Məhkəmə qərarları › İş №2(102)-3820/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3820/2020

17.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3820/2020 17.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X10 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X7, Cavabdeh1 nümayəndəsi X4, vəkili X2, Maraqlı şəxs qızının vəkili Kərimov İlyas Həsən oğlunun iştirakı ilə, İddiaçı və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-598/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayo n Məhkəməsinin (hakim Aytən Mirzəzadə) 2(004)-4850/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən, yaşayış binasının 1-ci girişinin, 6-cı mərtəbəsindəki iki otaqlı, ümumi sahəsi 99,0 kvadrat metr olan 35 saylı mənzilə dair bağlanmış xx.xx.2009-cu il traixli müqavilənin və xx.xx.2009-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvanndə yerləşən, yaşayış binasının 1-ci girişinin, 6-cı mərtəbəsindəki iki otaqlı, ümumi sahəsi 99,0 kvadrat metr olan 35 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması və məhkəmə xərcinə görə 30,40 manat məbləğində pul vəsaitinin Cavabdeh2 MTK-dan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elmira Nağıyeva) 2(103)-1025/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4850/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Əhməd Əhmədov) 2(102)-5425/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1025/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 2(103)-1305/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxs qızı tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4850/17 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İddiaçı, həm də Cavabdeh1 Cavabdeh2 MTK-ya qarşı müqavilə öhdəliyinə uyğun olaraq həmin ölçüdə (başqa) mənzilin və ya müqavilədə nəzərdə tutulmuş ölçülərə uyğun mənzilin hazırki günə real dəyərinin ödə nilməsinə dair ümumi qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Aslan Kalbalıyev sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Ələsgər Əliyev) 2(102)-6293/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1305/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) xx xxxxxx 2020-ci il tar ixli qətnaməsi iləcavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 apelyasiya şikayətləri təmin edilmiş, Maraqlı şəxs qızınınapelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4850/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi və s.” barədə iddia tələbləri rədd edilmişdir. İşin hallar İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının birinci girişinin 6-cı mərtəbəsindəki iki otaqlı, ümumi sahəsi 99,0 kvadrat metr olan 35 saylı mənzilə dair bağlanmış xx xxx 2009-cu il tarixli müqavilə və xx xxx 2009-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 MTK-nın üzərinə mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması və həmin mənzilə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə yüksək mərtəbəli yaşayış binalarından mənzil almaq qərarına gəlmiş və Yasamal rayonu ərazisində münasib ev axtarmağa başlamışdır. Atası Əzimov Əzim demişdir ki, əvvəllər onunla bir yerdə işləmiş X1 Yasamal ərazisində bina tikir, gedib onunla görüşsünlər. X3 direktor olduğu Cavabdeh2 MTKnın Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasına getmişlər və orada binanın birinci mərtəbəsində yerləşən ofisdə Həsənağa oğlu və onun şəriki ol an X13 ilə görüşmüşlər və ev almağın şərtləri barədə danışmışlar. Onlar binanın 1-ci girişinin 6-cı mərtəbəsində yerləşən sahəsi 99,0 kvadrat metretr olan 2 otaqlı, 35 saylı mənzili iddiaçıya təklif etmiş, iddiaçı da həmin mənzilə baxmışdır. Mənzil xoşuna gəlmiş və qarşılıqlı razılığa əsasən mənzilin ümumi dəyəri 44550 manat müəyyən edilmişdir. xx.xx.2012-ci ildə iddiaçı ilə Cavabdeh2 MTK-nın sədri arasında “Yaşayış binasında mənzil tikintisi” haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən mənzilin 44550 manat məbləğində pay dəyəri nağd şəkildə MTK-ya ödənilmişdir. Bu barədə iddiaçıya xx xxxxxx 2012-ci il tarixdə maliyyə arayışı verilmişdir. Bundan sonra iddiaçı və atası binaya tez-tez gedərək tikintinin gedişi ilə maraqlanmışlar. Tikintinin başa çatması uzandığına görə iddiaçı X3 icazə si ilə öz mənzilinə 250 manat dəyərində dəmir qapı qoymuşdur. 2016-cı ilin avqust ayında iddiaçı növbəti dəfə mənzilinə baxmağa gələrkən mənzilin giriş qapısının dəyişildiyi və içərisində başqa adamların işlədiyini görmüşdür. İddiaçı onlardan mənzillə necə girdiklərini soruşmuşdur. X12 adlı şəxs ona bildirmişdir ki, bu mənzil onun qızına satılmışdır, Cavabdeh1 ilə MTK arasında həmin binanın eyni girişinin 7-ci mərtəbəsində 43 saylı mənzilinə dair xx xxx 2009-cu il tarixdə bağlanmış müqaviləni və maliyyə arayışını iddiaçıya və atasına göstərmiş və sənədlərin surətini ona vermişdir. İddiaçı, atası və binanın işçiləri X12 adlı şəxsə qızının aldığı mənzilin bir mərtəbə yuxarıda yerləşdiyini izah etmişlər. X12 onlarla razılaşmış, lakin 43 saylı mənzilə baxarkən məlum olmuşdur ki, həmin mənzil b aşqa adama satılmış və orada ailə yaşayır. Onların təkidi ilə X12 mənzili tərk etmiş və məsələni MTK-nın rəhbərliyi ilə aydınlaşdıracağını bildirmişdir. Bundan iki gün sonra onlar X12la yenidən görüşərkən X12 onlara 35 saylı mənzilə dair xx xxx 2009-cu il tarixli yeni Müqavilə və Maliyyə arayışını göstərərək həmin sənədlərin ona MTK-nın sədri tərəfindən verildiyini bildirmişdir. Bununla əlaqədar iddiaçı və atası və şəriki X13a birgə görüşmüş, onun mənzilinə aid ikinci adama niyə sənəd verdiyini soruşmuş, isə, belə hallar çox olur deyə, cavab verərək məsələni həll edəcəyəni bildirmişdir. X9 ofisində onlara görüş təyin etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək gəlməmiş, həmin binanın 22, yaxud 24 saylı mənzilini götürüb təmir etməyini təklif etmişdir. Məlum olmuşdur ki, həmin mənzil in sahibi vardır. Atası la uzun müddət Sumqayıtda işlədiyinə görə iddiaçını müvafiq orqanlara şikayət etməyə qoymadığına görə məsələnin bu günə kimi həll edəcəyini gözləmişdir. öz qulluq səlahiyyətlərindən istifadə edib, Cavabdeh1 xx xxx 2009-cu ildə satdığı 43 saylı mənzili sonradan təkrarən başqa şəxsə satmasını ört-basdır etmək üçün iddiaçıya məxsus olan 35 saylı mənzilə dair saxtakarlıq edib, sonradan Cavabdeh1 adına arxa tarixə saxta və yalan müqavilə və maliyyə arayışı vermişdir. İddiaçı (alıcı) və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən MTK ünvanndə yerləşmiş tikilməkdə olan yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsində iki otaqdan ibarət ümumi sahəsi 99,0 kvadrat metr olan 35 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməy i və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri müqavilədə 44550 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən təsdiq olunan xx xxxxxx 2012-ci il tarixli maliyyə arayışına əsasən həmin mənzilin pay dəyərindən 44550 manat İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Cavabdeh1 (alıcı) və Cavabdeh2 arasında bağlanmış xx xxx 2009-cu il tarixli müqaviləyə əsasən cavabdeh ünvanndə yerləşmiş tikilməkdə olan yaşayış binasının 1-ci girişinin 6-cı mərtəbəsində iki otaqdan ibarət ümumi sahəsi 99,0 kvadrat metretr olan 35 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri müqavilədə 4 6530 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən təsdiq olunan xx xxx 2009-cu il tarixli maliyyə arayışına əsasən 35 saylı mənzilin pay dəyərindən 46530 manat Cavabdeh1 tərəfindən ödənilmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə ilə hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs iddiaya qarşı etiraz edərək bildirmişdir ki, o, cavabdeh MTK ilə xx.xx.2007-ci ildə etibarlı müqavilə bağlamış, mənzilin dəyərini tam ödəmiş, həm iddiaçının, həm də 2-ci cavabdehin müqaviləsi həmin mənzil ona satıldıqdan sonra bağlandığından həmin müqavilələr etibarsızdır, iddia rədd olunmalı və mənzil ona təhvil verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı kasasiya şikayəti verər ək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə mənznlin müqavilə ilə ona verilməsini, məhz mənzilin Məsud Əhmədova verildikdən 5 ay sonra Maraqlı şəxs satılmasını, Maraqlı şəxs zərərin həmin şəxs tərəfindən vurulmasını və ona qarşı iddia qaldırmamasını, Maraqlı şəxs M.Əhmədovun ona qarşı dələduzluq törətməsi barədə şikayətini, məhkəmənin qanunu qüvəsini almış qətnaməsinin olması və sair işin faktiki hallarını nəzərə almadan qeyri-müəyyən, sual doğuran nəticəyə gəlmişdir. Məhkəmə öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla deyil, ehtimallarla və Mara qlı şəxs və C.un ifadələrini saxtalaşdırmaqla, təhrif etməklə qərar qəbul etmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən halları müəyyən etdiyi halda bu halların tam əksinə anlaşılmaz və sual doğuran yarımçıq bir nəticəyə gəlmişdir. Cavabdeh1 kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. X5 məhkəmədə iştirakı və verdiyi izahatla bağlı qətnamədə və məhkəmə iclas protokolunda yazılanlar təhrif olunmuşdur. Onun verdiyi izahatın bir hissəs i düzgün yazılsa da, onun guya verilmiş apelyasiya şikayətlərini müdafiə etməsi, ona uyğun izahat verməsi, şikayətlərin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməsi və ziyanı ödəməyə hazır olması barədə qeydlər yalandır. Maraqlı şəxs qızı hər iki kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətlərinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X15 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi X11 və vəkili X6 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qızının vəkili K ərimov İlyas Həsən oğlu məhkəmə kollegiyasının iclasında kasasiya şikayətlərini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 MTK-nın nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara gör ə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, ünvanndə yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 1-ci girişdə, 6cı mərtəbədə, iki otaqlı, ümumi sahəsi 99,0 kvadrat metretr olan 35 nömrəli mənzilə dair ayrıayrı şəxslərlə MTK arasında üç müqavilə bağlanmışdır. Birinci müqavilə iş üzrə Maraqlı şəxs ilə xx.xx.2007-ci il tarixdə, ikinci müqavilə Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixdə, üçüncü müqavilə isə İddiaçı ilə xx.xx.2012-ci il tarixdə bağlanmışdır. Belə ki, işdə olan satıcı Cavabdeh2 MTK ilə alıcı Maraqlı şəxs qızı arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqav iləsinə əsasən satıcı sözügedən 35 nömrəli mənzil alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və mənzil haqqını ödəməyi öhdəsinə götürür. Eyni tarixli maliyyə arayışının surətindən məlum olur ki, mənzilin dəyəri olan 42075 manat alıcı Maraqlı şəxs tərəfindən tam ödənilmişdir. Eyni zamanda Cavabdeh2 MTK ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı 43 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və mənzil haqqını ödəməyi öhdəsinə götürür. Eyni tarixli maliyyə arayışının surətindən məlum olur ki, mənzilin dəyəri olan 46530 manat alıcı Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Bundan sonra Cavabdeh2 MTK ilə alıcı İddiaçı arasında xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı sözügedən 35 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli maliyyə arayışının surətindən məlum olur ki, mənzilin dəyəri olan 44550 manat alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı hazırki işdə iddia edir ki, o, xx.xx.2012-ci ildə MTK ilə həmin mənzilə dair etibarlı müqavilə bağlamış və mənzilin dəyərini tam ödəmişdir, mənzil ilkin olaraq ona satılmışdır, cavabdeh MTK ilə 2-ci Cavabdeh1 arasında ilkin müqavilə 43 saylı mənzilə dair olmuş, həmin mənzilin başqa şəxsə məxsus olduğu ortaya çıxdıqdan sonra MTK 2-ci cavabdehlə onun mənzilinə dair, həm də arxa tarixə müqavilə bağlamış, o, həm də 2-ci cavabdehi mənzilin ona aid olması barədə ilk gündən xəbərdar etmiş və mənzildə təmir işləri nin aparılmasının dayandırılmasını tələb etmişdir, bu səbəbdən də MTK ilə 2-ci cavabdehin arasında bağlanmış həmin müqavilə etibarsızdır, mənzil ona təhvil verilməlidir. Cavabdeh MTK-nın iddiaya etirazının əsaslarından görünür ki, MTK hər üç müqavilə üzrə alıcıların zərərçəkən olduğunu bildirərək, hazırkı mülki iş üzrə məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. 2-ci Cavabdeh1 isə iddiaya etiraz edərək bildirmişdir ki, o, MTK-nın səlahiyyətli şəxsləri ilə etibarlı müqavilə bağlamış, mənzilin dəyərini tam ödəmiş, onun müqaviləsi tarix baxımından iddiaçının müqaviləsindən qabaq bağlanmışdır, o, mənzildə bir sıra təmir işləri aparmış, mənzilin mübahisəli olmasını sonradan bilmişdir, buna görə də iddia rədd edilməlidir. Maraqlı şəxs xx.xx.2017-ci ildə dəyərini tam ödəyərək ünvannd ə yerləşən 35 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağladığını və həmin mənzilin ona təhvil verildiyini, onunla bağlanmış müqavilənin heç bir podrat münasibətlərinə aidiyyətinin olmadığını, həmin mənzilin sonradan qanunsuz olaraq xx.xx.2009-cu ildə Cavabdeh1, xx.xx.2012-ci ildə isə İddiaçı satıldığını bildirmiş və qeyd etmişdir ki, o, mənzili daha öncə əldə etdiyindən, payı tam ödədiyindən və onun mülkiyyətiçisi olduğundan digər müqavilələr etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin təsdiq etdiyi X14 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə noyabr 2017-ci il tarixli ittiham aktının su rətindən (bundan sonra ittiham aktı). məlum olur ki, həmin cinayət işi üzrə aparılan araşdırmalar zamanı ünvanndə yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binada 2007-2010-cu illərdə satılmış mənzillərin qeydiyyatının aparıldığı «hesabat»- siyahı götürülərək cinayət işinə əlavə olunmuşdur. Qeyd edilən ittiham aktından görünür ki, MTK-da tərtib olunmuş «xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək satılmış mənzillərin hesabat» başlıqlı siyahıda 22-ci sırada olan qeydə əsasən həmin binadakı 99 kvadrat metretr sahəsi olan 35 saylı mənzil xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs satılmışdır. ünvanndə yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 1-ci girişdə, 6-cı mərtəbədə, iki otaqlı, ümumi sahəsi 99,0 kvadrat metretr olan 35 nömrəli mənzil Cavabdeh2 MTK ilə hazırda CM- nin 179.3.2-ci maddəsi ilə təqsirləndirlən X19 arasında bağlanmış xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixli podrat müqavilələri üzrə sonuncunun podrat müqavilələri üzrə üzərinə götürdüyü işlərin dəyəri kimi ona verilmişdir. Cavabdeh2 MTK ilə alıcı Maraqlı şəxs qızı arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin də məhz bu podrat müqaviləsi əsasında olması işin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin məzmunu ilə təsdiq edilmişdir. Belə ki, sözügedən qətnamənin məzmununa əsasən iddiaçı Cavabdeh2 MTK-nın cavabdeh X16 qarşı sonuncu ilə MTK arasında bağlanmış xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixli podrat müqavilələri üzrə cavabdehin həmin müqaviləyə əsasən gördüyü işlərin dəyərini aşan və cavabdeh tərəfindən əsassız m ənimsənilmiş tikinti sahələri olan mənzillər, o cümlədən 35 saylı mənzil və s. sahələrin ondan alınması və digər iddia tələbləri irəli sürmüşdür. Qeyd olunan qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MTK ilə cavabdeh X19 arasında bağlanmış xx.xx.2007-ci il və xx.xx.2008-ci il tarixli podrat müqavilələri üzrə sonuncunun gördüyü işlərin dəyərini aşan və tikinti sahələri olan, o cümlədən 35 saylı mənzilin digər sahələrin məbləğinin cavabdehdən alınaraq Cavabdeh2 MTK-ya verilməsi qət edilmişdir. Beləliklə, maraqlarına toxunan şəxsə - Maraqlı şəxs mübahisəli mənzilin podrat müqaviləsi əsasında verilməsi faktı mövcud olsa da, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin müqaviləni bağlamış şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə dair iş üzrə məhkəmə nəticəsinin hazırki işin həll edilməsinə heç bir aidiyyatı olmadığından bu barədə hər hansı araşdırma aparılmasına da zərurət olmamışdır. Apelyasiya instansiyası məhkəməsi qənaətinə görə, Cavabdeh2 MTK ilə alıcı Maraqlı şəxs qızı arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin kökündə Cavabdeh2 MTK ilə hazırda CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirlən X19 arasında bağlanmış podrat müqaviləsi üzrə müəyyən edilmiş hallar olsa da, maraqlarına toxunan şəxsin ona ziyan vuran şəxşə qarşı iddia qaldırmaması onunla MTK arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına almır. Bu hala apelyasiya instansiyası məhkəməsi hüquqi qiymət verərək hesab etmişdir ki, Maraqlı şəxs ona ziyan vuran şəxsə qarşı iddia qaldırması qanunla qorunan məhkəmə müdafiəsi hüququndan istifadə edib-etməməkdə i radə ifadəsinin mövcudluğundan irəli gələn məsələdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, MTK tərəfindən mübahisəli 35 saylı mənzilə dair ilkin müqavilə Maraqlı şəxs ilə bağlanmış və bundan sonra həmin mənzilə dair digər müqavilələr bağlamağa və həmin mənzili digər şəxslərə satmaqda MTK-nin hüququ olmamışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və başqa kooperativin üzvü, pay yığımına hüququ olan şəxslər … pay haqqını verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınması və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüq uq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır, əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Bununla da birmənalı olaraq müəyyən olunur ki, mənzil ilkin olaraq xx.xx.2007-ci il tarixində etibarlı müqaviləyə (həmin müqavilə indiyənədək mübahisələndirilməmişdir) əsasən Maraqlı şəxs satılmış, mənzilin müqavilə ilə müəyyən olunmuş dəyəri sonuncu tərəfindən tam olaraq ödənilmiş, buna görə də həmin mənzil qanuni əsaslarla ona məxsusdur. Bu səbəbdən də həmin mənzil sonradan nə iddiaçıya, nə də 2-ci cavabdehə satıla bilməzdi. Başqa sözlə, mübahisəli mənzil xx.xx.2007-ci ildən sonra Cavabdeh2 MTK-ya məxsus olmadığı üçün sonuncunun həmin mənzilə dair digər şəxslərlə müqavilə bağlamaq səlahiyyəti də olmamışd ır. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfındən hə min hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələsi araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elemen tin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil Maraqlı şəxs məxsus olduğu üçün mülki qanunvericiliyin tələbləri baxımından hazırkı iddianın İddiaçı tərəfindən irəli sürülməsində sonuncunun subyektiv hüququ olmamışdır. Bu hüquq sözügedən mənzilin ilk alıcısı olan Maraqlı şəxs məxsusdur. Ona görə də, mübahisəli mənzilin iddiaçıya təhvil verilməs i və mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması barədə iddia əsassızdır və rədd olunmalıdır. Cavabdeh MTK-nın sədri C. tərəfindən hər üç müqavilənin və müvafiq olaraq da verilmiş maliyyə arayışlarının onun tərəfindən imzalanaraq möhürləndiyi və hər üç müqaviləni qəbul etməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə hər üç tərəflə sözügedən 35 saylı mənzilə dair bağlanmış müqavilələrin qüvvədə olması faktı özüözlüyündə MTK-nin həmin şəxslərə müqavilələrdə nəzərdə tutulmuş ölçülər həddində mənzil təhvil vermə öhdəliyinin olması kimi qiymətləndirilir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 1 4, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətlərinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətlərində qeyd edilən dəlillər apelyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Mülki Prosessual Məcəlləin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi hər iki kassasiya şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya şikayətinin məhkəmə iclasında ifadələrin təhrif edilməsi ilə bağlı dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, işdən göründüyü kimi, İddiaçı nümayəndəsi və vəkili vasitəsi ilə prokola qeydlər verilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə verilmiş qeydlər rədd edilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və Cavabdeh1 kasasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-598/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar