Məhkəmə qərarları › İş №2(102)-3779/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3779/2020

29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3779/2020 29.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, ona məxsus cehiz əşyalarının ona məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin (hakim K.Məmmədo v) xx xxxxxx 2019-cu il tarixli, 2(076)-2347/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ə.Məmmədov (sərlik edən və məruzəçi), R.Muradov və Ş.Əliyeva) xx xxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi və ya işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiy a instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. A pelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. JN–040A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayon AİK–nın xx xxxxx 1998–ci il tarixli 91 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə ünvan 1i ərazisində 0.28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası ƏMDK–nin yanında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2019–cu il tarixli **********36 saylı rəsmi məlumatdan görünür ki, JN–040A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ünvan 1ində yerləşlən 0.28 ha həyətyanı torpaq sahəsi İddiaçı və onun digər ailə üzvlərinin adlarına qeyd edilmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Xuluf kəndi İƏD ü zrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019–cu il tarixli 360 saylı arayışdan görünür ki, İddiaçı və ailə üzvlərinə JN–040A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında verilmiş 0.28 ha torpaq sahəsi üzərində 2 otaq, 1 aynabənddən ibarət ev var və hazırda İddiaçı və ailə üzvləri həmin evdə yaşayır. Birinci instansiya məhkəməsində işin araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının oğlu X2 ilə 2018–ci ilin avqust ayında faktiki nikah münasibətlərinə daxil omaqla evlənmişlər, lakin rəsmi nikah qeyd etdirməmişlər. Birgə faktiki münasibətlərindən uşaqları olmamışdır. 2018–ci ilin dekabr ayınadək birgə ailə şəraitində yaşamışlar. Aralarında olan narazılığa görə 4 aydan sonra ayrılmışlar. Ayrıldıqdan sonra cavabdehə məxsus olan 1 ədəd paltar şkafı, 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd iki nəfərlik yun döşək və yorğan, 2 ədəd tumbuçka, 1 ədəd termo, 1 ədəd sandıq, 2 ədəd balınc, 1 ədəd pakrıval, 2 ədəd pərdə, 1 ədəd çilçıraq, 1 ədəd sintifon yorğan, 2 ədəd gecə lampası, 2 ədəd gül qabı, qaşıq–çəngəl dəsti, 4 ədəd meyvə qabı, 6 ədəd fincan–nəlbəki, 1 ədəd sok çəkən maşın, 1 ədəd mantı bişirən qazan, 1 ədəd gəvə, 2 ədəd balaca ayaqaltı və 4 ədəd kukladan ibarət cehiz əşyaları iddiaçının evində qalmışdır. Bununla da cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, yəni iddiaçı evindən istədiyi kimi sərbəst şəkildə istifadə edə bilmir. Hazırda iddiaçı mübahisəli evdən cavabdehin cehiz əşyalarının çıxarılmasını tələb edir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respubl ikasının MPM-in 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında münasibətlər 2010-cu il tarixdən yaranmışdır. Azərbaycan Respublikasında mülkiyyət və mülkiyyət hüququna münasibət beynəlxalq hüquq normalarına uyğun olaraq Konstitusiyanın 13 və 29-cu maddələrində ifadə olunmuşdur. Bu maddələrdə mülkiyyətin toxunulmazlığı, növündən asılı olmayaraq onun dövlət tərəfindən bərabər müdafiə olunması, mülkiyyət hüququnun qanunla qorunması, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olması və s. müddəalar təs bit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2–ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui–istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çı xdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1–ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır:

1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslər in hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ–əmlaka (əşyaya) faktik sah ibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qanuni əsas olmadan cavabdehin əmlakının saxlanılması iddiaçının həmin otaqlardan sərbəst istifadə hüquqlarını pozur. Apelyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus olan evdə yerləşir. Cavabdehə məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Neçə ki, cavabdeh iddiaçının onunla (iddiaçı ilə) birlikdə mübahisəli evdən istifadə etmək hüququ qanunla qoruna n ailə üzvü sayılmır və cavabdehin iddiaçıya məxsus olan evdən istifadə hüququ yaranmamışdır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da nəzərə alır ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehin iddiaçının oğlu ilə rəsmi nikahı olmamışdır, cavabdehin mübahisəli evin tikilməsində və ya dəyərinin başqa cür artırılmasında iştirakının olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar