Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3832/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment miqdarının azaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Məhərrəmli Əhməd Nizami oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)1350/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(011)-4415/2018 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar ananın himayəsində saxlanmış, X.2013-cü il təvəllüdlü X2, X.2015ci il təvəllüdlü X4 və X.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 17 aprel 2018-ci il tarixdən başlayaraq İddiaçı X3 xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulması qət edilmişdir. 2.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(011)-590/2020 saylı qətnaməsi ilə İddiaçı X.2017-ci il tarixdə Bakı şəhərində Cavabdeh anadan olmuş qadın cinsli uşağın, yəni X5 atası olmaması müəyyən edilmişdir. Sözügedən qətnamə 14 aprel 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki uşağı X.2013-cü il təvəllüdlü X2 və X.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan Cavabdeh xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin 17 aprel 2018-ci il tarixindən hesablanaraq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ailə münasibətində olarkən iddiaçıya xəyanət etmiş, neçə illər ona aid olmayan uşağı onun uşağı kimi təqdim etmiş, ona görə qazanc almışdır. Belə olan halda 21 may 2018-ci il ta rixli qətnamədə X.2017-ci il təvəllüdlü X1 üçün aliment ödənilməsi hissəsində azaldılmalıdır.
5. Cavabdehin nümayəndəsi və vəkili X6 birinci instansiya məhkəməsində iddia tələbinə qarşı etiraz etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(011)3837/2020 saylı qətnaməsi ilə (sədrlik edən A.Həsənova) iddia tələbi qismən təmin edilərək, X.2013-cü il təvəllüdlü X2 və X.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 14 aprel 2020-ci il tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə iddiaçının qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə iddiaçının X.2017-ci il təvəllüdl ü X5 atası olmaması müəyyən edildiyindən iddiaçının həmin uşaq qarşısında valideyn kimi vəzifələri mövcud deyildir. İddiaçının uşaq qarşısında hər hansı öhdəliyi və vəzifəsi olmadığı üçün alimentin tutulması istisna olunur.
8. Məhkəmə iddia tələbinin alimentin 17 aprel 2018-ci il tarixdən başlayaraq tutulması hissəsinə qiymət verərək, qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli 2(011)-590/2020 saylı qətnaməsi ilə İddiaçı X.2017-ci il təvəllüdlü X5 atası olmaması müəyyən edilmişdir. Sözügedən qətnamə 14 aprel 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Odur ki, alimentin həmin tarixdən hesablanmasını məhkəmə ağlabatan hesab etmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76,112-ci maddələrinə və Azərbaycan Respublikasını n Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-1350/2021 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, məhkəmə qətnaməsi ilə iddiaçının X.2017-ci il təvəllüdlü X5 atası olmaması müəyyən edilmişdir, belə olan halda cavabdehin həmin uşaq qarşısında valideyn kimi vəzifələri mövcud deyildir. Cavabdehin uşaq qarşısında hər hansı öhdəliyi və vəzifəsi olmadığı üçün alimentin tutulması istisna olunur.
13. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(011)-590/2020 saylı qətnaməsi ilə İddiaçı X.2017-ci il təvəllüdlü X5 atası olmaması müəyyən edildiyinə və həmin qətnamə 14 aprel 2020-ci il tarixdə qanuni qüvvəyə mindiyinə görə birinci instansiya məhkəməsinin alimentin 14 aprel 2020-ci il tarixdən tutulması ilə bağlı gəldiyi qənaətlə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunu sübuta yetirilməlidir. İddiaçı məhkəməyə X5 onun övladı olmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim etmişdir. Lakin məhkəmə bunları nəzərə almamış, iddianı təmin e tməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Məhərrəmli Əhməd Nizami oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlar ını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə
76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. onların Maddə
112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyə n olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır (maddə 416).
21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassasiya kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi dəlillərlə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahı n pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
26. Kassasiya kollegiyası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(011)-590/2020 saylı qətnaməsi ilə İddiaçı 14 oktyabr 2017-ci il təvəllüdlü X5 atası olmama sı müəyyən edildiyindən və sözügedən qətnamə 14 aprel 2020-ci il tarixdə qanuni qüvvəyə mindiyindən alimentin həmin tarixdən hesablanmalı olması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır.
27. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)1350/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.