Məhkəmə qərarları › İş №2(102)-3809/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3809/2022

27.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3809/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı bağışlama müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1482/2022 nömrəli, 10 fev ral 2022ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında Bakı şəhəri 52 saylı Notariat Ofisində Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair xx.xx.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və həmin alğı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. İslam-zadə Elxan Sadıx oğlu 19 noyabr 2019-cu ildə vəfat etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2738/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 ca vabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilən xx.xx.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanan danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2019cu ildə aparılan qeydiyyat əsasında verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair i ddiası təmin edilməmişdir.

4. İddiaçının verdiyi apellyasiya şkayəti əsasında işə Bakı Apellyasiya Məhkəməsində baxılmış və İİ instansiya məhkəməsinin 2(103)-5004/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

5. Həmin məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, İslamzadə Elxan Sadıx oğlu mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzili oğluna bağışlayarkən hər hansı qanun pozuntusuna və ya əqdin etibarsızlığına əsas verən hallara yol verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat ofisinə qarşı bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Elxan Sadıx oğluna məxsus olmuş, mənzilə dair mülkiyyət hüququ xx.xx.2011-ci ildə dövlət qeydiyyatına alınmışdır. İslam-zadə Elxan Sadıx oğlunun iki övladı var - İddiaçı və cavabdeh İslam-zadə Oktay. Elxan İslam-zadə arvadı vəfat etdikdən sonra qeyd edilən mənzildə tək yaşayıb, 2016-cı ildən Şahxanım Əmirova ona baxıb, 2019-cu ilin oktyabr ayından etibarən Elxan İslam-Zadənin səhhətindən problemlər əmələ gəlməyə başlayıb, sonuncu özünü idarə etməkdə çətinlik çəkdiyi üçün Şahxanım Əmirova oğlu ilə birlikdə El xan İslam-zadənin baxımını həyata keçirib, noyabr ayının ikinci ongünlüyündə isə Elxan İslam-zadənin səhhəti kəskin pisləşib, 19 noyabr 2019-cu il saat 10:30 radələrində vəfat edib.İslam-zadə Elxan Sadıx oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda yerləşən 22 saylı mənzilə dair 18 noyabr 2019-cu il tarixli bağışlanma müqaviləsi bağlanıb, həmin müqaviləyə əsasən Elxan İslam-zadə mənzili oğlu Oktay İslam-zadəyə bağışlayıb. Notariat hərəkəti həmin tarixdə saat 14:20 rədələrindən qeyd edilən mənzildə aparılıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli arayışda qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Oktay Elxan oğluna məxsusdur. T ərəfindən cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilən xx.xx.2019-cu il tarixli 4Ə1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanan daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2738/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 2ilən xx.xx.2019-cu il tarixli 4Ə1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanan daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 3 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2019-cu ildə aparılan qeydiyyat əsasında verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməyib. Həmin qətnamədən apellyasiya şikayəti vermişdir və Bakı Apellyasiya Məhkəməsinin 2(103) 5004/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasından ibarət mövqeyini onunla əsaslandırıb ki, “ … Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi"-nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi öz mövqeyi ni belə əsaslandırıb ki, Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulub. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilib ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddələr bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reall aşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlf motivlə sağikən verilən sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında şərh olunanlara əsasən kollegiya iddiaçıya izah edir ki, o, məcburi paylarının tamamlanması tələbi ilə məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüquqi ilə məhdudlaşmış olmasın. Konstitusiya Məhkəməsinin yuxarda qeyd edilən qərarında göstərilir ki, məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əs as məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulan hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanan şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanan əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmayan hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı - əşya bağışla ma yolu ilə üçüncü şəxsin həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Beləliklə, hesab edir ki, işin yuxarıda qeyd edilən əsaslarına görə bağışlama müqaviləsi ilə məcburi pay hüququndan iddiaçı məhrum olduğundan, məcburi payın tamamlanmasını tələb etmək hüququ yaranıb, bunun üçün ilk növbədə müqavilə və çıxarış ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilən qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-3542/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsi i lə (hakim Fikrət Mirzəyev) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İslam-zadə Elxan Sadıx oğlu vəfat etməzdən əvvəl öz əmlakını qanunla müəyyən olunan qaydada özgəninkiləşdirmişdir. Bu səbəbdən mübahisələndirilən mənzil miras əmlak deyil və İslamzadə Elxan Sadıx oğlundan qalmış miras kütləsinə aid oluna bilməz.

10. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Onun tərəfindən təqdim olunmuş sübutlar iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1193, 1151.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İ ddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunlu olaraq belə əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək əvvəlki iş üzrə apellyasiya məhkəməsinin tövsiyəsini, həmçinin mübahisəyə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarında mövcud olan hüquqi mövqeyi nəzərə alaraq mübahisələndirilən müqavilənin və çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, müqavilə bağlanmasaydı, potensial vərəsə olaraq ona da miras kütləsindən pay çatacaqdı, lakin mərhum atasının vəfat etməmişdən bir gün öncə bağladığı müqavilə onu bu hüququndan məhrum etmişdir. Hazırda ona çatası payı tələb edir. Məhkəmə M ülki Məcəllənin 1151.1, 1193-ci maddələrini düzgün tətbiq etməmiş, hazırki mübahisə çərçivəsində mülki qanunvericiliyin vərəsəliyə dair hüquq normalarının tətbiq edilməsi üçün əsaslar mövcud deyil. Mübahisə bağışlama müqaviləsi üzrə yaranmış hüquqla bağlı olduğundan, ilkin olaraq bağışlama müqaviləsinə dair müddəaların tətbiq edilməsi məsələsi nəzərdən keçirilməli idi. Məhkəmə isə hazırki iddia predmeti və irəli sürülmüş tələbdən kənara çıxmaqla mübahisəyə aidiyyəti olmayan maddi hüquq normalarını tətbiq edib, əsassız nəticəyə gəlmişdir. Mülki Məcəllənin 666.1 və 1200-cü maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Halbuki, mübahisəyə dair artıq qanuni qüvvəsini almış məhkəmə aktı və həmin qətnamə üzrə müəyyən edilmiş hallar mövcuddur. Qeyd olunanları nəzərə alaraq hesab edi r ki, məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara birtərəfli, qeyri-obyektiv hüquqi qiymət vermiş, prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1482/2022 nömrəli iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Emin Mehdiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

15. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlillərinə münasibətdə araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən hüququn tətbiqi ilə bağlı düzgün nəticəyə gəlm əmişdir. Belə ki, iddianın məzmunundan görünür ki, İddiaçı iddia tələbinin faktiki əsası mübahisəli evə mirasda olan məcburi pay hüququnun tamamlanması olmuşdur. Hazırkı iş üzrə iddiaçı mərhum Elxan İslamzadənin məcburi pay hüququna malik birinci növbəli vərəsəsi olmaqla, miras qoyanın sağ ikən bağışladığı əmlak hesabına mirasda məcburi payının tamamlanmasını tələb etmək hüququ olmuşdur. Lakin birinci instansiya məhkəməsi göstərilən bu halları nəzərə almamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı miras payının tamamlanmasını tələb edərkən qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüşdür. Məhkəmə qeyd etmişdir ki, iddiaçının vərəsə kimi miras əmlakı qəbul etmək və bu əmlakla bağlı hər hansı tələb irəli sürmək hüququ mirasqoyan İslam-zadə Elxan Sadıx oğlunun öldüyü 19 noyabr 2019-cu il tarixdə yaranmış və 6 ay müddətində davam etmişdir. Lakin iddiaçı bu müddət ərzində mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmiş, bununla bağlı məhkəmədə iddia qaldırmamışdır.

16. Həmçinin kollegiya hesab etmişdir ki, 19 noyabr 2019-cu il tarixdə vəfat etmiş İslamzadə Elxan Sadıx oğlundan miras qalmış əmlakın (Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil) iddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunmadığına, habelə onun tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmadığına görə, o, həmin miras əmlakla bağlı mübahisə açmaq və məcburi payın tamamlanmasını mübahisələndirmək hüququna malik olmamışdır.

17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci ins tansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 667.1, 1151.1, 1193, 1200, 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, işin faktiki hallarına qeyd edilən hüquq normalarının tələblərini tətbiqində səhvə yol vermişdir. İddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 667.1-ci maddəsi təşkil edir. Rayon məhkəməsi bu məsələdə düzgün nəticəyə gəlməmiş, apellyasiya məhkəməsi həmin əsası qəbul etsə də, müddətin ötürülməsi səbəbindən iddianı rədd etmişdir. Yuxarıdakı əsaslandırmanı və MM-nin 667-ci maddəsinin göstərişlərini nəzərə aldıqda tələbin əsaslı olması nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmalı idi. Lakin apellyasiya məhkəməsi əsassız olaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarmışdır.

21. Məhkəmə kollegiyası iş üzrə yekun akt çıxararkən qətnamənin qanuniliyi və əsaslılığına dair tələblərə cavab verməyən qətnamə çıxarmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş şikayət üzrə tam və hərtərəfli araşdırma aparmamış, apellyasiya şikayəti üzrə dəlillərə düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh1 kassasiy a şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 10.2.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1145. Miras fiziki şə xsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

31. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

32. Maddə 1170.1 Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

33. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

34. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

35. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

36. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşd irilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

37. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

38. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.

39. Maddə 1203.1. Məcburi pay almaq hüququn dan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.

40. Maddə 1203.2.. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

41. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Apellyasiya məhkəməsi iddiaçının mirası qəbul etmədiyini, mirasın qəbul edilməsi ilə bağlı müəyyən olunmuş müddətin keçməsini və iddiaçının məcburi payının tamamlanmasını tələb etmək üçün subyektiv hüququnun olmamasına əsaslanmaqla iddianın təmin olunmalı olmaması nəticəsinə gəlmişdir.

54. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın rədd edilməsi ilə bağlı nəticəsi maddi hüquq normalarına uyğun olmamışdır.

55. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

56. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır.

57. Mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqları nın, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır.

58. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.

59. Azərbaycan Respublikasının Konstitusiya Məhkəmə si də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə ona məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”.

60. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (u şaqlar, valideynlər və arvad-ər) bu hüquqa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır.

61. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir.

62. Kollegiya qeyd edir ki, məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı.

63. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əs asən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

64. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcmini ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır.

65. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin hədiyyə edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrinə uyğundur. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan his sənin tamamlanmasını tələb edə bilər.

66. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir.

67. Ona görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, hədiyyə edilmiş əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini, o cümlədən mirasın qəbulu ilə bağlı dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələblərini həll etməlidir.

68. Hazırkı işdə isə Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil miras qoyan tərəfindən bağışlanarkən, yəni miras qoyan sərəncam hüququnu həyata keçirərkə n iddiaçının məcburi payının olduğu həddə məhdudlaşdırıldığı nəzərə alınmalıdır. Miras qoyan bu həddə əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə haqlı olmamışdır. Qeyd edilməlidir ki, miras qoyan (hədiyyə edən) Elxan İslam-zadə 19 noyabr 2019-cu ildə vəfat etmişdir. Bundan əvvəlki gün isə mənzili cavabdeh (digər oğlu) Cavabdeh1 bağışlamışdır.

69. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçı miras əmlakı qəbul etməmiş və bu əsasla hazırkı iş üzrə irəli sürülən tələb üzrə subyektiv hüquqa malik olmamışdır.

70. Lakin nəzərə alınmır ki, iddiaçının hazırkı tələbi məhz bağışlanmış əmlak hesabına əldə etməli olduğu məcburi payını əldə etməyə yönəlmişdir. Bir halda ki, artıq məcburi payını müəyyən etmək istədiyi əmlak bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir, həmin m irasın rəsmi və ya formal qaydada qəbul edilməsinin özü mümkünsüzdür.

71. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi mirasın qəbul edilməməsi ilə bağlı nəticəyə gələrkən müddətin ötürülməsini qeyd etmiş, lakin iddiaçının mirasın qəbulu ilə bağlı hərəkətlər etməsini, ilkin olaraq irəli sürdüyü iddianın (müqavilənin etibarsız hesab edilməsi, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iradəsini ifadə edərkən müvafiq hərəkətlər etməsini və.s) əsaslarını nəzərə almamış, faktiki olaraq işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olsa da heç bir araşdırma aparmadan mirasın qəbulu üçün müddətin ötürülməsi nəticəsinə gəlmişdir.

72. Mülki Məcəllənin 1200-cü maddəsinin 2-ci cümləsində göstərilir ki, «əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyy ə hesab alınmır. »

73. Baxılan işin halları ilə müəyyən edildiyi kimi miras qoyan sərəncam hüququnu məlum olan (miras qoyandan digər əmlakın miras qalması müəyyən olunmur) əmlak üzrə həyata keçirdiyindən və faktiki olaraq məcburi paya müdaxilə edilmiş olur ki, bu halda hüququ pozulan iddiaçının hədiyyə edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə tamamlanmasını tələb etmək hüququ yaranır. Belə vəziyyətdə isə apellyasiya instansiya məhkəməsinin iddiaçının subyekiv hüquqa malik olmamasına dair mövqeyi yuxarıda göstərilənlərə dair araşdırma aparılmadığı halda əsaslı hesab edilə bilməz.

74. Qeyd edilməlidir ki, məcburi pay vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, bağışlanan əmlak üzərində miras açıldığı and an vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə bağışlama ilə əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur.

75. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edilən qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “ Tamamlanma tələbini Mülki Məcəllənin 1193cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.”

76. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyindən aydın olur ki, bağışlanmış əmlak hesabına məcburi payın tamamlanmasını təmin edən zaman müqaviləyə müdaxilə edilməsi (etibarsız və ya ləğv edilməsini) zəruri sayılmır. Tamamlanmanın təmin edilməsinin müəyyən edilməsi üçün müqaviləyə müdaxilə edilmədən xəyali olaraq bağışlanmış əşya mirasa daxil edilməli, bu baxmından mirasın dəyəri hesablanmalı (baxılan iş üzrə bağışlanmış əşyanın bazar dəyəri müəyyən olunmalı), müəyyən olunmuş dəyərə münasibətdə məcburi payın həcmi müəyyənləşdirilməli və vərəsəyə çatacaq həmin həddə məcburi payı ödənilməlidir. Qərarda Konstitusiya Məhkəməsi məhz «ödənilir» sözündən istifadə etmişdir. Bu isə əmlakın naturada deyil, pul formasında ödənilməli olmasını müəyyən edir.

77. Yuxarıda göstər ilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün mirasın qəbul edilməsi və bu zaman müddətnin ötürülüb ötürülməməsi, məhz bağışlanmış əmlak hesabına məcburi payın tamalanmalı olması, miras kütləsi, müvafiq olaraq iddiaçının məcburi payının həcmi işdə olan sübutlarla birlikdə qiymətləndirilməklə aydınlaşdırılmalı, bundan asılı olaraq və Konstitusiya Məhkəməsinin istinad olunan qərarında ifadə etmiş olduğu hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının məcburi payının hansı həcmdə pozulduğu təsbit olunmalı, buna müvafiq olaraq həmin payın tamamlanması həll edilməlidir.

78. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

79. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1482/2022 nömrəli iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar