Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3763/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: geyim və cehiz əşyaları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, cavabdehin vəkili Vəkil iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-746/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bərdə Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(021)-2149/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X1 məxsus əşyalar iddiaçı Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu Muğanlı kəndində yerləşən yaşayış evindən çıxarılması qət edilmişdir. 14 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən Bərdə rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(021)-2149/2019 saylı icra sənədi icra olunaraq, 1 əddə eurolux markalı qırmızı rəngli tozsoran, 1ədəd galaksi markalı ətçəkən tok maşını, 1 ədəd alpen gold markalı şirəçəkən elektrik cihazı, 1 ədəd senao markalı meyvə döğrayan blender, 1 ədəd digger markalı tərəvəz tyorkası, 4 ədəd vok tak jam markalı qazan dəsti (b irinin şüşə qapağı yoxdu), 6 ədəd şüşə kasa (ağ qırmızı gül bəzəkli) qaşıqları ilə birlikdə, 2 ədəd xurustal ləpə qabı (oriental markalı), 6 ədəd ağ-sarı bəzəkli nəlbəki dəsti, 6 ədəd volqa markalı xurustal stəkan dəsti, 6 ədəd xrustal armudu vai da ghass markalı stəkan, 6 ədəd 4.5 saucer markalı xrustal stəkanın nəlbəkisi, 1 ədəd xrustal gül qabı, 1 ədəd xrustal meyvə qabı, 2 ədəd xrustal konfet qabı, 1 ədəd şüşə meyvə vazı, 1 ədəd şüşə qara-qırmızı güllü tort qabı olmaqla 6 ədəd əlavə boşqab, 6 ədəd ağ qırmızı güllü sozu boşqabı, 1 ədəd ARŞHİA markalı tava, 6 ədəd xrustal çay dəsti nəlbəki ilə birlikdə, 2 ədəd xrustal qənd qabı, 2 ədəd xrustal mürəbbə qabı, 6 ədəd adi şüşə su bakalı, 6 ədəd ağ üstü güllü bəzəkli çay dəsti, 2 ədəd sadə su stəkanı, 1 ədəd dördkünc taxta tərəvəz doğrayan, 1 ədəd kapron qırmızı rəngli su vedrəsı, 1 ədəd mavi rəngli çörək qabı, 1 ədəd dəmir aliminium ləyən, 24 ədəd olmaqla 12 ədəd qırmızı, 12 ədəd göy rəngli meyvə bıçağı, 2 ədəd böyük və balaca şirniyyat götürmək üçün maşa, 1 ədəd qozqıran, 1 ədəd aliminium rəngli ətdöyən çəkic, 1 ədəd xəmirkəsən alət, 2 ədəd taxta qaşıq, 1 ədəd xırda çömçə, 2 ədəd xırda-böyük kəfkir, 1 ədəd böyük qaşıq, 2 ədəd bəzəkli xırda güllər, 1 ədəd gümüşü bəzəkli sadə çıraq, 1 ədəd ağ rəngli üzəri quşlu divar saatı, 1ədəd HAEGER markalı yaşıl rəngli ütü, 2 ədəd victories secret markalı yataq dəsti üzlükləri,1 ədəd sarı qızılı rəngli stol süfrəsi və 6 ədəd qızılı rəngli boşqabaltı dəstləri, 1 ədəd tək qızılı bəzəkli stol süfrəsi, 1 ədəd sarı-qırmızı bəzəkli stol süfrəsi, 1 ədəd qazan tutan və 1 ədəd aş dəmləmək üçün gül lü bəzəkli bağlama, 2 ədəd yataq üzü (içərisində yorğan üzü və döşək üzü), 1 dəst yataq üzü olmaqla içərisində yastıq yorğan döşək üzü, 4 ədəd 2-si ağ rəng, yaşıl, göy rəng olmaqla əl-üz dəsmalı, 4 ədəd 2-si göy rəng, 2-si bəzəkli yastıq üzü, 1 ədəd qırmızı rəngli hamam dəsmalı, 4 ədəd bəzəkli çay dəsti dəsmalı, 3 ədəd 2-si sarı, 1-i tünd rəngli pərdə dəsti, 1 dəst pakrıval (buxov), 4 ədəd qırmızı üzlüklü tək yorğanlar, 2 ədəd qırmızı üzlüklü tək döşək, 1 ədəd qırmızı rəngli böyük yataq dəsti döşəyi, 1 ədəd qırmızı rəngli böyük yataq dəsti yorğanı, 1 ədəd ağ rəngli yataq dəstinin matrası çarpayısı ilə birlikdə, 1 ədəd xırda ağımsov rəngli sandıq, 1 ədəd ağımsov yataq dəstinin uzun sandığı, 2 ədəd ağımsov rəngli yataq dəstinin çəkməcələri, 1 ədəd həmin dəstin 6 nəfərlik qonaq stolu, 1 ədəd həmin rəngli həmin dəstin güzgülü olmaqla paltar şifoneri, 1 ədəd həmin mebelin hər iki tərəfi güzgü olmaqla güzgülü termosu, 1 ədəd həmin dəstin termonun oturaq stolu, 1 ədəd çəhrayı dufli, 1 ədəd gecə paltarı, 2 ədəd biri çəhrayı biri sarı kofta olmaqla naturada Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış yerindən çıxarılaraq İddiaçı1 təhvil verilmişdir. İddia tələbindən aydın olur ki, iddiaçı ona məxsus cehiz və geyim əşyalarının bir hissəsinin cavabdehdə qaldığını və onların 2400 manat dəyərinin tutulmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 Cavabdeh1 qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən ona məxsus cehiz və geyim əşyalarının ümumi dəyəri olan 2400 manat alınıb qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı1 ərizə verərək, xına rəngdan 60 manat, xına rəngli don 60 manat, 2 qazan dəsti 32 manat, 1 qazan dəsti - 32 manat, 2 ədəd çaydan - 30 manat, 1 dəst çaydan, çaynik - 30 manat, 12 ədəd padnus dəsti - 30 manat, 1 ədəd padnus - 30 manat, 2 dəst mərtəbə qabı - 15 manat, 1 dəst mərtəbə qabı 35 manat kimi oxunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il tarixdə cavabdeh ilə ailə həyatı qurmuşdur. Onun cehiz əşyaları və geyim əşyaları cavabdehin evində qalmışdır. Cavabdeh cehiz əşyalarının evdən çıxarılması tələbi ilə ona qarşı məhkəmədə iddia qaldırmış və məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin iştirakı ilə cehiz əşyaları cavabdehin evindən çıxarmışdır. Lakin onun cehiz əşyaları yarasız hala düşüb və aşağıda qeyd etidyi əmlakları yoxdur. Geyim əşyaları: xına rəngdan-60 manat, don-70 manat, 2 ədəd şalvar-30 manat və 35 manat, 2 ədəd köynək-40 manat və 45 manat, 2 ədəd ev pinjaması- 45 manat və 50 manat, gecə paltarı-30 manat, xına paltarlar -50 manat, 2 ədəd ev tərliyi-8 manat və 10 manat, hamam dəsti-70 manat, ayaqqabı-78 manat, sumka-45 manat, şərf-10 manat, toy güzgüsü-20 manat, şamdan-15 manat, bel bağı əl bağ-15 manat, toy gülü-25 manat, mücrü 24 manat, hamam ləvazimatları-70 manat, manikur dəsti-18 manat, daraq dəsti-12 manat, kosmetika səbəti-250 manat, 2 ədəd jilet-88 manat. Cehiz əşyaları: 10 ədəd paltar asılqanı-15 manat, 1 ədəd döşək-60 manat, 2 ədəd yastıq üzü-35 manat, 1 ədəd 2 nəfərlik yataq örtüsü-70 manat, 2 ədəd çay dəsmalı-10 manat, 1 ədəd əl-üz dəsmalı-30 manat, 1 ədəd sarımsaqəzən-10 manat, 1 ədəd çömçə-10 manat, 2 ədəd bıçaq-5 manat, 1 ədəd bıçaq dəsti-30 manat, 1 ədəd bakal dəsti -35 manat, 1 ədəd bıçaq çəngəl dəsti-200 manat, 1 ədəd qazan dəsti-110 manat, 2 ədəd qazan dəsti-32 manat, 2 ədəd çaydan dəsti-30 manat, 2 ədəd çaynik-20 manat, 1 ədəd çay süzən-15 manat, 1 ədəd çay termozu-30 manat, 1 ədəd pol silən dəsti-30 manat, 1 dəst qranit qazan -40 manat, 1 ədəd yastıq üzü-50 manat, 1 əddə paltar şotkası-10 manat, 2 ədəd çörək qabı-10 manat, 1 ədəd hamam dəsmalı-40 manat, 12 ədəd padnus -30 manat, 1 ədəd mikser-110 manat, 1 ədəd konfet qabı dəsti-70 manat, 2 dəst mərtəbə qab-15 manat, 6 ədəd solfet qabı-40 manat, 1 ədəd taxta qaşıq qazanaltı, duz qabı-35 manat olmaqla, cəmi: 2440 manat. Bərdə Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli (hakim Q.Əbilov, iş №2(021)1677/2020) qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 xına rəngli don - 60 manat, don - 70 manat, 2 ədəd ev tərliyi 8 manat və 10 manat, toy güzgüsü-20 manat, şamdan-15 manat, bel və əl bağı - 15 manat, toy gülü (süni)-25 manat, hamam ləvazimatları - 70 manat, manikur dəsti - 18 manat, daraq dəsti - 12 manat, kosmetika səbəti - 250 manat, 2 ədəd jilet (kofta) - 88 manat, 1 ədəd döşək - 60 manat, 2 ədəd yastıq üzü dəsti 35 manat və 1 ədəd 2 nəfərlik yataq örtüsü dəsti 70 manat natura şəklində, naturada verilməsi mümkün olmadıqda həmin əmlakın dəyərində pulun qətnamənin icra olunduğu vaxt alınıb İddiaçı1 verilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; iş üzrə ödənilmiş 30 manat dövlət rüsumundan 10 (on) manat Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 cavabdehin oğlu Rahib Əhmədovla 18.01.2019-cu il taixdə faktiki olaraq ailə qurmuşlar və 17 gün sonra yaranmış narazılığa əsasən ayrılmışlar. Məhkəmə gəldiyi nəticəsini əsaslandıraraq hesab etmişdir ki, xına rəngli don və digər don toydan sonra çəkilmiş şəkillərdən aydın görünür, təqdim olunmuş şəkildə səbətin icərisində 2 cüt ev tərliyinin görüntüsü müəyyən olunur, toy güzgüsü, toy gülü (süni),bel bağı və əl bağı adət-ənənəyə əsasən gəlin köçərkən hər bir gəlində olur ki, bu da mübahisə olunmayan haldır, şəkillərdən şamdamın, hamam ləvazimatları, manikür dəsti, daraq dəs ti, kosmetika səbəti və 2 ədəd jilet (kofta) görüntüsüdə müəyyən olunur, 1 ədəd döşək, 2 ədəd yastıq üzü və 1 ədəd 2 nəfərlik yataq örtüsü dəsti mübahisə olunmayan haldır. Buna görə məhkəmə sadalanan əmlakların mövcüd olması qənaətinə gəlmiş, təqdim olunmuş aktda həmin əmlakların olmamasını qeyd etmişdir. Məhkəmə daha sonra hesab etmişdir ki, iddia tələbində digər əmlakların olmasını iddiaçı sübut edə bilməmiş və həmin hissələrdə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh tərəf apellyasiya şikayəti verərək Bərdə rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunması hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmi şdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2021-ci qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Məmmədov, iş № 2(104)-746/2021) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bərdə Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli 2(021)-1677/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 18 yanvar 2019-cu il tarixdə ailə qurmuş və sonuncuya məxsus cehiz əşyaları gəlin köçdüyü evə yerləşdirilmişdir. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və Cavabdeh1 İddiaçı1 məxsus əşyaların ona məxsus evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2( 021)-2149/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və icra edilməsi üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Qətnamə icra edilmiş və bu barədə 14 yanvar 2020-ci il tarixli akt tərtib olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 məxsus cehiz əşyalarının evdən çıxarılması barədə iddiaçı Cavabdeh1 iddiası Bərdə rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(021)-2149/2019 nömrəli qətnaməsi ilə təmin edilsədə, lakin həmin qətnamədə İddiaçı1 məxsus məhz hansı və neçə sayda əmlakların çıxarılması qeyd olunmamışdır. Hazırkı iddia tələbində tələb olunan əmlakların isə bir qisminin tərəflərin ər-arvad olduqları müddətdə yaşadıqları evdə mövcud olmasını təsdiq edən fotoşəkillər iddiaçı tərəfindən işə əlavə olunmuşdur. Digər tərəfdən Cavab deh1 isə iddiaçıya məxsus əşyalarının hamısının təhvil verildiyini qeyd etsədə, lakin hazırkı iş üzrə iddianın təmin olunması hissəsində əmlakların adları 14 yanvar 2020-ci il tarixli aktda göstərilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)746/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidə n baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Digər tərəf məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlmədiyi üçün və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunve riciliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdiri ldikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olu nmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya mə hkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı h issəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-746/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxla nılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3763/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3763/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver