Məhkəmə qərarları › İş №2(102)-3801/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3801/2023

15.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3801/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5 və Cavabdeh5 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3088/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan (mübahisəli ev) özbaşına tikilidir, həmin evə dair XXXnın adına texniki pasport tərtib edilmişdir.

2. XXX xx.xx.1964-cü il tarixdə vəfat etmişdir.

3. Cavabdeh1 iddiaçının qardaşı X1 arvadı, digər cavabdehlər isə uşaqlarıdır.

4. İddiaçının qardaşı, cavabdehlərin əri və atası X2 xx.xx.2011-ci il tarixdə ölmüşdür.

5. İddiaçının digər qardaşı X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

6. İddiaçının mövqeyinə görə o, qardaşı XXX ölənə qədər onunla mübahisəli evdə yaşamışdır, onun ölümündən sonra cavabdehlər onu evə buraxmırlar.

7. İddiaçı ailə üzvləri ilə birlikdə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında mübahisəli evə qeydiyyata düşmüşdür.

8. İddiaçı, cavabdehlər və digər şəxslər mübahisəli evdə qeydiyyatdadılar.

9. İ ddiaçının adına ünvan ünvanda (digər ünvan) ***-**-** saylı telefon nömrəsi xx.xx.2005-ci il tarixdən işləyir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçının ünvan-dən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddiaçının həmin evə köçürülməyi və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-770/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçının yaşayış sahəsində qeydiyyatda olması faktı mübahisəli evdə y aşamaq hüququ yaratmır. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, iddiaçının adına başqa ünvanda telefon nömrəsi mövcuddur, bu da məhkəmənin mövqeyinə görə, ona dəlalət edir ki, iddiaçının başqa yaşayış yeri var. İddiaçının başqa yaşayış yerinin olması şahid ifadələri ilə də sübuta yetirilir. Eyni zamanda İddiaçı mərhum XXXnın vərəsəsi olması mübahisəsizdir, lakin qeyd edilən faktın hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3088/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... işin araşdırılmış halları ilə məlum olmuşdur ki, ünvan-ə dair 1963-cü ildə texniki pasport verilsə də, ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin miras əmlak kimi qəbul edilməsi üçün onun mütləq formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi tələb olunur. Əks halda, qeydiyyatdan keçməyən, başqa sözlə dövlətin bu günədək qəbul edib və hansısa şəxsin adına qeydiyyata almadığı bir tikiliyə vərəsəlik hüququnun tanınması mülki dövriyyədə xaos yaradır və bu da yolverilməzdir. Belə ki, ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, XXX saylı məktubdan görünür ki, xx.xx.19 64-cü ildə vəfat etmiş mərhum XXXndan miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə bağlı vərəsələr tərəfindən Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət daxil olmuş və onların ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılmasına baxmayaraq vərəsələrə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməmişdir. Cavabdeh1 iddiaçının qardaşı X1 arvadı, digər cavabdehlər isə uşaqlarıdır. İddiaçının qardaşı, cavabdehlərin isə əri və atası X2 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İddiaçının digər qardaşı X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçının mövqeyinə görə o, qardaşı XXX ölənə qədər onunla mübahisəli evdə yaşamışdır, onun ölümündən sonra cavabdehlər onu evə buraxmırlar. İddiaçı ailə üzvləri ilə birlikdə Sabunçu rayon Məhk əməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında mübahisəli evə qeydiyyata düşmüşdülər. İddiaçı, cavabdehlər və digər şəxslər mübahisəli evdə qeydiyyatdadılar. İddiaçı adına ünvan ünvanında (digər ünvan) ***-**-** saylı telefon nömrəsi xx.xx.2005-ci il tarixindən işləyir. Kollegiya qeyd edir ki, Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-o lmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olma dan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilədaxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. Göründüyü kimi, yaşayış sahəsinə köçürülmə barədə iddialar həll edilərkən iddiaçının köçmək istədiyi yaşayış sahəsində yaşayıb-yaşamadığı, yaşadığı halda həmin yaşayış sahəsindən məhrum edilib-edilmədiyi və məhrum edilmə müəyyən edildiyi halda isə onun qanuniliyi araşdırılmalıdır. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı köçmək istədiyi yaşayış sahəsində ailə qurandan sonra yaşamamış, həmin yaşayış sahəsindən cavabdehlər tərəfindən məhrum edilməmişdir. Qeyd olunanlar məhkəmədə dindirilmiş şahid ifadələri ilə də öz əksini tapmışdır. Bundan əlavə iddiaçının ailəsi-həyat yoldaşı və uşaqları başqa ünvanda - ünvan 2ına başqa ünvanda - ünvan 3əbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisəli ünvana baxış keçirilmişdir. Baxış zamanı həmin ünvanda cavabdehlərin yaşadıqları müəyyən olunmuş, iddiaçıya aid hər hansı əmlakların olması müəyyən olunmamışdır. Kollegiya apellyatorun vərəsə kimi miras qalmış əmlakdan istifadə hüququnun olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırda Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən vərəsəlik işi açılsa da, “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməmişdir. İddiaçı gələcəkdə vərəsəlik qaydasında mübahisəli ünvan üzrə pay əldə etdiyi ha lda, mülkiyyət hüquqlarından (əmlaka sahiblik, istifadə və sərəncam) irəli tələb tələblərlə məhkəməyə müraciət etmək hüququ vardır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının həmin evdə anadan olmağı, yaşamağı, qeydiyyatda olmağı işin mübahisəsiz halı olduğuna baxmayaraq, cavabdehlər tərəfindən evdən istifadəyə törədilən maneçiliyə məhkəmə önəm verməmiş, iddiaçının Konstitusiya ilə təsbit olunmuş hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə evə baxış keçirdikdən sonra belə n əticəyə gəlmişdir ki, iddiaçıya məxsus evdə hansı əmlakların olması aşkar edilməmişdir. İki ilə yaxın bir zamanda cavabdehlər ona evdən istifadə etməyə mane olduqları halda, hansı əmlakından söhbət gedə bilər? b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı Cavabdeh1 etirazının dəlillərinə görə, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, evə dair iddaçıya vərəsəlik hüququ barədə şəhadətnamə verilməmişdir. Bundan əlavə, iddiaçı 1992-ci ildən həmin evi tərk etmiş, ailə qurmuş və ayrı ünvanda yaşamaqdadır. İddiaçı miras dediyi əmlakı qəbul etməmişdir. İddiaçı şahidlərin təkrar məhkəmə tərəfindən dindirilməli olmasını deyir. Halbuki, apellyasiyada işə baxılan zaman nə özü, nə vəkili və ya nümayəndəsi iştirak etmiş, nə də bu barəd ə heç bir vəsatət verməmişdir. Əksinə, iddiaçı məhkəmə qətnaməsindən apellyasiya şikayəti verən tərəf olmasına baxmayaraq, Bakı Apellyasiya Məhkəməsində iş üzrə keçirilən 3 ya 4 iclasın heç birində iştirak etməmiş, hər dəfə məktub yazaraq səhhətini bəhanə etmişdir. Bundan sonra yerli baxış təyin olunmuş, iddiaçı yerli baxışda iştirak etməkdən də imtina etmişdir. İlkin instansiya məhkəməsində evin son illər hansı yerlərində nə kimi təmir işlərinin aparılmsından belə xəbəri olmadığı üçün hakimin və cavabdehlərin suallarına cavab verə bilməmiş, bu səbəbdən apelllyasiya şikayəti verən zaman məhkəməyə gəlməməyə üstünlük vermişdir. İddiaçı yalan danışmaqda davam edərək guya yerli baxışda yalnız hakimlərin və vəkilin olmasını bildirir. Halbuki, yerli baxış zamanı çəkiliş aparılmış və bütün cavabd ehlər evdə olmuşdur. Həmçinin, iddiaçının tərəfindən şahid kimi dindirilən X4 da orada olmuş və yerli baxışda kənardan müşahidəçi qismində iştirak etmişdir. Orada ona iddiaçının hansı otaqda yaşayıb sualı verilikdə, cavab verməkdən boyun qaçırmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 20. “İnsan hüquqlarının və əsas azad lıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçot a alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. ape llyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu mad dəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarı: “... hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

29. Kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, yaşayış yeri üzrə qeydiyyatın məqsədi şəxslərin uçota alınması, onların vəzifələrinin icra edilməsi, hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və qeydiyyat özlüyündə məhdud əşya hüququ mənasında istifadə hüququnun yaranmasının əsası kimi çıxış etmir.

30. Digər tərəfdən, mübahisəli ev “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsi anlamında (... yaşayış yeri -... daimi və ya daha çox yaşadığı ev,...) iddiaçının yaşayış yeri deyil. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, o, digər daimi yaşayış sahəsinə köçdükdən sonra mübahisəli evdə daimi əsaslarla yaşamamışdır, həmçinin, iddiaçının arvadı və uşaqları başqa ünvanda qeydiyyatdadırlar, həmin ünvanda telefon nömrəsi 2005-ci ildən iddiaçının adınadır.

31. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edil mədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3088/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar