Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1366/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Cavabdeh və X3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilə köçürülmə və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onunla birgə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 1, 68-ci mənzildən çıxarılması, İddiaçı ünvan 1 ünvanına köçürülməsi, Cavabdeh 8800 manat kirayə haqqının, 1100 manat mənəvi ziyanın və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 10000 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh və onunla birgə yaşayan X2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 68, 19-cu mənzildən çıxarılması, İddiaçı ünvan 2 ünvanına köçürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(007)- 1150/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh, onunla birlikdə yaşayan X4 və digər ailə üzvləri İddiaçı məxsus ünvan 3 ünvanından çıxarılması, İddiaçı ünvan 3 ünvanına köçürülməsi, Cavabdeh 8800 manat kirayə haqqı, 1100 manat mənəvi ziyan və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir.
4. İddiaçı vəkili və nümayəndəsi Vəkil 25 sentyabr 2023-cü il tarixdə ərizə verərək bildirmişdir ki, iddia ərizəsində yalnışlığa yol verilərək ünvan düzgün qeyd edilməmişdir. Mülkiyyət sənədində ünvan Nizami rayonu, C.ünvan 4mədə yalnışlığın düzəldilməsinə dair qərardad qəbul edilməsini və yeni icra vərəqəsinin verilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(007)- 1150/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(007)-1150/2023 saylı qiyabi qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılsın və qətnamənin bütün mətnində mənzilin ünvanı aşağıdakı kimi oxunsun: “ünvan 5.” qərara alınmışdır.
6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, e-2(007)- 1366/2024 saylı qərardadı ilə Cavabdeh Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2(007)-1150/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı 06 oktyabr 2021-ci il tarixdə daşınmaz əmlakı razılaşdırdığı vəziyyətdə alıcıya verməli idi. 06 oktyabr 2021-ci il tarixdən bu günədək cavabdeh ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamaqla mənzili təhvil verməkdən və mənzilə görə kirayə haqqını verməkdən imtina edirlər. Əmlak alnmasında məqsəd həmin əmlakı üçüncü şəxslərə kirayə verib gəlir əldə etmək olmuşdur. Cavabdeh mənzildə yaşadığından bunu etmək mümkün olmamış, cavabdeh özü mənzildən çıxana kimi ayı 400 manatdan kirayə haqqı ödəyəcəyinə dair aralarında şifahi razılıq əldə edilmişdir. Lakin keçən 22 ay ərzində cavabdeh nə mənzildən çıxmış, nə kirayə haqqı ödəmiş, gəlirdən məhrum etmiş və mənzilə ziyan vurmuşdur. Cavabdehlərin mənzildən istifadəsi nəticəsində mənzil aşınmaya məruz qalmış, mənzildə kommunal borclar yaranmışdır. Qeyd edilən faktlar maddi ziyanla yanaşı cavabdehin qeyri-səmimi münasibəti, əldə edilmiş həm rəsmi həm şifahi razılaşmalardan yayınması mənəvi ziyan vurmuşdur.
Tərəflərin izahatları:
8. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlər alqı-satqıdan sonra evdən çıxmaları üçün 6 ay vaxt istəmişlər. 2021-ci ilin oktyabr ayında evdən çıxmalı idilər, lakin hələ də çıxmayıblar. Evi almaqda məqsəd alıb kirayəyə vermək idi. İddiaçının özünün yaşamaq üçün evi vardır. İddiaçı səbr etsə də cavabdehlər indiyə kimi nə evi təhvil vermiş, nə də ki, evdən çıxmışlar. İlk öncə kirayə söhbəti olmamışdır. Oktyabr ayında kirayə haqqı barədə danışıqlar olmuşdur. Lakin sonradan cavabdehlər bu məsələni uzatmağa başladı, narahat olmamağı mənzildən çıxanda kirayə haqqını tam verəcəklərini bildirmişlər. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkmədən xahiş etdi.
9. Cavabdehlərə məhkəmənin bütün iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
11. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
12. 06 aprel 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 68 saylı evin 19 nömrəli mənzilini İddiaçı satmışdır. Müqavilənin 11-ci bəndinə əsasən satıcı 06 oktyabr 2021-ci il tarixdən mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13 avqust 2016-cı il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 68 saylı evin 19 nömrəli mənzili, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı olmaqla Cavabdeh adına qeydiyyata alınmışdır.
14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********74-05101-093037 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 68 saylı evin 19 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 08 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
15. 06 aprel 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzili satmaq istəyir.
16. 06 aprel 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, X4 arvadı Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzili satmasına etiraz etmir.
17. AZ-İ seriyalı 335626 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X1 25 sentyabr 1998-ci il tarixdə Cəbrayıl Rayon VVADQ Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 121 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Abbasova” soyadını qəbul etmişdir.
18. 27 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia ərizə ilə müraciət etmək üçün 120 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
19. Məhkəmə iclasında müəyyən olundu ki, 06 aprel 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 68 saylı evin 19 nömrəli mənzilini İddiaçı satmışdır. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 68 saylı evin 19 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 08 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Alqı-satqı Müqavilənin 11-ci bəndinə əsasən satıcı 06 oktyabr 2021-ci il tarixdən mənzili alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehlər ailə üzvləri ilə birlikdə hələ də qeyd olunan mənzildə yaşayırlar.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyasının:
13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il il tarixli qərarı:
Qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki:
“Əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.
24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun:
1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “
Məhkəmə baxışının hədləri:
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
27. İddia tələbinin “Cavabdeh və onunla birgə yaşayan X2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 68, 19-cu mənzildən çıxarılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sadalananlara əsasən iddia tələbi bu hissədə əsaslıdır və təmin edilərək Cavabdeh və onunla birgə yaşayan X4 ünvan 2-dan çıxarılmalıdır.
28. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
29. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********74-05101-093037 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2-da yerləşən mənzilin mülkiyyətçisi İddiaçıdur. Beləliklə, yuxarıda qeyd olunan tələblərə görə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ vardır.
30. Məhkəmə iddia tələbinin “İddiaçı ünvan 2 ünvanına köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan mənzilə qanunla nəzərdə tutulmuş qaydada hüququ olduğu üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməklə iddia tələbi bu hissədə təmin edilməlidr.
31. İş materiallarından və məhkəmə iclasında müəyyən olunduğu kimi iddiaçının köçürülməsini tələb etdiyi mənzil tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir.
Nəticə:
32. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və onunla birgə yaşayan X4 İddiaçı məxsus ünvan 5 ünvanından çıxarılmalı, İddiaçı ünvan 5 ünvanına köçürülməlidir.
33. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh və onunla birgə yaşayan X4 İddiaçı məxsus ünvan 5 ünvanından çıxarılsınlar. İddiaçı ünvan 5 ünvanına köçürülsün. Cavabdeh ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova