Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3792/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi 23.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X7 və Cavabdeh vəkili X2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1455/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 sentyabr 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı və X9 2017-ci il tarixdə nikah bağlamadan ailə qurmuş, 2018-ci ilin yanvar ayında isə rəsmi nikaha qirmişlər. Ailə qurduğu vaxtda toy hədiyyəsi kimi iddiaçıya müxtəlif qızıl-zinət əşyaları hədiyyə edilmişdir. 2019-cu ilin may ayından iddiaçı ilə X9 arasında faktiki ailə münasibətləri pozulmuş və həmin vaxtdan onlar ayrı yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 manat dəyərində 6 qramlıq gül formasında, brilyant qaşlı bəxt üzüyü, 4000 manat dəyərində 14 qramlıq, brilyant qaşları olan, salx ım üzüm formasında qızıl sırğa-üzük dəsti, 600 manat dəyərində 12 qramlıq, ilanvari toxunuşlu, qızıl boyunbağı, 3500 manat dəyərində 8 qramlıq, halqa formasında, brilyant qaşlı klon, 3500 manat dəyərində 12 qramlıq fantaziya formasında brilyant qaşlı qolbağı, 500 manat dəyərində 4 qramlıq mirvari qaşlı, qızıl üzük, 400 manat dəyərində 4 qramlıq gül formasında, sadə qaşlı qızıl üzük, 800 manat dəyərində 16 qramlıq ilanvari toxunuşlu, qızıl boyunbağı, cəmi 14700 manat dəyərində əşyalarının özünün, özləri olmadıqda onların dəyərinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sonradan İddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək, ona hədiyyə edilmiş 1 ədəd sadə qaşlı, 4 qramlıq qızıl üzüyünün əri X4 qaldığından onun da cavabdeh qismində cəlb edilməsini və həmin üzüyünün X3 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh qayınanası və X10 isə əridir. Cavabdeh X10 ilə 2017-ci ilin sentyabr ayından faktiki evlənmişlər, nikahlarını 2018-ci ilin yanvar ayında rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından uşaqları doğulmamışdır. Röyal Məmmədovla öz istəyi ilə, el adətincə ailə qurmuşdur. Münasibətləri normal olmuşdur. Lakin sonradan onunla münasibətləri pozulmuşdur. Belə ki, Röyal bəzən qısqanclıq zəminində, bəzən də hər adi şeyin üstündə onu döyüb-söymüşdür. Bu səbəbdən 2019-cu ilin may ayından faktiki olaraq ayrılmışlar. Həm əri, həm də o tələbə olduğu üçün Bakı şəhərində kirayədə yaşamışlar. Toylarından az sonr a cavabdeh olan qayınanası Cavabdeh toyda ona alınmış qızıl-zinət əşyalarını ondan almış və “Bakıda kirayədə yaşayacaqsınız, qızıl-zinət əşyalarınız itə bilər, buna görə ver məndə qalsın.” demişdir. O da (iddiaçı) etiraz etməmiş, toy hədiyyəsi olaraq ona alınmış qızıl-zinət əşyalarını saxlamaq üçün Cavabdeh vermişdir. Şəmkir şəhərində olanda, toya və ya qonaqlığa gedəndə cavabdeh istifadə etməsi üçün qızıl-zinət əşyalarını ona vermişdir. Qayıtdıqdan sonra, yenə də həmin əmlaklarını saxlamaq üçün qayınanası Cavabdeh vermişdir. Sonuncu dəfə 2019-cu ilin may ayında mübahisəsi olmuş, əri onu döymüş və Bakı şəhərində kirayədə qaldığı evdən qovmuşdur. O da oradan birbaşa ata evinə gəlmişdir. Telefonla zəng edib qayınanasından qızıl-zinət əşyalarını qaytarmasını xahiş etmiş, lakin o, qızıl-zinət əşyalarını könüllü surətdə qaytarmaqdan imtina etmişdir. Ona (iddiaçıya) məxsus 1400 manat dəyərində 6 qramlıq gül formasında brilyant qaşlı bəxt üzüyü, 4000 manat dəyərində 14 qramlıq brilyant qaşları olan salxım üzüm formasında sırğa-üzük dəsti, 600 manat dəyərində 12 qramlıq ilanvari toxunuşlu qızıl boyunbağı, 3500 manat dəyərində 8 qramlıq halqa formasında brilyant qaşlı klon, 3500 manat dəyərində 12 qramlıq fantaziya formasında brilyant qaşlı qolbaq, nənə tərəfindən toyda hədiyyə edilmiş 500 manat dəyərində 4 qramlıq mirvari qaşlı qızıl üzük, ərinin dostu tərəfindən hədiyyə edilmiş 800 manat dəyərində 16 qramlıq ilanvari toxunuşlu qızıl boyunbağıdan ibarət qızıl-zinət əşyaları, Cavabdeh qalmışdır. Bundan başqa ona hədiyyə edilmiş 400 manat dəyərində 4 qramlıq gül formasında, sadə qaşl ı qızıl üzük cavabdeh olan əri Röyal Məmmədovda qalmışdır. Cavabdehlər ona məxsus olan iddia ərizəsində qeyd etdiyi qızıl əşyalarını könüllü olaraq qaytarmaqdan imtina etmişlər.
5. Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tаrixli, 2(076)-2885/2019 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Mustafayev) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 1400 manat dəyərində 6 qramlıq, brilyant qaşlı gül formasında bəxt üzüyü, 4000 manat dəyərində 14 qramlıq, brilyant qaşları olan salxım üzüm formasında qızıl sırğa-üzük dəsti, 2500 manat dəyərində 8 qramlıq, halqa formasında brilyant qaşlı qızıl klon, 3500 manat dəyərində 12 qramlıq fantaziya formasında, brilyant qaşlı qızıl qolbağı, 500 manat dəyərində 4 qramlıq, mirvari qaşlı qızıl üzük, 800 manat dəyərində 16 qramlıq ilanvari toxunuşlu qızıl boyunba ğı, cavabdeh X3 400 manat dəyərində 4 qramlıq gül formasında, sadə qaşlı qızıl üzük, əşyalar mövcud olmadıqda isə həmin əşyaların dəyərinin alınıb İddiaçı verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən qızıl əşyalarından 6 qramlıq, brilyant qaşlı gül formasında bəxt üzüyü, 14 qramlıq brilyant qaşları olan salxım üzüm formasında sırğa-üzük dəsti, 8 qramlıq, halqa formasında brilyant qaşlı qızıl klon, 12 qramlıq fantaziya formasında, brilyant qaşlı qızıl qolbağı, 4 qramlıq, mirvari qaşlı qızıl üzük, 16 qramlıq ilanvari toxunuşlu qızıl boyunbağı, 4 qramlıq gül formasında sadə qaşlı qızıl üzükdən ibarət qızıl əşyaları iddiaçıya toy hədiyyəsi olaraq verilmişdir.
7. Qeyd edilən qızıl əşyalarının mövcudluğu həm Cavabdeh qismən etirafı, həm də iddiaçı tərəfindən məhkəmə iclasında sübut kimi təqdim edilmiş fotoşəkillərlə təsdiq olunur.
8. Bundan başqa tələb edilən qızıl əşyalarının dəyəri barəsində məsələyə də qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, həmin əşyalardan 8 qramlıq halqa formasında, brilyant qaşlı klon istisna olmaqla, 6 qramlıq, brilyant qaşlı gül formasında bəxt üzüyünün, 14 qramlıq, brilyant qaşları olan, salxım üzüm formasında qızıl sırğa-üzük dəstinin, 12 qramlıq fantaziya formasında, brilyant qaşlı qızıl qolbağının, 4 qramlıq, mirvari qaşlı qızıl üzüyün, 16 qramlıq ilanvari toxunuşlu qızıl boyunbağının, 4 qramlıq gül formasında sadə qaşlı qızıl üzüyün dəyəri təqdim edilmiş arayışa uyğun olmaqla həqiqəti əks etdirir.
9. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 07.11.201 9-cu il tarixli arayışdan görünür ki, brilyant qaşlı bəxt üzüyü, gül formasında, 6 qramlıq 1400-1600 manat dəyərində, sırğaüzük dəsti, 14 qramlıq, brilyant qaşları olan, salxım üzüm formasında 4000-6000 manat dəyərində, ilanvari toxunuşlu, qızıl sep, 12 qramlıq 600-900 manat dəyərində, halqa formasında, brilyant qaşlı klon, 8 qramlıq 2500-3500 manat dəyərində, 12 qramlıq fantaziya formasında, brilyant qaşlı qolbağı 3500-4000 manat dəyərində, 4 qramlıq mirvari qaşlı, qızıl üzük 500-700 manat dəyərində, 4 qramlıq gül formasında, sadə qaşlı qızıl üzük 400-450 manat dəyərində, 16 qramlıq ilanvari toxunuşlu, qızıl sep ***-**** dəyərində müəyyən edilmişdir.
10. Məhkəmə tələb edilən qızıl əşyalarının dəyəri ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləri daha real hesab edir və bu baxım dan qeyd edir ki, tələb edilən qızıl əşyalarının dəyəri hər bir əşyaya münasibətdə qeyd edilən arayışda göstərilən dəyərlə müəyyən edilməlidir.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X1 adından verilmiş qəbzdə Cavabdeh, gəlini İddiaçı, X və X ondan salxım üzüm formasında komplekt 1600 manat dəyərində, dairə formasında klon 1200 manat dəyərində, qolbağı 800 manat dəyərində, mirvari qaşlı qızıl üzük 500 manat dəyərində, gül formasında, sadə qaşlı qızıl üzük 500 manat dəyərində, ilan formasında sep 500 manat dəyərində qızıl-zinət əşyaları aldıqları qeyd edilmiş olsa da, həmin qəbzi verən şəxsin kimliyinin müəyyən olunmaması və həmin şəxsin qeyd olunan qızıl əşyalarının qiymətlərini müəyyən etməyə səlahiyyətinin olubolmamasının müəyyən edilməməsi səbəbindən məhkəmə tərəfindən qəbz sü but kimi qəbul edilməmiş və ona qiymət verilməmişdir.
12. Məhkəmə tələb edilən qızıl əşyalarının kimdə qalması və mövcudluğu ilə bağlı məhkəmə iclasında izahatı alınmış iddiaçının və Cavabdeh izahatını qismən inandırıcı hesab edir və mötəbər sübut kimi qiymətləndirib nəzərə alır.
13. Məhkəmə iddia ərizəsində göstərilmiş bir ədəd 600 manat dəyərində 12 qramlıq ilanvari toxunuşlu, qızıl boyunbağı ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən həmin qızıl boyunbağının mövcudluğu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 666.1, 152.1 və 157.2, Mülki Prossesual Məcəllənin 14.2, 88, 106.1, 77.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnamədən cav abdehlər X və Cavabdeh apellyasiya şikayətləri vermişlər.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1455/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) cavabdehlər Xl və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2885/2019 saylı mülki iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətlərinin dəlilləri öz təsdiqini t amamışdır.
18. Belə ki, Cavabdeh qızılların mövcudluğunu etiraf etmiş, onda olması iddia edilən qızılların onda olmamasına dair mötəbər sübut sübut təqdim etməmişdir. Həmçinin digər cavabdeh X10 da qızılların mövcudluğunu etiraf etmişdir, lakin qızılların iddiaçıda olmasına dair nə birinci instansiyada, nə də apelyasiya instansiyasında mötəbər sübut təqdim etməmişdir. Həm də qızıllardan birinin – sadə qaşlı gül formasında üzüyün iddiaçının iddia etdiyi əşyaların həqiqətən də iddiaçıda hal-hazırda olmamasını cavabdehlər təsdiqləyirlər. Belə olan halda irəli sürülmüş dəlillərin təsdiq edilməsi vəzifəsi cavabdehlərin üzərinə düşür və qızıl-zinət əşyalarının mövcudluğu barədə şübhələr aradan qalxmış olur. Bundan başqa, qızılların qiyməti mütəxəssis tərəfindən müəyyən edilmişdir.
19. İşdə ola n "xxxx" MMC tərəfindən verilmiş 07.11.2019-cu il tarixli arayışdan görünür ki, brilyant qaşlı bəxt üzüyü, gül formasında, 6 qramlıq 1400-1600 manat dəyərində, sırğa-üzük dəsti, 14 qramlıq, brilyant qaşları olan, salxım üzüm formasında 4000-6000 manat dəyərində, ilanvari toxunuşlu, qızıl sep, 12 qramlıq 600-900 manat dəyərində, halqa formasında, brilyant qaşlı klon, 8 qramlıq 2500-3500 manat dəyərində 12 qramlıq fantaziya formasında, brilyant qaşlı qolbağı, 3500-4000 manat dəyərində, 4 qramlıq, mirvari qaşlı, qızıl üzük 500-700 manat dəyərində, 4 qramlıq gel formasında sadə qaşlı qızıl üzük 400-450 manat dəyərində, 16 qramlıq ilanvari toxunuşlu, qızıl sep ***-**** manat dəyərində müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Cavabdeh vəkili izahat verərək kassasiya şikayə tinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
24. İddiaçının vəkili izahat verərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh X10 hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
26. MPM-in 407. 2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qət namə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hü quq Mülki Məcəllə
30. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (maddə 152.1)
31. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)
32. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. (maddə 225.2) Ailə Məcəlləsi
33. Nikaha daxil olarkən onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir. (maddə 34.1) Mülki Prossesual Məcəllə
34. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
37. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma a parmır və onlara qiymət vermir. (maddə 407.2)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1455/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.