Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3811/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1247/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 24 aprel 2003-cü il tarixində X6 ilə nikaha daxil olmuşdur. Nikahda olduğu dövrdə 16 may 2006-cı il tarixdə bağlanmış kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş binanın 10-cu girişinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 112 kv.m olan 1112 saylı mənzili satın almışlar. Mənzilin müqavilə ilə razılaşdırılmış dəyəri tam şəkildə ödənilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-432/2014 №- li iş üzrə 15 yanvar 2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş binanın 1112 saylı mənzilinə dair "Qlobal Azəri” MMC ilə cavabd eh arasında bağlanmış 02.03.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, qeyd edilən mənzilə görə ½ hissədə iddiaçıya və ½ hissədə X1 olmaqla bərabər pay haqqı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1159/2016 № li iş üzrə 18 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-432/2014 № li iş üzrə 15 yanvar 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 02.03.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, qeyd edilən mənzilə görə ½ hissədə iddiaçıya və ½ hissədə X1 pay haqqı müəyyən edilmiş, həmin müqavilə üzrə X1 ödənilmiş 52000 manat məbləğində pul vəsaitinin ondan alınaraq cavabdehə verilməsi, "xxxx" MMC-nin hesabına 02 mart 2013-cü il tarixli kassa mədaxil orderinə əsasən ödənilmiş 3000 manat mə bləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq cavabdehə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3097/2016 № li iş üzrə 28 iyun 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1159/2015 №-li iş üzrə 18 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsi ilə müəyyən olunur ki, 4 (dörd) ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh bu günə qədər qeyd edilən mənzili boşaldaraq iddiaçıya təhvil verməmişdir. Cavabdeh iddiaçının həmin mənzildə apardığı bütün təmir işlərini dağıtmaqla iddiaçıya təxminən 20000 manat məbləğində zərər vurmuş, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində mülkiyyətində olan mənzildən istifadə etməkdən məhrum olduğu üçün himayəsində olan 2 (iki) uşaqla birlikdə kirayədə yaşamaq və kirayə haqqı ödəmək məcburiyyətində qalmışdır ki, bunun da nəticəsində iddiaçıya külli miqdarda maddi ziyan dəymişdir. Belə ki, 6 (altı) ildən artıq müddət ərzində kirayə evlərdə qaldığı müddət üçün təxminən 24000 manat məbləğində pul ödəmişdir. Həmçinin bütün bu müddət ərzində cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində keçirdiyi əsəb və stress səbəbindən mənəvi zərərə məruz qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş binanın 1112 saylı mənzilinə vurulmuş ziyana görə 19300 manat məbləğində, mənzildən istifadə etmək hüququndan məhrum olduğu bütün müddət ərzində kirayə qalmaq üçün xərclədiyi 24000 manat məbləğində, mənəvi zərərə görə 10000 manat məbləğində, hüquqi yardımın göstərilməsinə görə 111 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş binanın 1112 saylı mənzilinə etdiyi təmir işlərinə vurulmuş ziyana görə 19300 manat məbləğində, mənzildən istifadə etmək hüququndan məhrum olduğu 01.04.2013-cü il tarixindən 31 dekabr 2019-cu il tarixinə qədər olan bütün müddət ərzində kirayə qalmaq üçün xərclədiyi 28000 manat (80 ay kirayə qaldığı aylarının sayı x 350 ma nat bir aylıq kirayə haqqının məbləği), mənəvi zərərə görə 10000 manat məbləğində və hüquqi yardımın göstərilməsinə görə 111 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş №2(006)-760/2020) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 19300 (on doqquz min üç yüz) manat və 28000 (iyirmi səkkiz min) manat məbləğində ziyanın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(044)-138/2017 saylı qətnaməsi ilə X3 və İddiaçı müştərək qaydada 25230 manatın alınaraq Cavabdeh ödənilməsi qət edildiyindən, qüvvədə olan məhkəmə qətnaməsi ilə artıq vurulmuş ziyan müəyyən edildiyindən 19300 manatın tələb edilməsi əsaslıdır. Bununla yanaşı məhkəmənin mövqeyinə görə X4 ilə X2 arasında bağlanılmış daşınmaz əmlak agentliyi mənzilin kirayə verilməsi haqqında müqavilə ilə Bakı şəhəri, Yasamal rayonu, 12/9 saylı mənzili E.Fətullayevaya kirayə verilmiş, E.Fətullayeva 19 mart 2018-ci il tarixdən başlayaraq aylıq 350 manat verərək həmin mənzili kirayə götürdüyündən 24000 manat həddində pulun tələb edilməsi əsaslı hesab edir, mənəvi zərərin tələb edilməsi və hüquqi xidmətə görə ödənilmiş pul məbləğinin tutulması ilə bağlı tələbləri isə əsassız hesab edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tar ixli qətnaməsinin ləğv edərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), S.T.Səmədov və İ.S.Şirinov, iş № 2(103)-1247/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, 22.01.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 01.04.2013-cü il tarixdən 31.12.2019-cu il tarixədək olan bütün müddət, yəni 80 ay üçün hər ay iddiaçının aylıq 350 manat kirayə haqqı məbləği xərcləməsi nəticəsinə gələrək 28000 manat iddia məbləğini təmin edərkən istinad etdiyi və iş materiallarında olan icarə müqavil ələri bir-biri ilə öz aralarında və bank ödəmə sənədləri ilə ziddiyyət təşkil etməklə iddia tələbini təsdiq edən sübut kimi qəbul edilməsinin mümkün olmamasını nəzərə almamışdır. Məhkəmə hesab etmişdir ki, “Unibank” 13 saylı filalı vasitəsilə “Zolotaya Korona” sistemi ilə İddiaçı tərəfindən məxaric edilmiş pul vəsaitlərinin məbləği, tarixləri ilə icarə müqavilələrində qeyd edilmiş məbləğlər üst-üstə düşmür və təyinatı naməlumdur. Həmçinin bank məxaric sənədləri ilə pul icarə müqavilələrinin tərəflərinə deyil, başqa şəxs Acımış Sezai adlı şəxsə ödənilmişdir. İş materiallarında 80 ay müddətində iddiaçının xərcini təsdiq edən cəmi 28 000 manat olmaqla hər ay 350 manat ödənilməsinə dair sübutlar mövcud deyil. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi X5 i lə 19.03.2018-ci il tarixdən başlayaraq aylıq 350 manat ödəməsinə dair dəlil üzrə iddianı əsaslı hesab etsə də, eləcə də, X5 ilə bağlanmış müqavilə 07 apreldə (ili naməlum) bağlanmaqla 19 mart (ili naməlum) tarixdən naməlum vaxta kimi aylıq 350 manat ödənilməli olması qeyd edilsə də, Hüseynov Bəhmənə pul ödənişinə dair hər hansı bir sübut iş materiallarında mövcud deyil. İddiaçının digər sübut qismində kirayə haqq ödənişi kimi təqdim etdiyi bank məxaric sənədləri ilə 10.03.2018 tarixdə 350, 10.04.2018 tarixdə 350, 07.05.2018 tarixdə 350, 11.06.2018 tarixdə 203, 12.11.2018 tarixdə 349,71, 12.12.2018 tarixdə 349.81, 08.01.2019 tarixdə 350, 24.01.2019 tarixdə 350, 24.01.2019 tarixdə 300, 29.01.2019 tarixdə 150, 18.03.2019 tarixdə 280, 11.10.2019 tarixdə 500 manat pulun Türkiyə Respublikasın a Acımış Sezai adlı şəxsə ödənilməsi müəyyən edilir. Məhkəmə daha sonra qeyd etmişdir ki, İddiaçı iddia etdiyi müddətdə Bakı şəhərində ayrı-ayrı ünvanlarda 2017-ci il üzrə məhkəmə bildirişlərində, 15.01.2014-cü il üzrə icra vərəqəsində Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 1 ev 4 A, mənzil 14, Bakı şəhəri Yeni Yasamal H.Hüseynov küçəsi ev 1 A, mənzil 75, Yeni ünvan 2 ünvanı ünvan 3iyyətinin olduğu yer (faktiki yaşayış yeri) ünvan 4şdir. İş materiallarında Acımış Dilarəyə pul ödənişini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən 118 090,52 manat məbləğində pul ödəniş sənədlərinin kirayə haqqı olaraq hansı əsasla ödəməsini əsaslandıra bilməmiş, iddiaçının aylıq 20000, 18000, 6000, 10000 manat məbləğlərində pul vəsa itlərini kirayə haqqı kimi təqdim etməsi iş üzrə digər sənədlərlə ziddiyyət təşkil etməklə iddia tələbinin əsaslılığını istisna edir. Apelyasiya instansiya məhkəməsi daha sonra, qüvvədə olan məhkəmə qərarlarına və təqdim olunmuş yazılı sübuta istinad edərək hesab etmişdir ki, ünvan 5 ünvanda inşa edilən 10-cu giriş, 3-cü mərtəbədə yerləşən 112,0 kv.metrlik 1112 saylı mənzilin Cavabdeh təmirsiz satılması faktı işin mübahisəsiz halıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)12 47/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətində göstərilmişdir ki, məhkəmə təqdim edilmiş sübtları qiymətləndirməmiş və onların aydınlaşdırılmasında səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3.-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmaya n şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 416-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 418.3-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşd ırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Kasasiya şikayətinin dəlilləri - sübutların nəzərə alınmaması, onlara düzgün qiymət verilməməsi ilə bağlı olmuşdur. Lakin qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi təqdim olunmuş sübutlar üzrə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq tam qiymətləndirmənin aparılmasını təmin etmişdir. Apelyasiya instansiya məhkəməsi faktiki olaraq kirayə haqqının ödənilməsi ilə bağlı hissə üzrə sübutların mövcud olmaması, təqdim olunmuş sübutların mübahisəyə aid olmaması və iddiaçının iddia etdiyi kimi mübahisəli mənzilin və ya onun hər hansı bir hissəsinə, hər hansı məbləğdə xərc çəkməsinin təsdiq olunmamasını və cavabdeh tərəfindən mənzil əldə edilərkən onun tam təmirsiz vəziyyətdə olmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1247/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3811/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3811/2021
22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver