Məhkəmə qərarları › İş №2(102)-3804/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3804/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3804/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X7, Cavabdeh1 və onun vəkili X3, Digər Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1878/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Ra yon Məhkəməsinin (hakim İlkin Rüstəmli) xx xxxxx 2019-cu il tarixli, 2(009)-1123/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhər 19 saylı notariat kontorunda xx xxxxxxx 2018-ci il tarixli 3M-512 №-li reyestrlə rəsmiləşdirilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində əmlak kompleksinin yerləşdiyi istifadədə olan 16,14 ha torpaq sahəsinin 15 ha hissəsinə dair istifadə hüququnun alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə **********94 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşad Şamayev sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Aida Hüseyn) 2(103)-10356/2019 saylı, xx xxxxxx 2019-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-1123/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) 2(102)-7776/2019 saylı, xx xxxxxx 2019-c u il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10356/19 saylı qətnaməsi ləğv edilmiş və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləcavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı ASC cavabehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 19 saylı Notariat Kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh4nə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 3M-512 reyestr nömrəli, Abşeron rayonu, 2 nömrəli savxoz ərazisində əmlak kompleksinin yerləşdiyi istifadədə olan 16,14 ha. torpaq sahəsinin 15 ha. hissəsinə dair istifadə hüququnun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında əmlaka dair dövlət reyestri xidmətində xx xxxxxx 2019-cu il tarixdə **********94 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğvi, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2015-ci il tarixdə İddiaçı ASC ilə “xxxxxxxxxx” 'MMC arasında HO/531 saylı və HO/532 saylı qarantiya müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən “xxxxxxxxxx” MMC-yə müvafiq olaraq ******* manat və ******* ABŞ dolları məbləğində qarantiya verilmişdir. Hər iki qarantiya müqaviləsinin təminatı olaraq Cavabdeh1 Alfət oğluna məxsus Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2982,8 kvadrat metr olan əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. Bundan sonra müəssisənin yerləşdiyi 26,14 ha torpaq sahə sinin 10 ha. hissəsinin üzərində olan istifadə hüquqları ipoteka saxlayanın razılığı i!ə özgəninkiləşdirilmiş, yerdə qalan 16,14 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2982,8 kvadrat metr olan əmlak kompleksi kimi müəssisəyə Cavabdeh1 mülkiyyət hüququ girovda qalmaq şərti ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X19 tərəfindən “xxxxxx” ASC-yə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan müəyyən edilmişdir ki, Cavabdeh1 Bakı şəhəri 19 saylı, notariat kontorunda bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 3M-512 reyestr nömrəli istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində əmlak kompleksinin yerləşdiyi istifadədə olan 16,14 ha torpaq sahəsinin 15 ha. hissəsini Cavabdeh2 adına ipoteka saxlayanın r azılığı olmadan özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış, xx xxxxxxx 2018-ci il tarixli 3M-512 reyestr nömrəli, Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində əmlak kompleksinin yerləşdiyi istifadədə olan 16,14 ha torpaq sahəsinin 15 ha hissəsinə dair istifadə hüququnun alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi istifadədə olan 16,14 ha. torpaq sahəsi ipoteka əmlakının tərkibinə daxildir və vahid əmlak kimi reyestr orqanında qeydiyyata alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayəti v erərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi istifadədə olan 16,14 ha torpaq sahəsi ipoteka əmlakının tərkibinə daxildir və vahid əmlak kimi reyestr orqanında qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 20.2-ci maddəsinə əsasən, ipoteka predmeti bütövlükdə əmlak kompleksi kimi müəssisə olduqda, üzərində ipoteka hüququ qeydiyyata alınan əmlakın tərkibinə həmin müəssisənin maddi və qeyri-maddi aktivləri, o cümlədən binalar, tikililər, qurğular, avadanlıq, inve ntar, xammal, hazır məhsul, tələb hüquqları, patentlər və başqa müstəsna hüquqlar daxil olur. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 7.2-ci maddəsində qeyd olunmuşdur ki, “bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir”. Göründüyü kimi ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisə onun yerləşdiyi istifadədə olan torpaq sahəsi ilə birlikdə vahid əmlak olaraq ipoteka ilə yüklü edilmişdir və əmlak kompleksinin yerləşdiyi ərazinin istifadədə olması və sahəsinin göstərilməsi onu fərdiləşdir ən əlaməti deyildir. Tərəflərin izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X12 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 və onun vəkili X9 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin, Cavabdeh1 və onun vəkili X3 izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində yerləşən ümumi sahəsi 2982,8 kvadrat metr olan, dövlətin mülkiyyətində olan 26,14 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət ki mi Cavabdeh1 Asəf oğlunun adına qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh1 və borc alan “xxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 100.CL.050215.00001/b saylı ipoteka müqaviləsinə 1 saylı əlavəsinə əsasən ipoteka qoyulmuş əmlak Abşeron rayonu 2 nömrəli Sovxoz ərazisində istifadədə olan, 26,14 ha torpaq sahəsində mülkiyyətində olan ümumi sahəsi 2982,8 kvadrat metr ibarət olan əmlak kompleksi kimi müəssisə (anbar) olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək ******* manat məbləğində əsas borc, 30339,78 manat qarantiya üzrə faiz borcu və 5462,85 manat məbləğində illik 10 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 1548590,63 pul vəsaitinin, 30 manat məbləğində d övlət rüsumunun “xxxxxxxxxx” MMCdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha. torpaq sahəsində olan ümumi sahəsi 2982,8 kvadrat metr olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsində ümumi sahəsi 2982,8 kvadrat metr olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin ******* manat olmaqla açıq hərracdan satılması, həmin əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra “xxxxxxxxxx” MMC və Cavabdeh1 həmin əmlakdan çıxarılmaqla əmlakın boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli q ətnaməsinə əsasən İddiaçı ASC-nin və cavabdeh “xxxxxxxxxx” MMC-nin tərəflərin apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunaraq cavabdeh “xxxxxxxxxx” MMC-dən 1842818,61 manat əsas borc, 18428 manat məbləğində faiz borcu, cəmi 1861246,61 manat məbləğində pul, sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 38 manat alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu 2 nömrəli sovxoz ərazisində yerləşən (ümumi sahəsi 2982,8 kv.m olan) əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi və həmin ipoteka predmetinin ilkin satış qiymətinin ******* manat olmaqla açıq hərracdan satılması, qeyri-yaşayış sahəsinə tutma yönəl dikdə və o, satıldıqdan sonra cavabdehlər “xxxxxxxxxx” MMC və Cavabdeh1 tərəfindən 1 ay ərzində boşaldılmadıqda həmin qeyri-yaşayış sahəsinin boşaldılması, satışdan əldə olunan vəsait hesabına cavabdeh “xxxxxxxxxx” MMC-nin iddiaçıya olan borcunun ödənilməsi, Borc məbləği ödənildikdən sonra qalıq məbləğin Cavabdeh1 qaytarılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarına əsasən İddiaçı ASC-nin və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Satıcı Cavabdeh1 və alıcı Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli istifadə hüququnun alqı-satqı müqaviləsinin surətinə əsa sən satıcı Abşeron rayonu 2 saylı sovxoz ərazisi ünvanında yerləşən ümumi sahəsi 16,14 ha. torpaq sahəsindən əmlak kompleksi kimi yerləşdiyi torpaq sahəsi istisna olmaqla yerdə qalan 15,0 ha hissəsinin istifadə hüququnu alıcının mülkiyyətinə vermişdir. Satılan torpaq sahəsinin istifadə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətitərəfindən xx xxxxxxx 2008-ci ildə verilmiş **********75 saylı arayışa və xx xxxxxxx 2018-ci il tarixdə real vaxt rejimində əldə olunmuş ********** nömrəli yüklülük haqqında arayışa əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, ancaq yerdə qalan 15 ha dövlət mülkiyyətində olan torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninki ləşdirilməsinə qadağa qoyulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 nümayəndəsinə ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli məktubuna əsasən İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi və ona sonradan edilmiş əlavələr əsasında Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, 2 nömrəli Sovxoz ərazisində yerləşən və ümumi sahəsi 2982,8 kvadrat metr təkil edən əmlak kompleksi kimi müəssisənin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. Həmin əmlakın yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla Cavabdeh1 tərəfindən Abşeron rayon İcra Hakimiyyəti ilə bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürülmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Bu baxımdan dövlət mülkiyyətinə olan həmin torpaq sahəsi ipoteka ilə yüklü deyildir. Cavabdeh4 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən Abşeron rayonu, 2 saylı Sovxoz ərazisində yerləşən Cavabdeh1 məxsus istifadədə olan 26,14 ha. torpaq sahəsində mülkiyyətində olan ümumi sahəsi 2982,8 kvadrat metr əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Əmlak kompleksi kimi müəssisənin yerləşdiyi istifadədə olan 26,14 h a. torpaq sahəsinin 10 ha. hissəsinin üzərində olan istifadə (icarə) hüquqları özgəninkiləşdirilmiş və 10 ha. torpaq sahəsinə dair yeni çıxarışın verilməsinə bank tərəfindən xx xxxx 2016-cı il tarixli 05/7970 nömrəli məktubla münasibət bildirilmişdir. Bundan sonra, Cavabdeh1 yerdə qalan istifadədə olan 16,14 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan ümumi sahəsi 2982,8 kvadrat metr əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ xx xxxxxxxx 2018-ci il tarixdə **********03-12301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh1 Bakı şəhəri 19 saylı DNK-da bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 3M-512 reyestr nömrəli istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, 2 saylı sovxoz ərazisində mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdi yi istifadədə olan 16,14 ha. torpaq sahəsinin 15,0 ha hissəsini X2 özgəninkiləşdirmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh1 məxsus yerdə qalan hissə və X5 tərəfindən əldə edilən yeni yaranmış əmlak üzərində hüquqların qeydiyyatının aparılmasına münasibət bildirməsi xahiş olunmuşdur. İddiaçı iddia ərizəsində, habelə iddianı təmin edən birinci instansiya məhkəməsi qətnaməsində hesab etmişlər ki, həmin torpaq sahəsi ipoteka ilə yüklü olunmuş və onunla bağlı hər hansı bir əqd yalnız ipoteka saxlayanın razılığı ilə həyata keçirilə bilər. Məhz belə razılığın olmaması əsası ilə birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, məsələyə aydınlıq gətirilməsi üçün ilk növbədə əmlak kompleksinin yerl əşdiyi 26,14 ha torpaq sahəsinin ipoteka predmetinə aid olub-olmaması və əgər ona aiddirsə əmlak kompleksinin həmin torpaq sahəsi olmadan ipoteka qoyulmasının mümkünlüyü müəyyən olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla təkrar apelyasiya baxışı zamanı müəyyən etmişdir ki, əmlak kompleksinin yerləşdiyi 26,14 ha torpaq sahəsi ipoteka predmetinə aid olmamış və yalnız Abşeron rayonu 2 nömrəli Sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq sahəsində mülkiyyətində olan ümumi sahəsi 2982,8 kvadrat metr ibarət olan əmlak kompleksi kimi müəssisəni (anbarı) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Belə ki, Abşeron rayonu, 2 saylı sovxoz ərazisində mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi istifadədə olan 16, 14 ha torpaq sahəsinin 15,0 ha hissəsini X2 özgəninkiləşdirəkən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 2093 nömrəli məktub ilə etiraz edilməmişdir. Hansı ki, ipoteka ilə yüklülük zamanı hər hansı icazə alınmamışdır. Bu isə onu göstərir ki, ipoteka müqaviləsi bağlanarkən torpaq deyil yalnız ümumi sahəsi 2982,8 kvadrat metr ibarət olan əmlak kompleksi kimi müəssisəni (anbarı) yüklü edildiyindən hər hansı icazənin alınmasına ehtiyac olmamışdır. Digər tərəfdən iddiaçının nümayəndəsinin təkrar apelyasiya baxışı zamanı vermiş olduğu izahatdan da müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, ipoteka rəsmiləşdirilərkən düşünülmüşdür ki, həmin torpaq sahəsinə istifadə hüququ da ipoteka saxlayana keçməlidir. Göründüyü kimi, iddiaçı tərəf torpağı həqiqətən ipoteka ilə yüklü edilmədiyini qəbul edərək hesab etmişdir ki, ipoteka rəsmiləşdirilərkən ehtimal olunur ki, həmin torpaq sahəsinə istifadə hüququ da ipoteka saxlayana keçməlidir. Lakin nə İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsində, nə də ona sonradan edilmiş əlavələr əsasında Abşeron rayonu, 2 nömrəli Sovxoz ərazisində yerləşən 26,14 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi müəyyən olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin və həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun sadə linqvistik qiymətləndirilməsi keçirilsə müəyyən olunar ki, Əlizadə X15 rayonu 2 nömrəli Sovxoz ərazisində istifadədə olan 26,14 ha torpaq s ahəsində mülkiyyətində olan ümumi sahəsi 2982,8 kvadrat metr ibarət olan əmlak kompleksi kimi müəssisəni (anbarı) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Göründüyü kimi həmin əmlak kompleksinin yerləşdiyi ərazinin istifadədə olması və sahəsinin göstərilməsi onu fərdiləşdirən əlamət olmaqla, ipoteka predmetini təşkil etmir. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəsi gedən torpaq sahəsi cavabdehin deyil, dövlətin mülkiyyətində olduğundan onun ipoteka ilə yüklü edilməsi qanuna uyğun deyildir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində m ülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Məhz bu nöqtəyi nəzərdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlak kompleksinin üzərində ipoteka hüququnun qeydiyyatı aparılarkən, torpaq sahəsinin yüklülüyü qeydə alınmamış və bu hal dövlət reyestinin aparılmasına məsul olan dövlət orqanının arayışları ilə təsdiq olunmuşdur. Beləliklə müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi üzərində yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdehlər arasında istifadə hüququnun alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə uyğun olaraq bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və da şınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu nöqtəyi nəzərdən alqı-satqı müqaviləsinin etib arsız hesab edilməsi son nəticədə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsaslanaraq müqavilə tərəfi olan X1 hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olacaqdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər iddia tələbində də göstərilmiş və 2-ci dəfə apelyasiya instansiyası məhkəməsində i şə baxılarkən də irəli sürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi həmin dəlillərə tam, hərtərəfli və obyektiv baxaraq qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1878/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar