Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3785/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)2145/2019 saylı qətnaməsi ilə (hakim T.Qocayev) iddianın qismən təmin edilməsi, Cavab deh2 vurulmuş zərərin əvəzi kimi 533 (beş yüz otuz üç) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 5 (beş) manat pulun tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Mamedov (sədrlik edən, məruzəçi), İ.Şəfiyev və A.Hüseynzadə, 2(104)4243/2019 saylı mülki iş) hazırkı iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2145/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və Cavabdeh1 Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, əmlaka qəsd edilməsi, mülkiyyət hüquqlarına qanunsuz müdaxilə, sağlamlığın pozulması ilə nəticələn miş əmlaka qanunsuz müdaxilələr, qanunsuz tələb, təhdid və təzyiqlər, şərəf və ləyaqətin, işgüzar nüfuzun ləkələnməsi, əldən çıxmış fayda, əsassız iddialarla məhkəmələrdə vaxtlarını almaqla və maddi vəsaitlərinin sərf edilməsi ilə və digər yollarla onlara vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi olan həmin obyektin tərəflərindən icarəyə verilməsinin cavabdehin ucbatından 19 ay müddətində mümkün olmamasına görə hər ayın icarə haqqı üçün 300 (üç yüz) manat olmaqla, cəmi 5700 (beş min yedi yüz) manatın, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi olan həmin obyektin sənədlərini qaytarmamaqla sonda tərəflərindən yeni sənədlərin alınması üçün sərf edilmiş 533 (beş yüz otuz üç) manatın, qıfılların sındırılması və yeni qıfılların alınması ilə əl aqədar 50 (əlli) manatın, İddiaçı1 müalicəsi üçün çəkilmiş xərclərin əvəzi olaraq 2000 (iki min) manatın, ailələrinə vurulmuş mənəvi zərərə görə əlavə 10000 (on min) manatın, məhkəməyə müraciət edərkən məhkəmənin hesabına ödənilmiş rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə sadalana zərərlərə görə 18313 (on səkkiz min üç yüz on üç) manatın cvaabdeh Cavabdeh2 alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ailə başçıları X1 hiylə işlədərək onu aldatmaqla vəsait mənimsəməyə çalışan cavabdeh yenə də hiylə yolu ilə sexlərini əllərindən çıxarmağa cəhd etmişdir. Bunu Xin ölümündən sonra daha yaxşı anlamağa başlamışlar. Belə ki, cavabdeh tərəfindən həyata keçirilən bu qanunsuz müdaxilələr və təzyiqlər ailə başçı ları dünyasını dəyişdikdən sonra daha da şiddətli və açıq xarakter almağa başlamışdır. Cavabdehin ailələrinə və onun fərlərinə qarşı həyata keçirdiyi amansız və qanunsuz hücumların nəticəsində olduqca ciddi mənəvi sarsıntı keçirmişlər və hələ də bu sarsıntılar davam edir. Belə ki, cavabdeh onları zəif və başsız görərək hücumlarından əl çəkmək istəməmişdir. Cavabdehin ailələrinə vurduğu maddi zərər olduqca böyükdür. Ailələrinin başçısı olan X3 xx xxxx 2017-ci il tarixdə vəfat etmişdir. O, dünyasını dəyişdikdən sonra olduqca çətin maddi vəziyyətə düşmüşlər. Ailəni dolandıran o olmuşdur. Öz zəhməti ilə özünə məxsus olan taxta sexini işlədirdi. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi olan həmin obyekt “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmsına dair” xx xxxxxx 2007-ci il tarix li, 002891 qeydiyyat nömrəli şəhadətnamə ilə mərhum X2 adınadır. Cavabdeh isə rəhmətliyi guya bankdan pul götürəcəyi bəhanəsi ilə aldadaraq həmin obyekti sənədlərini və obyektə dair etibarnaməni ondan almış, daha sonra isə cürbəcür bəhanələr edərək, min bir hiylə işlədərək sənədləri guya qaytardığını söyləmiş və özündə saxlamağa nail olmuşdur. Beləliklə obyektin sənədlərini gizlin saxlayan cavabdeh 2017-ci ildə X vəfat edəndən sonra hərəkıtə keçərək tamamilə zorakı üsullardan istifadə etməklə onlara miras qalmış bu obyekti, ailənin yeganə qazanc yerini sözün əsl mənasında qəsb edib mənimsəməyə cəhd etmişdir. Xin yeddisi günü təşkil edilmiş yas mərasimi üçün samovarda yandırmaq məqsədilə taxta qırıqları gətirməyə gedən iddiaçı XX görmüşdür ki, sexin qapısına tərəflərindən vurulmuş qıfıl sın dırılıb və yerində başqa qıfıl var. Həmçinin qapının üzərində də cavabdehin telefon nömrəsi qeyd edilmişdir. Bu zaman cavabdeh X sexə gəlmiş və Mircəlala qarşı zor tətbiq edərək onu yıxmışdır. Daha sonra isə öz qanunsuz əməllərini ört-basdır etmək üçün DİNin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Polis İdarəsinə gedərkən məlum olmuşdur ki, cavabdeh onları üstələmək üçün Mircəlalın guya sexin qarşısında onu döyməsi barədə şikayət ərizəsi vermişdir. Cavabdeh Arzu mərhum Xin sadəlövhlüyündən istifadə edərək sexin sənədlərini qanunsuz yolla özündə saxlayaraq X öldükdən sonra sənədləri onlara qaytarmamış, əmlaklarına qanunsuz müdaxilə etmiş, həm maddi, həm də mənəvi zərər vurmuşdur. Belə ki, sənədləri onlara qaytarmamasına görə 19 ay müddətində sexi icarəyə verməkləri mümkün olmamışdır. Ha lbuki, bu sex onların yeganə qazanc yerləridir. Nəhayətdə onlar cavabdehə qarşı şikayətlər edərək və irəli sürərək sexin sənədlərinin alınması və sexə ayrı qıfıl qoyulması kimi və elektrik xəttinin özbaşına kəsilməsi kimi qanunsuz hərəkətlərə son qoyulması barədə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfində 2(043)-8371/2017 saylı məhkəmə qətnaməsinin qəbul edilməsinə nail olmuşlar. Lakin cavabdeh bütün instansiyalara-Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət edərək sənədlərin qaytarılmasını yubatmaqla olara mümkün qədər daha çox zərər vurmaq əzmində olmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1250/2018 saylı qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlaılmışdır. Lakin cavabdeh vaxtı uzatmaq üçün əlindən gələni etmişdir. Hətta sonuncu insta nsiya məhkəməsinin-Ali Məhkəmənin 2(101)-4972/2018 saylı qətnaməsindən sonra qətnamənin icrası mərhələsində cavabdeh sənədlərin guya olmamasını deyərək qətnaməni icra etməmişdir. icra məmuru isə cavabehə qarşı cinayət işinin başlanması üçün hərəkətə keçməkdənsə, onlara rüsumları ödəyib yeni sənədlər almaqlarını məsləhət bilmişdir. Guya ki, icra məmuru həmin xərcləri cavabdehdən alıb onlara verəcək. Beləliklə, 533 manat xərc çəkərək yeni sənədlər almağa məcbur olmuşlar. Lakin icra məmuru çəkdikləri həmin xərclərin onlara ödənilməsi barədə tədbir görməmişdir. Faktiki olaraq cavabdehin ucbatından 533 manat zərər çəkmişlər. İki ilə yaxın müddət ərzində cavabdehin sənədləri onlara qaytarmaması səbəbilə onlar sexi icarəyə verə bilməmişlər və hər ay 300 manat olmaqla, ümumilikdə 5700 manat madd i zərər çəkmişlər. Mənəvi zərərləri isə daha böyük olmuşdur. Bütün bunların nəticəsində onlar çox güclü əsəb sarsıntısı keçirmişlər və iddiaçı X xəstələnərək ciddi müalicə almaq məcburiyyətində qalmışdır. Cavabdeh sağlamlıqlarına da zərər vurmuşdur. Bu zərərin maddi ölçüsünü müəyyən etməkdə çətinlik çəkmişlər, çünki insan sağlamlığı maddi məsələlərdən irəlidə olan bir məsələdir və onun maddi qarşılığı kimi təyin edilən hər hansı məbləğ zərəri yalnız qismən ödəyə bilər. Cavabdeh Arzu sexlərinəşı qanunsuz müdaxilələr etməklə onların əmlak hüquqlarını kobud şəkildə pozmuş, ciddi maddi və mənəvi zərər vurmuşdur. Cavabdeh sexin qıfılını sındırmış, ora yeni qıfıl vurmuş, sexin elektrik xəttini özbaşınalıq yolu ilə kəsmişdir. Həmçinin onların alıb taxdıqları qıfılların açar yerinə dəfələrlə misma r və xırda dəmir parçaları salaraq sıradan çıxarmışdır. Cavabdeh 19 ay ərzində sexlərinin sənədlərini qanunsuz yolla özündə saxlamaqla sexi icarəyə verməklərinə maeə yaratmış, bununla da onlara xeyli miqdarda maddi zərər vurmuşdur. Bütün bunlar bir tərəfə cavabdeh onlara qarşı müxtəlif əsassız pul iddiaları qaldırmış, şər-böhtan ataraq, onların sexini öz sexi kimi qələmə verərək polisə guya iddiaçı Mircəlalın sexdən oğurluq etdiyini bildirmiş, bununla da Mircəlalın və ailənin şərəf və ləyaqətini alçaltmışdır. Cavabdeh tərəfindən törədilmiş bütün bu qanun pozuntuları həmin ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi olan obyektin cavabdeh tərəfindən ələ keçirilməsi cəhdləri ətrafında baş vermişdir. Cavabdehin onlara vurduğu bütün zərərlər ailə üzvləri olaraq hər ikisinə qarşı yönəlmiş, həm in maddi və mənəvi zərərlərin təsirinə birlikdə məruz qalmışlar. Həmçinin cavabdeh onlara qarşı 47000 manat pul tələbinə dair iddia qaldırmış, lakin iddiası əsassız olduğu üçün hər üç instansiya məhkəməsində də təmin edilməmişdir. Bununla belə onlardan nə cür olursa olsun pul qopartmağa çalışan cavabdeh yenə də, iddia irəli sürmüşdür. Halbuki, nə onların, nə də Xin XX adlı şəxsə heç bir borcları yoxdur. Lakin cavabdeh özü də, haqsız olduğunu bilə-bilə ailələrinə qarşı bu ədavətindən əl çəkməmiş, hər vəchlə onlara maddi və mənəvi zərər vurmağa çalışmışdır. Çünki ailə başçılarını itirdiklərinə görə onları sıxışdırıb pul qopardacaqlarını düşünmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq norm alarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsi 553 manatı müəyyən edərkən həmin məbləğin iddiaçının obyektlə bağlı sənədlərə pul xərcləməsi kimi nəzərə almış, halbuki iddiaçı həmin məbləği sənədin dublikatını alması üçün deyil, təzə sənədə, yəni obyektin çıxarışını almaq üçün ödəmişlər. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçılar İddiaçı1 və Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onların izahatını dinləməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mə hkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirir. İddianın təmin olunan hissəsi onunla bağlıdır ki, məhkəmə qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sənədlərinin qaytarılması qət edilmiş, lakin cavabdeh həmin sənədləri qaytarmadığı üçün iddiaçı tərəf məcbur qalaraq Reyestr Xidmətinə müraciət edərək həmin sənədləri yenidən əldə etmişlər. Həmin sənədlərin əldə edilməsinə 533 (beş yüz otuz üç) manat vəsait ödənilməsi barədə iddiaçı tərəf sübutlar təqdim etmişdir. Cavabdeh tərəfin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı tərəf həmin sənədlərin təkrar alınmasına deyil, yeni sənədin alınmasına vəsait xərcləyib. Məhkəmə kollegiyası cavabdehin dəlilini qəbul etmir. Əvvəla, qətnaməni icra etmək cavabdehin vəzifəsi idi. O, qətnamən i icra edərək sənədləri geri qaytarmamışdır. İddiaçı tərəfdə həmin sənədlər olmadığı üçün qeyri-yaşayış sahəsi ilə bağlı təkrar və yaxud yeni bir sənəd almağa məcbur olmuşdur. Ona görə həmin sənədin alınmasına çəkilən vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı
Məhkəmə qərarları › İş №2(102)-3785/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3785/2020
11.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver