Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3758/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X4, X12 və Əliyev Namik Qəzənfər oğlunun cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə, Cavabdeh3, X25, X3 və Cavabdeh4 qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh3 cavabdehlər X6, X16 və Əliyev Namik Qəzənfər oğluna qarşı bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair QƏRARİ (Açar sözlər: çıxarışın etibarsız hesab edilməsi, bağlanmış əqdin etibarlı hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı X4, X12 və Əliyev Namik Qəzənfər oğlunun cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə, Cavabdeh3, X25, X3 və Cavabdeh4 qarşı çıxarışların etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh3 cavabdehlər X6, X16 və Əliyev Namik Qəzənfər oğluna qarşı bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1722/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X26 və Cavabdeh4 tərəfindən verilmiş kassasiy a şikayətlərinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli 07 nömrəli qərarı ilə X8 və Əliyev Namik Qəzənfər oğlunun mülkiyyətinə Quba rayonu Nügədi kəndi ərazisindən 0,42 ha torpaq sahəsi verilmiş, onların torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN1319 KOD 30319018 nömrəli dövlət aktı ilə rəsmiləşdirilmişdir.
2. Quba rayon AİK-nın 1999-cu il tarixli 07 nömrəli qərarı ilə X16 və ailə üzvlərinə Quba rayonu Nügədi kəndi ərazisindən 1,06 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmiş və onların torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN1320 KOD 30319018 nömrəli dövlət aktı ilə rəsmiləşdirilmişdir.
3. Qusar Ray on Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-345a/2006 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər X40, X19 və X7 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair iddia təmin edilərək, onlara məxsus 0,34, 0,42 və 0,17 ha torpaq sahələrinə dair bağlanılmış alğı-satqı müqavilələri etibarlı hesab edilmişdir.
4. Həmin qətnamə əsasında Cavabdeh2 adına 0,598372 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2007-ci il tarixli MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
5. Qusar Rayon Məhkəməsinin 2-490a/2006-cı nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdehlər X16 və X7 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair iddia təmin edilərək Cavabdeh3 tərəfindən onlara məxsus 0,63, 0,25 ha torpaq sahələrinə dair bağlanılmış alğı-satqı müqavilələri etibarlı hesab edilmişdir.
6. Həmin qətnamə əsasında Cavabdeh3 adına 0,887089 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2007-ci il tarixli MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
7. Cavabdeh3 mülkiyyətində olan, xx.xx.2007-ci il tarixli MH seriyalı, ******* nömrəli çıxarışda göstərilən 0,887089 ha torpaq sahəsini, Quba rayon Notariat kontorunda 30 avqust 2007-ci il tarixdə bağlanmış, 4-Ə/292 sayla reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 satmışdır. Satılmış 0,887089 ha torpaq sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
8. Cavabdeh2 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 vərəsələri arvadı X5 və oğlu X27r.
9. X17 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.
10. Cavabdeh3 tərəfindən təqdim olunmuş iltizamda aşağıdakı mətn əksini tapmışdır: “Biz Cavabdeh3 350000 (üç yüz əlli min) manat ağacların dəyər pulunu aldım. Təhvil verdi” Cavabdeh3, təhvil verdi; İddiaçı1, iştirak etdi: İddiaçı3”. Həmin iltizamda imzaların altında tarix xx.xx.2004(2005) qoyulub. İlin sonuncu rəqəmində əl ilə düzəliş edildiyindən sonuncu rəqəmin 4 və ya 5 olduğunu müəyyən etmək qeyri-mümkündür. Həmin iltizamın eyni səhifəsində bu məzmunda ikinci mətn var: “Biz Cavabdeh3 daimi olaraq 0.70 h boş torpaq sahəsini satdıq və pulları da təhvil aldıq. Rizan ın bizə heç bir borcu qalmayıb. İmzalar: İddiaçı1, İddiaçı3”.
11. İltizamlar olan həmin vərəqin arxa səhifəsində olan digər iltizamda qeyd olunur ki, “Biz aşağıda imza edənlər, X8, X28, X29, Əliyev Namik Qəzənfər oğlu, özümüzə məxsus 0.70 ha torpaq sahəsini 1-ci Nügədi kənd sakini Cavabdeh3 daimi olaraq öz razılaşdığımız qiymətə satmışıq. Bizim 1-ci Nügədi Bələdiyyəsinə heç bir əmlak borcumuz yoxdur. Cavabdeh3 da bizə heç bir borcu yoxdur. Ona görə də imza edirik. İddiaçı1, F.Əliyev, İddiaçı2, İddiaçı3. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar X9, X29, Əliyev Namik Qəzənfər oğlu cavabdehlər DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə, X30 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşın maz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Qusar Rayon Məhkəməsinin 2-345a/2006 və 2-490a/2006 nömrəli mövcud olmayan qətnamələri ilə Cavabdeh2 adına verilmiş qeydiyyat tarixi xx.xx.2007-ci il olan MH seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar mülkiyyətlərində olan torpaq sahəsindən üzrlü səbəbdən istifadə edə bilmədiklərindən torpağı şifahi razılığa əsasən icarəyə veriblər. Hər il torpaq sahəsində əkilən taxıl məhsulundan bir hissəsini icarə haqqı olaraq alıblar. Namik Əliyev ailəsini dolandırmaq məqsədilə Rusiyaya gedib -gəlib, digər ailə üzvləri isə mülkiyyətlərində olan torpaq sahəsinin kənddən aralıda olması səbəbindən istifadə edə bilməyiblər. Göstərilən səbəbdən razılaşma ilə mülkiyyət sənədlərini Nügədi kənd sakini X10 taxıl məhsulu əkməyə və bağ sahələrinə qulluq etməyə veriblər. 3 il əvvəl razılaşma ilə icarəyə verdikləri torpaq sahəsindən onlara çatan icarə haqqı – buğda verilmədiyi üçün Sərdar Şirinovun evinə gedib məsələni araşdırmaq istədikdə, Sərdarın oğlu icarədar Sərdar Şirinovun, yəni atasının öldüyünü bildirib. Dövlət aktlarının əslinin qaytarılmasını xahiş etdikdə, əsillərinin olmadığını lakin surətlərini verə biləcəyini bildirib aktların surətlərini qaytarıb. Keçən müddət ərzində aktların itməsi ilə əlaqədar müraciətlər olunub və onlara məlum olub ki, Qusar Rayon Məhkəməsinin 2- 490a/20 06-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdehlər X16 və X7 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair mülki işə baxılmış və Cavabdeh3 tərəfindən onlara məxsus 0,63, 0,25 ha torpaq sahələrinə dair bağlanılmış alğı-satqı müqavilələri etibarlı hesab edilmişdir. Digər 2345a/2006-cı il tarixli Qusar Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh2 X40, X16 və X7 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair mülki işə baxılmış və onlara məxsus 0,34, 0,42 və 0,17 ha torpaq sahələrinə dair bağlanılmış alğı-satqı müqavilələri etibarlı hesab edilmişdir. Beləliklə, cavabdeh DƏDRX-nin 5 saylı Ərazi idarəsinin vəzifəli şəxsləri tərəfindən hər iki qətnamə üzrə yalnız Cavabdeh2 adına qətnamələrlə müəyyən edilən 0,88 və 0,93 ha həcmdə deyil, cəmisi 0,598372 ha həcmdə eyni tarixli qanunsuz çıxarışlar verilib. Qusar Rayon Məhkəməsinə olunan müraciətlərə verilən xx.xx.2018-ci il tarixli, G(029)-655/2018 və G(029)-517/2017-ci il tarixli cavablarda 2-345a/2006 və 2490a/2006 saylı mülki işlərin mövcud olmadığı və qeydiyyata alınmadığı bildirilib. Daşınmaz əmlakla bağlı işlər həmin əmlakın yerləşdiyi rayon məhkəməsində baxılmalıdır. 2-490a/2006 saylı qətnamədə iddiaçı Cavabdeh3 olduğu halda çıxarış Cavabdeh2 adına verilib. Hər iki çıxarışlarda reyestr, qeydiyyat nömrəsi və qeydiyyat tarixləri eynidir, yəni bir çıxarışdır. 2-345a/2006 saylı qətnamə ilə üç dövlət aktına əsasən cəmisi 0,93 ha torpaq sahəsinə alğı-satqı müqavilələri etibarlı hesab edilsə də, çıxarışda 0,598372 ha olması göstərilərək rəqəmlər saxtalaşdırılıb. Mülkiyyətlərində olan torpaq sahəsi Dövlət aktına əsasən 1, 06 ha olduğu halda, 2-490a/2006 saylı qətnamədə 0,63 ha + 0,25 ha, cəmi 0,88 ha, çıxarışda isə 0,598372 ha yazılmaqla bu çıxarışda da torpaq sahəsinin həcmi saxtalaşdırılıb.
15. Qarşılıqlı iddiaçı Cavabdeh3 X6, X16 və Əliyev Namik Qəzənfər oğluna qarşı torpaq sahəsinin alğı-satqısına dair bağlanmış əqdin etibarlı hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, qeyd edilən torpaq sahələrini almaq üçün X13, Əliyev Namik Qəzənfər oğlu və X16 müraciət etmiş, onlar da öz imzaları ilə özlərinə məxsus torpaq sahələrini ona satmış, bu barədə xx.xx.2004-cü il tarixdə iltizam yazmışlar. X9, X29 və Əliyev Namik Qəzənfər oğlu ilə onun arasında 0,70 ha torpaq sahəsinin satılmasına dair bağlanmış alğı-satqı əqdinin etibarlı hesab edilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 nümayəndəsi və vəkili X20 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, Cavabdeh3 cavabdehlər X6 və Əliyev Namik Qəzənfər oğluna dəfələrlə notariat orqanına gedərək müqavilə bağlamalarını təklif etsə də, cavabdehlər ona xx.xx.2005-ci ildə yazılı müqavilə verdiklərini əsas gətirərək, notariat orqanına getməkdən imtina etmişlər. Həmçinin, özlərinə məxsus olan dövlət aktını Cavabdeh3 verməklə öz iradə ifadələrini nümayiş etdirmişlər. Bu baxımdan müqavilənin bağlanmış hesab edilməsi barədə iddia əsaslıdır və məhkəmədən X14 və Əliyev Namik Qəzənfər oğlu ilə Cavabdeh3 arasında JN-1319 seriyalı, KOD 30319018 nömrəli dövlət aktına əsasən X6 və Əliyev Namik Qəzənfər oğl una məxsus olan torpaq sahəsinin Cavabdeh3 satılmasına dair bağlanmış alğı-satqı əqdinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Daha sonra Cavabdeh2 vəfat etdiyi üçün iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, ilk iddia üzrə cavabdeh qismində onun vərəsələri X2 və X21 işə cəlb olunmasını xahiş etmişlər. Daha sonra ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh4 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş, DƏDRX-dən Cavabdeh4 verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi 280707957, qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli və Cavabdeh2 verilmiş reyestr nömrəsi **********9 7, qeydiyyat nömrəsi 280700896, qeydiyyat tarix 2.02.2007, seriya MH ******* nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Birinci instansiya məhkəməsində iddiaçılar Əliyev Namik Qəzənfər oğlu və X29 iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbinə isə etirazlarını bildirərək göstərmişlər ki, Cavabdeh3 torpaq satmamışlar. İşdə olan iltizamın surətindən görünür ki Cavabdeh3 onlara məxsus pay torpağında əmlak payları olan ağacları özbaşına kəsib aparması nəticəsində vurduğu ziyanın əvəzi olaraq pul ödəmişdir. İşdə olan qəbzin surətindən görünür ki, guya onlar 1 ha torpaq sahəsini hələ xx.xx.2002-ci ildə mərhum X1. Həmçinin qəbzdə ailə üzvlərinin doğum şəhadətnamələrinin seriya nömrələri qeyd edilib. Həmin məhkəməyə təqdim edilən iltizam və qəbz Cavabdeh3 tərəfindən vaxtilə işlədiyi vəzifəsindən sui-istifadə etməklə tərtib edilmiş və 2002-ci ildə satılan mülkiyyətlərində olan torpaq sahəsini faktiki 0.42 ha olduğu halda 0.70 ha qeyd etməklə yeni iltizam necə tərtib oluna bilərdi. Həqiqətən onlar torpaq sahəsini satmış olaydılar niyə görə Cavabdeh3 daşınmaz əmlakın yerləşdiyi Quba Rayon Məhkəməsinə müraciət etməmiş və DƏDRX ilə əlbir Qusar Rayon Məhkəməsinin mövcud olmayan qətnaməsi ilə çıxarış, özü də başqa şəxsin adına əldə etmişdir.
19. Cavabdeh X37 ilk iddianı qəbul etməmişdir.
20. Məhkəmədə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilk iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.
21. Quba Rayon Məhkəməsinin 2-(027)-503/2019 saylı 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim X22) ilkin iddia təmin edilmiş, DƏDRX-dən Cavabdeh4 verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi 280707957, qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli və Cavabdeh2 verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi 280700896, qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli çıxarışlar etibarsız hesab edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir.
22. Məhkəmə öz mövqeyini əsaslandıraraq ilk iddia ilə bağlı qeyd etmişdir ki, DƏDRX-dən Cavabdeh4 verilmiş qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli və Cavabdeh2 verilmiş qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli çıxarışların Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd sayılaraq etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh2 qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli çıxarış saxta qətnamə əsasında verilmişdir. İşdə olan Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, G(029)-517/2017 nömrəli məktubdan görünür ki, məhkəmənin 2006cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının və kitablarının qeydiyyatında X12 tərəf olduğu 2-490a/2006 saylı və 2-345a/2006 saylı mülki işlər mövcud olmadığından həmin işlər üzrə qətnamə barədə hər hansı məlumat verilməsi mümkün deyildir. Bundan başqa, məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, həmin qətnamə iddiaçı Cavabdeh3 olsa da və qətnamənin onun adına Quba rayonunun 1-ci Nügədi kəndində yerləşən 0,88 ha torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verilməsi üçün əsas olması göstərilsə də, çıxarış Cavabdeh2 adına verilmiş və torpaq sahəsinin həcmi 0,598372 ha göstərilmişdir.
23. Məhkəmə DƏDRX-dən Cavabdeh4 verilmiş qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli çıxarışla bağlı qeyd etmişdir ki, həmin çıxarış Cavabdeh3 ilə Cavabdeh4 arasında ağlanmış Quba rayonunun 1-ci Nügədi kəndində yerləşən 0.88 ha torpaq sahəsinə xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsi əsasında verilmişdir. Cavabdeh3 həmin torpaq sahəsini saxta məhkəmə qətnaməsi əsasında aldığı çıxarışa əsasən satdığı üçün Cavabdeh4 verilmiş qeydiyyat tarixi xx.xx.2007, seriya MH0012567 nömrəli çıxarış da Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd sayılaraq etibarsız hesab edilməlidir.
24. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3 tərəflər arasında alğı-satqı müqaviləsi adlandırdığı sənəd xx.xx.2004-cü (yaxud xx. xx.2005-ci) ildə tərtib olunduğuna görə hazırki mübahisə üzrə işin həlli zamanı həmin dövrdə qüvvədə olmuş qanunvericilik norması tətbiq olunmalıdır. Məhkəmədə qarşılıqlı iddia üzrə cavabdehlər X33 və Əliyev Namik Qəzənfər oğlu özlərinə məxsus torpaq sahələrini Cavabdeh3 satmadıqlarını, onun təqdim etdiyi iltizamı Cavabdeh3 düzəlişlər və əlavələr edərək saxtalaşdırdığını bildirmişlər.
25. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 təqdim etdiyi sənəd məzmununa və formasına görə Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçının alğı-satqı müqaviləsi kimi təqdim etdiyi bir vərəqədə müxtəlif məzmunlu iltizamlar mövcuddur. Onlardan birincisinin (ağaclara görə vurulmuş ziyanın ödənilməsi) altında tarix olsa da, düzəliş edildiyi üçün ilini müəyyən etmək qeyri-mümkündür. Qarşılıqlı iddiaçı tərəf özü də bu rəqəmi fərqli göstərir: qarşılıqlı iddia ərizəsində xx.xx.2004-cü il, qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə isə xx.xx.2005-ci il. Həmin vərəqədə olan digər 2 iltizamda isə ümumiyyətlə tarix qoyulmayıb və üçüncü qəbzin mətninə əl ilə əlavə olunub.
26. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin xx.xx.2005-ci il tarixə qədər qüvvədə olmuş 335.2, 394, 335.2, 404.1,404.2, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
27. Cavabdeh4 apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsinə dair yeni qətnamə çı xarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 da qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə icraata isə xitam verilməsini xahiş etmişdir.
28. Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni araşdırarkən məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. Bundan başqa, məhkəmə onun adına olan reyestrdən çıxarışı etibarsız hesab edərkən buna səbəb olmuş halları tam araşdırmamış, yalnız formal mülahizələrə əsaslanaraq yanlış nəticəyə gəlmişdir. O, mübahisəli torpaq sahəsini 2007-ci ildə rəsmi dövlət qurumunda təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında almış, hüquqlarını müvafiq qurumda qeydiyyata aldırmış, bununla da vicdanlı əldə edən statusu qazanmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən isə vicdanlı əldə edənin hüquqları qorunmalıdır. Bundan başqa, Mülki Məcəllənin 178.5-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. İddiaçılar torpaq sahəsini 2005-ci ildə Cavabdeh3 satmış, o isə həmin torpaq sahəsini 2007-ci ildə ona satmışdır. Keçən 14 il ərzində onlar bu əmlakla bağlı hər hansı məhkəmə mübahisəsi açmamışlar. 12 il ərzində isə o, mübahisəli əmlaka dair hüquqlarının qeydə aldıraraq torpaq sahəsinə sahiblik edir. Hətta onun bu əmlaka dair hüquqları qeydə alınmasa belə, Mülki Məcəllənin 178.5-ci maddəsinə əsasən mübahisəli əmlakın mülkiyyətçisi hesab edilməlidir. Di gər tərəfdən mübahisəli əmlakın əldə edilməsinə səbəb olmuş, onunla Cavabdeh3 arasında imzalanmış alğı-satqı müqaviləsi də qüvvədədir və ləğv və ya etibarsız hesab edilməmişdir. Belə olan halda, həmin əqd əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi qanunsuzdur və göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
29. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk iddia ərizəsini icraata götürərkən MPM-nin 153-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, hazırkı mübahisə üzrə əsaslara Qusar Rayon Məhkəməsində baxılmış və 24 avqust 2006cı il tarixli qətnamə çıxarılmışdır. Bu qətnamə hazırda qanuni qüvvəsini aldığından işə baxan hakim hazırkı iddia ərizəsini qəbul etməkdən imtina barədə qərarda d qəbul etməli idi. Lakin birinci instansiya məhkəməsi ilk iddianı icraata götürmüş, ona mahiyyəti üzrə baxaraq təmin etmiş, bununla da MPM-nin 432-438-ci maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iş üzrə icraata isə xitam verilməlidir.
30. Məhkəmə kollegiyasının iclasında iddiaçı Əliyev Namik Qəzənfər oğlu qətnamənin qanuni olduğunu bildirmiş və şikayətlərin təmin edilməməsini xahiş etmişdir.
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-395/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakimlər X23 (sədrlik edən və məruzəçi), X24 və X34) apellyasiya şikayətləri təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)503/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, hazırkı iş üzrə icraata xitam verilmişdir.
32. Mə hkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-1.3-cü maddələrinə görə aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. «İnzibati orqanların Təsnifatının» 31.1.4-cü maddəsinə görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar hesab olunurlar. Azərbaycan Respubl ikası İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. iddiaçılar Cavabdeh4 və Cavabdeh2 mülkiyyət hüquqlarının qeydə alınması barədə DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli, MH ******* saylı və xx.xx.2007-ci il tarixli, MH ******* saylı reyestrdən çıxarışların etibarsız hesab edilməsi barədə hazırkı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Halbuki yuxarıda qeyd edilən prosessual normanın tələbinə əsasən bu mübahisənin həlli ümumi məhkəməyə deyil, inzibati-iqtisadi məhkəməyə aiddir. Buna baxmayaraq, Quba Rayon Məhkəməsi səhvən ilk iddianı icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır.
33. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 261.1.0.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
34. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-395/2020 saylı qərardadından cavabdeh Namik Əliyev kasasiya şikayəti verərək qərardadın ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassator qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. 3
6. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1058/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), X41 və Həsənov Vüqar Təvəkgül oğlu) iddiaçı Əliyev Namik Qəzənfər oğlunun kasasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-395/2020 saylı qərardadı ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
37. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, işdən göründüyü kimi ilk iddia ərizəsində mübahisələndirilən sözügedən çıxarışlar Cavabdeh2 və Cavabdeh3 adlarına hər hansı inzibati akta əsasən deyil, saxta məhkəmə qətnamələrinə əsasən verilib. Digər tərəfdən, Cavabdeh4 mübahisəli torpaq sahəsini notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən əldə edib və 10 oktyabr 2007-ci il tarixli çıxarış onun adına hər hansı inzibati akta əsasən deyil, alğı-satqı müqaviləsinə əsasən verilmişdir. Eyni zamanda, işdən görünür ki, Cavabdeh3 Namik Əliyevə və digərlərinə qarşı qarşılıqlı tələbi sonuncularla onun arasında bağlanmış alğısatqı müqaviləsinin etibarlı hesab edilməsindən ibarətdir. Göründüyü kimi ilk və qarşılıqlı iddia tələbləri tərəflərin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş hər hansı inzibati aktın mübahisələndirilməsi, inzibati hüquq münasibətinin mövcud olması və ya olmaması, habelə inzibati aktın etibarsız sayılması ilə bağlı deyil. Bir sözlə ilk və qarşılıqlı iddia tələblərinin faktiki ə sasını hər hansı inzibati aktın qanunsuzluğu təşkil etmir.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qeyd olunan normaların tələblərini pozaraq, işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə almayıb və hazırki işə ümumi məhkəmədə baxılmalı olmaması əsasına görə işin icraatına xitam verməklə məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1722/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), F.Məmmədov və R.Ağayev) Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qət naməsi ilkin iddianın mübahisələndirilən hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia üzrə iddiaçılar X4, X12 və Əliyev Namik Qəzənfər oğlunun Cavabdeh4 qarşı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh3 apellyasiya şikayəti isə təmin edilməmişdir.
40. Məhkəmə kollegiyası ilkin iddia tələbinin Cavabdeh4 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi ilə bağlı öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair 12 fevral 2007-ci il tarixli çıxarış Cavabdeh3 adına Qusar Rayon Məhkəməsinin 24 avqust 2006- cı il tarixli, 2-490 a/2006 saylı qətnaməsinə əsasən verilmiş, bundan sonra Cavabdeh3 mübahisəli torpaq sahəsini 30 avqust 2007-ci il tarixli 4Ə-292 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən 1000 manata Cavabdeh4 satmış və 10 oktyabr 2007-ci il tarixli çıxarışa əsasən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi Cavabdeh4 adına əqd əsasında əldə edilsə də, bu əqd ilkin iddiaçı tərəfindən mübahisələndirilmədən birbaşa həmin əqd əsasında verilmiş çıxarış mübahisələndirilmişdir. Qeyd olunan çıxarışı etibarsız hesab edən birinci instansiya məhkəməsi isə işin bu halını, yəni çıxarışın verilməsinə əsas olmuş alğı-satqı müqaviləsinin mübahisələndirilmədiyi hal da həmin çıxarışın etibarsız hesab edilməsi qənaətinə gəlmişdir.
41. Məhkəmə həmçinin qeyd etmişdir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmiyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özkəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını, bununla da həmin qeydiyyat əsasında qeydə alınmış daşınmaz əmlak hüquqları qeydə alınan şəxsin mülkiyyət hüququnun toxunulmazlığ ını müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı etibarsızlığını arzuladığı çıxarışın verilməsinə əsas olan notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-292 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsi mübahisələndirilmədiyindən (hazırda qüvvədə olduğundan) və bu müqavilə Cavabdeh4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsızlığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.
42. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olduğundan, bu birinci instansiya məhkə məsinin qarşılıqlı iddianın rədd edilməsinə dair gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz.
43. Məhkəmə öz mövqeyini əsaslandırarkən N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına, Mülki Məcəllənin 140-cı maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 və Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
45. Kassator Cavabdeh3 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmələr onun qarşılıqlı iddiası üzrə düzgün hüquqi nəticəyə gəlməmişlər. Belə ki, o, torpağın dəyərini tam ödəmişdir, iddiaçılar torpağı ona təhvil vermişlər və bu halda aralarında tam qanuni alğı-satqı müqaviləsi baş tutmuşdur. Bu halda məhkəmələrin onun əqdlərini etibarlı hesab edilməsinə dair iddialarını rədd etmələri tam qanunsuz olmuşdur və bu hal qətnamənin ləğv edilməsini və işin yeni məhkəmə baxışına qaytarılmasını tələb edir.
46. Kassator qeyd etmişdir ki, tərəflər arasında sadə yazılı müqavilə bağlanmış, iddiaçı tərəf bu torpağın ona satılmasını və dəyərinin alınmasını imzaları ilə təsdiq etmişlər və torpağı ona təhvil vermişlər və 15 il ərzində torpağın satılmasını qəbul edərək heç bir etiraz bildirməmişdir. Bu illər ərzində onunla eyni kənddə yaşayan iddiaç ılar bu torpağın onun tərəfindən istifadə olunmasını və əkilməsini görmüşlər və qəbul etmişlər.15 ildən sonra guya torpağı onlara satmadıqlarını deyərək torpağı geri tələb etmələri, heç də araların bağlanmış əqdin etibarlı sayılmasının qarşısını ala bilməzdi. Amma məhkəmə bu hallara və istinad edilən maddi normanın tələblərinə riayət etməyərək qarşılıqlı iddianı rədd etmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası da bu pozuntunu davam etdirmiş, işə tam hüquqlu məhkəmə kimi baxdığı halda, onun qarşılıqlı iddiasını və 1-ci instansiya məhkəməsinin bu iddiaya verdiyi qiyməti müzakirə etmədən qətnaməni həmin hissədə dəyişdirmədən saxlamışdır.
47. Bundan başqa kassator qeyd etmişdir ki, o hazırkı iş üzrə qarşılıqlı iddia ilə 1-ci instansiya məhkəməsinə müraciət etmişdir. Quba Ray on Məhkəməsi onun qarşılıqlı iddiasını rədd edərkən ona əsaslanmışdır ki, guya təqdim etdikləri yazılı müqavilədə düzəlişlər və sairə olduğu üçün bu sənəd Mülki Məcəllənin tələblərinə uyğun deyildir və bu sənəd yazılı müqavilə kimi qiymətləndirilə bilməz. Məhkəmənin bu nəticəsi ilə razı deyildir. Çünki məhkəməyə təqdim etdikləri, iddiaçıların bütün ailə üzvlərinin imzaladığı sadə yazılı formada olan müqavilədən görünür ki, onlar özlərinə məxsus torpaq sahəsini ona satmışlar. Onların guya ona torpaq sahəsi satmaması barədə məhkəmədə dedikləri isə qəbul edilə bilməz. Çünki bu 15 il ərzində onlar bir dəfə də olsun torpağa dair hər hansı bir tələb və etirazlarını nə ona, nə də digər orqanlara bildirməmişlər və torpağın ona satılmasını qəbul etmişlər və torpağın dəyərinin onlardan alınmasını həmin sadə yazılı müqavilə ilə öz imzaları ilə təsdiq etmişlər.
