Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3772/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə 23.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlunun məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülmə, maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1349/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 avqust 2022-ci il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvani 20 oktyabr 2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, iddiaçı xx xxxxxx 1987-ci il tarixdən 13 avqust 2010-cu il tarixədək həmin ünvanda qeydiyyatda olmuş, 10 mart 2009cu il tarixdə X3 ilə rəsmi nikaha daxil olub ailə həyatı quraraq daimi yaşamaq üçün Yardımlı rayonuna köçmüş, 2010-cu ildə həyat yoldaşı vəfat etdikdən sonra 2012-ci ildə Bakı şəhərinə gəlmiş və 2013-cü ildən 2021-ci ilin iyul ayına kimi fasiləsiz olaraq xalası X1 mülkiyyətində olan Bakı şəhəri, ünvanndə yaşamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən, o, iki uşağı ilə birlikdə 2021-ci ildə ü nvanndən çıxarılmışdır. İddiaçı hal-hazırda Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 26-da qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması, uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 ünvan 2 ünvanına köçürülməsi, cavabdeh tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının atasına məxsus olmuş, atası vəfat etdikdən sonra mənzil iddiaçının anası Cavabdeh mülkiyyətinə keçmişdir. İddiaçı nikaha daxil olana kimi qe yd olunan mənzildə problemsiz yaşamışdır. 2013-cü ildən 2021-ci ilədək ünvandə yaşamışdır. Lakin 2015-ci il tarixli məhkəmə qətanaməsi ilə onun həmin evdən çıxarılması qət edilmişdir, 2021-ci ildə məhkəmə qətnaməsi icra edilərək o, uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmışdır. Cavabdeh hazırda heç bir ciddi əsas olmadan atasından cavabdehin (anasının) mülkiyyətinə keçmiş mənzildə yaşamağa imkan vermir. Mənzilə getmək istəyəndə cavabdeh münaqişə yaradaraq, mənzilə daxil olmağa imkan vermir. Onun azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa evi yoxdur. Hazırda küçədə qalmamaq üçün qonşusu müvəqqəti olaraq onlarda yaşamasına icazə vermişdir. Cavabdehin hərərkətləri mübahisəli mənzildə yaşamaq hüququnu pozur.
4. Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, 1988-ci i ldə həyat yoldaşı vəfat etdikdən sonra mübahisəli mənzil onun adına rəsmiləşdirilmişdir. İddiaçı 2012-ci ildə ailə həyatı quraraq daimi yaşamaq üçün başqa ünvana köçüb getmiş, 2010-cu ildə həyat yoldaşı vəfat etdikdən sonra, qızı uşaqları ilə birlikdə ünvanndə yaşamağa başlamışdır. Qızı 2013-cü ildən 2021-ci ilin iyul ayına kimi fasiləsiz olaraq həmin ünvanda yaşamışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən onun həmin evdən çıxarılması qət edilsə də, qətnamə faktiki olaraq 2021-ci ilin iyul ayında icra edilmişdir. İddiaçının hazırda yaşadıqları evə dair hər hansı hüquqları olmadığı üçün iddia tələbi təmin edilə bilməz.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 oktyabr 2021-ci il tarixli 2(008)-6387/2021 sayl ı qətnaməsi ilə (hakim Zaur Hacıyev) iddia rədd edilmişdir..
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ailə həyatı qurduğuna görə daimi yaşamaq üçün başqa ünvana köçmüş və o, 2021-ci ilin iyul ayınadək fasiləsiz olaraq başqa ünvanda yaşamışdır. Bununla da, iddiaçının mübahisəli yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamaması, hər hansı başqa səbəblə əlaqəli olmayıb, onun daimi yaşamaq üçün başqa ünvana köçməsi ilə əlaqədardır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd edilən mənzilin yaşayış sahəsindən istifadə hüququ aradan qalxmışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci, Mülk i Prossesual Məcəllənin 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli və Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının anadan olduğu vaxtdan 2010-cu ilədək həmin mənzildə yaşamaqla is tifadə hüququ əldə edib-etməməsini, mənzilin özəlləşdirilməsi zamanı iddiaçının razılığının alınıb-alınmamasını araşdırmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bundan əlavə, məhkəmə qüvvədən düşmüş Mənzil Məcəlləsinin hazırkı münasibətlərə şamil olunmadığını nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1349/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(008)- 6387/2021 saylı qətnaməsi İddiaçı apelly asiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı anadan olduğu xx xxxxxx 1987-ci il tarixdən nikaha daxil olduğu 10 mart 2009-cu il tarixədək Bakı şəhəri ünvandə yaşadığına görə birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında mübahisəni Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq olunmuş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qaydalarına uyğun həll etmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsində altı aydan çox müddətdə yaşamaması, hər hansı başqa səbəblə əlaqəli olmayıb, onun daimi yaşamaq üçün başqa ünvana köçməsi ilə əlaqədar olmuşdur. Buna görə də iddiaçının qeyd edilən mənzilin yaşayış sahəsindən istifadə hüququ itirilmişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı 2009-cu ildən hazırkı iddianı qaldırdığı 2021-ci ilədək həmin mənzilə qayıtmaq istəməsi, Cavabdeh onun mənzilə qayıtmasına maneçilik törətməsi barədə iddia qaldırmamışdır.
13. Mənzilin özəlləşdirilməsi zamanı İddiaçı razılığının alınıb-alınmamasının araşdırılmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, bu xüsusatın araşdırılması hazırkı iddia üzrə araşdırmanın predmeti deyil.
14. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci, Mülki Prossesual Məcəllənin 217.2-ci maddələrinə, Azərbaycan Respublikas ının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən mübahisəli yaşayış sahəsi iddiaçının atasının istifadəsinə verilmişdir. İddiaçı həmin mənzildə anadan olub yaşamış və cavabdehin adına özəlləşdirildikdən sonra da yaşamağa davam etməklə mübahisəli evə istifadə hüququ yaranmış dır.
17. Buna görə də iddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən özəlləşdirmə nəticəsində yaranan ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik olmuşdur. İş materialları ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 5 mənzil 38 nömrəli mənzilin özəlləşdirilməsi zamanı iddiaçının razılığının alınıb-alınmaması müəyyən edilməmişdir. 18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012- ci il tarixli Qərarından görünür ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinin birinci hissəs indən göründüyü kimi, özəlləşdirilmiş mənzilin mülkiyyətçisi həmin mənzilin mülkiyyətçisi olmayan ailə üzvlərinin razılığını almadan mənzillə bağlı heç bir əqd bağlaya və onu vəsiyyət edə bilməz. Bu məhdudiyyətin məqsədi mülkiyyətçi olmayan və özəlləşdirmə zamanı müvafiq mənzildə faktiki yaşayan mülkiyyətçinin ailə üzvlərinin həmin mənzildə yaşamaq hüququnun müdafiəsinə yönəlmişdir. Həmin məqsədə nail olunması, şübhəsiz ki, bütün cəmiyyətin maraqlarına cavab verir. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müda fiə olunmalıdır.
19. İddiaçının mübahisəli ünvanından qeydiyyatdan çıxması onun həmin yaşayış yerini daimi tərk etməsi mənasına gəlmir. Belə ki, iddiaçının izahatından da görünür ki, o, anasının sözü ilə mübahisəli mənzildən qeydiyyatdan çıxaraq, Yardımlı rayonuna köçmüş və qaynatasının evində yaşamağa başlamışdır. 2012-ci il tarixdən mübahisəli evə qayıtmış, tərəflərin razılaşmasına əsasən Sabunçu rayonu, ünvanndə yaşamışdır. Yalnız 2021-ci il tarixdə məhkəmə qərarı ilə cavabdeh tərəfindən çıxarıldıqdan sonra hazırkı iddia ilə müraciət etmişdir. Onun və ailəsinin yeganə yaşayış yeri mübahisəli ünvandır. Bundan başqa iddiaçının mübahisəli evə dair istifadə hüququnun itirilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcud deyildir.
20. Məhkəmə mənzilin özəlləşdirilməsi zamanı İddiaçı r azılığının alınmasının araşdırılmamasının hazırkı iddia predmetinə aid olmaması ilə əsaslandırmışdır. İş materiallarndan və cavabdehin ifadəsində də müəyyən olunur ki, mübahisəli mənzil paylı mülkiyyətdə olmuş, sonradan özlləşdirilmişdir. Özəlləşdirmə zamanı həmin mənzildən istifadə hüququ saxlanmışdır. Lakin buna baxmayaraaq məhkmə tərəfindən iddiaçının bu dəlili araşdırılmadan saxlanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
22. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
23. Maddə 60.1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
24. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilə n vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
25. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiy yətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mülki Prossesual Məcəllə
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvv ədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-c ü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 33. “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. 34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan R espublikası Konstitutsiya Məhkəməsinin 29 mart 2016-cs il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsini n mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası iddiaçının tələbinin rədd edilməsinə dair məhkəmələrin gəldiyi nəticə ilə razılaşır.
39. Qeyd edilməlidir ki, iddiaçı mübahisəli mənzili nikaha girdiyi üçün tərk etmiş, həmin vaxt mübahisəli mənzil üzrə qeydiyyatdan könüllü olaraq çıxmış və digər ünvana daimi əsaslarla köçmüş, mübahisəli mənzilə ehtiaycı aradan qalxmışdır. Nikaha girdikdən sonra köçdüyü mənzildən çıxdıqdan sonra isə baxılan iş üzrə mülkiyyətçiyə məxsus olan digər mənzilə köçmüş və 2021-ci il tarixədək həmin mənzildə yaşamışdır.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, yuxardıa istnad olanan hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nətic ə əsaslandırılmışdır.
41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2(103)1349/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.