Məhkəmə qərarları › İş №2(102)-3855/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3855/2024

13.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3855/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının, habelə digər ödənclərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4337/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qazaxıstan Respublikasındakı filialında aparıcı mütəxəssis vəzifəsində işə qəbul olunmuşdur. “Əmək müqaviləsini” işəgötürən kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qazaxstan Respublikasındakı filialının direktoru imzalamış, bu zaman o, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AR-1720789 nömrəli baş etibarnamə əsasında "xxxx" ASC-nin adından çıxış etmişdir

2. Əmək müqaviləsinə əsasən əmək haqqı 750000 tenge məbləğində müəyyən edilmişdir.

3. İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu ildən xx.xx.2019cu il tarixədək, xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək “Aqtöbe-Atırau-Rusiya Feder asiyası sərhədi (Həştərxan şəhərinə) km. 236-275” avtomobil yolu hissəsinin yenidən qurulması layihəsinə ezamiyyətə göndərilmişdir.

4. İddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimaovv Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkmənin 01 mart 2022-ci il tarixli qərardadı ilə mülki işin baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndrilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 13 mart 2022-ci il tarixli Qərardadı ilə məhkəmə aidiyyatnin müəyyən edilməsi üçün mülki işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 may 2022-ci il tarixli Qərarı ilə mbahisə məhkəmə aidiyyatının yenidən müəyyən edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməs i qərara alınmışdır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında həm xidməti, həm də əmək müqaviləsi mövcud olmuşdur. Məhkəmə iclasında iddiaçı tərəf tələb etdiyi pul məbləğinin hansı hissəsinin əmək haqqı və hansı hissəsinin xidmət haqqı olmasına dair iddia ərizəsini dəqiqləşdirməmiş, bu səbəbdən iddianın icraatının ayrılması mümkün olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" ASC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixli xidmət müqaviləsi üzrə 2018-ci ilin noyabr ayı üçün 387 manat, 2018-ci ilin dekabr ayı üçü n 1029 manat, 1416 manat məbləğində pulun “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1735/2022 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın rədd edilən hissədə qismən təmin edilərək "xxxx" ASC-dən İddiaçı xeyrinə 2019-cu ilin iyun ayı üzrə 2900 manat xidmət haqqının, 234.40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il üzrə həmin ilin oktyabr ayının 20-dən n oyabr ayının 20-dək ödənilməli olan məbləğin 472874 tenge (1749,63 manat), noyabr ayının 20dən dekabr ayının 20-dək 668405 tenge (2473,10 manat), 2021-ci il üzrə həmin ilin dekabr ayının 20-dən yanvar ayının 21-dək 665372 tenge (2461,88 manat), yanvar ayının 21-dən fevral ayının 21-dək 664260 tenge (2426 manat), fevral ayının 21-dən mart ayının 21-dək 336926 tenge (1246,63 manat), mart ayının 21-dən aprel ayının 21-dək 750000 tenge (2900 manat) olmaqla, cəmi 13257,24 manat məbləğində ödənilməmiş əmək haqqının, 7046,26 məbləğində ödənilməmiş son haqq hesabının və 50 manat mediasiya xərci olmaqla, cəmi 20353,5 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə yə ərizə təqdim edərək, cavabdeh tərəfindən ödənilməmiş 11364,63 manat əmək haqqının, 8152,61 manat ödənilməmiş son haqq hesabın və 3756,83 manat məbləğində məzuniyyət haqqının cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən aylıq xidmət haqqı 750.000 tenge, həmin dövrün valyutasına uyğun olaraq 2.900 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə əsasında o, öz öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, cavabdeh tərəfindən 2020-ci ilin oktyabr ayından etibarən aylıq xidmət haqqı olan 2900 manat məbləğində pul vəsaiti tam şəkildə bu günədək ödənilməmişdir. Cavabdeh tərəfindən ona təqdim edilən hesabdan çıxarışa nəzər yetirdikdən sonra ona ödənilməli olan xid mət haqqının hesaba tam həcmdə köçürülməməsi faktı aşkar edilmişdir. Bundan başqa, 7046,26 manat məbləğində kompensasiya, məzuniyyət haqları - son haqq-hesab ona işdən çıxarılan zaman ödənilməmişdir.

10. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək, iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən 2020-ci ilin oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral mart ayları üzrə ödənilməyən əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanıb ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edilsə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 296-cı maddəsinin 4cü hissəsinə əs asən pul və digər əmlak tələbləri ilə əlaqədar həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin tərəflər arasında münasibətlər Qazaxıstan Respublikasında yarandığı üçün hazırki mülki işə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxıması qeyri-mümkündür.

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, hazırkı mübahisə ilə bağlı olaraq tərəflərindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, daha sonra məhkəmə tərəfindən aiddiyyat üzrə kommersiya məhkəməsinə göndərilmişdir. Lakin məhkəmələr arasında məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığı olduğundan məsələ nin həll edilməsi üçün iş Ali Məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin araşdırmasından sonra işin kommersiya mübahisəsi olduğu qənaətinə gəlinmiş və baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin zaman iddia tələbinin kommersiya məhkəməsi tərəfindən baxılması üçün iddia tələbi həmin hissədə azaldılaraq qalan iddia tələbi ilə bağlı mülki mübahisə ilə əlaqədar olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. İlkin məhkəməyə müraciətdən öncə mediasiya sessiyasında iştirakı, məhkəmələr arasında fikir ayrılığı və işin Ali Məhkəmədə araşdırılaraq yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi və digər halları nəzərə alsaq iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edildiyi görünür.

12. Azərbaycan Respublikası Ədliyyə N azirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2284 №-li ekspert rəyinə əsasən, iş materiallarında olan sənədlərə və Azərbaycan Respublikası Mərkəzi Bankının sayt məlumatlarına əsasən 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayına qədər iddiaçıya ödənilməsi nəzərdə tutulan əmək haqqının (hər ay üzrə) Qazaxıstan Respublikasının milli valyutasından Azərbaycan Respublikasının milli valyutasına çevirdikdə məbləği ümumilikdə 11.364,63 manat, iddiaçıya ödənilməmiş son haqq-hesabı və məzuniyyət haqqı məbləğinin Qazaxıstan Respublikasının milli valyutasından Azərbaycan Respublikasının milli valyutasına çevirdikdə iddiaçıya ödənilməli olan son haqq hesabın məbləği 8152,61 manat, ödənilməli olan məzuniyyət haqqının məbləği isə 3.756,28 manat təşkil edir.

13. Bakı şəhəri N ərimanov Rayon Məhkəməsinin e-2(005)-914/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim M. Əfəndizadə) iddia təmin edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə “işəgötürən” statusunda daxil olan, barəsində işə qəbulu əlaqədar müvafiq əmr verən, həmçinin əmək müqaviləsinin şərtlərini müəyyən edən şəxs "xxxx" ASC deyil, həmin ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır. Hazırkı iş üzrə tərəflər arasında əmək münasibətləri yaranmamışdır, cavabdeh qismində göstərilmiş hüquqi şəxs işçi ilə işəgötürənin hüquq və vəzifələrini tənzimləyən əmək müqaviləsinin tərəfi deyildir, iddiaya cavab verməli şəxs ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr məhkəməyə təqdim edilməmişdir. Halbuki əmək mübahisələrində bu qəbildən olan sənədləri təqdimetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, cavabdeh iddiaçıya münasibətdə iqtisadi cəhətdən daha güclüdür və əmək münasibətləri ilə bağlı hər növ sənədləşmənin aparılmasında daha geniş imkanlara malikdir və öhdəliklər daşıyır. Belə olan təqdirdə iddiaçının dəqiq olaraq hansı tarixdə hüquqlarının pozulduğunu müəyyən etmək qeyri-mümkündür.

16. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilkin olaraq məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Daha sonra məhkəmələr arasında aidiyyətlə bağlı məsələyə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmış, mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, daha sonra sonuncu tərəfin dən Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan vaxt iddia tələbi dəqiqləşdirilmiş, tərəflər arasında olan xidməti müqavilədən irəli gələn mübahisəyə baxılaraq xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edilmişdir. Tərəf həmin ilin noyabr ayının 4-də cavabdehə mediasiya təklifi göndərərək, hazırkı əmək müqaviləsindən irəli gələn mübahisəni həll etməyi təklif etmişdir. Belə olan halda, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı hərəkətsizlik göstərməmiş, əksinə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi qəbul edildikdən dərhal sonra mediasiyaya müraciət etmişdir. Cavabdeh təşkilat birinci instansiyada olan ilkin icraat zamanı iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respu blikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsi, 3-cü maddəsinin 1-ci və 3-cü hissələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilkin olaraq cavabdeh ilə xx.xx.2018-ci il tarixindən xidməti müqavilə bağlamış və Bakı şəhəri ərazisində yerləşən şirkətində çalışmışdır. 14 iyun 2019-cu il tarixində ASC-nin tapşırığı ilə Qazaxıstan Respublikasında fəaliyyət göstərən filialına ezamiyyətə göndərilmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixli, 14-Q/17 saylı qərarı ilə "xxxx" ASC-nin filialı təsis edilmiş və xx.xx.2017-ci il tarixli 01 №-li əmri ilə X1 filialın rəhbəri təyin edilmiş və filialın bütün texnikaları ASC-yə məxsus olmuşdur. Təsadüfi deyil ki, filial öz fəaliyyəti barədə bütün hesabatları ASC-yə təqdim etmiş və fəaliyyətini dayandırdıqdan sonra onun rəhbəri ASCyə geri çağırılmış və filialın istifadəsində olan bütün texnikalar ASC-yə geri qaytarılmışdır. Onun ezamiyyətə göndərilməyi və uzun müddət filialda işləməyi Qazax ıstan Respublikasının qanunvericiliyinə zidd olduğundan belə qərara gəlinmişdir ki, onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixindən müqavilənin qüvvədə olmasına baxmayaraq, "xxxx" ASC-nin filialı ilə əmək müqaviləsi bağlamalıdır. Ona görə də xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin filialı onunla əmək müqaviləsi bağlamışdır. Birinci instansiya məhkəməsi "xxxx" ASC-nin filialının cavabdeh tərəfindən təsis edilməsi, cavabdeh tərəfindən "xxxx" filialının rəhbərinin vəzifəyə təyin və təsdiq edilməsi, "xxxx" ASC-nin filialının bütün əmlaklarının ASC-yə məxsus olması, cavabdehin xx.xx.2019-cu il tarixli əmri ilə "xxxx" filialına ezamiyyə olunmağı, ezamiyyə müddətinin bir neçə dəfə ASC tərəfindən uzadılması, onun ezamiyyə müddəti barədə sənədlərin həm filial, həm də ASC tərəfindən təsdiq ed ilməsi, cavabdehin təklifi və göstərişi ilə onun "xxxx" ASC-nin filialı ilə əmək müqaviləsi bağlamağı tapşırması, filialın qanunla müəyyən edilmiş müddətlərdə ASC-yə hesabatlar verməsi, cavabdehin hesab vərəqində “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası qeyd olunmuş blankında "xxxx" ASC-nin filialının olması faktı, filialın ləğv edilməsindən sonra filialın istifadəsinə verilmiş əmlakların ASC-yə qaytarılması, filialın ləğv edilməsinə baxmayaraq, bu vaxta kimi onunla olan əmək müqaviləmə xitam verilməməsi, eyni zamanda cavabdehin onun işdən azad olunmağı barədə əmrin verilməsi və əmək kitabçasında hər hansı qeydin edilməməsi kimi halları aydınlaşdırmamış və göstərilən faktları nəzərə almamış, nəticədə əsassız qətnamə qəbul etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 2(103)-6465/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi) A.İsgəndərovvə V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iş üzrə tələbi məhz cavabdehin Qazaxıstan Respublikasında qeydiyyata alınmış filialı ilə bağlanmış əmək müqaviləsi üzrə əmək haqqının və son haqq-hesabın ödənilməsi ilə bağlıdır. Əmək qanunvericiliyinə əsasən işçi ilə işəgötürən arasında olan münasibətlərin tənzimlənməsi Əmək Məcəlləsinin müvafiq normalarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 3-cü maddəsinin 1-ci hissəsində verilən anlayışa görə müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Göründüyü kimi, mülki qanunvericilikdən fərqli olaraq əmək qanunvericiliyi hüquqi şəxsin filialını əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyekti hesab etmişdir. Hazırkı iş üzrə iddiaçı ilə əmək münasibətlərinə “işəgötürən” statusunda daxil olan, barəsində işə qəbulu əlaqədar müvafiq əmr verən, həmçinin əmək müqaviləsinin şərtlərini müəyyən edən şəxs cavabdeh ASC deyil, ASC-nin Qazaxıstan Respublikasındakı filialıdır. Cavabdeh ilə iddiaçı arasında isə əmək münasibətləri yaranmamışdır.

22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı filialın fəaliyyət göstərmədiyini bildirsə də, bunu təsdiq edə n sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı birinci instansiya məhkəməsində vəkili ilə təmsil edilmiş, zəruri sənədlərin alınması ilə bağlı vəkil sorğusu vermək, onları müstəqil əldə etmək imkanı olmadıqda həmin sənədləri tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət etmək imkanı olmuş, lakin bunu etməmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü, Əmək Məcəlləsinin 2-ci maddənin 1-ci hissəsi, 3-cü maddənin 1-ci hissəsi, 3-cü maddənin 3-cü hissəsinə, Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına,, habelə MPM-in 14.2, 50.3, 77.1, 88, 217.3, 217.4, 380.2, 384.0.1, 385.2-ci maddələrinə ist inadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

24. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının cavabdehlə bağladığı xidməti müqavilənin xitam edilməsi və ya ləğv edilməsi barədə heç bir əmr olmamışdır. Müqavilənin şərtlərinə görə, "xxxx" ASC-nin Filialı “işçi” kimi məcburi ayırmalar istisna olmaqla, ayda 750000 tenqedən (2900 manat ) ibarət vəzifə maaşı müəyyən edilmişdir. İddiaçı işlədiyi dövrdə onun əmək haqqı ilkin aylarda ödənilsə də, sonradan tam ödənilməmiş və o zaman iddiaçının tələbinə cavab olaraq bildirilmişdir ki, filialın baş idarəsi, yəni ASC-nin məsələdən məlumatı vardır, heç bir problem olmadan işçilərin bütün əmək haqqı üzrə borcları ödəniləcəkdir. Ona görə iddiaçı və digər işçilər əmək haqqı üzrə borclarının ödənilməsi barədə rəhbərliyin sözlərinə inanmışlar. Filialın ləğv edilməsinə baxmayaraq, bu vaxta kimi iddiaçının nə filialla olan əmək müqaviləsinə xitam verilmiş, nə də ASC iddiaçının işdən azad olunmağı barədə əmr vermiş və əmək kitabçasında hər hansı bir qeyd etmişdir. Bununla da Əmək Məcəlləsinin 81- 85-ci maddələrinin tələbləri kobud pozulmuşdur. Qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin rəhbərinin işəgötürə n kimi çıxış etməsini hüquqi şəxsin verdiyi etibarnamə ilə şərtləndirir. Əmək Məcəlləsinin 70-ci maddəsi isə əmək müqaviləsinin məhz işəgötürən tərəfindən ləğv olunmasının əsaslarını müəyyən etmişdir. Göründüyü kimi, işçi ilə əmək müqaviləsi yalnız onunla əmək müqaviləsini bağlamış işəgötürən tərəfindən qanunvericiliyə müvafiq olaraq ləğv oluna bilər. İş materiallarından göründüyü kimi, iddiaçı işəgötürən ASC-nin Qazaxıstan Respublikasındakı filialı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən 2-ci kateqoriya işlər üzrə işə qəbul edilmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-818/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər Ə. Nurməmmədov (sədrlik edən və məruzəçi), Z. Babayev və A. Hüseynov) iddiaçının kassasiya şikayəti t əmin edilmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.

27. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, ASC-nin Qazaxıstan Respublikasındakı filialının məhkəmələrdə iddiaçı və ya cavabdeh olması barədə əsasnamə, habelə əmək hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəmələrdə cavabdeh ola bilməsi barədə ASC tərəfindən verilmiş etibarnamə iş materiallarında yoxdur. Bu kimi sənədlər ASC tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Filial hüquqi şəxsin – ASC-nin struktur bölməsi olduğuna görə mülki prosessual fəaliyyət qabiliyyətinə malik deyildir, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından, sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasın da çıxış edə bilər. Belə olan halda ASC-nin hazırkı iddia üzrə cavab verən şəxs olmaması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi qənaət qanuni və əsaslı hesab oluna bilməz.Struktur bölməsinin hüquqi şəxsin adından çıxış etmək səlahiyyəti verən əsasnamənin, habelə məhkəmələrdə hüquqi şəxsin adından çıxış etməsi üçün etibarnamənin olması hüquqi şəxsin özünə qarşı iddia qaldırmasını istisna etmir, çünki hər bir halda struktur vahidi hüquqi şəxsin adından çıxış edir, onun üçün hüquq və vəzifələr yaradır.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 53.2ci, Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsi, 3-cü maddəsinin 3-cü hissəsi,“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına, MPM-in 14.2, 49.1, 50.1, 50.4, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4337/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv ed ilərək iddia rədd edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi mövqeyi ilə əlaqədar qeyd etmişdir ki, iş materiallarında cavabdeh ASC-nin Qazaxıstan Respublikasındakı filialının məhkəmələrdə iddiaçı və ya cavabdeh olması barədə ASC tərəfindən təsdiq edilmiş əsasnaməsi, habelə əmək hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəmələrdə cavabdeh ola bilməsi barədə ASC tərəfindən verilmiş etibarnamə aşkar edilməmişdir.Belə olan halda ASC-nin hazırkı iddia üzrə cavab verən şəxs olmaması barədə rayon məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı hesab oluna bilməz.

31. Məhkəmə qeyd etmişdir ki, struktur bölməsinin hüquqi şəxsin adından çıxış etmək səlahiyyəti verən əsasnamənin, habelə məhkəmələrdə hüquqi şəxsin adından çıxış etməsi üçün etibarnamənin olması hüquqi şəxsin özünə qarşı iddia qaldırmasını istisna etmir, çünki hər bir halda struktur vahidi hüquqi şəxsin adından çıxış edir, onun üçün hüquq və vəzifələr yaradır.

32. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməzdən əvvəl artıq hüquqlarının pozulduğunu bilmişdir. İddiaçının məhkəməyə müraciət etməsindən sonra qeyd edilən prosessual hərəkətlərin baş verməsi iddia müddətinin axımının dayandırılması üçün əsas təşkil etmir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin məhkəməyə təqdim edilməməsi, habelə həmin məhkəmə prosesində cavabdeh tərəfindən “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verilməməsi hazırkı iş üzrə icraat zamanı iddia müdd ətinin tətbiq edilməsini istisna etmir.

34. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü, MPM-in 384, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin müddətin tətbiq etməsi barədə ərizəsi əsassızdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə görə əmək haqqı tələbi üzrə iddia müddəti 1 il müəyyən edilmişdir. O isə ilk olaraq məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, daha sonra aidiyyətlə bağlı məsələyə bir neçə məhkəmələrdə baxılmışdır. Aidiyyət məsələsinin həll edilməsi müddətində onun iddia müddətinin ötürülməsi kimi göstərilməsi əsassızdır.Qazaxıstan Respublikasından qayıtdıqdan sonra 2022-ci ilin fevral ayında dərhal məhkəməyə müraciət etmiş və bununla da müddətin axımı dayanmış olur. Beləliklə, məhkəmənin Əmək Məcəlləsinin 296-ci maddəsini tətbiq etməklə məsələni həll etməsi əsassızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

38. Maddə 2.1-ci hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

39. Maddə 3.1-ci hissə. Müəssisə –mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi.

40. Maddə 3.3-cü hissə. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.

41. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

42. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

43. Maddə 53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayə ndəlik sayılır.

44. Maddə 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsi nin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

55. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məh kəməsi onun bu dəlilləri ilə razılaşmır.

57. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mülki iş materiallarında cavabdeh ASCnin Qazaxıstan Respublikasındakı filialının məhkəmədə iddiaçı və ya cavabdeh olması barədə ASC tərəfindən təsdiq edilmiş əsasnaməsi, habelə əmək hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəmələrdə cavabdeh ola bilməsi barədə ASC tərəfindən verilmiş etibarnamə aşkar edilməmişdir. Belə olan halda hazırkı iddia üzrə ASC-nin iddiaya cavab verən şəxs olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı sayıla bilməz.

58. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini ara şdıraraq qeyd etmişdir ki, struktur bölməsinin hüquqi şəxsin adından çıxış etmək səlahiyyəti verən əsasnamənin, habelə məhkəmələrdə hüquqi şəxsin adından çıxış etməsi üçün etibarnamənin olması hüquqi şəxsin özünə qarşı iddia qaldırmasını istisna etmir, çünki hər bir halda struktur vahidi hüquqi şəxsin adından çıxış edir, onun üçün hüquq və vəzifələr yaradır.

59. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının iddia müddətini ötürməməsi ilə bağlı dəlilini araşdıraraq qeyd etmişdir ki, iddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməzdən əvvəl artıq hüquqlarının pozulduğunu bilmişdir. Bu səbəbdən də iddiaçının məhkəməyə müraciət etməsindən sonra qeyd olunan prosessual hərəkətlərin baş verməsi iddia müddətinin axımının dayandırılması üçün əsas təşkil edə bilməz.

60. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin məhkəməyə təqdim edilməməsi iddia müddətinin tətbiq edilməsini istisna etmir. Çünki, iddiaçı hazırkı iddia ilə məhkəməyə 2022ci ilin dekabr ayında müraciət edərək, 20 oktyabr 2020-ci ildən 21 aprel 2021-ci il tarixədək ödənilməmiş əmək haqqını və digər ödəncləri tələb edir. Yəni, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl artıq 20 oktyabr 2020-ci ildən hüququnun pozulduğunu bilmişdir.

61. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hü quqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2(103)-4337/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar