Məhkəmə qərarları › İş №2(102)-3842/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3842/2020

15.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3842/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı MTK-nin vəkili X1 və Cavabdeh vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)231/2020 saylı qətnaməsindən İddiaçı MTK-nin kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-8772/2018 saylı qətnaməsi ilə (sədr lik edən, hakim A.S.Məmmədov) İddiaçı MTK Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi” barədə ilk iddiası təmin, Cavabdeh İddiaçı MTK qarşı “müqavilənin icrası üzrə ödənilmiş pul vəsaitinin qaytarılmamış 27.500 manat pulun tutulması” barədə qarşılıqlı iddiası rədd edilərək, tərəflər arasında bağlanmış xx xxx 2018-ci il tarixli müqaviləyə xitam verilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)231/2020 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və V.T.Həsənov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edi lib, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı MTK-dən 15.600 manat pulun tutulub Cavabdeh verilməsi qət edilib. İddiaçı MTK qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı MTK Cavabdeh qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış xx xxx 2018-ci il tarixli müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda Cavabdeh İddiaçı MTK qarşı qarşılıqlı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, müqavilənin mühüm şərtlərinin pozulmasına görə, müqavilənin icrası üzrə ödənilmiş pul vəsaitindən qaytarılmamış 27.500 manat pul vəsitinin İddiaçı MTK-dən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbu l edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh kasasiya şikayətinə dair etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı MTK-nin vəkili Əbdül Məhərrəmov kasasiya şikayətində göstərilənlərə u yğun olaraq izahat verdi. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının təl əblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edib, həmin hissədə qarşılıqlı iddianı qismən təmin edərkən, 15.600 manat pul tələbinə aid hissədə qarşılıqlı iddianın əsaslı olmasına, həmin hissədə qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəl məməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 404.1, 462.1, 462.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında həqiqətən podrat müqaviləsi ilə əlaqədar mülki hüquqi münasibətlər yaranıb. Belə ki, Cavabdeh ünvan 1 ünvanda yerləşən, yaşayış kompleksinin 1-ci blok, 1-ci mərtəbədə yerləşən, 1 otaqlı, ümumi sahəsi 43 kv.metr olan 3 saylı mübahisəli qeyriyaşayış sahəsinə görə İddiaçı MTK 150.600 manat pul ödəyib, lakin sonuncu podratçı olaraq sifarişçi Cavabdeh sifarişini, yəni podratı kəmiyyətcə tam yerinə yetirməyərək qüsurlu icra etdiyinə görə Cavabdeh müqavilənin icrasından imtina edib. İddiaçı MTK tərəfindən ona 135.000 manat pul qaytarılsa da, 15.600 manat pul bu günədək ona qaytarılmayıb. İşin bu hallarını tərəflər özləri də izahatlarında, ilk və qarşılıqlı iddia ərizələrində inkar etməyiblər və bu işin mübahisə olunmayan hallarıdır. İşin mübahisəli halı isə sözügedən qeyri-yaşayış sahəsinə görə İddiaçı MTK ödənilmiş (Cavab deh apelyasiya şikayətində İddiaçı MTK hansısa əməkdaşına verdiyi 12.000 manat pul vəsaitini mübahisələndirməyib və tələb etməyib) 150.600 manatdan qaytarılmayan 15.600 manat hissəsi ilə bağlıdır. İddiaçı MTK həmin məbləği qaytarmamasının əsası kimi İlahə Abdullayeva ilə aralarında bağlanmış müqavilənin 3.4-cü bəndinə istinad edir. Belə ki, həmin bəndə görə müqavilədən imtina edildiyi hallarında sifarişçi müqavilənin 3.1-ci bəndində razılaşdırılmış məbləğin 10 faizi həcmində icraçıya dəbbə pulu ödəməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, qeyd olunan hissədə qarşılıqlı iddianı rədd etməklə birinci instansiya m əhkəməsi düzgün nəticəyə gəlməyib. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2.-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə pro sesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş qarşılıqlı iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, əvvəla, sifarişçi Cavabdeh müqavilədən imtina etməsinin səbəbi İddiaçı MTK podratı Mülki Məcəllənin 762.3-cü maddəsinə əsasən kəmiyyətcə qüsurlu icra etməsi ilə bağlı olub. Podr atın qüsurlu icra olunması İddiaçı MTK bunu inkar etməməsi ilə yanaşı, məhkəmə tikinti ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli rəyi ilə də təsdiq olunur. Həmin rəydə də, ünvan 2 ünvanda İddiaçı MTK tərəfindən inşa etdiyi yaşayış binasının 1-ci mərtəbəsində yerləşməklə, həmin qeyri-yaşayış sahəsinin divarları nəzərə alınmadan faktiki sahəsi 31,77 kv.metr müqavilə üzrə və müqavilədə göstərilən sxemə əsasən qeyri-yaşayış sahəsinin faktiki sahəsinin 43,0 kv.metr təşkil etdiyi müəyyən edilir. Ona görə də Cavabdeh İddiaçı MTK qarşı hazırki tələbi sırf podrat münasibətlərindən yaranıb, yəni sonuncu podratçı olaraq qüsurlu iş gördüyünə görə Cavabdeh müqavilədən imtina edib və sonradan belə bir iddia ilə məhkəməyə müraciət edib. Çünki, İddiaçı MTK podrat müqaviləsi üzrə Cavabdeh qarşısında üz ərinə götürdüyü öhdəlikləri qüsurlu icra edib. Bu hal mülki iş materialları ilə açıq-aşkar təsdiq olunduğu üçün işin mübahisəsiz halına çevrilib. Digər tərəfdən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (Mülki Məcəllənin 462.1-ci maddəsi). Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz (Mülki Məcəllənin 462.2-ci maddəsi). Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı rədd edərkən gətird iyi dəlillər ziddiyyətli olmaqla, həm də anlaşılan deyil. Belə ki, birinci instansiya məhkəməsi bir tərəfdən Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirərək mübahisəli qeyri-yaşayış sahəsinin dəyərini icraçı İddiaçı MTK tam ödədiyini və sonuncu tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsinin müqavilə ilə razılaşdırılmış ölçüdən az olduğunu qəbul edir, digər tərəfdən isə İddiaçı MTK xx xxx 2018-ci il tarixli müqavilənin 3.4-cü bəndinə istinad edərək, müqavilənin 3.1-ci bəndində razılaşdırılmış məbləğin 10 (on) faizi həcmində sifarişçi Cavabdeh icraçı İddiaçı MTK dəbbə pulu ödəməli olduğuna haqq qazandırır, əsas kimi müqavilənin 3.4-cü bəndində dəbbə pulunun ödənilməsini yalnız sifarişçi Cavabdeh tərəfindən müqavilədən imtina edilməsi ilə əlaqələndirdiyini, yəni həmin bənd də imtinanın bəraətverici əsasları (icraçının müqavilə şərtlərinin pozması və s. halların) nəzərdə tutulmadığını göstərir. Hətta birinci instansiya məhkəməsi bir qədər də ədalətsiz mövqe nümayiş etdirərək göstərir ki, sifarişçi tərəf, müvafiq müqaviləni bağlamaqla, şərtlərini qəbul etmiş olur, habelə, müqavilə bağlanmış olduğundan, qüvvəyə minmiş və tərəf üçün məcburi xarakter daşıyır, yəni, sifarişçi artıq qüvvəyə minmiş müqavilənin şərtini mübahisələndirə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404.1-ci maddəsinin tələblərini pozaraq müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi ni nəzərə almamışdır. Yəqin ki, müqavilənin digər şərtlərini nəzərə alsaydı bu cür səhv nəticəyə gəlməzdi. Bundan başqa təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya Mülki Məcəllənin 420.3.6-cı maddəsinə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar etibarsız sayılır (Mülki Məcəllənin 420.3, 420.3.7-ci maddələri). Birinci instansiya məhkəməsinin ziddiyyətli qənaətinə görə müqavilənin mühüm şərtini pozaraq müqavilə üzrə öhdəliyini qüsurlu icra edən İddiaçı MTK Cavabdeh sahəsi 43 kv.metr olan qeyri-yaşayış sahəsi verməli olduğu halda faktiki olaraq 31,77 kv.metr qeyri-yaşayış sahəsi verdiyinə görə məsuliyyət daşımamalı, ancaq məhz bu öhdəliyin qüsurlu icra edilməsinə görə müqavilədən imtina etdiyinə görə sifarişçi Cavabdeh mülki məsuliyyət daşımalıdır. Apelyasiya instansiyası məhkəməsi işin həşqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, istər tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndi, istərsə də, İddiaçı MTK istinad etdiyi 6 və 10-cu bəndlərinin 6.2, 10.1.10.2 və 10.3-cü yarım bəndlərindəki müddəlar açıqaşkar etibarsızdır. Belə ki, müqavilənin 3.4-cü bəndində müqavilədən imtina edildiyi halda, yalnız sifarişçinin icraç ıya dəbbə pulu ödəməsi, 6.2-ci bəndinə görə müqavilə şərtlərinin pozulması hallarına görə, sifarişçinin müqavilə qiymətinin 10 faizi həcmində cərimə ödəyəcəyinin nəzərdə tutulması xüsusi olaraq göstərilsə də, icraçının hansısa əsasa görə məsuliyyət daşıması şərtləndirilməmişdir. Çünki, müqavilə şərtlərinin pozulmasına görə tək sifarişçi deyil, icraçı da məsuliyyət daşımalıdır. Hazırki iddia predmetinə aid olmasa da müqavilənin 10.1.10.2 və 10.3-cü bəndlərindəki müddəlar açıq-aşkar sifarişçinin mənafeyinə zidd müddəlar olub. Ona görə də Cavabdeh İddiaçı MTK podratı qüsurlu icra etdiyinə görə müqavilədən imtina etməkdə haqlı olub. Bu baxımdan İddiaçı MTK müqavilə ilə bağlı xərclərin əvəzini Cavabdeh ödəməyə Mülki Məcəllənin 765-ci maddəsinin tələbinə əsasən borcludur. Kasasiya instansiyası m əhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı MTK-nin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-231/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar