Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3815/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh vəkili xx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2(103)-12729/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili xx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 31 iyul 2017-ci il tarixli, 2(005)-3933/2017 saylı qətnaməsi ilə (sədrlik edən, haki m A.B.Əliyev) İddiaçı ASC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” barədə iddiası təmin edilərək, tərəflər arasında Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, 1937 saylı məhəllədə yerləşən, 8 saylı binanın, 1 otaqlı, ümumi sahəsi 73,5 kv.metr olan 181-ci mənzilinin alqı-satqısına dair bağlanmış 03 iyun 2011-ci il tarixli müqavilənin və həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 06 iyun 2016-cı il tarixli əlavə razılaşmanın ləğv edilməsi, həmin mənzilin Cavabdeh tərəfindən boşaldılması və mənzilin İddiaçı ASC təhvil verilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Eləcə də Bakı şəhəri, xxx rayon məhkəməsinin 05 dekabr 2017-ci il tarixli, 2(005)-7802/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Quliyev) iddiaçı Cavabdeh İddiaçı ASC qarşı “alqı-satqı müqaviləsinə əlavə razılaşmanın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli, 2(103)-471/2018 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, İ.K.Xəlilov və A.Q.Hüseynov) apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 31 iyul 2017-ci il tarixli qətnaməsi və 05 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla, “xxxx” ASC iddia ərizəsi rədd, Cavabdeh iddia ərizəsi təmin edilərək, tərəflər arasında bağlanmış 03 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 06 iyun 2016-cı il tarixli əlavə razılaşma etibarsız hesab edilmişdir. İddiaçı ASC qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018ci il tarixli, 2(102)-6017/2018 saylı qərarı ilə (hakimlər T.A.Qoldman sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və G.A.Quliyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2(103)-12729/2018 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, xxx ray on məhkəməsinin 31 iyul 2017-ci il tarixli qətnaməsi və 05 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Elvin Rzayev qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” barədə, eləcə də Cavabdeh məhkəmədə İddiaçı ASC qarşı iddia qaldıraraq “alqı-satqı müqaviləsinə əlavə razılaşmanın etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, i şin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı ASC iddia ərizəsinin rədd Cavabdeh iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh vəkili xx məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları ol madan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, cavabdeh xxxnın izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hər iki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnamələrini dəyiş dirilmədən saxlayarkən, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə, İddiaçı ASC iddia ərizəsini təmin, Cavabdeh iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qa ydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında bağlanmış 03 noyabr 2011-ci il tarixli “mənzilin alğı-satqı müqaviləsi”nə əsasən satıcı İddiaçı ASC Bakı şəhəri, xxx rayonu, 1937 saylı məhəllə, xxx küçəsində inşa edilən 8 saylı binanın, 1 otaqlı, ümumi sahəsi 73,5 kv.metr olan mənzili alıcı Cavabdeh satmağı, sonuncu isə mənzilin dəyəri olan 155.234,4 manat pulu 240 ay müddət ərzində İddiaçı ASC təhvil verməyi öhdələrinə götürmüşlər. Eləcə də tərəflər arasında bağlanmış 06 iyun 2016-cı il tarixli “mənzilin alqısatqı müqaviləsinə əlavə və dəyişiklik edilməsi haqında” əlavə razılaşmaya əsasən alıcı xxxnın razlaşmanı imzaladığı gün satıcı İddia çı ASC olan borcu 122.802,68 manat təşkil edir və müqavilədə nəzərdə tutulmuşdur ki, ödənişlər 03 iyul 2016-cı il tarixdən başlayır və hər ayın 3-ü ödənilir. 03 noyabr 2011-ci il tarixli akta əsasən sözügedən mənzil satıcı İddiaçı ASC tərəfindən alıcı Cavabdeh təhvil verilmişdir. Sözügedən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə görə, Cavabdeh tərəfindən mənzilin dəyəri olan 155.234,40 manat puldan sahə üzrə 3.000 manat, kredit üzrə 34.210,25 manat ödənilib və onun 118.024,15 manat qalıq borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış müqavilənin ləğv eidlməsinə dar 16 noyabr 2016-cı il tarixli təklifin surətindən görünür ki, tərəflər arasında bağlanmış 03 noyabr 2011-ci il tarixli müqavilənin ləğv edilməsi barədə razılaşmanın 5 gün müddətində ba ğlanması təklif edilmiş, əks təqdirdə ona qarşı iddia qaldıracağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh ünvalanmış 18 dekabr 2013-cü il, 11 fevral 2014-cü il və 29 sentyabr 2018-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, müqavilə üzrə yaranmış borcu geci 3 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh ilə “xxxx” ASC-nin “Həyat” filialı arasında bağlanmış 03 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən mənzilin alınması üçün 57.549,43 manat pul 239 ay müddətinə verilmişdir. İş materiallarında olan 03 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 03 noyabr 2011-ci il tarixli kredit müqaviləsinin təminatı qismində sözügedən mənzil ipoteka hüququ ilə “xxx x” ASC-nin Həyat filialının xeyrinə yüklü edilmiş və mənzil 155.234,4 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin ləğvedicisi tərəfindən “xxxx” ASC ünvanlanmış 15 mart 2016-cı il tarixli məktubla müəyyən olunur ki, Cavabdeh tərəfindən götürülmüş 57.549,43 manat kredit üzrə cəmi 5.482,94 manat ödəniş olmuşdur. 30 avqust 2012-ci il tarixdə 57.438,78 manat Cavabdeh “xxxx” ASC olan cari hesabdan “xxxx” ASC “Həyat” filialında olan cari hesabına köçürülmüşdür. Məbləğin 57.112,30 manatı əsas borcun, 325,48 manatı faiz borcunun silinməsinə yönəldilmiş və kreditin əsas borcundan qalmış 325,48 manat 07 dekabr 2012-ci il tarixdə tam bağlanmışdır. İş materiallarında olan 13 avqust 2012-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, 13 avqust 2012-ci il t arixli kredit müqaviləsinə əsasən 57.437,78 manat məbləğində 230 ay müddətinə kreditor “xxxx” ASC tərəfindən borclu Cavabdeh verilən kreditin və ona hesablanmış faizlərin təminatı kimi “xxxx” ASC zamin durmuşdur. Həmin müqavilənin 5.2.2-ci bəndinə əsasən, borclu Cavabdeh öhdəsinə götürmüşdür ki, bu müqavilənin 4.2.1-ci bəndində nəzərdə tutulmuş hal baş verərsə və ya istənilən halda onun kreditor qarşısında öhdəlikləri zamin tərəfindən həyata keçirilməli olduqda, zaminlə bağladığı müvafiq müqavilənin (alğı-satqı, mənzilin ayrılması və.s) ləğv edilməsinə və zaminin mənzilə tutmanın yönəldilməsinə və ya geri götürülməsinə etiraz etmir və gələcəkdə buna qarşı heç bir iddia irəli sürməyəcəkdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən “xxxx” ASC ünvanlanmış 06 yanvar 2016-cı il tarixli mək tubdan görünür ki, borclu Cavabdeh 13 avqust 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini pozduğu üçün, sonuncunun 25 noyabr 2015-ci il tarixə olan 60.631,74 manat ssuda borcu müştəri əvəzinə “xxxx” ASC tərəfindən tam olaraq ödənilmiş və həmin kredit üzrə filiala heç bir ssuda borcu qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Əlavə razılaşmanın 7-ci bəndinə əsasən, alıcı razılaşır və qəbul edir ki, bu razılaşma və müqavilə şərtlərilə üzərinə götürdüyü öhdəliyi pozarsa və ödənişləri birtərəfli qaydada ləğv edə bilər və bu halda mənzil satı cıya geri qaytarılmalıdır, təhvil verilməlidir. Mənzilin geri qaytarılması barədə iddialara əmlakın yerləşdiyi yerin məhkəməsində baxılacaqdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh tərəfindən banklardan görürülmüş kredit hesabına İddiaçı ASC olan borcu bağlanmamış, bundan əlavə sonuncu zamin qismində Cavabdeh banka olan ödənilməmiş borcunu bağlamışdır. Məhz bundan sonra Cavabdeh borcla bağlı müraciətindən sonra əlavə razılaşma bağlanmışdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və “xxxx” ASC ünvanlanmış 24 may 2016-cı il tarixli ərizədən görünür ki, o, ödə nilməmiş borcları ilə əlaqədar ödənişləri ilə bağlı 36 ay möhlət verilməsini xahiş etmişdir. Eləcə də işin araşdırılmış halları ilə Cavabdeh müqavilə öhdəliklərini tam olaraq icra etməsi müəyyən olunmur və sonuncu bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi Cavabdeh sözügedən müqavilə ilə üzərinə öhdəliklər götürsə də, həmin öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı ASC Cavabdeh qarşı alqı-satqı müqaviləsi, həmin müqaviləyə dair əlavə razılaşmanın ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbini təmin etməklə brinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı m ülki mübahisəyə düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda Cavabdeh iddia tələblərini rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh iddia tələbləri əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Cavabdeh iddia tələbində öz tələbinin əsası kimi istinad etdiyi 06 iyun 2016-cı il tarixli əlavə razılaşmanın heç bir borcu olmadığı halda, aldadılaraq bağlanılmasını qeyd etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 390.1, 339.2, 339.3, 338-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Cavabdeh aldatma ilə bağlı qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Onun qeyd etdiyi sübutlar isə mübahisələndirilən əlavə razılaşmanın aldatma yolu ilə bağlanmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki mülki prosessual qanunvericiliyə görə, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institu t xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “xx Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Bütün bunlardan əlavə apellyasiy a instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Cavabdeh iddia etdiyi əlavə razılaşmanın aldatma yolu ilə bağlanmasını 06 iyun 2016-cı ildə bildiyi halda, əqdin etibarsızlığı tələbini mübahisələndirilən əqd kimi irəli sürdüyündən, həmin tələbə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan b ir illik kəsici müddət tətbiq edilməlidir. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC qarşı etibarsızlıqla bağlı iddia tələbini 25 oktyabr 2017-ci il tarixdə məhkəmədə irəli sürməklə, bir illik kəsici müddəti keçirmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, sözügedən alqı-satqı müqaviləsinə əlavə razılaşmanın aldatma təsiri altında bağlanması nı və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara m übahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüq uq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2(103)-12729/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3815/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3815/2019
27.05.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver