Məhkəmə qərarları › İş №2(102)-3828/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3828/2019

22.08.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3828/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinov Eldar Şirinağa oğlunun, İddiaçı, vəkili Rəsulov Azər Qabil oğlunun, cavabdehin vəkili Fərəcov Salman Böyükağa oğlunun iştirakı ilə, İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(106)-3461/2018 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Hacıqabul Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(071)-411/2018 saylı qətnaməsi ilə (hakim H.Əzizov) iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(106)-3461/2018 saylı qətnaməsi ilə ( hakimlər: T.Heydərov, T.Kərimov və F.Abbasov) Hacıqabul Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(071)-411/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(106)-3461/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına qarşı “işəgötürənlə əmək müqaviləsinin bağlanılması, əmək kitabçasında Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında həkim endokrinoloq kimi 07.01.2012-ci ildən əmək fəaliyyətinə başlama barədə qeydin aparılması, əmək kitabçasında üç ay bitdikdən sonra həkim endokrinoloq daimi vəzifə kimi qeydinin aparılması və iş yerində əmək fəaliyyətinin icrası üçün yaradılmış maneələrin aradan qaldırılmasının cavabdehə həvalə edilməsi, 07.01.2012-ci ildən başlayaraq həkim endekrinoloq fəaliyyətinə görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddia ərizəsinə əlavə ilə müraciət edərək “işəgötürənlə əmək müqaviləsinin bağlanılması, əmək kitabçasında Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında həkim endokrinoloq kimi 07.01.2012-ci ildən əmək fəaliyyətinə başlama barədə qeydin aparılması, əmək kitabçasında üç ay bitdikdən sonra həkim endokrinoloq daimi vəzifə kimi qeydinin aparılması və iş yerində əmək fəaliyyətinin icrası üç ün yaradılmış maneələrin aradan qaldırılmasının cavabdehə həvalə edilməsi, 07.01.2012-ci ildən başlayaraq 0.5 oklad həkim endekrinoloq fəaliyyətinə görə 8000 manat ödənilməmiş əmək haqqının ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının etibarnamə üzrə nümayəndəsi və vəkili Fərəcov Salman Böyükağa oğlu iddia tələbini qəbul etməyərək, İddiaçı iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(106)-3461/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı və vəkili Rəsulov Azər Qabil oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehin vəkili Fərəcov Salman Böyükağa oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi, tərəflərin vəkillər ini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 02.05.2011-ci il tarixli 17/k saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı Hacıqabul MRX Uşaq Tibb Mərkəzi Poliklinika Şöbəsinə 1,0 ok sahə həkim-pediatrı vəzifəsinə qəbul edilmiş və 9-cü dərəcə əmək haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş 07.01.2012-ci il tarixli 1-E/k saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı Hacıqabul MRX Uşaq Tibb Mərkəzi Ploklinika şöbəsinin sahə həkim pediatrı “endikrinologiya” üzrə təkmilləşdirmə kursunda olmasını və əhalinin bu ixtisas həkiminə olan tələbatı nəzərə alınaraq 07.01.2012-ci ildən MRX Konsultativ Poliklinika şöbəsinin həkim endikrinoloqu vəzifəsinin icra edilməsi həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 11 Saylı Region Üzrə Dövlət Əmək Müfəttişliyinin 11.09.2017-ci il tarixli 214 saylı məktubunun surətindən görünür ki, işəgötürən Hacıqabul MRX müfəttişlik tərəfindən yoxlama aparılmış, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 61-ci maddəsinin tələblərinin pozulması məüyyən edilmiş və hüquqların müdafiəsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olumuşdur. İş materiallarında olan 06.04.2017-ci il tarixli, 441 saylı arayışdan görünür ki, Hacıqabul MRX 02.05.2011-ci ildən 25.10.2016 -cı il tarixinədək İddiaçı Uşaq Tibb Mərkəzində 1,0 oklad həkim işləmiş və işlədiyi müddətdə məzuniyyətlə birlikdə hesablanmış əmək haqqı və tutmalar aşağıdakı kimi olmuşdur. Hesablanmış əmək haqqı-8719,85 manat; Məzuniyyət --767,79 manat; Cəmi 9487,64 manat; Bunlardan Şəhid fonduna --136,26 manat; Gəlir vergisi--218,53 manat; DSMF--284,63 manat; Həmkarlar İttifaqı--189,75 manat; Hərbi Fond-88,31;YAP--89,53 manat. Tutmaların ümumi məbləği 1007, 01 manat, alınmış məbləğ 8480,63 manat təşkil edir. İşdə olan Hacıqabul Rayon Məhkəməsinin 28 dekabr 2016 -cı il tarixli, 2(071)1666/2016 saylı qətnamənin surətindən görünür ki, İddiaçı “işə bərpa, əmrin ləğv olunması, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və 1000 manat maddi və mənəvi ziyan tələbinə dair” iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2017-ci il tarixli 2(106)825/2017 sa ylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Hacıqabul Rayon Məhkəməsinin 28 dekabr 2016 -cı il tarixli 2(071)1666/2016 saylı qətnaməsindən veridiyi apelyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2017-ci il tarxili 2(102)6127/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2017-ci il tarixli 2(106)825/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli 2(106)2868/2017 saylı qətnaməsini n surətindən görünür ki, İddiaçı Hacıqabul Rayon Məhkəməsinin 28 dekabr 2016 -cı il tarixli 2(071)1666/2016 saylı qətnaməsindən veridiyi apelyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2018-ci il tarixli 2(102)2139/2018 saylı qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli 2(106)2868/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisə ilə qanuni qüvvəsini almış məhkəmə aktları zamanı tərəflər arasında mövcud olmuş mübahisənin predmet fərqliliyi olsa da, mübahisələr bir- biri ilə əlaqəlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilir, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Müəyyən edilmişdir ki, qanunverici eyni tərəflər arasında mövcud olmuş mübahisənin predmeti ilə bağlı deyil, müəyyən edilmiş faktlar baxımından qanuni qüvvəsini almış məhkəmə aklarının preyudisiyasını tanıyır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi də məhz tərəflər arasında artıq aydınlaşdırılmış, sübuta yetrilmiş faktlara istinad edərək, onların bir daha mübahisələndirilməsini yolverməz saymışdır. Belə ki, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli 2(106)2868/2017 saylı qətnaməsindən müəyyən edilir ki, məhkəmə kollegiyası iddiaçıya ixtisasartırma kursundan sonra 07 yanvar 2012-ci ildən Mərkəzi Rayon Xəstəxanasının Konsultativ Poliklinika şöbəsinin həkim endokrinoloqu vəzifəsinin icra edilməsi həvalə edilməsini pediatiriya sahəsinin müxtəlif sahələrində işləyən həkimlərin vəzifəsinin həkim pediatr adlandırılmasına görə iddiaçı barədə qəbul edilən əmrdə vəzifəsinin həkim pediatr göstərilməsini hər hansı texniki səhv hesab etməmişdir. İş materiallarından məlum olur ki, iddiaçı keçmiş mübahisədə də həkimendokrinoloq kimi çalımasını mübahisələndirmiş, məhkəmələr işin bu faktiki hallarını araşdırmışlar. Müəyyən edilmişdir ki, iddiaçı işə həkim-pediatr kimi qəbul edilsə də, sonradan pediatiriyanın bir sahəsi olan həkim-e ndokrinoloq vəzifəsinə müvəqqəti keçirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 11 saylı region üzrə Dövlət Əmək müfəttişliyinin rəisi M.N.Şükürovun İddiaçı ünvanladığı 11 sentyabr 2017 –ci il tarixli 214 saylı məktubundan müəyyən olunur ki, Müəssisə tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinin tələbləri pozulmuşdur. Bu barədə müəssisəyə məktub ünvünlanmışdır. Odur ki, müəssisə ilə əlaqə saxlamalısınız. Əks halda hüquqlarınızın müdafiəsi üçün məhkəməyə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay mü ddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. -61-ci maddəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Apellyasiya instansiyasıl məhkəməsi hesab etmişdir ki, işəgötürənlə işçi arasında 07.01.2012-ci il tarixli 1-E/k saylı əmrlə yaranmış münasibətlərə Əmək Məcəlləs inin 61-ci maddəsi baxımından deyil, 60-cı maddəsi baxımından hüquqi qiymət verilməli olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 11 Saylı Region Üzrə Dövlət Əmək Müfəttişliyinin 11.09.2017-ci il tarixli 214 saylı məktubu əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Belə ki, 07.01.2012-ci il tarixli 1-E/ k saylı əmrlə iddiaçıya həkim-pediatr vəzifəsi saxlanılmaqla hər hansı başqa vəzifənin icrası həvalə edilməmişdir. O müvafiq ixtisasartırma keçdiyi üçün həkim-pediatr vəzifəsindən həkim-endokrinoloq vəzifəsinə müvəqqəti olaraq keçirilmişdir. 2012-ci ildən bu vəzifəyə keçirilməsi ilə iddiaçı özü razılaşmış, iddia ərizəsində də bununla bağlı halları qeyd etmişdir. Apellyasiya instansiyasıl məhkəməsi qeyd etmişdir ki, əks təqdirdə iddiaçı 07.01.2012-ci il tarixli, 1-E/k saylı əmrlə razılaşmaz, bu əmrlə bağlı öz iradını işəgötürəninə bildirər və ya əmri mübahisələndirərdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə b ilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Apellyasiya instansiyasıl məhkəməsi həmçinin hesab etmişdir ki,işəgötürənin 07.01.2012-ci il tarixli, 1-E/k saylı əmrilə iddiaçı müvəqqəti olaraq yeni vəzifəyə keçirilmiş, 2012-ci il tarixdən həkim-endokrinoloq vəzifə səlahiyyətlərini icra etmiş, buna görə də başqa işə keçirildiyi müddətdə də keçmiş vəzifə maaşını tam olaraq almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60-cı maddəsi işçinin razılığı olmadan işəgötürənə onu yalnız 1 (bir) ay müddətində başqa işə keçirməyi icazə verdiyindən və işçinin razılığı ilə başqa işə keçirilmənin müddətini isə müəyyən et mədiyindən, apellyaisya instansiyası məhkəməsi maddi hüquq normasının tələbinin 1 (bir) müddəasının da pozulmaması qənaətindədir. Apellyasiya instansiyasıl məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisədə işçinin müvafiq ixtisasartırma kursunda iştirak etməsi, 2012-ci il tarixdən həkim-endokrinoloq vəzifəsini könüllü icra etməsi, 07.01.2012-ci il tarixli 1-E/k saylı əmrdən 4 ildən artıq müddətdə (işdən azad edildiyi tarixədək) şikayət verməməsi onun razılığını sübut edir. Apellyasiya instansiyasıl məhkəməsi belə qənaətə gəlmişdir ki, işəgötürənin 07.01.2012-ci il tarixli, 1-E/k saylı əmri ilə işçinin heç bir hüququ pozulmadığından, o əvvəlki vəzifəsinə uyğun maaşını aldığından iddia tələblərinin əmək haqqı ilə bağlı hissələri də əsassızdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası h esab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(106)-3461/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar