Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3814/2019 12.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx" MMC-nin Cavabdehna qarşı müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: B akı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddiaçı “xxxx" MMC-nin Cavabdehna qarşı müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış D009 nömrəli, 02 noyabr 2015-ci il tarixli Daxili Lizinq müqaviləsi ləğv edilmiş və həmin müqavilə üzrə 24.01.2017-ci il tarixinə 30946 ABŞ dolları əsas, faiz məbləği üzrə 2235 ABŞ dolları, 3000 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 36181 ABŞ dolları ödəniş günü manata məzənnəsi ilə manatla və 30 manat dövlət rüsumunun Cavabdeh ndan tutularaq "xxxx" MMC-yə ödənilməsi, lizinqə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən lizinq obyektinin "xxxx" MMC-yə qaytarı lması və Cavabdeh nın lizinq obyekti olan mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi Cavabdeh ndan 2335 ABŞ dolları məbləğində faiz, 3000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh ndan tutulmalı olan faiz məbləği 1297 ABŞ dolları, dəbbə pulunun məbləği isə 20 ABŞ dollarının ödəniş günü məzənnəsi üzrə müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.İsgəndərov, hakimlər Ə.Əhmədov və İ.Dəmirov) Bakı Apellyasiya Məhkəməsinin MK -nın 01 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər M.Məmmədov və E.Şamayev) Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi Cavabdeh ndan 30946 ABŞ dolları lizinq məbləği, 2235 ABŞ dolları faiz borcunun, cəmi 36181 ABŞ dollarının tutulması hissələrində dəyişdirilmiş, lizinq məbləğinin 9330,44 (doqquz min üç yüz otuz manat qırx dörd qəpik) manat, faiz məbləğinin 1426,62 (min dörd yüz iyirmi altı manat altmış iki qəpik) manat, cəmi məbləğ 10757,06 (on min yeddi yüz əlli yeddi manat altı qəpik) manat müəyyən edilməsi qət edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 aprel 2017ci il tarixli qətnaməsi 3000 (üç min) ABŞ dolları dəbbə pulunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi dəbbə pulunun tutulması hissəsində təmin edilməmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilmə sini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” MMC Cavabdeh na qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış D009 saylı 02 noyabr 2015-ci il tarixli Daxili Lizinq müqaviləsinin ləğv edilməsi, Lizinqə verilmiş “xxxx” MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən lizinq obyektinin “xxxx” MMC-yə qaytarılması və Cavabdeh nın lizinq obyekti olan mənzildən çıxarılması, Daxili lizinq müqaviləsi üzrə 24.01.2017-ci il tarixinə lizinq məbləği üzrə 30946 (otuz min doqquz yüz qırx altı) ABŞ dolları, faiz məbləği üzrə 2235 (iki min iki yüz otuz beş) ABŞ dolları, 5659 (beş min altı yüz əlli doqquz) ABŞ dolları hesablanmış cər imə, ümumilikdə 38840 (otuz səkkiz min səkkiz yüz qırx) ABŞ dolları ekvivalentində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh ndan tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə “xxxx” MMC ilə Cavabdeh arasında 02 noyabr 2015-ci il tarixdə Daxili Lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 saylı Əlavəsinə əsasən “xxxx” MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil 24 ay müddətinə hər ay üçün 1782 ABŞ dolları ödənilməsi şərti ilə 35000 ABŞ dollarına lizinqə vermişdir. Müqavilə bağlanan tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına 18281.50 manat dəyərində ilkin ödəniş edilmişdir. İddiaçı bildirir ki, bundan sonra Cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Hazırda bu müqavil ə üzrə ödəmələr aparılmır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Sonuncu dəfə 07.12.2016-cı il tarixdə borc ödənilmədiyi halda, məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilsə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmək istəməmişdir. Eyni zamanda cavabdeh lizinqə verilmiş iddiaçı “xxxx” MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. Hazırda cavabdehin 24.01.2017-ci il tarixinə onlara 30946 ABŞ dolları əsas, faiz məbləği üzrə 2235 ABŞ dolları, 5659 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 38840 ABŞ dolları ekvivalentində borcu vardır. Cavabdeh bildirir ki, onunla iddiaçı arasında bağlanmış müqavilə əslində yalan əqddir. Belə ki, lizinq obyekti olan mübahisəli mənzil cavabdeh tərəfin öz ailəsinə məxsus olmaqla mənzilin dəyəri 150000 və daha yuxarı qiymət təşkil etmiş, ailənin maddi vəsait olaraq 35000 manat borca ehtiyac yaranmış və həmin məbləğin kredit müqaviləsi ilə deyil lizinq müqaviləsi vasitəsi verilməsinin daha əlverişli olmasına dair ona məlumat vermişlər. 35000 manat əvəzində daxili lizinq müqaviləsində dollarla olan məbləğə imza etməklə, faktiki olaraq öz mənzilini həmin məbləğin təminatı kimi iddiaçı şirkətə lizinq etmişdir. Qeyd edilən daxil lizinq müqaviləsi əslində real ipoteka müqaviləsinin pərdələnmiş formasıdır. Belə ki, müqavilədən belə görsənir ki, lizinq verən həm lizinqlə satılan əmlakın dəyərini, həm lizinq müqaviləsində onun üçün nəzərdə tutulan gəliri, həm də lizinq alanın müqaviləyə əsasən əldə edəcəyi əmlakı əvəzsiz olaraq geri qaytarmaq hüq uquna malikdir. Bu halda isə müqavilə tərəflərinin birinin mənafeləri əsassız varlanma hesabına digərininkindən üstün tutulur və lizinq alan müqavilə ilə əldə edəcəyindən məhrum olur. Bununla da tərəflərdən qeyd edilən 02.11.2015-ci il tarixli daxili lizinq müqaviləsi üzrə birinin qanun qarşısında, yəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və MM-nin 6.1-ci maddələrində nəzərdə tutulan bərabərlik prinsipləri pozulmuiş olur. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Ona görə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. İşin hallarından göründüyü kimi cavabdeh onunla iddiaçı arasında bağlanmış lizinq müqaviləsinin yalan əqd olmaqla kredit müqaviləsini pərdələmək məqsədilə bağlandığını iddia etdiyi halda onun irəli sürdüyü dəlillər üzrə işə baxan məhkəmələr tərəfindən araşdırma aparılmamışdır. Mülki Məcəllənin 340.2-ci maddəsində qeyd olunub ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir gö türmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qanun lizinq müqaviləsinin anlayışını müəyyən edərkən gəlir götürmək məqsədini qeyd etməsə də “lizinq ”anlayışının özü bunu ehtiva edir. Belə ki, lizinq termini ingilis mənşəli olub icarə mənasını verir. İngilis dilində “lease” icarə, “hire” kirayə kimi tərcümə olunur. İcarə ilə kirayənin fərqi nəzərə alınmalıdır. İcarənin kirayədən fərqi onda n ibarətdir ki, icarəçiyə obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verilir. Ona görə də gəlir götürmək məqsədi lizinqin vacib elementidir. Bundan başqa, MM-in 747-2-ci maddəsi təsdiq edir ki, lizinqdə gəlir məqsədi zəruridir. Belə ki, həmin maddədən görünür ki, lizinq obyekti bütün əşyalar deyil, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Əsas vəsaitlərin anlayışı Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində müəyyən edilmişdir. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlərdir. Əgər lizinqin gəlir məqsədi ilə əlaqəsi olmasaydı onun obyektinə münasibətdə 3 əlamət (istifadə müddəti, dəyər və amortizasiya) müəyyən edilməzdi, istənilən əşya lizinqin obyekti sayılardı. Hazırkı işdə lizinq alana obyektdən (mənzildən) gəlir götürmək hüququ verilməyib. Lizinq obyekti olan sahə yaşayış sahəsidir, ora qeyri-yaşayış sahəsinə aid olan məqsədlərə (xidmət sahəsi kimi, istehsal sahəsi kimi və s.) istifadə olunması üçün lizinqə verilə bilməz. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Mənzil Məcəlləsinin 20-22-ci maddələrində müəyyən edilmiş qaydada olmalıdır. Həmin Məcəllənin 21.7-ci maddəsində “...nəzərdə tutulmuş sənəd... sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır ”məzmunlu qeyd onu təsdiq edir ki, yaşayış sahəsindən qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün müvafiq sənəd olmalıdır. Belə sənəd isə iş materiallarında yoxdur. Bu isə o deməkdir ki, gəlir götürmək məqsədi olmayıb, kredit müqaviləsini pərdələmək üçün lizinq müqaviləsi bağlanılıb. Mülki Məcəllənin “lizinq” fəslindəki 748.2.5 və 748-3-cü maddələrdə “maliyyə lizinqi” ifadəsindən istifadə olunub, bununla da həmin maddələrdəki qaydaların yalnız maliyyə lizinqinə aid edildiyi bildirilib. Bu isə onu ehtiva edir ki, MM-nin maliyyə lizinqi ilə yanaşı lizinqin digər növü olan operativ lizinqi də tanıyır, lakin lizinq fəslinin yuxarıda göstərilən iki maddəsində müəyyən edilmiş qaydaları operativ lizinqə şamil etmir, fəslin digər maddələrini isə şamil edir. Operativ (servis) lizinqində lizinq müddəti icarəyə götürülmüş obyektin tam amortizasiyası müddətindən az olur, lizinq ödənişləri obyektin dəyərini tam əhatə eləmir. Lizinq şirkətləri isə həmin obyektləri növbəti dəfə lizinqə verməklə və ya satmaqla obyektin tam qiymətini əldə edir. Operativ lizinqdən əsasən çox sürətlə inkişaf edən texniki avadanlıqların əldə edilməsində istifadə olunur. Belə ki, müəyyən müddətdən sonra həmin avadanlıqlar saz vəziyyətdə olmasına baxmayaraq bazara yeni modellərin təqdim edilməsi ilə onlar öz imkanlarına görə köhnəlmiş sayılır. İstehsal avadanlıqlarının yenilənməsi isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Operativ lizinqdə sahibkarlıq fəaliyyətinin subyekti belə vəziyyətdən maliyyə itkisi olmadan çıxış yolu əldə edir. Hazırkı işdə lizinq müqaviləsi operativ lizinqə aid ola bilməz. Belə ki, lizinq ödənişlərinə 48.992 manat (ilkin ödəniş), 35.000 ABŞ dolları ödəniş) və 7.766 ABŞ dolları (mükafat) daxildir, bu ödənişlərin cəmi lizinq obyektinin dəyərini tam əhatə edir. Maliyyə lizinqində obyekt uzu nmüddətli icarəyə götürülür, lizinq müddəti adətən obyektin amortizasiya müddəti ilə eyni olur və lizinq müddətinin sonunda obyektin simvolik qiymətlə lizinq alana satılması nəzərdə tutulur. Maliyyə lizinqi daha çox bir maliyyələşmə növüdür. Hazırkı lizinq müqaviləsi maliyyə lizinqinə aid edilə bilməz, belə ki, onun müddəti 2 ildir, lakin mənzilin amortizasiya müddəti 2 il deyil. Binalar və tikintilər üçün illik amortizasiya norması 7 faizədəkdir (Vergi Məcəlləsi, maddə 114.3.1). və 2 ildə bu 14 faiz təşkil edir. Göründüyü kimi yuxarıda göstərilən əsaslar üzrə cavabdehin irəli sürdüyü dəlillər barədə arasında bağlanmış müqavilənin yalan əqd olub-olmamasına hüquqi qiymət verilməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Hazırkı işdə mübahisə predmeti olan mənzillə bağlı lizinq və alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələb irəli sürülməsə də, bu hal məhkəmənin həmin müqavilələri əhəmiyyətsiz əqd hesab etməsinə mane olmur. Çünki, alqı-satqı müqaviləsi lizinq müqaviləsi ilə birlikdə lizinq əməliyyatının tərkibinə daxildir, lizinq əməliyyatı isə hazırkı işdə lizinq şirkətinin irəli sürdüyü iddianın əsasına aiddir. Alqı-satqı müqaviləsi və lizinq müqaviləsi əhəmiyyətsiz əqd olduğundan onların etibarsız sayılması üçün ayırıca tələbin irəli sürülməsinə ehtiyac yoxdur. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürülə bilər. Göründüyü kimi, l izinq əməliyyatının tərkibinə daxil olan alqı-satqı müqaviləsi və lizinq müqaviləsi yalan əqdlərdir. Lizinq müqaviləsi kredit müqaviləsini pərdələmək üçün bağlandığına görə yalandır, alqı-satqı müqaviləsi ipoteka müqaviləsini pərdələmək üçün bağlandığına görə yalandır, MM-in 340.2-ci maddəsinə görə yalan əqd əhəmiyyətsizdir. MM-in 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb- sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Odur ki, hər iki müqavilə əhəmiyyətsiz əqd olaraq etibarsızdır. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nın kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3814/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3814/2019
12.07.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver