Məhkəmə qərarları › İş №2(102)-383/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-383/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-383/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Abdullayev Eldar Həsən oğlunun, Cavabdeh1 İKB ASC-nin vəkili X1 iştirakları ilə, İddiaçı və vəkili Abdullayev Eldar Həsən oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10456/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəm əsinin 2(009)-1410/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova) İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC-yə və «Cavabdeh1 Lizinq Kompaniyası» MMC-yə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10456/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1410/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmiş, İddiaçı cavabdeh “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-yə qarşı əsassı z varlanma tələbi ilə məhkəməyə müraciət edərək avtomobil üçün ödədiyi 38 min manat pul vəsaitini və çəkdiyi xərcləri cavabdehdən tələb etmək hüququ izah edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 İKB ASC ilə Cavabdeh1 Lizinq Kompaniyası MMC arasında bağlanmış Lexsus İS250 markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İddia ərizəsi dəqiqləşdirilmişdir). İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1175/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onun cavabdehlər «Cavabdeh1 Lizinq Kompaniyası» MMC-yə və Cavabdeh1 İKB ASC-yə qarşı avtomobilin üzərindən məhdudiyyəti n götürülməsi» tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1 Lizinq Kompaniyası MMC-nin adına qeydiyyatda olan «Lexsus İS250» markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh1 İKB ASC tərəfindən 2-9528 saylı xx.xx.2016-cı il tarixli məktub əsasında qoyulmuş məhdudiyyət qanunsuz hesab edilmiş və həmin avtomaşının özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş məhdudiyyət götürülmüşdür. Məhkəmə onun lizinq yolu ilə əldə etdiyi və bütün lizinq ödənişlərini verdiyi avtomaşına mülkiyyət hüquqlarının yaranması və qoyulmuş məhdudiyyətin onun mülkiyyətçi hüquqlarını pozmasını müəyyən etdiyindən, yuxarıdakı qətnamə qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 İKB ASC ilə «Cavabdeh1 Lizinq Kompaniyası» MMC arasında «Lexsus S250» markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının ipotek a ilə yüklü edilməsinə dair xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlansa da, müqavilə notariat qaydasında təsdiqlənməmiş və qeydiyyata alınmamışdır. Avtomobilə dair məhdudiyyətin məktuba əsasən qoyulması da ipoteka müqaviləsinin qeydiyyata alınmadığını təsdiq edir. Qanunun tələbinə əsasən mübahisəli ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilməsi və etibarlılığı halında belə onun qüvvəyə minməsi üçün Dövlət qeydiyyatına alınması zəruri idi. Lakin göründüyü kimi, etibarsız ipoteka müqaviləsi qeydə alınmamış və qeydiyyat orqanı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində avtomobilin Cavabdeh1 İKB ASC-nin və ya hər hansı digər şəxsin xeyrinə yüklü edilməsinə dair xüsusi qeyd etməmişdir. Onun lizinq yolu ilə əldə etdiyi və bütün lizinq ödənişlərini verdiyi Lexsus İS250 m arkalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşına mülkiyyət hüquqları yaranmışdır. Həmin avtomaşının ipoteka ilə yüklü edilməsinə dair mübahisəli müqavilə notariat zaydasında təsdiq edilmədiyindən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olaraq etibarsız olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Abdullayev Eldar Həsən o ğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası “Lexsus İS250” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014-cü il tarixli müqavilənin notarial qaydada təsdiq edilmədiyindən bağlanmış hesab olunmamasını nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Abdullayev Eldar Həsən oğlu kassasiya şik ayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 İKB ASC-nin vəkili X2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh “Cavabdeh1 Lizinq Kompaniyası” MMCnin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Məhkəmə kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Abdullayev Eldar Həsən oğlunun, Cavabdeh1 İKB ASC-nin vəkili X1 izahatlarını dinləyib, iş materiallarını və İddiaçı kassasiya şikayətinin dəllilərini araşdıraraq aşağıdakı göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)1175/2018 saylı qətnaməsindən görünür ki, «Cavabdeh1 Lizinq Kompaniyası» MMC-nin adına qeydiyyatda olan «Lexus İS250» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh1 İKB ASC tərəfindən 2-9528 saylı, xx.xx.2016-cı il tarixli məktu b əsasında qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi və həmin avtomaşının özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş məhdudiyyətin götürülməsi qət edilmişdir. xx.xx.2014-cü il tarixli, 6-BİZ-7-0-2311-14 nömrəli sonrakı girov müqaviləsindən görünür k Cavabdeh1 İKB ASC ilə «Cavabdeh1 Lizinq Kompaniyası» MMC arasında «Lexsus İS250» markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(009)-340/2017 saylı qətnaməsindən görünür ki, “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-dən Cavabdeh1 İKB ASC-nin xeyrinə 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla, 1.993.308,20 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulma sı, tutmanın ipoteka predmetləri “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-yə məxsus nəqliyyat vasitələrinə, o cümlədən, ilkin satış qiyməti 28.000 manat olan «Lexus İS250» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin göstərilən qiymətlərlə açıq hərracdan satılması, ipoteka predmetlərinin hərracda satışından əldə olunan pul vəsaitindən Cavabdeh1 İKB ASC-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra həmin vəsaitin qalan hissəsinin ilkin iddia üzrə cavabdeh “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-yə qaytarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, “Cavabdeh1 Lizinq Kompaniyası” MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 6-BİZ-7-0-2311-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İKB ASC-yə olan əsas borcundan 120.118,48 manat silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)-8423/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 İKB ASC və “Cavabdeh1 Lizinq Kompaniyası” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(009)- 340/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018ci il tarixli, 2(102)-793/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017- ci il tarixli, 2(103)-8423/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi “Cavabdeh1 Lizinq Kompaniyası” MMC ilə Cavabdeh1 İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-BİZ-7-0-2311-14 nömrəli girov müqaviləsi iddiaçının maşını əldə etməsindən xeyli əvvəl bağlanmış, həmin müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir, bu səbəbdən müqavilənin etibarsızlığı üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(009)-340/2017 saylı qətnaməsinin surətindən məlum olur ki, “Cavabdeh1 Lizinq Kompaniyası” MMC- dən Cavabdeh1 İKB ASC-nin xeyrinə 1.871.742,79 manat əsas, 121.565,41 manat faiz borcu olmaqla, 1.993.308,20 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetlərinə, o cümlədən iddiaçının aldığı «Lexus İS250» markalı, **AD-*** dövlət qeydiy yat nişanlı avtomobilə yönəldilməsi, həmin maşının hərracda satılaraq Cavabdeh1 İKB ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi müəyyən edildiyindən hazırkı iddia tələbi təmin edilməməlidir. Bununla belə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh “Cavabdeh1 Lizinq Kompaniyası” MMC həmin avtomobilin ipoteka predmeti olduğunu bildiyi halda iddiaçıya satmışdır, iddiaçı qeyd etmişdir ki, həmin avtomobil üçün 38 min manat pul ödəmişdir, “Cavabdeh1 Lizinq Kompaniyası” MMC Səbail Rayon Məhkəməsinə göndərdiyi xx.xx.2019-cu il tarixli ərizədə iddiaçının onun qarşısında öhdəliyini tam olaraq yerinə yetirdiyini təsdiq etmişdir (i/v 25). Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Cavabdeh1 Lizinq Kompaniyası” MMC iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 İKB ASC ilə “Cavabdeh1 Lizinq Kompaniyası” MMC arasında «Lexus İS250» markalı, **AD-*** dövlət qeydiyyat nişanlı avtomaşının ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2014cü il tarixdə ipoteka müqaviləsi bağlansa da, müqavilə notariat qaydasında təsdiqlənməmiş və qeydiyyata alınmamışdır. Avtomobilə dair məhdudiyyətin məktuba əsasən qoyulması da ipoteka müqaviləsinin qeydiyyata alınmadığını təsdiq edir. Qanunun tələbinə əsasən mübahisəli ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilməsi və etibarlılığı halında belə onun qüvvəyə minməsi üçün dövlət qeydiyyatına alınması zəruri idi. Lakin göründüyü kimi, etibarsız ipoteka müqaviləsi qeydə alınmamış və qeydiyyat orqanı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində avtomobilin Cavabdeh1 İKB ASC-nin və ya hər hansı digər şəxsin xeyrinə yüklü edilməsinə dair xüsusi qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci maddəsinə görə ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddə sinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin həmin dəlilinə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə “Fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir”. Apellyasiya instansiyası məhkəməsi lizinq müqaviləsi bağlanan vaxt lizinq obyekti olan mübahisəli avtomobilə dair əvvəl bağlanmış ipoteka müqaviləsinin qeydiyyata alınıbalınmamasını, həmin ipoteka müqaviləsinin mövcudluğundan iddiaçı İbişov Yusif Lazım oğlunun məlumatının olub-olmamasını, həmçinin lizinq obyektinin iddiaçıya təhvil verildiyi vaxt həmin avtomobil barəsində yüklülüyə dair iddiaçının onun iradəsindən asılı olmayan səbəblərdən məlumatının olmamasını araşdırmamışdır. Bunun nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının bağlanmış lizinq müqaviləsi üzrə onun sahibliyinə verilmiş avtomobilə dair ipoteka saxlayana münasibətdə üstün hüquqlara malik olub-olmamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM -nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hər tərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10456/2019 saylı qətnaməsi ləğv edilsin və iş ye ni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar