Məhkəmə qərarları › İş №2(102)-3850/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3850/2021

14.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3850/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı, X3 Xidmətinin Bakı şəhər idarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı bildirir ki, o, 2008-ci ildən 2019-cu ilin may ayınadək "xxxx" Firmasında region meneceri vəzifəsində çalışmışdır. Müəssisə rəhbəri onunla yazılı müqavilə bağlamamışdır.

2. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarı ilə "xxxx" firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20.000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh"xxxx" Firmasına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 22000 manat məbləğində zəhmət haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 2008-ci ildən "xxxx" Firmasında region meneceri vəzifəsində çalışmışdır. Müəssisə rəhbəri onunla heç bir formada yazılı müqavilə bağlamamışdır. 2019-cu ilin may ayında işdən çıxmağına baxmayaraq firmanın direktoru Məmmədhüseyn Cəfərov ona çatacaq 22000 manat əmək haqqını bu günə qədər ödəməkdən imtina edir. Ona olan borc barədə dəfələrlə ofisdə olmuşdur, dəfələrlə telefon danışıqları olmuş və rəhbərlik ona bu borcun ödənilməsi barədə dəfələrlə yalan vədlər vermişdir. Bu barədə 04 saylı region üzrə X2 müraciət etmişdir. Müfəttişlik tərəfindən şikayət ərizəyə qanuna uyğun şəkildə baxılmı ş, alınmış izahatlara, təqdim etdiyi təsdiqləyici sənədlərə əsaslanaraq Hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq İnzibati Xəta haqqında Protokol və qərardad tərtib edilərək baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Səbail rayon Məhkəməsi onun adı çəkilən şirkətdə əmək müqaviləsi X1 hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün hüquqi şəxsin 20.000 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul etmiş və Bakı Apelyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

5. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaya qarşı etiraz verərək tələbin təmin olunmamasını xahiş etmişdir.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X3 Xidmətinin Bakı şəh ər İdarəsinin baş məsləhətçisi baş əmək müfəttişi X4 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, şikayət verilən zaman 04 saylı idarə idi, indi 7 bölgə birləşmişdir. Şirkətdə işləyən 5-6 işçi var idi. Həmin işçilərin bəziləri müqavilə ilə, bəziləri isə müqaviləsiz işləmişlər. Alınmış izahatlardan və toplanmış sənədlərdən məlum olmuşdur ki, "xxxx" firmasının rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə də Hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq İnzibati Xəta haqqında Protokol və qərardad tərtib edilərək baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Səbail rayon Məhkəməsi onun adı çə kilən şirkətdə əmək müqaviləsi X1 hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün hüquqi şəxsin 20.000 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul etmişdir. Müraciətlərə baxılması haqqında qanuna görə onlar araşdırma aparmış, mail yazışmaları əldə olunmuş, 20 nəfərin izahatı alınmışdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli, 2(009)-440/2020 saylı qərardadı ilə mülki iş ərazi aidyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 01 sentyabr 2020-ci il tarixli, 2(006)-2992/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Firmasından 17.000 (on yeddi min) manat məbləğində vəsaitin İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hi ssədə təmin olunmaması qət edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən İddiaçı hər hansı işlərini yerinə yetirilməsinə cəlb edilmişdir. İddiaçı 2017-2018-ci ildə Diplomat1” Firmasında satış meneceri işləmiş, 2017-2018-ci ildə "xxxx" Firmasının ona 17.000 manat əmək haqqı, 5000 manat şirkətə təhvil verdiyi malın borcu olmuşdur. Dəfələrlə şirkətə müraciət etmiş, borcu qaytarılmamış, əmək kitabçası yoxdur və İddiaçı ilə əmək müqaviləsi bağlanılmamışdır. "xxxx" Firması Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən İddiaçı hər hansı işlərin yerinə yetirilməsinə cə lb etmiş və bununla da "xxxx" Firması Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təqsirli bilinib 20.000 manat məbləğində cərimə edilmişdir. Həmin fakt qanuni qüvvəyə minmiş qətnamələri ilə təsdiq olunur. Lakin, iddiaçı 5000 manat məbləğində malın şirkətə təhvil verilməsi barədə sübut məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 16 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" Firmasının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin X saylı iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən və apellyasiya baxışının həddində yoxla nılan hissədə, yəni cavabdeh "xxxx" Firmasından 17.000 (on yeddi min) manat məbləğində vəsaitin İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdeh "xxxx" Firmasından 1660 manat məbləğində ödənilməmiş əmək haqqı, həmin dövr X) üçün istifadə edilməmiş məzuniyyətə görə pulun əvəzinin və son haqq hesabın hesablanaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı qüvvədə olan məhkəmə qərarlarına əsasən "xxxx" Firmasında işləməsi təsdiq olunsa da, iddiaçı ilə cavabdeh təşkilat arasında əmək müqaviləsinin olmaması və bu mənada əmək müqaviləsinin vacib komponentlərindən sayılan iddiaçının aylıq əmək haqqı məbləğinin hansı civarda olması, məzuniyyət günləri və s. barədə iş materiallarında hər hansı bir sübutu n (əmək müqaviləsinin) olmaması, "xxxx" Firmasından 17000 (on yeddi min) manat məbləğində əmək haqqının tutulmasını istisna edir. Belə ki, iddiaçı öz əmək haqqı məbləğinin məhz 17.000 (on yeddi min) manat məbləğində olmasını sübuta edə bilməmişdir. İddiaçı cavabdeh təşkilatda əmək münasibətlərində olması rəsmiləşdirilməsə də, aparılmış araşdırma zamanı iddiaçı ilə cavabdeh təşkilat arasında faktiki mövcud olmuş əmək münasibətləri nəzərə alınmalı, iddiaçının 2018-ci ilin may ayından 2019-cu ilin fevral ayına kimi hər ay 130 (bir yüz otuz) manat olmaqla (10 (ay) x 130 manat = 1300) 1300 (bir min üç yüz) manat, həmin ilin mart və aprel ayları isə hər ay 180 (bir yüz səksən) manat olmaqla (2 (ay) x 180 = 360 manat) 1300 + 360= 1660, ümumilikdə 1660 manat məbləğində minimum əmək haqqı və həmin müddət üçün minimum əmək haqqına mütənasib hesablanmış məzuniyyət haqqı "xxxx" Firmasından tutularaq İddiaçı ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin X saylı iş üzrə 20.08.2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətləri Əmək Məcəlləsinin tələbləri pozulmaqla həyata keçirildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi işəgötürən müvafiq formada cərimə edilmişdir. Məhkəmə aktından apellyasiya şika yəti verilmiş, lakin təmin olunmamış, məhkəmə aktı öz qanuni qüvvəsini almışdır. Burada iddiaçının əmək müqaviləsi olmadan və rəsmi qaydada rəsmləşdirilmədən işə götürülməsi faktı məhkəmə aktı ilə sübut olunmuşdur. Yəni apellyasiya məhkəməsinin sübut qismində əmək müqaviləsinin olmasını işin faktiki hallarının zəruri elementi kimi qəbul etməsi özlüyündə prosessual tələblərin pozuntusu kimi qəbul edilməlidir. İddiaçının sözlərinə görə, onun "xxxx" firmasında işlədiyi dövr ərzində nə qədər əmək haqqı almasını sübut edən şirkətin direktoru ilə apardığı səs yazılarını və yazışmalarını apellyasiya məhkəməsinə təqdim etsə də, məhkəmə tərəfindən bu sübut qismində qəbul edilməmişdir. İddiaçı sözlərinə görə, onun elektron daşıyıcıya köçürdüyü və onun əmək haqqının nə qədər olmasını sübut edən yaz ışmaları və səs yazıları şirkətin direktoru ilə aparılmışdır. Bu səs yazıları gizli olaraq qeydə alınmamışdır və direktor tərəfindən şəxsən ünvanlanmışdır. Lakin apellyasiya məhkəməsi prosessual pozuntulara yol verməklə işin düzgün həlli üçün əhəmiyyətli olan sübutu qəbul etməkdən imtina etmişdir. Apellyasiya instansiya məhkəməsi özü də qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırmadığından qətnamə dəyişdirilməlidir. Lakin apellyasiya məhkəməsi özü mübahisəyə maddi hüquq normalarının hərfi mənada tətbiqi baxımından yanaşmaqla məhkəmə icraatının təməl prinsiplərindən olan həqiqətin müəyyən edilməsinə nail ola bilməmişdir. İddiaçının təqdim etdiyi səs yazısı hazırkı mübahisə üzrə həqiqətin müəyyən olumasını təmin e tməyin yeganə vasitəsi kimi çıxış edir və məhkəmə tərəfindən həmin sübutun qəbul edilməməsi məhkəmə icraatının Konstitusiya ilə müəyyən edilmiş məqsədlərinə riayət etməmək kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsində qeyd edilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edə rək, onun təmin olunmasını xahiş etdilər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

17. Maddə 9, bənd d). Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.

18. Maddə

154. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən p ul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya ba xışının hədləri

21. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən "xxxx" Firması tərəfindən İddiaçı hər hansı işlərini yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə də "xxxx"Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəll əsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu barədə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 3(009)-2019 saylı qərarından da görünür ki, "xxxx" firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20.000 manat məbləğində cərimə edilməsi qərara alınmış, Bakı Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019cu il tarixli, X saylı qərarı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin X saylı, 20 avqust 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd edilən məhkəmə qərarlarını və eyni zamanda məhkəmə iclasında dindirilmiş şahid ifadələ rinə əsasən "xxxx" Firmasından 17.000 (on yeddi min) manat məbləğində vəsaitin İddiaçı xeyrinə ödənilməsini təmin etməkdə haqlı olmamışdır. Belə ki, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 19).

27. «Minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin» 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir.

28. «Minimum aylıq əmək haqqının artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin» 08 fevral 2019cu il tarixli Sərəncamına əsasən minimum a ylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilmişdir.

29. Apellyasiya kollegiyası qeyd etmişdir ki, İddiaçı qüvvədə olan məhkəmə qərarlarına əsasən "xxxx" Firmasında işləməsi təsdiq olunsa da, iddiaçı ilə cavabdeh təşkilat arasında əmək müqaviləsinin olmaması və bu mənada əmək müqaviləsinin vacib komponentlərindən sayılan iddiaçının aylıq əmək haqqı məbləğinin hansı civarda olması, məzuniyyət günləri və s. barədə iş materiallarında hər hansı bir sübutun (əmək müqaviləsinin) olmaması, "xxxx" Firmasından 17.000 (on yeddi min) manat məbləğində əmək haqqının tutulmasını istisna edir. Belə ki, iddiaçı öz istinad etdiyi halların sübutu kimi tələb olunan əmək haqqı məbləğinin məhz 17.000 (on yeddi min) manat məbləğində olmasını sübuta edə bilməmişdir.İddiaçı tələb etdiy i əmək haqqı məbləği sübuta yetirilməsə də, sonuncunun cavabdeh təşkilatda əmək münasibətlərində olması rəsmiləşdirilməsə də, aparılmış araşdırma zamanı iddiaçı ilə cavabdeh təşkilat arasında faktiki mövcud olmuş əmək münasibətləri nəzərə alınmalı, iddiaçının 2018-ci ilin may ayından 2019-cu ilin fevral ayına kimi hər ay 130 (bir yüz otuz) manat olmaqla (10 (ay) x 130 manat = 1300) 1300 (bir min üç yüz) manat, həmin ilin mart və aprel ayları isə hər ay 180 (bir yüz səksən) manat olmaqla (2 (ay) x 180 = 360 manat) 1300 + 360= 1660, ümumilikdə 1660 manat məbləğində minimum əmək haqqı və həmin müddət üçün minimum əmək haqqına mütənasib hesablanmış məzuniyyət haqqı "xxxx" Firmasından tutularaq İddiaçı ödənilməlidir.

30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyəti nə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

31. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaət ə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar