Məhkəmə qərarları › İş №2(102)-3879/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3879/2021

14.07.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin s
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3879/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı

1. Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 28.12.2017-ci tarixli razılaşmaya əsasən, Cavabdeh1 uzun müddət istifadəsində olan Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 159 olan 07.08.2017-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 69.320 (altmış doqquz min üç yüz iyirmi) manat məbləğində kompensasiyaya görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. Razılaşmaya əsasən (6-cı bəndi) notarius müqaviləni təsdiqlədikdən sonra Cavabdeh1 yaşayış sahəsinə aid sənədləri "xxxx" Qapalı Səhmdar Cəmiyy ətinə verməyə borcludur. Həmçinin Cavabdeh1 müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 5 (beş) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə “ x" Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış və 28.12.2017-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşma ləğv olunmasını, Cavabdeh1 ödənilmiş 69320 (altmış doqquz min üç yüz iyirmi) manat kompensasiyanın geri alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsin i, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edilmiş qanunsuz tikilidən çıxarılmasını, ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında inşa edimiş qanunsuz tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmasını, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh X1 və Cavabdeh2 tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında qanunsuz tikili inşa etməklə orada yaşayır. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və onun ailə üzvlərinin mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tik ilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Bu məqsədlə Cavabdeh2 Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin "xxxx" QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra 28.12.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən həmin qanunsuz yaşayış sahəsinə görə “ x" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 69320 (altmış doqquz min üç yüz iyirmi) manat kompensasiya Cavabdeh1 ödənilmiş, sonuncu kompensasiya məbləğini bank vasitəsi ilə almışdır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 öhdəlik götürmüşdür ki, yaşayış sahəsini 5 gün ərzində boşaldacaqdır. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə ba xmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyri-mümkün olmuşdur. 09.04.2019-cu il tarixdə Cavabdeh1 sonuncu dəfə pretenziya (xəbərdarlıq) ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdır. Qeyd edilən səbəblərdən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yaranmış vəziyyətdə tərəflər arasında bağlanılmış müqavilə ləğv edilməli, Cavabdeh1 öhdəliyi vaxtında icra etmədiyi üçün ona ödənilmiş 69320 (altmış doqquz min üç yüz iyirmi) manat kompensasiya geri alınaraq " x” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. ünvan 1 ünvanında inşa etdirilən qanunsuz tikili d əmir yolunun mühafizə zonasında yerləşir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təxirəsalınmadan həmin zəbt olunmuş sahədən çıxarılmalı və qanunsuz tikili cavabdehlərin hesabına sökülməlidir.

4. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, müqavilənin şərtləri ilə razılaşaraq imzalamışdır. Müqaviləni imzalayan vaxt ona hər hansı təzyiq göstərilməmişdir. Müqavilədə qeyd olunan kompensasiya məbləğini almışdır, lakin hazırda əlavə kompensasiya verilməsini istəyir. Ödənilmiş kompensasiya məbləği ilə razılaşmır. Özü isə bununla bağlı hazıradək məhkəmədə hər hansı iddia qaldırmamışdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim B.Qasımov) 20 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdeh lər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında dəmiryolunun mühafizə zonasında inşa edilmiş tikilidən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi və məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun " x” QSC-yə aid edilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış müqavilə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və tərəflərə hər hansı bir təzyiq göstərilməmişdir. Müqavilələrin əsas şərti Cavabdeh1 uzun müddət istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 69.320 (altmış doqquz min üç yüz iyirmi) manat məbləğində kompensasiyaya görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. İddiaçı tərəfindən könüllü surətdə müqavilə şərtlərinə uyğun olaraq cavabdehə 69.320 (altmış doqquz min üç yüz iyirmi) manat məbləğində kompensasiya ödənilmiş və müqavilə üzrə üzərlərinə düşən öhdəliklər yerinə yetirilmişdir. Cavabdeh1 razılaşma ilə məskunlaşdığı sahəni 5 gün ərzində boşaldacağına dair götürdüyü öhdəliyi hazırkı vaxtadək birtərəfli şəkildə icra etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) 15 fevral 2021-ci il tarixli, 2(103)-2174/21 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-228/2020 saylı işi üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda dəmir yolunun mühafizə zonasında qanunsuz yaşayış evi tikməklə orada yaşayır. Həmin yaşayış evinin ümumi sahəsi 69 kv.metrdir. Həmin evdə onun ailəsindən başqa, qardaşı X2, onun həyat yoldaşı və 2 övladı da yaşayır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə aralarında imzalanmış və 28.12.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən həmin qanunsuz yaşayış sahəsindən çıxarılmaqları müqabilində qeyd edilən cəmiyyət ona 69.320 (altım doqquz min üç yüz iyirmi) manat kompensasiya ödəmişdir. Həmin məbləğin yarısını o, qardaşı MübCavabdeh1 vermişdir. Həmin vaxt onlar hesab edilər ki, onlara ödənilən məbləğə Cavabdeh1 və qardaşı ayrı-ayrılıqda özləri üçün fərdi yaşayış evi tikə bilərlər. Lakin sonradan məlum oldu ki, onlara ödənilən kompensasiya ilə yaşadıqları əraziyə yaxın ərazilərdə torpaq alıb hətta bir evdə tikmək mümkün deyildir. Cavabdeh1 Binə qəsəbəsində ailəsi üçün fərdi yaşayış evi tikməyə başlamışdır. Lakin pul çatmadığı üçün evin tikintisi yarımçıq qalmışdır. Kompensasiyanın az olmasını "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi də bilir. Ona görə də c avabdehlərə əlavə 5.000 manat kompensasiya təklif olunsa da, indiyə kimi verilməmişdir. Lakin, Cavabdeh1 veriləcək əlavə 5.000 manat kompensasiya ilə razı deyil. Belə ki, veriləcək əlavə 5.000 manat kompensasiya ilə də evi tikib başa çatdırmaq mümkün deyildir. Birinci və apellyasiya instansiya məhkəmələrində Cavabdeh1 məhkəmədən xahiş etmişdir ki, yaşadığı evin faktiki dəyərini müəyyən etmək üçün iş üzrə tikinti-texniki ekspertizası təyin edilsin və müvafiq rəy alınsın. Lakin hər iki instansiya məhkəmələrində onun xahişi təmin edilməmişdir. Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyindən dəfələrlə xahiş etmişdir ki, evin hər kvadratmetri üçün ona 1.500 manat pul ödəsinlər ki, həmin pula o və qardaşı özləri üçün ayrı-ayrılıqda fərdi yaşayış evi tikə bilsinlər. Cavabdeh1 eşitdi yinə görə onların evlərin sökülməsinə görə evlərin hər kvadratmetri üçün dövlət tərəfindən 1.500 manat pul ayrılmışdır. Lakin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi evlərin hər kvadratmetri üçün onlara cəmi 1000 manat pul ödəmişdir. Ona görə də, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 əlavə 30.000 (otuz min) manat kompensasiya ödəməlidir. Belə olarsa Cavabdeh1 və qardaşı özləri üçün heç olmasa fərdi yaşayış evi tikib başa çatdıra bilərlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 180.1, 180.3. və 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

15. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

16. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

19. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə t utulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nətic əsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə i mkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

25. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün mə suliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəm ələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

34. Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 28.12.2017-ci tarixli razılaşmadan görünür ki, “birinci tərəf” uzun müddət istifadəsində olan Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 159 olan 07.08.2017-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 69320 (altmış doqquz min üç yüz iyirmi) manat məbləğində kompensasiyaya görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. Razılaşmaya əsasən (6-cı bəndi) notarius müqaviləni təsdiqlədikdən sonra Cavabdeh1 yaşayış sahəsinə aid sənədləri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verməyə borcludur. Həmçinin “birinci tərəf” müqavilə notariat qaydada təsdiq olunduğu tarixdən 5 (beş) gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür.

35. Cavabdeh2 20.12.2017-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə və hər hansı veriləcək kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazı yoxdur. 36. "xxxx" QSC-nin Cavabdeh1 ünvanlanmış pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, Cavabdeh1 28.12.2017-ci t arixli müqavilə üzrə öhdəliyini 10 (on) gün ərzində icra olunaraq yaşayış sahəsini təxirəsalınmadan boşaldılması tələb olunmuşdur. Qeyd olunan pretenziya tələbi icra olunmadığı təqdirdə aidiyyəti üzrə prokurorluq və məhkəmə orqanlarına müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşdur. 37. "xxxx" QSC-nin 16.04.2019-cu il tarixli aktından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 4 nömrəli Bakı yol sahəsinin rəisi Əfqan İsrəfilov, “ x" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Texniki istehsalat şöbəsinin rəis müavini Bəhrəm Şükürov, Nizami rayonu, Keşlə qəsəbəsi İcra nümayəndəsinin müavini Rüstəm Cəlilov həmin aktı tərtib edirlər ondan ötəri ki, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsində dəmir yolunun təhkim zolağında qanunsuz inşa edilmiş tikililərin söküntüsü layihəsi çərçivəsində ünvan 3 ünvanı: Neftçala rayonu, Köhnə qəsəbəsi, ev 31, m 6) Cavabdeh1 kompensasiya ödənildikdən sonra ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq evi müəyyən edilmiş vaxtdan cari tarixə kimi boşaltmadığı üçün sonuncu pretenziya (xəbərdarlıq) məktubu tərəflərindən təqdim olunmuş, lakin Cavabdeh1 həmin məktubu qəbul etməkdən imtina etmişdir. 38. “Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndədiliyi tərəfindən verilmiş 07.08.2017-ci il tarixli 159 saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, 2004-cü il təvəllüdlü X7 və 2008-ci il təvəllüdlü X8 ünvan 5 ünvanında qonşuların aktına əsasən qeydiyyatsız yaşayırlar.

39. Beləliklə, cavabdehlər Cavabdeh1, Cav abdeh2 ünvan 1 ünvanında dəmir yolunun mühafizə zonasında qanunsuz tikili inşa etməklə orada yaşayır. Yaşayış sahəsinin qanunsuz olmasına baxmayaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və onun ailə üzvlərinin mənzilə olan ehtiyacını nəzərə alaraq, həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Bu məqsədlə Cavabdeh2 Bakı şəhəri 6 saylı notariat ofisinə ərizə verərək tikilinin "xxxx" QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra 28.12.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmaya əsasən həmin qanunsuz yaşayış sahəsinə görə “ x" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 69.320 (altmış doqquz min üç yüz iyirmi) manat kompensasiya Cavabdeh1 ödənilmiş, sonuncu komp ensasiya məbləğini bank vasitəsi ilə almışdır. Razılaşmanın 9-cu bəndinə əsasən Cavabdeh1 öhdəlik götürmüşdür ki, yaşayış sahəsini 5 gün ərzində boşaldacaqdır. Lakin cavabdeh tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyri-mümkün olmuşdur. 09.04.2019-cu il tarixdə Cavabdeh1 sonuncu dəfə pretenziya (xəbərdarlıq) ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdır. Qeyd edilən səbəblərdən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

40. Həmçinin məhkəmələr tərəfindən müəyy ən edilmişdir ki, tərəflər arasında bağlanılmış müqavilə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və tərəflərə hər hansı bir təzyiq göstərilməmişdir. Müqavilələrin əsas şərti Cavabdeh1 uzun müddət istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin köçürülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 69.320 (altmış doqquz min üç yüz iyirmi) manat məbləğində kompensasiyaya görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. İddiaçı tərəfindən könüllü surətdə müqavilə şərtlərinə uyğun olaraq cavabdehə 69.320 (altmış doqquz min üç yüz iyirmi) manat məbləğində kompensasiya ödənilmiş və müqavilə üzrə üzərlərinə düşən öhdəliklər yerinə yetirilmişdir. Cavabdeh tərəf isə müqavilə ilə nəzərdə tutulmuş komp ensasiyanı alsa da üzərinə düşən öhdəliyi icra etməmişdir.

41. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. 42. 28.12.2017-ci il tarixdə 6 saylı notariat ofisində təsdiq olunmuş razılaşmanın şərtlərindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus tikilidən çıxmaq və iddiaçıda bunun müqabilində kompensasiya kimi ona 69320 manat pul vermək barədə öhdəlik götürmüşlər. Lakin iddiaçı tərəf öz üzərinə dü şən öhdəliyi icra etsə də, Cavabdeh1 razılaşma ilə məskunlaşdığı sahəni 5 gün ərzində boşaldacağına dair götürdüyü öhdəliyi hazırkı vaxtadək birtərəfli şəkildə icra etməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı kompensasiya müqabilində fərdi yaşayış evindən imtina barədə Cavabdeh1 ilə " x” QSC arasında bağlanmış 28.12.2017-ci tarixli razılaşma, Cavabdeh2 20.12.2017-ci il tarixli razılıq ərizəsi, Cavabdeh1 28.12.2017-ci tarixli müqavilə üzrə öhdəliyini 10 (on) gün ərzində icra olunaraq yaşayış sahəsini təxirəsalınmadan boşaldılması barədə " x” QSC-nin Cavabdeh1 ünvanlanmış pretenziya (xəbərdarlıq) məktubu (səh.10), sonuncu pretenziya (xəbərdarlıq) məktubunun Cavabdeh1 tərəfindən qəbul etməkdən imtina etməsi barədə " x” QSC -nin 16.04.2019-cu il tarixli aktı (səh.11), Cavabdeh1, Cavabdeh2, 2004-cü il təvəllüdlü X3 və 2008ci il təvəllüdlü X4 ünvan 5 ünvanında qonşuların aktına əsasən qeydiyyatsız yaşamaları barədə "Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.08.2017-ci il tarixli 159 saylı arayışı sübut kimi tədqiq edilmişdir.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hal lar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının xnömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar