Məhkəmə qərarları › İş №2(102)-3833/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3833/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3833/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-947/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 20 21-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) 01 aprel 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ailə qurduqdan sonra iddiaçı Bakı şəhəri Binəqədi qəsəbəsində “Zəngəzur” restoranının yaxınlığında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, 31.05.2019-cu il tarixinədək həyat yoldaşı ilə birgə bu ünvanda yaşamışlar. Birgə nikahlarından 15 yanvar 2019-cu il təvəllüdlü X7 adlı uşaqları olmuş, hazırda tərəflərin ailə münasibətləri pozularaq ayrı yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək 100 0 manat dəyərində olan cavabdeh tərəfindən ona hədiyə edilən nişan üzüyünün, 1500 manat dəyərində olan Rusiya istehsallı 583 əyarlı ağ qızıl və sarı qızıl üzük, qolbaq, boyunbağı, sırğa dəstinin, 1500 manat dəyərində olan Rusiya istehsallı 750 əyarlı sarı qızıl 18 qram çəkisi olan brilliant üzüyün, 300 manat dəyərində olan 583 əyarlı Rusiya istehsallı bilərziyin, 500 manat təxmini dəyərində olan 750 əyarlı İtaliya istehsallı boyunbağının, 270 manat dəyərində olan Türkiyə istehsallı 585 əyarlı ürək formalı üzüyün, 100 manat dəyərində olan Türkiyə istehsallı qızıl klonun, 150 manat dəyərində olan Rusiya istehsallı 583 əyarlı ürək formalı qızıl klonun və ya onların cəmi 5320 manat təşkil edən dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbinə görə qaynanası 31.05.2019-cu il tarixdə evdə təmir işlərinin aparılması adı ilə onu müvəqqəti olaraq valideynlərinin Mərdəkan qəsəbəsində yerləşən evinə göndərmişdir. 06.09.2019-cu ildə qaynatası ona zəng edərək bir daha evə qayıtmamasına dair göstəriş verərək müəyyən cehiz əşyalarını götürməyi ona tövsiyyə etmişdir. Bu ərəfədə həyat yoldaşı bir neçə dəfə onu ziyarət etmək üçün Mərdəkanda yaşadığı evə gəlmişdir. 06.09.2019-cu il tarixdən sonra onların münasibətləri kəskinləşmiş və o, nikahlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. 2019-cu ilin oktyabr ayında həyat yoldaşı onunla barışmaq üçün müraciət etmiş və o, həyat yoldaşı ilə barışaraq nikahının pozulmasına dair ərizəsini geri götürmüşdür. Bundan sonra cavabdeh onun yaşadığı Mərdəkan qəsəbəsində yerləşən validey nlərinin evinə gəlmiş və onlar bir həyətdə ayrıca evdə yaşamağa başlamışlar. 2020-ci ilin yanvar ayının 13-də cavabdeh Mərdəkan qəsəbəsində yerləşən evlərindən xalasıgilə getmək adı ilə çıxmış və bir daha evə qayıtmamışdır. Ailə həyatı qurduqdan sonra cavabdehin anası onun yaşının az olmasını əsas gətirərək bütün zinət əşyalarını ondan istəmiş və o, həmin əşyalarını həyat yoldaşına vermiş, həyat yoldaşı isə həmin əşyaları Cavabdehaya vermişdir. Bir neçə dəfə xeyir işlərdə iştirak etmək üçün məclislərə gedərkən cavabdeh anasından zinət əşyalarını götürərək ona gətirmiş və o, həmin əşyaları taxaraq məclisdə iştirak etmiş, sonradan həmin əşyaları yenidən həyat yoldaşına qaytarmışdır. Cavabdeh 2019-cu ilin oktyabr ayında onunla barışdıqdan sonra onun valideynlərigilə gəldikdə özü ilə yalnız on un hədiyyə etdiyi nişan üzüyü ilə gəlmişdir. 2020-ci ilin yanvar ayında cavabdeh gedərkən həmin üzüyü və evdə olan 1000 ABŞ dolları və digər xırda pulları da götürmüşdür. Uzun müddətdir ona məxsus qızıl-zinət əşyalarını geri tələb etsə də, cavabdeh onun və ailəsinin təkidlərinə baxmayaraq toy zamanı adət ənənələrə uyğun olaraq ona qohumları və ailə üzvləri tərəfindən hədiyyə olunan zinət əşyalarını qaytarmaqdan boyun qaçırır. Hal-hazırda ona məxsus qızıllar qaynanası X1r. Belə ki, nikaha daxil olduqdan sonra qaynanası ona qızıllar böyükdə olar deyib ona məxsus qızılları özündə saxlamışdır. Məhkəməyə müraciət etdikdən sonra cavabdehə hədiyyə etdiyi qızıl üzüyün cavabdehə məxsus olması ona məlum olduğundan iddia tələbini bu hissədə azaldır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsini n təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Səadət Səlimova) 2(001)3526/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələb rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbində istinad olunan halları ilk növbədə sübut etmək vəzifəsi iddiaçının özünə aiddir. İddiaçı ona hədiyyə olunan qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsini iddia etsə də, məhkəmə iclasında verdiyi izahatında həmin əşyaların cavabdehin anasında olmasını bildirmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmudur ki, tərəflər 2019-cu ilin aprel-may aylarından etibarən iddiaçının valideynlərinə məxsus evdə yaşamış, iddiaçı isə iddia ərizəsində cavabdehin 2020-ci ilin yanvar ayı nda yaşadıqları evi tərk edərkən ona məxsus qızıl-zinət əşyalarını da özü ilə aparmasını qeyd etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlmişdir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olmasına, həmin əşyaların kimdə olmasına dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, iddiaçının izahatında qeyd etdiyi hallarla iddia ərizəsində qeyd etdiyi hallar bir-biri ilə zidiyyət təşkil etdiyindən iddia tələbləri sübuta yetirilə bilnməməsi əsası ilə təmin edilə bilməz. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov sədrlik edən və məruzəçi, Ziya Şirinov, Fuad Talışınski) 26 yanvar 2021-c i il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi vindikasiya iddiasıdır.Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər məcmu halda mövcud olmalı dır. Hazırki işdə isə iddiaçı iddia etdiyi qızıl-zinət əşyalarını məhz cavabdehdən tələb etdiyi halda, istər izahatlarında, istərsə də yazılı qeydində həmin əşyaların keçmiş qaynanası X3 olmasını bildirmişdir. Belə olan halda isə, iddiaçının cavabdeh kimi Cavabdeh qarşı vindikasiya barədə tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir, iddia özü-özlüyündə əsassızdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı, işdə olan sübutlarla da iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarının məhz cavabdehin qanunsuz sahibliyində olması müəyyən olunmamışdır. İddiaçı bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 81-ci maddəs inə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı hazırki iddia çərçivəsində cavabdeh kimi X4 qarşı müvafiq tələb irəli sürmədiyindən, məhkəmə iddiaçının X4 qarşı bildirdiklərini yoxlamağı mümkün hesab etməmişdir. Bunda başqa iddiaçının iddia etdiyi, özünə məxsus əşyaları onları qanunsuz saxlayan şəxs(lər)ə qarşı müvafiq tələb hüququ istisna olunmur. Çünki, apellyasiya icraatı zamanı yeni tələblər ə baxılmır (MPM-in 372.4-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və ona baxılmır). İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalar ının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-947/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar