Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3795/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-588/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 08 avqust 2008-ci il tarixdə verilmiş **********73-10301 reystr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Şəki şəhəri, X7 prospekti dalan 37-də ünvandanda 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 40 kvadrat metr yaşayış sahəsindən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 11 dekabr 2018-ci il tarixdə verilmiş **********44-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasə n Şəki şəhəri, X7 prospekti dalan 37, ev 12 (Yeni qaydalarla Şəki şəhəri, X7 küçəsi ev 1231) ünvanında 0,117 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100,4 kvadrat metr sahəsi olan fərdi yaşayış evindən ibarət əmlak-evi 1/8 hissə və torpaq sahəsi ümumi birgə İddiaçı1, fərdi yaşayış evi 5/8 hissə və torpaq sahəsi ümumi birgə İddiaçı2, fərdi yaşayış evi 1/8 hissə və torpaq sahəsi ümumi birgə X1 və fərdi yaşayış evi 1/8 hissə və torpaq sahəsi ümumi birgə X2 adlarına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onlara məxsus ərazidən zəbt edərək hamam inşa etdiyi divarın sökülərək öz qanuni yerinə qaytarılması, qanunsuz olaraq ara divar üzərində tikdiyi hamamın özünün hesabına sökülməsi, onlara məxsus həyətdən aparılan qaz borusunun özünün hesabına sökülməsi, onlara məxsus həyətə cavabdehə məxsus evin açılan pəncərələrinin özünün hesabına tikilərək qapadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh ilə qonşudur, həmçinin, cavabdeh onun ərinin qardaşı oğludur. O, 60 ildir ki, ünvan 3 ünvanında yaşayır. O, həmin evə köçəndən 1-2 il sonra cavabdeh qonşuluğunda, yəni, ünvan 4 ünvanında ev inşa etmişdir. Cavabdeh özünə hamam inşa edərkən sərhədləri pozmuş və həmin hasarı onlara məxsus torpağı zəbt etməklə inşa etmiş, hamamın şirvalını da onlar tərəfə qoym uşdur. Həmçinin cavabdeh qaz paylayıcı xəttini onun həyətindən keçirərək apararaq pəncərəsini onun evinə tərəf qoymuşdur. Cavabdehin inşa etdiyi həmin tikililər, o cümlədən onun həyətindən keçən qaz borusu onların öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etmələrinə maneəçilik törədir və bununla da onların mülkiyyət hüquqları pozulur. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 da mahiyyət etibarı ilə eyni məzmunlu izahatı verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahatında göstərmişdir ki, ona məxsus evin tikinti işləri hələ 1960-cı illərdən başlanılmışdır. Evin tikintisi onun atası tərəfindən başlanmışdır. Həmin evin tikinti işləri aparılarkən pəncə rənin hansı hissəyə tərəf yönəldiyi iddiaçılara əvvəlcədən məlum olmuşdur. O, həmin tikinti işlərini qaydalara uyğun aparmışdır. Həmçinin iddiaçıların həyətindən keçərək qazın verilməsi üçün çəkilən qaz borusu uzun illərdir hazırki ərazidən keçmişdir. İddiaçılarla bərabər və iddiaçılardan da əvvəl qonşu tərəfdə əmisi yaşayırdı və bunlardan əmisinin də məlumatı olmuşdur. O, mübahisəli hamamın ətraf divarını 2003-cü ildə inşa etsə də, hamamın özünü 1997-ci ildə inşa etmişdir. Hesab edir ki, iddiaçıların iddiaları əsaslı deyildir. Birinci instansiya məhkəməsi tərəfində təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizasının 23 oktyabr 2020-ci il tarixli, 420 saylı rəyində göstərilmişdir ki, ünvan 5 ünvanında cavabdehin inşa etdirdiyi hasarın hündürlüyü 2,2 metr olmaqla Şəhərsalma Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə, həmin hasara bitişik hamam tikilisinin sahəsi təxminən 8 kvadrat metr olmaqla, 79.1.9-cu maddəsinin tələblərinə uyğun inşa edilmişdir. Həmin hamamın və hamam inşa etdiyi divarın saxlanılması iddiaçıların tikinti-texniki cəhətdən hüquqlarının həyata keçirilməsinə maneəçilik tötərmir. Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 23 noyabr 2020-ci il tarixli, 2(075)-1116/2020 nömrəli qərardadına əsasən iddia tələblərinin iddiaçılara məxsus həyətdən aparılan qaz borusunun özünün hesabına sökülməsi, onlara məxsus həyətə cavabdehə məxsus evin açılan pəncərələrinin özünün hesabına tikilərək qapadılması ilə bağlı hissəsi baxılmamış saxlanılmışdır. Məhkəmə bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan Şəki Rayon Məhkəməsinin 23 noyabr 2020-ci i l tarixli, 2 (075)-271/2020 saylə qətnaməsinin surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin icraatında İddiaçı2 Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən evinin onlara açılan pəncərəsinin onun hesabına daş hörgü ilə bağlanması, evlərinin, hamamının yağış, qar, şirval sularının özü tərəfə axıdılması və ona məxsus olan qaz paylayıcı xəttinin onun həyətinin çıxarılıb özü tərəfdən aparılması barədə iddia tələbi üzrə mülki iş olmuş və həmin mülki iş üzrə İddiaçı1, X3 və X4 da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Göründüyü kimi iddiaçılar İddiaçı2 Abdulkənm qızı və İddiaçı1 Cavabdeh qarşı hazırki iddia tələblərinin onlara məxsus həyətdən aparılan qaz borusunun özünün hesabına sökülməsi, onlara məxsus həyətə cavabdehə məxsus evin açıla n pəncərələrinin özünün hesabına tikilərək qapadılması ilə bağlı hissəsi üzrə onlar arasında, yəni, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş olmuşdur. Buna görə də iddiaçıların iddia tələblərinin həmin hissəsi baxılmamış saxlanılmalıdır. Məhkəməni eyni tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə verilmiş məhkəmə tikinti texniki ekspertizasının 23 oktyabr 2020-ci il tarixli, 420 saylı rəyinə istinad edərək belə nəticəyə gəlmişdir ki, iddia tələbləri əsaslı deyildir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 71-ci maddəsinin 1-ci bəndinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1 və 152.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1 və 119.1-ci maddələrinə istinad etmişdir. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ələddin Məcidov sədrlik edən və məruzəçi, Mahir Əsədli, Rövşən Rəfiyev) 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikay ətinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etmədiyindən, apellyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştira kçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən İddiaçı1 qətnamən i tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamal ıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-588/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.