Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3825/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, vəkili X3, Cavabdeh və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli, 2(103)1003/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(004)4934/2019 saylı qətnaməsi ilə (sədrlik edən, haki m T.C.Xəlilova) İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimenti və aliment üzrə borcları ödəməkdən azad edilmə” barədə iddiası qismən təmin edilərək, 28 sentyabr 2019-cu il tarixdən başlayaraq İddiaçı həmin məhkəmənin 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh aliment ödəməkdən azad olunması və iddianın 28 noyabr 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra olunana qədər yığılmış aliment borcunun ödənilməsindən azad olunması hissəsində rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli, 2(103)1003/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon M əhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi iddianın qismən təmin olunması hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd olunması və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh qarşı iddia qaldıraraq, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh aliment ödəməkdən azad olması və 28 noyabr 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra olunanadək yığılmış aliment borcunun ödənilməsindən azad olması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəmə si işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili X kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh və vəkili X1 məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi lər. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edib, həmin hissədə iddianı rədd edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, iddianın əsassız olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Ailə Məcəlləsinin 85.1.4, 107.2, 112.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya şikayətinə əsasən kasasiya qayda sında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər 20 yanvar 1979-cu il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından iki uşaqları doğulub. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulub. Eyni zamanda, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddiası qismət təmin edilərək, İddiaçı hər ay 180 manat alimentin tutulub Cavabdeh verilməsi və alimentin tutulmasının 28 noyabr 2018-ci il tarixdən hesablanması qət edilib. İşə baxan məhkəmə, Cavabdeh iddiasını qismən təmin edərkən, sonuncunun işləməməsinə v ə əmək pensiyası almamasına istinad edib. Sonradan həmin işə apelyasiya və kasasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan iddiasının dəlillərini araşdırıb müəyyən etmişdir ki, cavabdeh 22 yanvar1975-ci il tarixdən başlayaraq 28 fevral 1992-ci il tarixədək Rusiya Federasiyasının müxtəlif şəhərlərində muxtəlif işlərdə işləyib. Bu fakt cavabdehin adına açılmış əmək kitabçasının surəti ilə də təsdiq olunur. Eyni zamanda, Rusiya Federasiyası, Vladimir vilayəti, Milenki rayon Pensiya Fondu tərəfindən cavabdehin adına verilmiş pensiya vəsi qəsindən görünür ki, ona qanunverciliyə uyğun olaraq 19 iyul 2009-cu il tarixdən başlayaraq qocalığa görə pensiya təyin edilib və həmin vəsiqənin üzərində aparılmış qeyddən görünür ki, həmin pensiyanın məbləği sonuncu dəfə 01 fevral 2016-cı ildə artırılaraq 6.328,64 rubl müəyyən edilib. Həmçinin Rusiya Federasiyası Vladimir Vilayəti üzrə Pensiya Fondu tərəfindən verilmiş 30 may 2019-cu il tarixli məktubdan görünür ki, regional arxiv məlumat bazasının məlumatlarına əsasən Cavabdeh Vladimir vilayəti, Milenki rayon Pensiya Fondu tərəfindən pensiya alıb. 01 yanvar 2013-cü il tarixdən Moskva şəhərinə köçməsi ilə əlaqədar olaraq ona pensiyanın ödənilməsi dayandırılıb. (əsas: pensiya işinin tələbinə dair 12 dekabr 2012-ci il tarixli sorğu). Moskva şəhərinin 31 oktyabr 2018-ci il tarixli, 22 saylı “Pensiyaya regional sosial əlavələrin müəyyən edilməsi məqsədi ilə Moskva şəhərində 2019-cu il üçün pensiyaçının yaşayış minimumu həddinin müəyyən edilməsinə dair” Qanununa əsasən 2019-cu il üçün Moskva şəhərində pensiyaçılar üçün yaşayış minimumu 12.115 rubl (Rusiya rublunun Azərbaycan manatı ilə məzənnəsinə əsasən həmin məbləğ 317,40 manat təşkil edir) müəyyən edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, iddiaçıdan müvafiq icra sənədinə əsasən bu günədək 1.818 manat aliment tutulub. 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 saylı evin 10-cu mənzi lində yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Ərazi Şöbəsindən heç bir növdə əmək pensiyası, sosial müavinət və təqaüd almır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 08 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, xx xxxxxxxx 1955-ci il tarixdə doğulmuş İddiaçı İdarə tərəfindən hər ay 980,87 manat yaşa görə əmək pensiyası ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.4-cü maddəsinə əsasən, ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) aliment ödəməyi tələb etmək hüququna malikdir. Maddən in mənasına görə, pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan ər və ya arvad keçmiş ərindən və ya arvadından o, vaxt aliment ödəməyi tələb etmək hüququna malikdir ki, ər-arvad uzun müddət nikahda olmuş olsun; nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq tələb irəli sürülmüş olsun. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər 20 yanvar 1979-cu il tarixdən 27 yanvar 2015-ci il tarixədək nikahda olduqlarından, Cavabdeh pensiya yaşına çatdığından və maddi yardıma ehtiyacı olduğundan, keçmiş əri İddiaçı aliment tələb etməkdə haqlı olmuşdur. Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçm iş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflər dən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, aliment ödəməli şəxsin, yəni İddiaçı iddiası üzrə aliment borcunun onun xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəlməsi, eləcə də onun ailə və maddi vəziyyətinin bu borcu ödəməyə imkan verməməsi, həmçinin sözügedən məhkəmə qətnaməsinə əsasən Cavabdeh ödənilən alimentin miqdarı müəyyən olunduqdan sonra, onun ailə və ya maddi vəziyyətində hə r hansı dəyişikliyin olması mülki iş materialları ilə öz təsdiqini tapmır və işdə, iddiaçını, aliment öhdəliyindən azad etmək üçün əsaslar yoxdur. Belə ki, 2019-cu il üçün Moskva şəhərində pensiyaçılar üçün yaşayış minimumunun 12.115 rubl (Azərbaycan manatına nisbətdə 317,40 manat) müəyyən edilməsi cavabdehin həmin məbləği alması anlamına gəlmir. İşin hallarından görünür ki, cavabdehin Moskva şəhərində 12.115 rubl (Rusiya rublunun Azərbaycan manatına məzənnədə 317,40 manat) məbləğdən az olmamaqla pensiya alması sübuta yetmir. Cavabdeh izahatından görünür ki, o əmək stajına görə pensiya almır, yalnız qocalığa görə 165 manat müavinət alır və həmin məbləğ isə onun dolanışığı üçün yetərli deyil. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, ape lyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya şikayətinin dəlillərini təkrar araşdırmağa lüzum görmür və kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qət naməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli, 2(103)-1003/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3825/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3825/2020
21.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver