Məhkəmə qərarları › İş №2(102)-3761/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3761/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3761/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, cavabdehin vəkili X4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-127/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə dair işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, X ilə İddiaçı arasında 11 aprel 2007-ci il tarixdə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə və bələdiyyənin həmin tarixli 02 saylı protokolu ilə bələdiyyə tərəfindən X kəndi ərazisində 0.80 ha torpaq sahəsindən ibarət fındıq bağı 50 il müddətinə iddiaçıya icarəyə verilmişdir.

2. İşdə olan qəbzlərin surətlərindən görünür ki, İddiaçı həmin torpaq sahəsinin icarə haqlarını ödəmişdir.

3. Qax Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli 2(024)-865/2017 saylı qətnaməsinin surətindən görünür ki, X kəndinin ərazisində yerləşən, sahəsi 1 hektara qədər olan torpaq sahəsindəki fındıq, qoz. albalı, şabalıd və s. meyvə ağacları və müvəqqəti sığınacaq yeri kimi tikilmiş daxmanın iddiaçı Cavabdeh əmlakı olması faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 3000 (üç min) ABŞ dolları məbləğində borc pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh X kəndində yerləşən, 1 hektara yaxın ərazisi olan fındıq bağını faktiki olaraq 3000 (üç min) ABŞ dollarına ona satmışdır. Yəni həmin bağı alarkən sənədləşmə işləri aparılmamışdır. Bunun müqabilində Cavabdeh X3 vasitəsi ilə 01.09.2012-ci il tarixdə 3000 (üç min) ABŞ dolları pul ödənilmişdir. Həmin bağı2018-ci ilədək istifadə etmişdir. Qax Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə onun satın aldığı həmin fındıq bağının Cavabdeh əmlakı olması fakti müəyyən edilmiş və bağ onun əlindən alınmışdır. Həmin bağı cavabdehdən alsa da, rəsmi sənədləşdirilməmişdir. Bu səbəbdən bağ onun əlindən alındığı üçün tərəfindən bağın satın alınmasına görə ödənilmiş 3000 (üç min) ABŞ dolları məbləğində pul ona geri qaytarılmalıdır..

6. Qax Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli 2(024)-326/2020 nömrəli qətnаməsi ilə (hakim Malik Qarayev) iddiа təmin edilmiş, Cavabdeh 3000 (üç min) ABŞ dolları məbləğində borc pulun alınaraq (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh iddia tələb ini qəbul etməsə də, məhkəmə iclasında iddiaçıdan fındıq bağına görə 3000 (üç min) ABŞ dollarını hissə-hissə aldığını etiraf etmişdir. Beləliklə də, iddia tələbi işin faktiki halları, cavabdehin etirafedici izahatı ilə birbaşa sübuta yetirilmişdir. Cavabdeh İddiaçı hesabına əsassız varlanmışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-127/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.Məcidov, A.Mahmudov və Y.Muradlı) Cavabdeh tərəfindən verilmiş аpellyаsiy а şikаyəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli 2(024)-326/2020 nömrəli qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiаçı İddiaçı Cavabdeh qarşı 3000 ABŞ dolları pul tələbinə dair iddiаsı rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ona 3000 (üç min) ABŞ dolları borcu olmasını təsdiq edən hər-hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir.

12. Cavabdeh birinci instansiya məhkəməsində vermiş olduğu iddiaçıdan hissə-hissə və X3 vasitəsi ilə 3000 (üç min) ABŞ dolları pul alması ilə bağlı etirafedici izahatında göstərilən dəlillər elə onun özü tərəfindən verilmiş apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə təkzib edilmişdir. O, y aşlı olaraq xəstəliyi səbəbi ilə eşitməsində qüsur olduğundan birinci instansiya məhkəməsində aparılan araşdırmalarla bağlı tam anlayışlı olmadığını, onun adından izahatında yazılanların həqiqətə uyğun olmadığını və X1 hər-hansı bir pul almadığını məhkəmə kollegiyasının iclasında verdiyi izahatında İddiaçı qarşı bildirdi. Birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi iddiaçının və cavabdehin birinci instansiya məhkəməsində vermiş olduqları izahatlarda pulun hissə-hissə verilməsi və alınması göstərildiyi halda X2 adından yazılmış və mülki işin materiallarına əlavə edilmiş 01.09.2012-ci il tarixli, kserosurət olan qəbzdə İddiaçı Cavabdeh verilmək üçün alınan pulun məbləği 3000 dollar kimi göstərilmişdir. Bu hal isə həqiqət olacağı təqdirdə pulun hissə-hissə deyil tam şəkildə veri lməsini və alınmasını göstərir.

13. Birinci instansiya məhkəməsi X3 tərəfindən pulun alınıbverilməsi ilə bağlı tərəflərin verdiyi izahatları sübut kimi qəbul etdiyindən məhkəmə kollegiyasının iclasında X2 dinlənilməsinə zərurət yaranmasına baxmayaraq onun məhkəmə iclasında iştirakı təmin edilə bilmədiyindən yuxarıda göstərilən hallarla bağlı onun izahatını almaq mümkün olmamışdır.

14. Hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şi kayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndəilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndəilməsi barədə qərar qəbul edilməsi ni xahiş etdilər

19. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

24. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1)

25. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2) Mülki Prossesual Məcəllə

26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

29. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

30. Ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.

33. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-127/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar