Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-377/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, əmək müqaviləsinin qanunsuz olaraq müddətli bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5278/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh Publik hüquqi şəxslə İddiaçı arasında 25 sentyabr 2020-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə əsasın, İddiaçı Cavabdeh Publik hüquqi şəxsə xx.xx.2020ci il tarixdən etibarən 3 ay müddətinə orta və kiçik tibb heyətində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir.
2. Cavabdehn 29 dekabr 2023-cü il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X3 və kiçik tibb heyətində tibb bacısı vəzifəsində çalışan X4 Məcəlləsinin 68-ci maddəsinin, “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla 25 sentyabr 2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinə 29 dekabr 2023-cü il tarixində xitam verilməsi, Zənfirə Mısirxanovanın son haqq hesabının və istifadə edilməmiş 8 təqvim günü əmək məzuniyyətinə görə pulun əvəzinin ödənilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh (bundan sonra cavabdeh Publik hüquqi şəxs) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-2-2405/2023 saylı, 29 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsini, onun əvvəlki işinə- Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 və kiçik tibb heyətində tibb-bacısı vəzifəsinə bərpa edilməsi, ona 29 dekabr 2023-cü ildən başlayaraq işə bərpa olunan günə qədər məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüş və Bakı şəhərinə gəlmişlər. Xeyli müddətdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində tibb bacısı vəzifəsində işləmişdir. 25 sentyabr 2020-ci ildə onunla müəssisə arasında olan əmək müqaviləsi yenidən tərtib olundu və işəgötürənin tələdi ilə o, da həmin müqaviləyə imza atmışdır. Lakin həmin müqavilənin surəti ona verilməmişdir. Nəhayət 2023-cü ilin dekabr ayının sonunda işəgötürən tərəfindən ona işdən azad olunduğunu verilməsi barədə əmrin və əmək müqaviləsinin surətinin təqdim olunmasını xahiş etmiş, lakin İşəgötürən haqlı tələbini yerinə yetirməkdən imtina etmişd ir. Nəhayət xx.xx.2024-cü ildə rəsmi qaydada işəgötürənə müraciət etmiş və uzun sürən gərgin mübarizədən sonra (1 ay 11 gün) Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-M3278/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək müqaviləsinin surəti ona təqdim olunmuşdur. Əmək müqaviləsiilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, Əmək Müqaviləsinin hər 2 nüsxəsinin işəgötürəndə olmasında istifadə edən “İşəgötürən” tərəfindən əmək müqaviləsi saxtalaşdırılıb və müqavilənin 2.1 bəndi dəyişdirilərək “Müddətsiz” sözü 3 ay sözü ilə əvəz olunub. Həmçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsin in “b” bəndi ilə xitam verilmişdir. Bundan sonra mübahisənin mediasiya vasitəsi ilə həll olunması üçün onun tərəfindən qarşı tərəfə mediasiya təklifi göndərilmişdir. Lakin tərəf mediasiya təklifinə cavab vermədiyi üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Qarşı tərəf mediasiya sessiyasında iştirak etmədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1981-ci ildən tibb sahəsində çalışır. Respublika Əlillərin Bərpa Mərkəzində 2009-cu ildən işləmişdir. 2020-ci ildə Mərkəzin adı dəyişdirilmiş və onunla yeni 3 ay müddətinə müqavilə bağlanmış, müqavilənin müddəti bitdikdə isə yeni müqavilə bağlanırdı. 2023-cü ilin dekabr ayının 25-i mərkəzin kadrlar şöbəsindən çağırıb müqa vilənin müddəti bitdiyi səbəbdən işdən azad olduğunu və bundan sonra işə gəlməməyini bildirdilər. Sonradan bildi ki, işdən xx.xx.2023-cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. O, hər gün işə getmirdi, növbə ilə işləyirdi. İşdən azad olunduğunu biləndən sonra işə getməmişdir. O, hazırda müqavilənin uzadılaraq işə bərpa olunmaq istəyir. Həmçinin onun heç vaxt nöqsanı olmamışır.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə 3 aylıq müqavilə bağlanmış və hər 3 aydan bir müqavilə uzadılırdı, sonuncu müqavilə bitən tarixdən, yəni xx.xx.2023-cü il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əl avə olaraq bildirmişdir ki, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində iddiaçı heç bir üzrlü səbəb göstərmədən işə gəlməmiş və bu barədə aktlar tərtib olunmuşdur. O, həmçinin verilmiş etirazı müdafiə edərək göstərmişdir ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1 və 47 (f) -ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanmış və Respublika X3 və kiçik tibb heyətində tibb bacısı vəzifəsinə müvəqqəti qəbul edilmişdir İddiaçı tərəf məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, “xx.xx.2020-ci il tarixdə onunla müəs sisə arasında olan əmək müqaviləsi yenidən tərtib olundu və işəgötürənin təkidi ilə həmin müqaviləyə imza atdı. Lakin həmin müqavilənin surəti ona təqdim edilməmişdir." Qeyd edilənləri qəbul etməyərək bildirir ki iddiaçı ilə bağlanan müddətli əmək müqaviləsi hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 03 ay müddətinə 25 09.2020-ci il tarixdə bağlanmış, bır nüsxəsi tərəfə təqdim edilmiş və 3 gün sonra 28 09.2020-ci il tarixdən işçi işə başlamışdır. İddiaçının qeyd etdiyi, “əmək müqaviləsi yenidən tərtib Edildi”, “işəgötürənin təkidi ilə imza atmışam” və “həmin müqavilənin surəti mənə təqdim edilməmişdir” ifadələri yalandır və heç bır sübuta əsaslanmayan boş sözlərdir. Hər hansı subutu varsa məhkəməyə təqdim etməsi xahiş olunur. Daha sonra tərəflə müddətli bağ lanmış əmək müqaviləsinə dəyişiklik edilməklə 03 ay müddətinə uzadılmış (xx.xx.2020-xx.xx.2021), sonra yenidən 03 ay müddətinə (xx.xx.2021 -xx.xx.2021), sonra yenidən 03 av (xx.xx.2021-xx.xx.2021). Sonra yenidən 03 ay (xx.xx.2021-28.12,2021 ), sonra yenidən 03 ay (xx.xx.2021-xx.xx.2022), sonra yenidən 03 ay (xx.xx.2022-xx.xx.2022), yenidən 03 ay (xx.xx.2022-xx.xx.2022), yenidən 03 ay (xx.xx.2022-xx.xx.2022), yenidən 03 ay (xx.xx.2022-xx.xx.2023). yenidən 03 ay (xx.xx.2023-xx.xx.2023, yenidən 03 ay (xx.xx.2022-xx.xx.2023) və son olaraq yenidən 03 ay (xx.xx.2023-xx.xx.2023) olmaqla müqavilənin müddəti hər dəfə 03 ay olmaqla 12 dəfə uzadılmışdır. Həmçinin bildirmək istəyir ki, tərəflər arasındakı son illər ərzində baş verən müqavilə müddətinin hər dəfə 03 ay olmaqla uzadılması barədə ƏMAS-da məlumat yoxdur. Bu hala səbəb Agentlikdə işçilərlə adətən 03 ay olmaqla müddətli əmək müqaviləsi bağlanır və hamısının 03 ay olmaqla uzadılması barədə əmək müqaviləsinə dəyişiklik edilməsi bildirişinin ƏMAS a yerləşdirilməsi fiziki cəhətdən qeyri-mümkündür Bundan əlavə qanunvericilik bu hala qiymət vermişdir: belə ki, AR Əmək Məcəlləsinin 73,1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmçinin iddiaçı etir azında bildirmişdir ki, “əmək müqaviləsi ilə tanış olduqdan sonra mənə məlum oldu ki, əmək müqaviləsinin hər iki nüsxəsi işəgötürən tərəfindən istifadə” edən işəgötürən tərəfindən əmək müqaviləsi saxtalaşdırılıb və müqavilənin 2.1-cı bəndi dəyişdirilərək müddətsiz sözü 3 ay sözü itə əvəz olunub. Cavab olaraq məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının qeyd etdikləri heç bır sübuta əsaslanmayan saxta ittihamlardır. Zənfirə Mısırxanova əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla 25 09.2020-cı il tarixində bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cu il tarixində xitam verilmişdir. Hətta iddiaçı ilə Agentliyin kadrlar şöbəsinin əməkdaşları əlaqə saxlamış, ona müddətin bitməsi ilə bağlı əmək müqaviləsi müqaviləsinə xitam veriləcəyi bildirilmiş dir işçi isə cavabında heç yerə gəlib imza atmayacağını bildirərək, şikayət edəcəyini bildirərək xx.xx.2023-cü il tarixdən ümumiyyətlə işə çıxmamışdır. Bununla bağlı xx.xx.2023 və xx.xx.2023-cü illərdə müvafiq aktlar tərtib edilmişdir. 31.01.24 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “i” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir kı, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tər əflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına. müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər uçun nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi ucun işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq uçun işin hər tərəfli tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiyməltəndirməməsı və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılı q meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Yuxanda qeyd edilənləri nəzərə alaraq, Agentlik tərəfindən aparılmış hərəkətlərin tam qanunvericiliyə uyğun olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-3273/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandır mışdır ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir.
9. Belə ki, işçi iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.
10. Məhkəmə həmçinin tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçının əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilib-edilməməsini araşdırmış, tərəflərin münasibətlərinin həqiqi xarakter inin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olmadığını, müddətsiz əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin daşımadığını müəyyən etmişdir.
11. Məhkəmə onu da qeyd etmişdir ki, işin müəyyən edilmiş digər halları baxımından qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında (müddətli) əmək müqaviləsi bağlanarkən onun işəgötürəndən bir asılılığı olmamış, müddətli müqavilə rəsmiləşdirilənədək tərəflərin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdirildikdən sonra hüququnun pozulmasına istinadən iddiaçının həmçinin bu bəndinin dəyişdirilməsini tələb etmək hüququ olmuşdur.
12. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırda iddiaçının gördüyü işin daimi xa rakterə malik olmasına istinadən onunla müddətli bağlanmış əmək müqaviləsinin mübahisələndirilən bəndi etibarsız hesab edilə bilməz.
13. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab etmişdir ki, ümumiyyətlə Publik hüquqi şəxs bütün işçilərlə əmək müqavilələrini eyni şərtlərlə, yəni müddətli (3 ay) bağlandığını cavabdeh tərəf öz ərizəsində göstərmişdir. Bu baxımdan da müəyyən edilir ki, işəgötürən özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə etməmiş, iddiaçı ilə əmək müqaviləsini bağlayarkən hər hansı qanun pozuntusuna yol verməmiş, ümumiyyətlə işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 42.2, 45.1, 47-ci maddənin “f” bəndi, 68-ci maddəsin in “b” bəndi, 73.1, 83.1, 296.1, 296.2, 300.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 81, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən işçiyə əmək müqaviləsinin hər iki nüsxəsini imzalatsa da, müqavilənin bir nüsxəsinin işçiyə verməyib. Müqavilə imzalandıqdan sonra işəgötürən hər iki nüsxənin özündə olmasından istifadə edərək, müddətsiz sözünün əvəzinə “3 ay” sözünü qeyd edib. Bu isə həmin şəxsin saxtakarlığının bir nüm unəsidir. Təəssüf ki, məhkəmə tərəfindən bu hala qiymət verilməyib. Cavabdehin işlədiyi sahə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu əvvəlcədən də məlumdur. Bu halda işəgötürən tərəfindən əmək müqaviləsində müddət göstərilməsi qanunvericiliyin tələblərini ciddi şəkildə pozulması deməkdir. Bu qədər aşkar olan hala məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı 1993-cü ildən həmin müəssisədə işləyir. Onunla 2020-ci ildə yenidən əmək müqaviləsinin bağlanması, onun göstərilən müəssisədə 2020-ci ildən işləməsi anlamına gəlmir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5278/2024 nömrəli, 02 oktyabr 2024-ci il tarixli qətnaməsi ilə, (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə M usayeva və Günay Axundova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin olunması, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-2-2405/2023 saylı, 29 dekabr 2023-cü il tarixli əmri ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2 və kiçik tibb heyətində tibbbacısı vəzifəsinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi qət edilm işdir.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 3 aylıq müddətə bağlandığını bildirmiş və bunun tərəflər arasındakı razılıqdan irəli gəlməsi ilə əsaslandırmışdır. Halbuki Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, müddətsiz əmək müqaviləsi (əksini işəgötürən sübut edə bilməmişdir) üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürü lməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Belə ki, həmin Məcəllənin 56-cı maddəsinin 1-2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
20. Göstərilən nor manın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
21. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər də işçinin xeyrinə həll olunmalıdır.
22. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, İV hissəsinə, Əmək Məcəlləsi 42.1, 45.1, 45.4-ci maddələrinə, 47-ci maddəsinin “f” bəndinə, 68.2 “b” bəndinə, 73.1, 300.1-ci hissəsi nə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1.-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən cavabdeh Publik hüquqi şəxs (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslndırmışdır ki, iddiaçı ilə əmək müqaviləsi hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 03 ay müddətinə xx.xx.2020-ci il tarixdə bağlanmış, bir nüsxəsi tərəfə təqdim edilmişdir. Hər dəfə 3 ay müddətinə uzadılmaqla, müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Qeyd ediblər ki, Agentlikdə işçilərlə müdd ətli əmək müqaviləsi bağlanılması adətən rast gəlinən haldır və bu yalnız iddiaçıya münasibətdə olmamışdır. Bu isə Konstitusiya Məhkəməsinin Qərarında da qeyd edildiyi kimi digər işçilərlə də oxşar müqavilələrin bağlanılması iddiaçıya qarşı hər hansı qərəzli yanaşmanın olmamasını bir daha təsdiq edir. Həmçinin Agentliyin işçilərin təminatlarının ödənilməsindən yayınmaq kimi məqsədinin olmaması da iddiaçıya əmək müqaviləsinin ləğvindən dərhal sonra qanunvericilikdə nəzərdə tutulmuş son haqq hesabı və istifadə edilməmiş 8 (səkkiz) təqvim günü əmək məzuniyyətinə görə pulun əvəzinin ödənilməsindən aydın olur. Həmçinin işlə bağlı Binəqədi Rayon Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər sərbəst iradə ifadələri və qarşılıqlı hüquq bərabərliyi şəraitində müddətli əmək müqaviləsi bağlamışla r. İddiaçı irəli sürdüyü mülahizələri təsdiq edən sübut təqdim edə bilmədiyinə görə məhkəmə onları əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, “iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə müqavilənin bağlandığı müddətin bitməsi əsası ilə xitam verilmişdir. İlk öncə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçiiddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçı ya məlumat verilməklə onunla son haqqhesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.” Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən faktları düzgün qiymətləndirməmiş, nəticədə cavabdeh işəgötürənin hüquqları aşkar şəkildə pozulmuşdur. Qeyd edilib ki, iddia – müqavilənin müddətsiz bağlanılması işçi tərəfindən irəli sürülmüşdür, buna görə də tələbi irəli sürən tərəf - hazırkı işdə işçi onu əsaslandırmalı idi. Buna baxmayaraq, məhkəmə bu faktın əksinin cavabdeh işəgötürən tərəfindən sübut edilməli olduğunu bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
25. Maddə 35, İV hissə. Əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
26. Maddə 42 (6-cı hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
27. Maddə 45.
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
28. Maddə 46 (6-cı hissə). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
29. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
30. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
31. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xit am verilməsinin əsaslarından biridir.
32. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin m üəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
33. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılma sı nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
35. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
36. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata ke çirilir.
37. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, eks pertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri ç ərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
53. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hazırkı qərarın 18-21-ci paraqraflarında əks edilən hüquqi əsaslandırması ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
54. Eyni zamanda məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yara dılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır.
55. Belə ki, Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutu lan əsasla xitam verilə bilər.
56. Həmin normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
57. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
58. Odur ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında b ağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
59. Bu baxımdan kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2009-cu ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gös tərilən hallar işin materiallarına uyğun olsun.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
63. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5278/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.