Məhkəmə qərarları › İş №2(102)-3805/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3805/2021

16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3805/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: sabit pul məbləğində alimentin tutulması Açar sözlər: sabit pul məbləğində alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin faktiki halları İddiaçı Cavabdeh 12 oktyabr 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, 06.10.2003-cü il tarixdə Elnur, 27.10.2007-ci il tarixdə Emil, 28.10.2012-ci il tarixdə isə Elmir adlı uşaqları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, Emil və Elmirin analarının, Elnurun isə atasının yanında saxlanılması, İddiaçı hər iki uşağın saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat sabit pul məbləğinin tutulması qərara alınmış, Şəki Apellyasiya Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qətnaməsi qismən, tərəflərin oğlanları Emilin anasının yanında saxlanılması və bununla bağlı atasından aliment t utulması hissəsində ləğv edilərək, həmin hissədə Cavabdeh iddiası rədd edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Yevlax Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat 05 mart 2020-ci il tarixdə İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.10.2003-cü il təvəllüdlü X2 və 27.10.2007- ci il təvəllüdlü X1 yetkinlik yaşına çatan kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-793/2020 saylı iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.İ.Cavadova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh orta məktəbdə işləməklə uşaqların saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-409/2020 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iş üzrə g əldiyi qənaəti onunla əsaslandırmışdır ki, qanunverici, tərəflərdən hər biri ilə uşaq qaldıqda, mütləq qaydada bir valideyndən digər valideynin xeyrinə deyil, daha çox təminatlı valideyndən daha az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən etmişdir. İddiaçı hazırkı iddiasını ona əsaslanaraq vermişdir ki, cavabdeh işləyir və dövlətdən əmək haqqı alır, onun isə stabil qazancı yoxdur. Halbuki həm Yevlax Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qətnaməsi qəbul edilən zaman, həm də həmin qətnaməni qüvvədə saxlayan Şəki Apellyasiya Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsi qəbul edilən zaman cavabdehin işləməsi halı məlum olmuşdur. Məhkəmə iclasında iddiaçı özü də, 2019-cu ildən hazırkı dövrədək onun və cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin o lmamasını bildirmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavab dehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki P rosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar