Məhkəmə qərarları › İş №2(102)-3787/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3787/2019

27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3787/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və vəkili XXX oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)-1000/2019 saylı qətnaməsindən İddiaçı və vəkili XX oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(001)-5932/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Ə.Rzayev) İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “3.850 manat dövlət icbari şəxsi sığorta məbləğinin ödənilməsi” barədə iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)-1000/2019 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili XX qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “3.850 manat dövlət icbari şəxsi sığorta məbləğinin ödənilməsi” barə də iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, Qobustan rayon Hərbi Komissarlığı tərəfindən 1999-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılmışdır. 929 saylı Hərbi Hissə komandirinin 264 saylı, 10 oktyabr 1997-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyət siyahısına daxil edilmiş və həmin vaxtdan 26 iyun 1999-cu il tarixədək cəbhə bölgəsində xidmət etmişdir. Hərbi xidmət vəzifəsini yerinə yetirərkən 25 aprel 2007-ci il tarixdə ona “xroniki aktiv hepatit, sol aşağı ətrafın xroniki vena çatışmazlığı olmayan varikoz” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 28 aprel 2009-cu il tarixli, 1380 saylı Qərarında da onda həmin xəstəliyin olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi yanında Tibbi Sosial Ekspert Komissiyası və Reablitasiya Xidməti tərəfindən 22 iyul 2016-cı il tarixdə ona İİ qrup əlillik dərəcəsi verilmiş və tibbi arayışda xəstəliyin hərbi xidmət dövrü qazanıldığı qeyd edilmişdir. Sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh təşkilata ərizə ilə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh təşkilat ona göndərdiyi imtina məktubunda qeyd etmişdir ki, həqiqi hərbi xidmət dövründə xəstələnsə də, həqiqi hərbi xidmətə yararsız hesab edildikdən yeddi ildən artıq müddət keçdikdən sonra ona 22 iyul 2016-cı il tarixdə İİ qrup əlillik dərəcəsi təyin edildiyindən, artıq sığorta məbləğini almaq hüququnu itirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili XX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəmə iclasının vaxtı, yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək üç il müddətində iddiaçıya əlillik təyin edilməməsinə, sonuncunun yeddi il keçdikdən sonra əlillik almasına, bu səbəbdən də iddiaçıya ümumi sığorta məbləğinin 25 faizi miqdarında, yəni 2.750 manat sığorta məbləğinin artıq ödənilməsinə, bu faktın məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmasına, qanuna görə həmin məbləğdən artıq iddiaçıya sığorta məbləğinin verilməsinin yolverilməz olmasına və beləliklə də iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla, işin mübahisə olunmayan həqiqi hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə xəstələnib və ona 28 aprel 2009-cu il tarixdə “xroniki aktiv hepatit”diaqnozu qoyulub və o, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək, həqiqi hərbi xidmətdən (t oplanışdan) ehtiyata buraxılıb, 22 iyul 2016-cı il tarixdə isə ona İİ qrup əlillik dərəcəsi verilib. Cavabdeh tərəf isə qeyd olunan faktları inkar etməsə də, iddiaçıya ünvanladığı 23 yanvar 2018-ci il tarixli məktubda onun həqiqi hərbi xidmətə yararsız hesab edildikdən 7 il sonra İİ qrup əlillik dərəcəsi almasını əsas tutub, ona sığorta məbləğini ödəməkdən imtina etməklə iddia tələbinə etiraz edib. Hazırda iddiaçı cavabdeh təşkilatın imtinası ilə razılaşmayıb, sonuncudan 3.850 manat sığorta məbləği tələb edir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə görə, aşağıdakılar sığorta ha disələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətində verilir: Maddənin “ç” bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuzuya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə- 80 faiz; İİ qrup əlilliyə görə- 60 faiz; İİİ qrup əlilli yə görə- 40 faiz; Maddənin d)bəndinə görə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda- 25 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda- 5 faiz sığorta məbləği alır. Göründüyü kimi iddiaçı həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək, həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata buraxıldığı gündən İİ qrup əlil kimi onun 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6.600 manat sığorta məbləğini almaq hüququ əmələ gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək üç il müddətində iddiaçıya əl illik təyin olunmadığına görə, onun 6.600 manat sığorta məbləğini almaq hüququnu itirməsini və bu səbəbdən də iddiaçıya ümumi sığorta məbləğinin 25 faizi miqdarında sığorta məbləğinin düzgün olaraq ödənilməsini, məhkəmə baxışı zamanı iddiaçıya cavabdeh təşkilat tərəfindən 2.750 manat sığorta məbləğinin artıq verilməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işdə, iddiaçıya ümumi sığorta məbləğinin 25 faizi miqdarında sığorta məbləğinin ödənilməsinə dair heç bir mötəbər yazılı sübut yoxdur və tərəflər özləri də izahatlarında bu faktı təsdiq etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hansı mötəbər yazılı sübuta əsasən bu qənaətə gəlməsini qətnamədə kifayət qədər əsaslandırmamışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi qətnamədə bir tərəfd ən iddiaçıya İİ qrup əlillik dərəcəsinin 22 iyul 2016-cı il tarixdə verildiyini, yəni xəstələndiyinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata buraxıldıqdan 7 il keçdikdən sonra ona İİ qrup əlillik təyin edildiyini əsas tutub, iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, digər tərəfdən məhkəmə baxışı zamanı cavabdeh təşkilat tərəfindən iddiaçıya 2.750 manat sığorta məbləğinin artıq ödənilməsinə dair ziddiyyətli nəticəyə gəlmişdir. Halbuki, mülki iş materiallarında 2.750 manat sığorta məbləğinin cavabdeh təşkilat tərəfindən nə vaxt, hansı əsasla iddiaçıya ödənilməsini təsdiq edən heç bir yazılı sübut yoxdur. Eyni zamanda işdə, sözügedən Qanunun 5-ci maddəsinin d) bəndində nəzərdə tutulan əs asla, yəni iddaçının həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, Qanunun 5-ci maddəsinin “a”, “b” və “ç” bəndlərində nəzərdə tutulan hallarla nəticələnməyən: ağır xəsarət (yaralanma, travma, kontuziya) almasını və 2.750 manat sığorta məbləğinin iddiaçıya məhz qeyd olunan əsasla ödənilməsini təsdiq edən heç bir yazılı sübut yoxdur və əlillik təyin edilmədən cavabdeh təşkilat tərəfindən iddiaçıya 2.750 manat sığorta məbləğinin ödənilməsi isə inandırıcı, ağlabatan görünmür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayət i qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və vəkili XX oğlunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 20 19-cu il tarixli, 2(103)-1000/2019 saylı qətnaməsiləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar