Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-376/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, Cavabdeh nun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1899/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağın Mülkiyyətə Veri lməsinə 30408038 saylı şəhadətnamə ilə Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 04 saylı qərarına əsasən Cavabdeh oğlunun və ailə üzvlərinin mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh oğlunun qardaşı olan cavabdeh İddiaçı oğluna və başqalarına qarşı ümumi istifadədə olan yolun açılması tələbi təmin edilmiş, cavabdehlər tərəfindən qanunsuz olaraq bağlanmış, kənd yaşayış məntəqəsinin küçələrinə aid olan, bələdiyyə mülkiyyətinə aid olan torpağın üzərindən keçən, Cavabdeh evinin və X2 miras qalmış evin yanından keçən yolun açılması qət edilmişdir.
2. Hazırda İddiaçı, miras qalmış həmin evə gedən yolun üzərində Cavabdeh tərəfindən qanunsuz inşa edildiyi iddia olunan tiki linin ona maneçilik törətdiyini bildirərək aşağıdakı iddia tələbini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Şabran rayonun Şahnəzərli kəndindəki evə gedən yolun üstündə Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəflərin arasında mübahisə edilən mərhum anaları X2 qalmış evə, yəni miras əmlaka gedən yolun açılması məhkəmə qətnamələri ilə qismən təmin edilmişdir. Lakin həmin yolun üstündə cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili yolun genişliyini məhdudlaşdırır ki, bu da onların avtomobillə evlərinə gedi b-gəlmələrinə mane olur.
5. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı etiraz edərək bildirmişdir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-31/2018 saylı qətnaməsi ilə onun X1 və qeyrilərinə qarşı ümumi istifadədə olan yolun açılması tələbi barədə iddiası təmin edilmişdir, həmin qətnamə icraya yönəldilmişdir. X3 miras qalmış Şabran rayonunun Şahnəzərli kəndindəki evinə gedən yolun üstündə inşa edilən tikililər valideyinləri tərəfindən 1990cı ildən tikilmişdir. Mübahisəli yol tərəfində olan çəpər ilə cavabdehin tikililəri arasında 2 metr məsafə var. O, heç kəsin gediş-gəliş yolunu zəbt etməmişdir.
6. Şabran Rayon Məhkəməsinin (hakim Ç.İsgəndərov) xx xxxxxx 2020-ci il tarixli, 2(031)-39/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə mövqeyini əsaslandırarkən, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 18034 saylı ekspertiza rəyinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərS.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) xx xxxx 2020-ci il tarixli, 2(105)-1899/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ümumi istifadədə olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, bələdiyyənin inzibati ərazi vahidi daxilində məskunlaşan hər bir şəxsin istifadəsi üçün nəzərdə tutulan torpaq sahəsidir. Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bələdiyyə ərazisində yaşayan şəxslərin hüquqlarının məhdudlaşdırılmamasından ötrü bütövlükdə icarəyə verilməsinə yol verilmir. Hazırkı mübahisə predmeti təşkil edən cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsindəndən istifadə etmək cavabdehin hüququ olduğu kimi iddiaçının da hüququdur. Cavabdehin həmin ərazidə tikililər tikməsi iddiaçının həmin torpaq sahəsindən istifadəsinin məhdudlaşdırılmasını qaçılmaz edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin qətnaməsində olduğu kimi, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyinə istinadən göstərilir ki, X2 miras qalmış Şabran rayonunun Şahnəzərli kəndində yerləşən evinə gediş-gəliş yolu şimal istiqamətindən 5.30 m enliyində cənub istiqamətindən 2.24 metr enliyindədir. Halbuki, qeyd edilən Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyində X2 miras qalmış Şabran rayonunun Şahnəzərli kəndində yerləşən evinə gediş-gəliş yolunun şimal istiqamətindən 5.30 m enliyində, cənub istiqamətindən 4.24 metr enliyində olması göstərilir. Məhkəmə qətnamələrində isə bilərəkdən və ya bilməyərəkdən yolun cənub istiqamətindən 2.24 metr enliyində olması göstərilir. Çox güman ki, yolun enliyinin 2.24 metr göstərilməsi qətnaməni əsaslandırmaq, yəni yolun dar olması səbəbi ilə genişləndirilməsini əsaslandırmaq üçün düşünülmüşdür. Rəydən də görünür ki, mübahisə olunan X2 miras qalmış Şabran rayonunun Şahnəzərli kəndində yerləşən gediş-gəliş yolu şimal istiqamətindən 5.30 metr enliyində, cənub istiqamətindən 4.24 metr enliyindədir. Başqa sözlə, yol sxemlərdə nəzərdə tutulmuş qaydadadır. Cavabdehin və ailə üzvlərinin adına işlənmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-005F, kod 30408038 saylı şəhadətnaməyə baxmaqla da görmək olar ki, ərazinin sxemində də yolun şimal istiqaməti ilə cənub istiqaməti arasında cüzi fərq vardır. Daha doğrusu, hazırda da mübahisə edilən yol sxemdə göstərilənlərə t am uyğun şəkildədir. Mübahisə edilən yolun bələdiyyə mülkiyyətində olması işin mübahisəsiz halıdır. Yolla əlaqədar aidiyyatı üzrə yalnız Şabran rayon Şahnəzərli Bələdiyyəsi müvafiq iddia qaldıra bilərdi. İş üzrə İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə, İddiaçı hazırkı iddianı qisas almaq niyyəti ilə qaldırmasına da əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
13. Etiraz onunla əsaslandırılmışdır ki, ümumi istifadə də olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, bələdiyyənin inzibati ərazi vahidi daxilində məskunlaşan hər bir şəxsin istifadəsi üçün nəzərdə tutulan torpaq sahəsidir. Hazırki mübahisə predmetini təşkil edən cavabdeh tər əfindən tikilmiş qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində ümumi istafədədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsindən istifadə etmək cavabdehin hüququ olduğu kimi də iddiaçının da də hüququdur. Cavabdehin həmin ərazidə tikililər tikməsi iddiaçının bu torpaq sahəsindən istifadəsinin məhdudlaşdırılmasından qaçılmaz edir. Həmçinin həmin yol iddiaçının anasından miras qalmış evə doğru istqamətlənmişdir. İddiaçının iddia qaldırmağa subyektiv hüququ olmuşdur. Əgər onun subyektiv hüququ yox idisə, niyə cavabdeh tərəfin ona qarşı qaldırdığı iddialar subyektiv hüquq əsaslanıb rədd edilməmişdir? Bu onu göstərir ki, iddiaçının da iddia qaldırmağa, tələb etməyə və özünü müdafiə etməyə subyektiv hüququ vardır. Cavabdehin buna əsaslanıb iddianın rədd edilməsini istəməsi ta mamilə əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı və cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
16. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra ha kimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
25. Hazırkı iş üzrə iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180.4cü maddəsi nəzərdən keçirilə bilər. Həmin normanın dispozisiya şərtlərinə görə özbaşına tikilinin sökülməsi üçün binanın həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olması zəruridir (§ 16). Həmin şərtlər mövcud olduqda bu tikintinin müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında məhkəmənin qərarı ilə sökülməsi mümkündür.
26. Nəzərə alınmalıdır ki, bu xarakterli mübahisənin düzgün həlli üçün tikilinin və yolun faktiki vəziyyəti, tilinin nə vaxtdan inşa edilm əsi, onun hüquqi vəziyyəti, sərhədlərinə və digər parametrlərinə dair texniki pasport və digər sənədlərin mövcudluğu, iddianı qaldıran şəxsin bu tikilinin sökülməsindəki mənafeyi, əgər iddiaçı fiziki şəxsdirsə, tikilinin ona yaratdığı texniki maneçiliyin nədən ibarət olması və digər əhəmiyyətli hallar müəyyən edilməlidir.
27. Hazırkı işdə isə yuxarıda sadalanan hallar lazımi qaydada yoxlanılmadığı kimi, mübahisəli tikilinin iddiaçıya konkret olaraq hansı maneçiliyi yaratması ekspertizanın rəyi ilə müəyən olunmamışdır.
28. Belə ki, iş üzrə keçirilmiş xx.xx.2018-ci il tarixli ekspertiza rəyində və Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin xx xxxxxx 2020ci il tarixli mütəxəssis rəyində Torpağın Mülkiyyətə Verilməsinə Dair JN004F kod 30408038 saylı və Torpağın Mülkiyyətə Verilməsi D air JN-005F KOD 30408038 saylı şəhadətnamələrlə natura arasında uyğunsuzluq olduğu, vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən nəzərdə tutulmuş gediş-gəliş yolunda Cavabdeh tərəfindən fərdi yaşayış evinə bitişik anbar və tövlə inşa edildiyi müəyyən edilmişdir.
29. Bununla belə, məhkəmə araşdırması ilə torpaq sahəsinə dair şəhadətnamələrlə naturadakı faktiki vəziyyət arasındakı uyğunsuzluğun nədən ibarət olması aydınlaşdırılmamış, bu vəziyətin iddianın hüquqi həllinə təsiri əsaslandırılmamış, mübahisə edilən tikililərin iddiaçıya hansı maneçiliyi yaratması ümumiyyətlə yoxlanılmamışdır.
30. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin i ş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmamışdır (§ 17-20).
31. Odur ki, mübahisəli tikilinin hüquqi vəziyəti və texniki parametrləri ilə yanaşı, iddiaçıya konkret olaraq hansı maneçilik və ya məhdudiyyət yaratması ekspertizanın rəyi ilə müəyyən olunmalı, iddia tələbinə MM-in 180.4-cü maddəsinin dispozisiya şərtləri və iddiaçının təsbit edilən mənafe pozuntusu baxımından qiymət verilməli, belə maneçilik müəyyən edilmədiyi və tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi iddia qaldırmadığı halda, iş üzrə iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması əsaslandırılmalıdır.
32. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yuxarıda göstərilənlər nəzərə alınmaqla yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1899/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.