Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3848/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 ASC-nin vəkili Qasımov Samir Saday oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)xxx/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim V.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(005)-xxx/ 2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, R.Eyvazov, Z.Əliyev) xx.xx.2019-cu il tarixli 2(103)-xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cuil tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilm əsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Atakişiyev Gürsel Firəddin oğlu kasasiya şikayətini onunla əsasaslandırmışlar ki, iddiaçının hüquq və vəzifələrini pozaraq, onun müdafiəçisinin iştirakını təmin etmədən, eyni zamanda cavabdeh təşkilat Cavabdeh1 ASC-nin nümayəndəsini də dəvət etmədən, birtərəfli, sübutları araşdırmadan işdə olan sənədlər əsasında qətnamə qəbul etmişdir. Hətta məhkəmə cavabdehin iştirakının mümkünlüyünü belə müzakirə etməyərək MPM-nin 185-ci maddəsin in tələbini pozmuşdur. Həmçinin məhkəmə onların sübut etmə vəzifəsini məhdudlaşdıraraq, iddia tələbini əsaslandırmağa imkan verməmişdir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Atakişiyev Gürsel Firəddin oğlu və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin vəkili Qasımov S amir Saday oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin formal olaraq tərtib olunduğunu, əsassız olduğunu bildirib şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cuiltarixliqətnaməsinin dəyişşdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, ipoteka saxlayan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan İddiaçı və borc alan Cavabdeh2 arasında xx xxxxxx 2015-ci il tarixində “İpoteka müqaviləsi” bağlanmış, İddiaçı məxsus olan ünvan 1 ünvanında olan 0.0582 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi “Bank”ın xeyrinə ipoteka ilə yüklü edilmiş, onun dəyəri 320000 manat olaraq qiymətləndirilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)xxx/2018 nömrəli qətnaməsi ilə ipoteka əmlakının ilkin satış qiyməti 320000 manat məbləğində müəyyən edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(102)-xxx/2019 nömrəli qərarı ilə müvafiq qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində araşdırma zamanı iddiaçı müvafiq ipoteka müqaviləsinin onun tərəfindən öz iradəsinə uyğun olaraq imza landığını, lakin imzaladığı müqavilənin mülkiyyətində olan müvafiq mənzilin ipoteka ilə yüklü edilməsinə yönəldiyini dərk etmədiyini bildirmiş, məhkəmə ipoteka müqaviləsinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin iradə ifadəsinə uyğun bağlandığını müəyyən etmişdir. İddiaçının ipoteka predmeti olmuş əmlakın qiymətinin aşağı olmasından narazı olması, həmin müqavilənin etibarsız hesab olunması üçün əsas ola bilməz. Bundan başqa İddiaçı əmlakın qiymətləndirilməsindən məlumatsız olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(102)-xxx/2019 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh2 kassasiya şikayəti vermiş və həmin iş üzrə icraat barədə iddiaçı və cavabdeh məlumatlı olmuşdur. Apelyasiya kollegiyası qeyd etmişdir ki, apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanmalıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərini göstərsə də, iş materiallarından görünür ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmişlər, onların gəlməsi isə məhkəmə araşdır masının həyata keçirilməsinə mane olmamışdır. Həmçinin iddiaçı məhkəmənin onların sübut etmə hüququnu məhdudlaşdırdığına istinad etsə də, bu hal iş materialları ilə təsdiqini tapmır. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbi ilə müraciət edərkən, həmçinin apelyasiya şikayəti ilə müraciət edərkən sübut təqdim etmə imkanında olmuş, məhkəmədə iştirakının təmin edilməsi üçün məhkəmə tərəfindən tədbir görülmüşdür. Beləliklə, iddiaçı kasasiya şikayətini formal olaraq əsaslandırmağa çalışmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məc əllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-xxx/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3848/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3848/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver