Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3854/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və İddiaçı2 qarşı QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn mübahisə, satıcının əmlakı təhvil vermək öhdəliyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbi və iddiaçılar Cavabdeh1 və İddiaçı2 cavabdehlər İddiaçı1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesa b edilməsi” tələbinə dair birləşdirilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2025-ci il tarixli, 2(103)-311/2025 saylı qətnaməsindən İddiaçı2 və Cavabdeh1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 68 saylı evin 19 nömrəli mənzil İddiaçı2 ilə Mahmudova (nikahdan sonra “Abbasova”) Arzu Nurəddin qızının nikahda olduqları dövrdə əldə edilərək xx.xx.2016-cı il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 20.11.2018-ci il tarixdə X1 60.000 manat məbləğində kredit öhdəliyinin təminatı olaraq mənzil "xxxx" ASC-nin qarş ısında ipoteka ilə yüklü edilmişdir. 3. xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 (satıcının əvəzinə еtibarnamə əsasında İddiaçı2 imza etməklə) mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 68 saylı evin 19 nömrəli mənzilini 100.000 manata alıcı İddiaçı1 satmışdır. Həmin müqaviləyə əsasən alıcı 66.007 manat satıcıya, qalan 33.993 manatı isə kredit müqaviləsi üzrə X1 borcunun əvəzinə "xxxx" ASC-nin hesabına ödəmiş, satıcı xx.xx.2021-ci il tarixdən mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür.
4. Həmin mənzil üzərində İddiaçı1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Biri nci instansiya məhkəməsində icraat
5. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh1 və onunla birgə yaşayan İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 68, 19-cu mənzildən çıxarılması, İddiaçı1 ünvan 1 ünvanına köçürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakı razılaşdırdığı vəziyyətdə alıcıya verməli idi. Həmin tarixdən bu günədək cavabdeh ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamaqla mənzili təhvil verməkdən və mənzilə görə kirayə haqqını verməkdən imtina edirlər. Əmlak alınmasında məqsəd həmin əmlakı üçüncü şəxslərə kirayə verib gəlir əldə etmək olmuşdur. Cavabdeh mənzildə yaşadığından bunu etmək mümkün olmamış, cavabdeh özü mənzildən çıxana kimi ayı 400 manatdan kirayə haqqı ödəyəcəyinə dair aralarında şifahi razılıq əldə edilmişdir. Lakin keçən 22 ay ərzində cavabdeh nə mənzildən çıxmış, nə kirayə haqqı ödəmiş, gəlirdən məhrum etmiş və mənzilə ziyan vurmuşdur. Cavabdehlərin mənzildən istifadəsi nəticəsində mənzil aşınmaya məruz qalmış, mənzildə kommunal borclar yaranmışdır. Qeyd edilən faktlar maddi ziyanla yanaşı cavabdehin qeyri-səmimi münasibəti, əldə edilmiş həm rəsmi həm şifahi razılaşmalardan yayınması mənəvi ziyan vurmuşdur.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(007)1 366/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia təmin edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********74-**********7 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1-da yerləşən mənzilin mülkiyyətçisi İddiaçı1dur. Beləliklə, yuxarıda qeyd olunan tələblərə görə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ vardır.
9. Məhkəmə iddia tələbinin “İddiaçı1 ünvan 1 ünvanına köçürülməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mübahisə predmeti olan mənzilə qanunla nəzərdə tutulmuş qaydada hüququ olduğu üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməklə iddia tələ bi bu hissədə təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 29-cu maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinə, İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu il tarixli “Marks Belçikaya qarşı” qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokoluna, Mülki Prosessual Məcəlləsinin 7 7.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Birləşdirilmiş mülki iş üzrə:
11. İddiaçılar Cavabdeh1 və İddiaçı2 cavabdehlər İddiaçı1 və Cavabdeh2 qarşı “ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 52 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli AN-1 N: ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin Girov müqaviləsi hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 68, 19 saylı mənzilinə dair İddiaçı1 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxar ışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 2020-ci il tarixində biznes işlərilə əlaqədar onun pula ehtiyacı olduğundan Cavabdeh2 müraciət etmişdir və qarşılıqlı razılıq əsasında xx.xx.2020-ci il tarixində ilkin olaraq 30.000 manat faizə pul almışdır. Onların arasında bağlanmış kredit müqaviləsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri 30 saylı Dövlət Notariat Ofisində qeydiyyata alınmışdır. Müqavilənin 2-ci bəndinə əsasən götürdüyü kredit xx.xx.2020-ci ildə qaytarılması nəzərdə tutulmuşdur. O zaman “Covid-19” olduğundan normal fəaliyyət göstərilməsi çətin idi. Ona görə işlərinin görülməsi üçün daha böyük məbləğə pula ehtiyacı olduğundan o, təkrar Cavabdeh2 faizə pul verməsini xahiş etmişdir. O zaman Ca vabdeh2 bildirmişdir ki, əgər daşınmaz əmlakı girov qoyarsa ona faizə pul verə bilər. Ona görə o, həmin zaman həyat yoldaşı Cavabdeh1 ilə danışıb razılaşmışdır. Cavabdeh1 xəstə olduğundan ona etibarnamə vermişdir. O, yaşadığı mənzili girov qoyaraq, Cavabdeh2 adına sənədləşdirməklə pul götürülməsi razılığına gəlmişlər. Həmin vaxtı Cavabdeh2 bildirmişdir ki, kreditə pulu girov əsasında verəcəkdir. Eyni zamanda onlar razılığa gəlmişlər ki, götürülən pul qaytarıldığı təqdirdə, yenidən tərəflər arasında təkrar müqavilə bağlanacaq və mənzil ilkin sahibinə qaytarılacaqdır. Cavabdeh2 onu inandırmışdır ki, mənzilin qaytarılması ilə bağlı heç bir problem olmayacaqdır. O yalnız götürəcəyi 90.000 manat pulun müqabilində notarial qaydada sənədləşdirilməsinə razılıq vermişdir. Bu onunla izah olunur ki, onların yaşadığı mənzilin qiyməti götürəcəyi kreditdən iki dəfə bahadır. Belə ki, mənzilin qiyməti 180.000 manat dəyərində qiymətləndirilirdi. Lakin sonradan ona məlum olmuşdur ki, 50 saylı Notariat Ofisində onunla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixində girov müqaviləsi adı ilə “Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi” bağlamışlar. O, heç vaxt İddiaçı1 görməmişdir və mənzilin onun adına sənədləşdirilməsi barədə razılığa gəlməmişdilər. Həmin vaxtı o, Cavabdeh2 90.000 manat pul götürmüş və Elmar ona bildirmişdir ki, bir il müddətində ona verilmiş pulun əvəzində 120.000 manat pul qaytaracağı təqdirdə mənzili yenidən onların adına keçirəcək və o da razılıq vermişdir. O zaman o, məbləğ böyük olmasın deyə ilkin olaraq Elmardan götürdüyü 30.000 manat pulu qaytarmışdır. Nəzərə alınmalıdır ki, mənzil başqa şəxsin adına sənədləşdirilməsinə baxmayaraq, həmin mənzildə onun həyat yoldaşı üç övladı ilə birlikdə yaşamışlar. Lakin bir il müddətində faizə götürdüyü pulu qaytara bilmədiyi üçün, Elmarla görüşmüş və bildirmişdir ki, onun ona qaytaracağı pulun üzərinə əlavə 10.000 manat verəcəyini bildirməklə bir qədər gözləməsini xahiş etmişdir. O zaman Elmar onunla razılaşmışdır.
13. Cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, hazırki iddia tələbi qanunsuz və əsassız olmaqla yanaşı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(007)-1366/2024 saylı qətnaməsinin icrasını uzatmaq və ləngitmək məqsədi ilə verilmişdir.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)326/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə qanunda nəzərdə tutulmuş formaya uyğun notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. Digər hal gərəkli razılığın verilmiş olmasıdır, hansı ki tərəflər öz iradə ifadələri ilə Notariat Ofisində borcun qaytarılma müddəti də müəyyən edilməklə kredit müqaviləsi bağlamışlar. Plenum Qərarında qeyd olunan müqavilənin etibarlılıq şərtlərindən biri də əqdi bağlayan şəxslərin anlaqlı olmasıdır. Məhkəmə araşdırması zamanı tərəflərin müqavilə bağlayan zaman anlaqsız olmasına şübhə doğuran, yaxud sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2021ci il tarixli kredit müqavi ləsinin etibarsız hesab edilməsinə əsaslar mövcud deyildir.
16. Həmçinin məhkəmə iddia müddəti ilə bağlı qeyd etmişdir ki, iddiaçılar tərəfindən iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir. Hazırki halda iddiaçılar xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişlər. Göründüyü kimi iddiaçılar tərəfindən “alğı-satqı müqaviləsi”-nin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür.
17. Bundan başqa, iddiaçılar alğı-satqı müqaviləsinin girov müqaviləsi hesab edilməsini xahiş etm işlər. Tələbin bu hissəsinə də münasibətdə məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin olunmamalıdır. Belə ki, iddiaçılar müqaviləni xx.xx.2021-ci il tarixdə bağlamışlar və hər iki tərəfdə alğı-satqı müqaviləsinin surəti olmuşdur, İakin iddiaçılar 2021-ci ildən 2024-cü ilədək nə Notariat Ofisinə, nə də məhkəməyə müqavilənin dəyişdirilməsi və ya ləğvi ilə bağlı müraciət etməmişlər.
18. İddiaçılar iddia ərizəsində tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin, əslində mövcud kredit münasibətlərini pərdələmək üçün bağlanmış girov müqaviləsi olduğunu və əslində tərəflərin real iradə ifadələrini əks etdirmədiyini qeyd etsələr də, 3 ildən çox müddət ərzində əqdi mübahisələndirməmişlər. Yalnız İddiaçı1 istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciə t etdikdən sonra hazırki iddiaçılar alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin girov müqaviləsi hesab edilməsi tələbi ilə məhkədə iddia qaldırmışdılar. Həmçinin məhkəmə dəfələrlə hazırlıq iclası təyin etməsinə baxmayaraq iddiaçılar gəlib məhkəmə iclasında iştirak etməmişlər və hüquqlarını müdafiə etməmişlər. Bununla da məhkəmə iddiaçıların sadəcə yaşadıqları mənzildən çıxmamaları üçün, məhkəmədə süni şəkildə tələblər qaldıraraq icradan yayınmaları məqsədi daşıdığı qənaətinə gəlir.
19. İş materiallarından göründüyü kimi cavabdeh İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edib iddia müddətinin iddiaçılar tərəfindən ötürüldüyü üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
20. Qeyd olunanlarla yanaşı məhkəmə hesab etmişdir ki, yuxar ıda qeyd olunan Plenum Qərarına əsasən iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir və cavabdehin ərizəsi ilə tətbiq edildiyindən, hazırki mülki iş üzrə iddia müddəti Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən ötürülmüş hesab edilməlidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 338, 340.1, 340.2, 354.2, 404.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.1, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdehlər Cavabdeh1 və İddiaçı2 hər iki qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)1366/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi, xx.xx.2025-ci il tarixli, 2(007)326/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
23. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əslində mövcud kredit münasibətlərini pərdələmək üçün bağlanmış girov müqaviləsidir. Lakin məhkəmə prosesində iştirak etmədiyi üçün göstərilən hallar barədə məhkəməyə heç bir məlumat verilməmiş və işə baxan məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir. Beləliklə, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış əqdlər əslində tərəflərin real iradə ifadələrini əks etdirməmişdir. Bu faktlar aşağıda qeyd olunan faktiki hallar ilə təsdiq olunur. Bel ə ki, alqı-satqı müqaviləsinin mahiyyəti ondan ibarətdir ki alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi) ki, tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq iddiaçı bir dəfə də olsun mənzilə baxmamış və mənzildə kimlərin yaşaması bilməmişdir. xx.xx.2021-ci il tarixli Müqavilə bağlanarkan, onunla Elnur Hüseynov arasında bir neçə dəfə faizə pul götürməyi halları mövcud olmuşdur. Cavabdeh2 götürdüyü borcu qaytarmadığı üçün Cavabdeh2 təkidi ilə mənzildən çıxarma və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bu halı nəzərə almamışdır.
24. Məhkəmə tərəfi ndən kredit müqaviləsinin ləğv edilməsini əsaslı araşdırmamış və bunun alğı-satqı müqaviləsi ilə əlaqəsini və yalnız alğı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh2 30.000 manat verilməsini aydınlaşdırmamışdır. Rərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq iddiaçı bir dəfə də olsun mənzilə baxmamış və mənzildə kimlərin yaşamasını bilməmişdir. Bu hal onu təsdiq edir ki, xx.xx.2021-ciil tarixli alğı-satqı müqaviləsi formal xarakter daşıyıb və əslində onların arasında bağlanan müqavilə girov müqaviləsi olmuşdur. Məhkəmə iddia tələbində qeyd edilən aşağıdakı halları tam, obyektiv və hərtərəfli aydınlaşdırmadan iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir: a) İddia tələbində mübahisələndirilən alğı-satqı müqaviləsinin Cavabdeh2 təzyiqi və aldatma sı halında bağlanması və tərəflər arasında pul münasibətlərinin olması faktının tərəflər arasında məcburiyyət üzündən olmasını təsdiq edir. b) İddiaçı Cavabdeh1 alğı-satqı prosesində şəxsən iştirak etməməsi səbəbləri və etibarnamənin həmin evin alğısatqısı narazılıq məqsədilə verilib-verilməməsini tam aydınlaşdırılmamışdır. c) İddiaçı2 və Cavabdeh2 arasında şifahi qaydada razılaşdırılan pul münasibətlərinin digər şəxslər tərəfindən təsdiq edilməli olduğu halda, həmin şəxslərin məhkəməyə dəvət edilməməsi. d) cavabdeh İddiaçı1 06 aprel 2021-ci il tarixli müqavilə bağlandıqdan sonra heç bir şifahi və ya yazılı qaydada tələb irəli sürmədən Məhkəməyə müraciət etməsi, həmçinin yalnız xx.xx.2023-cü il tarixli Nizami Rayon Məhkəməsinin qiyabi qətnaməsinin icraya yönləndirildikdən sonra aldandığı nın aşkar etməsi faktını aydınlaşdırmamışdır. Məhkəmə alğı-satqı müqaviləsinin bağlanmasına verilmiş razılıq sənədinin verildiyi tarix və notariat kontorunda xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Həmin müqavilə əslində Girov müqaviləsidir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)3545/2025 nömrəli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-311/2025 saylı, 22 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Rüstəmli, hakimlər S.Səlimova və A.İsgəndərov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)1366/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 2(007)-326/2025 nömrəli qətnamələri dəyişdirilmədən saxlanılmışlar.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırki işdə iddiaçılar tərəfindən Cavabdeh2 ilə İddiaçı2 arasında 90.000 manat məbləğində borc müqaviləsinin mövcudluğu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmin borc müqaviləsinin mövcudluğu sübut edildiyi təqdirdə xx.xx.2021-cı il tarixli alğı-satqı müqaviləsinin sözügedən borc müqaviləsinin pərdələnməsi məqsədilə bağlanılıbbağlanılmamadığına hüquqi qiymət verilə bilər.
28. Əksinə, işdən görünən odur ki, xx.xx.2021-cı il tarixli alğı-satqı müqaviləsi bağlanarkən mənzilin dəyərinin 33.993 manatı kredit müqaviləsi üzrə X1 borcunun əvəzinə "xxxx" ASC-nin hesabına ödənilmişdir.
29. Müqavilə bağla ndıqdan sonra isə İddiaçı2 tərəfindən Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 30.000 manat məbləğində borc ödənilmiş və həmin kredit müqaviləsinə xitam verilmişdir.
30. Belə ki, Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixdə saat 14:26 da mənzilin alğı-satqı müqaviləsi çap edilmiş, bundan sonra 30 saylı Notariat ofisində həmin tarixdə saat 15:57-də 30.000 manat məbləğində borcun qaytarılması barədə müqavilə rəsmiləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, mənzilin satılmasında məqsəd "xxxx" ASC-yə 33.993 manat və Cavabdeh2 30.000 manat məbləğində borcların ödənilməsi olmuşdur.
31. Bundan başqa, Cavabdeh2 90.000 manat məbləğində borcun götürülməsi üçün ona 30.000 manatın qaytarılması da ağlabatan deyil. Belə ki, həmin məbləğ qaytarılmad an 60.000 manat məbləğində əlavə borcun götürülməsi və həmin borcun da notarial qaydada rəsmiləşdirilməsi (30.000 manat məbləğində borcun götürülməsi barədə müqavilə kimi) daha məntiqlidir.
32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh1 və İddiaçı2 iddia tələbləri əsassızdır və tələblər əsassız olduğundan müqavilənin mübahisələndirilməsi üçün hər hansı müddətin tətbiq edilib-edilməməsinə qiymət verilməsinə zərurət yoxdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş iş üzrə tələb təmin edilmədiyindən İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 68 saylı evin 19 nömrəli mənzilinin mülkiyyətçisi kimi tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, alğı-satqı müqaviləsinə əsasən mənzilin satıcısı xx.xx.2021-ci i l tarixdən mənzili onun faktiki sahibliyinə verməyi öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir.
34. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 139.1, 139.3, 140, 144.1, 148.2, 152.1, 152.5, 157.2, 324.1, 337.1, 337.3, 340.2, 362.1, 362.2, 389.1, 390.1, 425.1 560.1, 567, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarına, MPM-nin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şika yətinin dəlilləri
35. İddiaçı2 və Cavabdeh1 birgə kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onların iddialarının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
36. Kassasiya şikayətində maddi hüquq normalarının pozuntusu kimi MM-nin 152.1, 337, 339.2, 340.2, 390, 425.1, 560, 590-cı maddələrinin pozuntusuna istinad edilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, tərəflər arasında mövcud olmuş münasibətlər alğı-satqı müqaviləsini tənzimləyən maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun deyil. Mənzilin alğı-satqısı olmamışdır. Nə Bakı şəhəri Nizami Rayon Məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə baxarkən bağlanmış müqavilənin əsl niyyətinin nədən ibarət olmasını, gizli sövdələşmənin mövcud olmasını araşdırmamışdır. Müqavilə bağlanan zaman tərəflərin iradə ifadələrinin həqiqi olub-olmamasını müəyyən etməmişdir. İş materiallarında iddiaçının bildirdiyi kimi bir neçə ildir mənzilin formal mülkiyyətçisi olmasına baxmayaraq, lakin nə alqı-satqı müqaviləsi bağlananda, nə də bir gün də olsun mənzildə olmamış və mənzildə yaşamamışdır. Müqavilənin bağlandığı andan etibarən illər ərzində mənzili təhvil almaq üçün Cavabdeh1 tələb etməmişdir. Məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edərkən səhv nəticəyə gəlmiş, formal alqısatqı müqaviləsini əsas götürməklə qətnamə qəbul etmişdir. O zaman mənzilin qiymətinin 180.000 manatdan çox olması faktı hamıya bəlli olduğu təqdirdə, 60.000 manat pulun alınması müqabilində mənzilin alqı-satqı müqaviləsi əsasında sənədələşdirilməsi a ğlabatan deyil. Əgər mənzili satmaq istəsəydi, o zaman həmin mənzili heç bir problem olmadan 180.000 manata satardı və həmin məbləğdən 30.000 manatın qaytarılmasında heç bir problemi olmazdı. Mənzilin guya alğı-satqı edilməsi zamanı Cavabdeh2 təqdimatı ilə özünü alıcı kimi təqdim edən İddiaçı1 bir dəfə də olsun mənzildə olmaması və mənzilin texniki göstəriciləri ilə tanış olmaması kimi hallara məhkəmə əhəmiyyət verməmişdir. Mənzilin alğısatqısından sonra İddiaçı1 nə bir dəfə də olsun onunla heç bir əlaqə saxlamamış, bir dəfə də olsun yaşadığı mübahisəli mənzilə gəlməmiş və mənzilin boşaldılması barədə heç bir tələb irəli sürməmişdir. Bu hal onu təsdiq edir ki, 06 aprel 2021-ci il tarixli alğı-satqı müqaviləsi formal xarakter daşıyıb və əslində onların arasında bağlanan müqavilə girov müqav iləsi olmuşdur. Məhkəmə iddia tələbində qeyd edilən aşağıdakı halları tam, obyektiv və hərtərəfli aydınlaşdırmadan iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir: İddia tələbində mübahisələndirilən alğı-satqı müqaviləsinin Cavabdeh2 təzyiqi və aldatması halında bağlanması və tərəflər arasında pul münasibətlərinin olması faktının tərəflər arasında məcburiyyət üzündən olmasını təsdiq edir. Cavabdeh1 alğı-satqı prosesində şəxsən iştirak etməməsi səbəbləri və etibarnamənin həmin evin alğı-satqısı narazılıq məqsədi ilə verilibverilməməsini tam aydınlaşdırılmamışdır. İddiaçı2 və Cavabdeh2 arasında şifahi qaydada razılaşdırılmış pul münasibətlərinin digər şəxslər tərəfindən təsdiq edilməli olduğu halda, həmin şəxsləri məhkəməyə dəvət etməmişdir. İddiaçı1 tərəfindən 06 aprel 2021-ci il tarixli mü qavilə bağlandıqdan sonra heç bir şifahi və ya yazılı qaydada tələb irəli sürmədən məhkəməyə müraciət etməsi, həmçinin yalnız 14 iyun 2023-cü il tarixli Nizami Rayon Məhkəməsinin Qiyabi Qətnaməsinin icraya yönləndirildikdən sonra aldandığının aşkar etməsi faktını aydınlaşdırmamışdır. Ona faiz verilmiş pulun müqabilində 06.04..2021-ci il tarixdə bağlanmış müqavilə, onun aldanmağı ilə bağlanmış müqavilə hesab edilməlidir. Belə ki, həmin müqavilə bağlanarkan Cavabdeh2 tərəfindən aldadılmışdır. İş üzrə iddiaçı kimi çıxış edən İddiaçı1 formal mülkiyyətçi kimi çıxış etmişdir. O, heç vaxt İddiaçı1 görməmiş və onunla heç bir danışıq aparmamışdır. Əslində mənzilin sahibi Cavabdeh2dur. Belə olduğu təqdirdə, onunla bağlanmış müqavilə formal müqavilədir və görünüş xarakteri daşıyır. Həmin müqavilə bağ lanarkan onların məqsədi onu aldatmaq olmuşdur.
37. Prosessual pozuntu kimi MPM-nin 4.1, 9-cu, 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələrinin pozuntusuna istinad edilmiş, kassasiya şikayətində göstərilən halların məhkəmələr tərəfindən araşdırılmadığı, işə birtərəfli baxılaraq əsassız qətnamə qəbul edildiyi müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdir ilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
42. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
43. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
44. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
45. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
50. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
51. Kassasiya şikayətində qeyd edilmiş hü quqi məsələlərə apellyasiya məhkəməsi tərəfindən tam və iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq təkrarlanmasını zəruri hesab etmir.
52. Kassasiya şikayətinin sübutlara düzgün qiymət verilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Sübutları qiymətləndirmək səlahiyyəti işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyi yoxlanılır. Hazırkı halda məhkəmə tərəfindən belə pozuntuya yol verildiyi müəyyən edilməmişdir.
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər (birləşdirilmiş iş üzrə iddiaçılar) Cavabdeh1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-311/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.