Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3853/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 cavabdeh X13 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X2 cavabdeh X13 qarşı nikahın pozulması, aliment tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1334/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadından verilmiş cavabdehin kassasiya şikayətinə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. X17 ilə X1 nikahları 26 fevral 2010-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 124 sayla qeydə alınmışdır. 2. xx.xx.2011-ci ildə anadan olmuş X4 və xx.xx.2012-ci ildə anadan olmuş X10 ataları X17, anaları isə X5r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X14 məhkəmədə cavabdeh X13 qarşı iddia qaldırıb xx.xx.2010-cu ildə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsində 124 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək hər birinin saxlanılması üçün hər ay 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment in cavabdeh X6 alınaraq ona verilməsi və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X10 onun himayəsində qalmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı X14 iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Ailə qurduqdan sonra ilk vaxtlar mehriban ailə kimi yaşasalar da sonradan ailə münasibətləri pisləşməyə başlamış cavabdeh səbəbsiz olaraq onu uşaqlarının gözü qarşısında döyüb təhqir etmişdir. Münasibətləri getdikcə daha da pisləşdiyindən birgə yaşamaları mümkün olmamış hazırda faktiki olaraq ayrı yaşayırlar. Bundan sonra uşaqlarının müalicəsi üçün Rusiya Federasiyasına cavabdehin yanına getmiş, Rusiyadan qayıdıb gələrkən cavabdeh uşaqları yanında saxlayaraq ona verməmişdir. Uşaqların hər ikisi üç aydır cavabdehin yanındadır. Yenidə n barışıb bir ailədə yaşamaları mümkün deyildir.
5. Məhkəmə baxışı iclasında dindirilən Göygöl rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının üzvü X7 28 iyul 2020-ci il tarixli rəyi müdafiə edərək xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X10 mənafelərinə uyğun olaraq onların anaları X2 himayəsinə verilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Göygöl Rayon Məhkəməsinin (hakim X3) 2(066)-982/2020 saylı, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, X14 ilə X17 arasında 26 fevral 2010-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində bağlanmış 124 saylı nigah akt qeydi pozulmuş, xx.xx.2011-ci ildə anadan olmuş X15 və xx.xx.2012-ci ildə anadan olmuş X18 anaları X2 yanında qalmaları müəyyən edilmiş, xx.xx.2011-ci ildə anadan olmuş X15 və xx.xx.2012-ci ildə anadan olmuş X18 ataları X8 alınıb anaları X9 verilməsi, X8 xx.xx.2011-ci ildə anadan olmuş X4 və xx.xx.2012-ci ildə anadan olmuş X10 hər birinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 120 manat olmaqla cəmi 240 manat aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Göygöl rayonu İcra Hakimiyyəti Aparatının nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik» komissiyasının 28 iyul 2020-ci il tarixli rəyinə əsasən «Qəyyumluq və Himayəçilik» komissiyası xx.xx.2011-ci ildə anadan olmuş X4 və xx.xx.2012-ci ildə anadan olmuş X10 mənafeyinə uyğun olaraq anaları X2 himayəsinə verilmələrini məq sədə müvafiq hesab edilmişdir.
8. Bundan başqa məhkəmə uşağın ana qayğısından məhrum olmasının onun sağlamlığına və psixi, fiziki mənəvi inkişaflarına mənfi təsir göstərə bilməsini, BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipində göstərilən azyaşlı uşaqların anasından ayrılmasına əsas verən hər-hansı bir müstəsna şəraitin mövcud olmamasını, hazırkı halda azyaşlı uşağın anasının yanında saxlanılmasının onun yüksək maraqları daxilində olmasını nəzərə alaraq xx.xx.2011-ci ildə anadan olmuş X4 və xx.xx.2012-ci ildə anadan olmuş X10 anaları X2 himayəsinə verilmələrini məqsədə müvafiq hesab etmişdir.
9. Daha sonra Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir validleynin həm qanunla müəyyən olun muş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşaqların azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumunu nəzərə və iddiaçının cavabdehin pul gəliri barədə məhkəməyə rəsmi məlumat təqdim edilmədiyindən iddianın qismən təmin edilərək, hər bir uşağın saxlanılması üçün sabit məbləğdə 120 manat olmaqla cəmi 240 manat aliment qət edilməsini məqsədə müvafiq hesab etmişdir.
10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 19.1, 20.2, 22.2.1, 49.2, 49.3, 50.2, 58.1, 58.2, 6 0, 75, 76, 78, Uşaq hüquqları haqqında Qanunun 5, 13, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Göygöl Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(066)-982/2020 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(104)4429/2021 saylı qərardadı ilə cavabdeh X11 nümayəndəsi Vəkil Göygöl Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(066)-982/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(104)866/2022 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(066)982/2020 saylı qətnaməsindən cavabdeh X11 nümayəndəsi olan vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələblərinə riayət edilməsi üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Göygöl Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(066)-982/2020 saylı qərardadı ilə apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun hesab edilməsi və mülki işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(104)1334/2022 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(066)-982/2020 saylı qətnaməsindən cavabdeh X11 nümayəndəsi olan vəkili Vəkil verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
16. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Göygöl Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(066)-982/2020 saylı qətnaməsinin surəti cavabdeh X13 30 iyul 2020-ci ildə göndərilmişdir. Bundan başqa, həmin qətnamə icraya yönəldilməklə bu barədə cavabdehə məlumat verilmiş və 20 avqust 2020-ci il tarixdə müvafiq icra orqanı tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh X11 nümayəndəsi olan vəkili Vəkil xx.xx.2021-ci il tarixdə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, qeyd olunan qətnamənin surətinin verilməsini xahiş etmiş və həmin qətnamənin surətinə xx.xx.2021-ci il tarixdə şəxsən imza etməklə, qəbul etmiş, xx.xx.2021-ci ildə isə on un apellyasiya şikayəti Göygöl Rayon Məhkəməsinə daxil olmuşdur.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(104)-4429/2021 saylı qərardadı ilə cavabdeh X11 nümayəndəsi Vəkil Göygöl Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(066)-982/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin Göygöl Rayon Məhkəməsi tərəfindən həmin apellyasiya şikayəti geri qaytarılmamış və Göygöl Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(066)-982/2020 saylı qətnaməsindən cavabdeh X11 nümayəndəsi olan vəkili Vəkil yenidən verdiyi apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
18. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdeh X11 nümayəndəsi olan vəkili Vəkiln Göygöl Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(066)-982/2020 saylı qətnaməsindən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddəti ötürməklə vermişdir. Belə ki cavabdeh X11 nümayəndəsi olan vəkili Vəkil xx.xx.2021-ci il tarixdə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, qeyd olunan qətnamənin surətinin verilməsini xahiş etmiş və həmin qətnamənin surətini xx.xx.2021-ci il tarixdə şəxsən imza etməklə, qəbul etmiş və hazırkı apellyasiya şikayətini isə xx.xx.2021-ci ildə, yəni prosessual müddəti 1 ay 10 gün ötürməklə vermişdir.
19. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MPM-in 366.1, 366.2, 366.3, 366.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şi kayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(104)1334/2022 saylı qərardadından cavabdeh (Vəkil) kassasiya şikayəti vermişdir.
21. X12 Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)1334/2022 saylı qərardadının ləğv edilərək işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. xx.xx.2021-ci il tarixdə qətnaməni almış, xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Yəni 20 ərzində verilmişdir. Apellyasiya şikayəti yeni formada tərtib edilmədiyi üçün mümkünsüz hesab edilmiş, göstərilən hall ar aradan qaldırıldıqdan sonra xx.xx.2021ci il tarixdə yenidən verilmişdir. Bu müddəti məhkəmə buraxılmış müddət hesab edərək qərardad qəbul etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
24. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
25. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
26. Maddə
146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat v erməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
27. Maddə 405.0.2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilir.
28. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
29. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddət ötürülmüşdür.
33. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2021-ci ildə qətnamənin surətini rəsmi olaraq qəbul etmiş, sonuncu apellyasiya şikayətini isə xx.xx.2021-ci ildə vermişdir.
34. Cavabdeh kassasiya şikayətində göstərir ki, ilkin olaraq vermiş olduğu apellyasiya şikayəti yeni formada tərtib olunmadığı üçün mümkünsüz hesab edilərək geri qaytarılmış və bundan sonra yenidən apellyasiya şikayətini tərtib edərək təqdim etmiş, lakin məhkəmə bu halı nəzərə almamışdır.
35. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin geri qaytarılmasından sonra əvvəl başlanmış müddətin axımı kəsilmir və ya dayanmır. Müvafiq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən apellyasiya şikayəti verilməsi zamanı, əgər qətnamənin rəsmi qaydada alındığı vaxtdan qanunla müəyyən olunmuş müddət ötürülmüşdürsə, bu halda eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət təqdim olunmalıdır. Müvafq olaraq müddətin bərpa edilməsinə dair vəsatətin təmin olunduğu halda apellyasiya şikayəti mümkün hesab edilə bilər. Baxılan iş üzrə isə belə vəsatətin verilmədiyi aşkardır.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur.
37. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılm alıdır.
38. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının MPM-in 133-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(104)-1334/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir..