edən mötəbər sübut sayılırdı. Yəni, tələbin əsaslandığı faktları qarşı tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
35. Tələb edilən əşyaların yerləşdiyi iddia edilən, əvvəllər Cavabdeh1, hazırda isə Cavabdeh2 mülkiyyətində olan mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Bir inci instansiya məhkəməsi sübutetmə yükünün iddiaçının üzərində olduğuna əsaslanaraq, bu halı iddiaçının ziyanına həll etmişdir. Halbuki prosessual qanunvericilik mübahisə halında iş üzrə tədqiq edilməsi zəruri olan sübutları təqdim etmək vəzifəsini sübutların onda olduğu şəxsin üzərinə qoyur və hətta tələb olunan sübutu təqdim etmək vəzifəsini üzrsüz səbəbdən yerinə yetirilməyən işdə iştirak edən şəxsin cərimə olunması imkanını da nəzərdə tutur (MPM-in 78.3 və 78.4-cü maddələri). MPM-in 106.2-ci maddəsinə əsasən isə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Ancaq birinci instansiya məhkəməsi işə baxarkən sadalanan prosessual hüquq normalar ının mübahisəyə tətbiq edilməsi məsələsini də müzakirə etməmişdir. 36.
38. Mülki işin hazırki apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın təmin edilməyən hissəsində tələb edilən əşyaların adı, sayı və dəyəri ilə bağlı aşağıdakı siyahını təqdim etmişdir: Balkon: 1. 1 ədəd Rusiya istehsalı soyuducu - 228,57 manat dəyərində, 2. 1 ədəd Türkiyə istehsalı qaz peçi - 200 manat dəyərində, 3. 1 ədəd Türkiyə istehsalı cam balkon - 685,71 manat dəyərində, 4. 1 ədəd İtaliya istehsalı kamot – 3.428,57 manat dəyərində, Qonaq otağı: Mebel dəsti 5. 1 ədəd Televizor altı – 2.285,71 manat dəyərində, 6. 1 ədəd İtaliya istehsalı stol (masa) – 6.600 manat dəyərində, 7. 6 ədəd stul və 2 ədəd stul kreslo – 4.200 manat dəyərində, 8. 3 ədəd İtaliya istehsalı divan - 8.000 manat də yərində, 9. 1 ədəd İtaliya istehsalı kreslo- 2.671,43 manat dəyərində, 10. 1 ədəd İtaliya istehsalı jurnal masası – 1.142,86 manat dəyərində, 11. 2 ədəd İtaliya istehsalı tumboçka -132,00 manat dəyərində, 12. 1 ədəd vitrin-kamot - 3.428,57 manat dəyərində, 13. 1 ədəd Kofeyni istehsalı yan jurnal – 1.142,86 manat dəyərində,
14. İtaliya istehsalı pərdələr – 3.714,29 manat dəyərində, 15. 3 ədəd İtaliya istehsalı plafonlar qızılı - 400 manat dəyərində, 16. 1 ədəd İtaliya istehsalı çil-çıraq – 12.571,43 manat dəyərində, 17. 1 ədəd torşer 2 457,14 manat dəyərində, 18. 1ədəd Honkonq istehsalı – 1.428,57 manat dəyərində,
19. İtaliya istehsalı jurnal üçün tumboçka - 771,43 manat dəyərində, Mətbəx:
20. İtaliya istehsalı pərdə - 1.257,14 manat dəyərində,
21. Çin istehsalı stol (masa) - 428,57 manat dəyərində, 22. 6 ədəd Çin istehsalı stul - 857,14 manat dəyərində, 23. 1 ədəd İtaliya istehsalı təkərli araba - 1.057,14 manat dəyərində,
24. Pərdələr - 857,14 manat dəyərində,
25. İtaliya istehsalı smistitel+moyka - 440 manat dəyərində, Yataq otağı:
26. İtaliya istehsalı şifoner - 1.428,57 manat dəyərində,
27. İtaliya istehsalı çarpayı – 2.000 manat dəyərində,
28. İtaliya istehsalı ataman - 857,14 manat dəyərində, 29. 2 ədəd İtaliya istehsalı tumboçka - 942,86 manat dəyərində, 30. 1 ədəd İtaliya istehsalı turmo – 1.428,57 manat dəyərində,
31. İtaliya istehsalı pərdə - 1.028,57 manat dəyərində,
32. İtaliya istehsalı aksessuarlar - 457,14 manat dəyərində,
33. İtaliya istehsalı tərəzi - 102,86 manat dəyərində,
34. İtaliya istehsalı çilçıraq – 3.142,86 manat dəyərində,
35. İtaliya istehsalı v eşilka - 200 manat dəyərində, Qarderob:
36. Mebel - 4.285,71 manat dəyərində,
37. Yazı masası - 371,43 manat dəyərində,
38. Ataman 1.171,43 manat dəyərində,
39. Paltarlar, blok şkaf – 1.200,00 manat dəyərində, Dəhliz: 40. 1 ədəd İtaliya istehsalı çilçıraq - 542,86 manat dəyərində,
41. Türkiyə istehsalı Mebel şkaf – 1.428,57 manat dəyərində,
42. Aksessuarlar - 857,14 manat dəyərində,
43. Güzgü Türkiyə - 257,14 manat dəyərində, 44. 1 ədəd İtaliya istehsalı paltar yuyan maşın - 62,86 manat dəyərində, 45. 1 ədəd kamera UK – 1.028,57 manat dəyərində,
46. Tumbo - 342,86 manat dəyərində, Uşaq yataq otağı:
47. Çin istehsalı çarpayı - 428,57 manat dəyərində,
48. Çin istehsalı kamot - 191,43 manat dəyərində,
49. Çin istehsalı masa - 125,71 manat dəyərində,
50. Çin istehsalı stul - 44,57 manat dəyə rində,
51. Çin istehsalı çilçıraq - 94,86 manat dəyərində,
52. Çin istehsalı pərdələr - 485,71 manat dəyərində, 53. 1 ədəd Çin istehsalı azyaşlı uşaq çarpayısı - 628,57 manat dəyərində
54. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan əşyaların dəyəri ilə bağlı "xxxx" MMC-nin 15 dekabr 2023-cü il tarixli rəyini mötəbər sübut kimi qəbul etmiş və hesab etmişdir ki, qeyd olunan əşyalar mövcud olmadıqda onların dəyəri kimi həmin məbləğ əsas götürülməlidir. Çünki göstərilən məbləğləri təkzib edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
55. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 225.1, 225.2, Ailə Məcəlləsinin 34.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 89.1, 217.3-cü maddələrinə istinadla əsaslandı rmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
56. Cavabdeh1 ( Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
57. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırki mülki iş kassasiya instansiyası məhkəməsindən apellyasiya instansiyası məhkəməsinə qaytarılarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərinə uyğun olaraq icrası qeyri-könüllü olan göstərişlərin yerinə yetirilməsini tələb etmişdir. Təəssüf ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirməmiş, iddiaçının birinci instansiya məhkəməsinin qə tnaməsini ləğv edərək apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi əşyaların həqiqətən cavabdehdə olub-olmamasını yoxlamadan, həmin əşyaların dəyərinin həqiqətən tələb edilən məbləğdə olub-olmamasını yoxlamadan, həmin əşyaların məhz cehiz əşya kimi gətirilib-gətirilməməsini yoxlamadan iddianın təmin edilməsi barədə qətnamə qəbul etməklə, cavabdehlərin mülkiyyət hüququnun pozulması barədə qətnamə qəbul etmişlər. Onu da qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin 18-ci bəndində cavabdehin nümayəndəsinin sözləri tam olaraq qeyd edilməmişdir. Cavabdehin nümayəndəsi qismində 15 iyul 2024-cü il tarixində keçirilən məhkəmə iclasında bildirmişdir ki, cavabdeh X1 Bakıda olmadığı üçün ekspertin evə baxış keçirməsi zamanı qapını açan olmamış və beləliklə evə baxaraq iddiaçının iddia etdiyi əmlakların evdə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin, Ali Məhkəmənin qərarı barədə ona məlum olduqdan sonra evin açarını köməkçisinə verəcəyini və evə baxış keçirmək üçün şərait yaradacağını məhkəməyə bildirilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin bu sözlərinə məhəl qoymadan, evə baxış keçirmədən hüquqi həqiqəti müəyyən etmədən, hərtərəfli araşdırma aparmadan məhkəmə qətnaməsi qəbul edərək iddianın bu hissədə də təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
58. Məhkəmə cavabdehin nümayəndəsinin sözlərinə fikir verməmiş və evdə olması ehtimal edilən əşyalara baxış keçirilməsi üçün şərait yaratmamışdır. Beləliklə də sübutlara o byektiv, qərəzsiz hərtərəfli və tam baxılmasını təmin etmədən məzuniyyətə getmədən öncə tələsik qətnamə qəbul etmişdir.
59. Hətta həmin evdə müəyyən əşyaların qalması faktı müəyyən edilmiş olsa belə məhkəmə işində iddiaçının sözlərindən başqa heç bir dəlil yoxdur. Cavabdehin atasının sözlərinə istinadən bildirdiyi mebel əşyaları işin birinci dəfə apellyasiya instansiyası məhkəməsində təmin etdiyi məişət texnikası ilə bağlı idi və həmin əşyaların dəyərinin ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edildikdən sonra cavabdeh həmin əşyaların dəyərinin ödənilməsi ilə bağlı etiraz etməmiş və kassasiya şikayəti verməmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində cavabdehlər tərəfindən iddiaçıya verilməsi tələb edilən əşyaların siyahısını sadalamış, lakin mülki iş materiallarında həmi n əşyaların iddiaçı tərəfindən cehiz əşya qismində gətirilməsini sübut edən heç bir dəlilə istinad etməmişdir. Yəni sadalanan heç bir əşyanın iddiaçı tərəfindən cehiz əşya qismində gətirilməsini sübut edən bir dənə olsun dəlil yoxdur. Məhkəmənin qətnaməsində sadalanan əşyalar yalnız iddiaçının təqdim etdiyi siyahıda əksini tapmışdır. Həmin əşyaların cehiz əşya qismində gətirilməsini sübut etmək vəzifəsindən azad etmək üçün Mülki Prosessual Məcəllənin 82 və/yaxud 106.3-cü maddəsində göstərilən əsaslar mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin əşyaların 82-ci maddədə qeyd edildiyi kimi hamıya bəlli olan hal kimi qiymətləndirməmiş, eyni zamanda Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən etiraf edilməsini də sübut etməmişdir. Beləliklə məhkəmə iddiaçının tələblərini təmin edərkən heç bir sübuta əsaslanmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi siyahını cehiz əşyası kimi qəbul etməsini qəbul etdiyi qətnamədə əsaslandırmamaqla cavabdehlərin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
61. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişinə məhəl qoymadan iddiaçının təqdim etdiyi sübutları araşdırmadan sadəcə təqdim edilən siyahı əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
62. Kassasiya şikayəti Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiqəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dai r 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 77, 88, 420-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
63. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
64. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
65. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, o na mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
66. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
67. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
68. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
69. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövrü ndə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 89.1. Yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında tə sdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
75. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
76. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
77. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
78. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş proses sual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
79. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Hazırki kasassiya baxışının predmetini Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2024-cü il tarixli 2(103)-4177/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin Kassasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissəd ə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
84. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yu xarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
85. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
86. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2024-cü il tarixli 2(103)4177/2024 nömrəli qətnaməsi həmin qətnamə ilə iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.