48. Digər kassator E.Cəbarılov öz mövqeyini S.Rizvanın kassasiya şikayətinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəlmişdir. Şikayətin dəlillərindən asılı olmayaraq, apellyasiya məhkəməsi 1-ci instansiyada maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini yoxlamalı olduğu halda, bunu etməmişdir. Apellyasiya məhkləməsi belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia tələbi ilə bağlı apellyasiya şikayətinin dəlilləri guya formal mülahizədən ibarət olmuş və bu dəlillər qarşılıqlı iddianın rədd edilməsi barədə 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmənin gəldiyi bu nəticə həm maddi, həm də pros essual hüquq normaları baxımından düzgün olmamışdır. Belə ki, maddi hüquq normaları Cavabdeh3 iddia etdiyi əqdin etibarlı hesab edilməsi üçün tam imkan yaratdığı məhkəmələr qanunsuz olaraq həmin iddianı rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Əliyev Namik Qəzənfər oğlu kassasiya şikayətlərinin dəlilləri ilə razı olmadığını bildirərək, kassasiya şikayətlərinin təmin olunmamasını, həmçinin ilkin iddianın tam təmin olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
50. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
51. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məh dudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
52. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
53. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qayda sında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
54. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
55. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüqu qudur.
56. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
57. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (24 iyun 2005-ci il 949-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Məcəllədən çıxarılanadək qüvvədə olmuşdur).
58. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
59. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müq avilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
60. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2 Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
68. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində kassatorlar qətnamənin tam ləğv olunmasını xahiş etməsinə baxmayaraq, kassasiya baxışının hədləri yalnız kassatorlara aid hissədə - yəni ilkin iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı hissəsində, habelə Cavabdeh3 qarşılıqlı iddiası üzrə olan hissədə müəyyən edilməli, qətnamənin əsaslılığı mübahisələndirilən həmin hissədə yoxlanmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qətnamənin mübahisələndirilən hissəsində düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi qarşılıqlı iddiaçı onun tərəfindən təqdim olunmuş iltizamlar əsasında iddiaçılarla yaranmış münasibətlərin torpaq sahəsinin alğı-satqı münasibətləri kimi tanınmasını və bunun əsasında torpağa dair alğı-satqı müqaviləsinin etibarlı sayılmasını tələb edir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin başqasından tələb etmək haqqı, öhdəliyə əsaslanır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Qanunla nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
74. Qarşılıqlı iddiaçının nail olmaq istədiyi hüquqi məqsəd – daşınmaz əmlakın alğısatqısından yaranan nəticələrə nail olmaqdır.
75. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsasını (Mülki Məcəllənin 24 iyun 2005-ci il 949-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılanadək qüvvədə olmuş) 335.2-ci maddəsi təşkil edir. Həmin normaya əsas ən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
76. Bu normanın tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər.
77. Konstitusiya Məhkəməsi həmin qərarda göstərmişdir ki, Mülki Məcəll ənin 335-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.
78. İşə baxmış məhkəmələr də işin hallarını bu əsaslar üzrə yoxlamış və qarşılıqlı iddianın təmin olunması üçün bu şərtlər müəyyən olunmadığına görə qarşılıqlı iddianı rədd etmişdir. Məhkəmə kollegiyası ape llyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır və hesab edir ki, həmin mövqe Mülki Məcəllənin 335-ci maddəsinin dispozisiya şərtlərinə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqelərə uyğun olmuşdur.
79. Qarşılıqlı iddiaçının təqdim etdiyi yazılı iltizamlar məzmun baxımından ziddiyyətli olmaqla, tərəflərin arasında torpağın alğı-satqısı barədə razılaşma olması barədə qəti nəticəyə gəlməyə əsas vermir. Habelə Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiq olunması üçün zəruri olan digər şərt - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi və tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması halları müəyyən edilməmişdir.
80. Nəzərə alınmalıdır k i, əqdin etibarlı sayılması üçün əsas şərtlərdən biri, əqdin həqiqətən də baş verməsidir. Əqd isə iradə ifadəsindən ibarətdir və bu qurucu ünsürü müəyyən etmək mümkün olmadığı halda onun etibarlı sayılması mümkün deyildir.
81. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
82. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1722/2021 nöm rəli, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.