Məhkəmə qərarları › İş №2(102)-4009/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4009/2021

30.06.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin s
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4009/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: qanunsuz tikilinin sökülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2206/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla orada Cavabdeh1 və oğlu Cavabdeh2 yaşayırlar. Həmin tikili dəmir yolunun mühafizə zonasında yerləşsə də, cavabdehlərin yaşayış sahəsinə ehtiyaclarının olmasını nəzərə olaraq "xxxx" QSC 39.700 manat məbləğində kompensasiya ödənilməklə həmin tikilinin sökülməsi barədə 12 dekabr 2017-ci il tarixdə onlarla razılaşma imzalamışdır. Həmin pul məbləği Cavabdeh1 və Cavabdeh2 ödənilsə də, onlar həmin tikilidə yaşamaqda davam etməklə onun sökülməsinə imkan verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin avqust ayında "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 39.700 manat məbləğində kompensasiyanı n müqabilində dəmir yolunun mühafizə zonasında yerləşən özbaşına tikilinin sökülməsi barədə cavabdehlərlə razılaşma imzalayıb həmin pul məbləğini ödəmələrinə baxmayaraq sonuncuların razılaşmanın şərtini pozaraq evi boşaltmamalarını əsas göstərməklə onlar arasında bağlanmış razılaşmanın ləğv edilməsi, ödənilmiş 39.700 manatın cavabdehlərdən alınaraq ASC-yə ödənilməsi, cavabdehlərin qanunsuz tikilidən çıxarılmaları və tikilinin onların hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-225/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: B.N.Qasımov) iddia qismən təmin edilərək cavabdehlərin ünvan 2 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edilmiş tikilidən çıxarılmaları, iddianın qalan hissədə təmin olunmamas ı qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək razılaşmada nəzərdə tutulmuş kompensasiyanı almasını, iddiaçının ona əlavə kompensasiya ödəməkdən imtina etməsinə görə mənzili boşaltmamasını, lakin məhkəmənin işin həmin halına düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2206/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə ( hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli ) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(007)-225/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq id diaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evi özbaşına t ikili olmaqla dəmir yolunun mühafizə zonasında yerləşir. Həmin tiklinin ödənilən kompensasiyanın müqabilində sökülməsi barədə tərəflər arasında 12 dekabr 2017-ci il tarixdə razılaşma imzalanmış və həmin razılaşmaya əsasən tərəflər üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Razılaşma tərəflərin istəyi və iradəsinə uyğun bağlandığından eləcə də, qanunun tələblərinə uyğun olduğundan tərəflər arasında münasibət həmin razılaşmanın tələblərinə uyğun həll edilməlidir. Müəyyən olunduğu kimi iddiaçı razılaşmaya əs asən üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Müqavilədə ödənilən kompensasiyanın məbləği 39.700 manat müəyyən olunduğundan cavabdehə həmin məbləğdə kompensasiya ödənilmişdir. Lakin cavabdehlər razılaşmaya əsasən mənzili boşaltmaq barədə öhdəliyi icra etməmişlər. Bununla əlaqədar iddiaçı cavabdehlərin evdən çıxarılması barədə tələb irəli sürmüşdür. İddia həmin hissədə təmin edilməklə tərəflər arasında yaranmış mübahisə həll edildiyindən, məhkəmə razılaşmanın ləğv edilməsi, pulun qaytarılması və s. hissələrdə iddianı rədd etmişdir. Cavabdeh tərəfindən iddiaçıdan əlavə 25.000 manatın tələb edilməsi tərəflər arasında olan razılaşmaya uyğun olmadığından iddianın həmin hissədə və digər hissələrdə təmin olunmaması qət edilmişdir. Göstərilənlərlə əlaqədar, kollegiya apellyasiya instansiyası məhk əməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2206/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar